Məhkəmə qərarları › İş №2-1(112)-3295/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3295/2024

02.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3295/2024 02.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X3 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsinə qarşı “doğum akt qeydində düzəlişin edilməsi və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsinə qarşı “doğum akt qeydində düzəlişin edilməsi və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “Azərbaycan Respublikasının Tehrandakı səfirliyi tərəfindən tərtib olunmuş xx.xx.2000-ci il tarixli, XVİİİ-ЖГ seriyalı, 346030 nömrəli doğum haqqında akt qeydində qeydə alınmış soyad qrafasındakı “Zərgər Saley” sözlərinin “Zərgərsaleh” ad qrafasındakı “Sofya” sözünün “Sofya”, ata qrafasındakı “X6” sözlərinin “Zərgərsaleh Nader” kimi düzəliş edilməsi, doğum haqqında şəhadətnamənin ad, soyad, ata adı qrafasında ata adının “Nader” kimi qeyd edilərək əlavə edilməsi və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı xx.xx.2000-ci il tarixdə İran İslam Respublikasının Tehran şəhərində doğulmuşdur. xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikasının Tehrandakı səfirliyi tərəfindən ona XVİİİ-ЖГ seriyalı, 346030 nömrəli doğum haqqında şəhadətnamə verilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında həmin tarixdə 08/00 nömrə ilə qeyd edilmişdir. Həmin doğum haqqında şəhadətnamədə ad, soyad, ata adı qrafasında İddiaçı qeydləri edilmişdir. Ata adı qrafasında isə X6 qeyd edilmişdir. xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 3 saylı “Asan xidmət” mərkəzi tərəfindən verilən AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində isə soyad qrafasında “Zərgər Saley”, ad qrafasında “Sofya”, ata adı qrafasında isə “XXX” qeyd edilmişdir. Qeyd edilən yanlışlıqların aradan qaldırılması məqsədi ilə cavabdehə müraciət edilsə də, doğum haqqında akt qeydinin bərpa edilməsinin mümkün olmadığı qeyd edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 1-ci maddəsində göstərilmişdir: “1.1.Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.” - 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarınə əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəssinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 5.2. iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər”. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: - 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və X1n dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativhüquqi aktların təsdiq edilməsi haqqında” 01 mart 2001-ci il tarixli, 152 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “X1n qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ına əsasən: Bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən X1n qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. “X1n qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalarına əsasən: -13. X1n itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. -14. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. -15. X1n qeydləri qeydiyyat şöbələrində və konsulluq idarələrində qeydiyyat şöbələrinin və konsulluq idarələrinin arxivi və ya X1n Respublika Arxivi tərəfindən təsdiq edilir. -16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. -17. Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən X1n qeydinin bərpası məsələsinə bu əsas müddəaların 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş müddətdə baxılır. -18. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən X1n qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya X1n itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. X1n itmiş qeydinin bərpası məhkəmənin qətnaməsi əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Ərizə sahibinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında aktın qeydi, bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizə verən şəxsin yaşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilir. X1n qeydinin bərpası haqqında qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi toplanmış bütün materiallarla birlikdə icra üçün itirilmiş qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Rəy toplanmış bütün materiallarla birlikdə itirilmiş qeydin olduğu yerdəki qeydiyyat şöbələrində və konsulluq idarələrində bərpa qeydiyyat kitabında qeydə alınır. Vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edildikdə, qeydiyyat şöbələri və konsulluq idarələri vətəndaşlıq vəziyyəti aktının qeydinin bərpasını məhkəmənin qətnaməsinə əsasən qərar qəbul etmədən qeydə alır. Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən X1n qeydinin bərpası məsələsi bu əsas müddəaların 10-cu, 11-ci və 12-ci bəndində nəzərdə tutulmuş qaydada həll edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarının 4.-cü bəndinə əsasən Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X1n, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X1n dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X1n qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsində soyadı Zərgər Saley, adı Sofya, ata adı XXX göstərilmişdir. İran İslam Respublikası Daxili İşlər Nazirliyinin “X1 Qeydiyyat İdarəsi”nin iddiaçının şəxsiyyət vəsiqəsi məlumatlarında adı “Sofya”, soyadı “Zərgərsaleh”, ata adı “Nader” göstərilmişdir. Məhkəmə sorğusu əsasında Xarici İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-20-15/2- 4-63569/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, AZ-in İran İslam Respublikasındakı Səfirliyinə istinadən Səfirliyin arxivinə baxış keçirildiyini və sorğu edilən xx.xx.2000-ci il təvəllüdlü İddiaçı adına rəsmiləşdirilmiş doğum haqqında şəhadətnamənin doğum haqqında akt qeydinin aşkar edilmədiyi bildirilmişdir. İran İslam Respublikasındakı X4 Nazirliyinin Konsulluq İdarəsinə ünvanlandığı məktubda qeyd edilmişdir ki, İddiaçına doğum haqqında şəhadətnamənin xx.xx.2000-ci il tarixdə rəsmiləşdirildiyindən, əlavə olaraq digər müvafiq sənədlərin arxivinə baxış keçirilməsinə baxmayaraq həmin şəxsə aid doğum haqqında akt qeydinin səfirliyin konsulluq şöbəsinin mövcud kargüzarlığında aşkarlanmadığını qeyd edir və məqsədəuyğun hesab ediləcəyi təqdirdə bu barədə aidiyyəti üzrə nəzərə alınmasına dair göstəriş verilməsi xahiş edilir. Məhkəmə sorğusu əsasında Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli, 18/2-30903/2024 saylı məktubuna əsasən bildirilmişdir ki, xx.xx.2000-ci il təvəllüdlü İddiaçı xx.xx.2018-ci il tarixdə verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin saxlanma müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. Məhkəmə sorğusu əsasında Ədliyyə Nazirliyi X1n Arxivinin məhkəməyə ünvanlandığı xx.xx.2024-cü ill tarixli, 3-16-5/4-13-10749/2024 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İddiaçı doğumu haqqında məlumat aşkar edilməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, xx.xx.2000-ci il təvəlüdlü iddiaçının doğum akt qeydi X1n qeydiyyatı aparmaq vəzifəsi olan inzibati orqan tərəfindən saxlanılmamışdır. Mövcud qanunvericiliyə əsasən aktın itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Hazırda iddiaçının doğum haqqında vətəndaşlıq vəziyyəti aktı mövcud olmadığı(itirildiyi) üçün, doğum akt qeydində iddiaçının zəruri hesab etdiyi dəyişikliklərin edilməsi mümkün deyildir. Yalnız itirilmiş akt qeydi vətəndaşlıq vəziyyəti aktların reyestrində bərpa olunduqdan sonra iddiaçının hazırkı iddia tələbində göstərilmiş hərəkətlər edilə bilər. Məhkəmə inzibati icraatı zamanı cavabdeh tərəfindən qanunun tələblərinə riayət edilməməsi nəticəsində iddiaçının hüquqlarının pozulması halları müəyyən etməmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının hüquqları sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərt mövcud olmadığından, iddiaçı şəxsiyyətini təsdiq edən sənədi təqdim edə bilmədiyindən, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsinə qarşı “doğum akt qeydində düzəlişin edilməsi və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi” barədə iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar