Məhkəmə qərarları › İş №2-1(112)-3297/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3297/2025

14.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3297/2025 14.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, Üçüncü şəxsin nümayəndəsi X15 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" ASC) “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə dair "xxxx" ASC-nin mülkiyyət hüquqlarının qeydə alınması və bununla bağlı verilmiş çıxarışın etibarsız hesab edilməsi; cavabdehlər "xxxx" MMC və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona vurulmuş mənəvi zərərə görə 10000 (on min manat) pul məbləğində kompensasiyanın ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçının mülkiyyətində olmuşdur. Daha sonra X16 ona verdiyi etibarnamədən sui-istifadə edərək "xxxx" ASC ilə xx.xx.2012-ci il tarixli 3117 saylı kredit Müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən X9 120 ay müddətinə, illik 13% hesablanmaqla 50000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq X16 ilə "Azərbaycan Beynəlxalq onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 49.54 kv.m. yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzilinə dair xx.xx.2012-ci il tarixli 025/12 nömrəli İpoteka Müqaviləsi bağlanmışdır. Lakin, X16 müqavilə üzrə öhdəliyini icra etməmişdir, bu səbəbdən "xxxx" ASC məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə, X4 19558.09 manat, faiz borcu üzrə 11161.99 manat olmaqla cəmi 30720.08 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət -rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi cavabdehdən tutulmalı olan məbləğin X16 və İddiaçı məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 49.54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 90.000 (doxsan min) manat müəyyən edilməsi və əldə edilmiş pul vəsaitinin hesabına borcun "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Sonra birinci instansiya məhkəməsinə qətnaməsindən apcllymsiya şikayəti verişmiş. lakin apdlyasiya şikayəti təmin edilməmiş və qətnamə dəy işdirilmədən saxlamlmışdır. Belə ki, sözügedən qətnamə qanuni qüvvəsini aldıqdan sonra iş üzrə icra vərəqəsi verilmiş və Binəqədi Rayon İcra və Probasiva Şöbəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən hərrac keçirilmişdir və hərrac nəticəsində mənzili "xxxx" ASC almışdır. X6 götürdüyü kredit borcunu ödəmədiyinə görə, kredit borcunun bir qismini ödəmişdir. Buna baxmayaraq, İbrahim İsmayılov geridə qalan borc məbləğini ödəməmişdir. "xxxx" ASC mənzilin satışından sonra yerdə qalan pul məbləğini X10 vermişdir. Göründüyü kimi, tamamilə qanunsuzluq baş alıb getmişdir. İddiaçı mənzilin mülkiyyətçisi olduğu halda, həmçinin kredit borcunun bir qismin ödəməyinə baxmayaraq, bank tərəfindən mənzilin, satışından geriyə qalan pulun İbrahimov İsmayıla verilməsi tamamilə qanunsuz olmuşdur. Hərracın keçirilməsi tamamilə qanunsuz olmuşdur. Belə ki, cavabdeh “Əmlak Hərrac Mərkəzi" MMC ilkin açıq hərracın keçirilməsinə dair 2076/22 saylı 19 oktyabr 2022-ci i! tarixli bildirişi 27 oktyabr tarixində təqdim edilmişdir. Həmin bildirişdə göstərilmişdir ki, ilkin hərrac 11 noyabr 2022-ci il tarixdə saat 11:00-da keçiriləcəkdir və ilkin hərrac keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi statuslu "Birjanyus" X3 dərc olunmuş və həmin elan eyni tarixdə hərrac təşkilatçısının rəsmi internet səhifəsində (“E-herrac.com") yerləşdirilmişdir. Lakin, iddiaçı "birjanews.az" portalına daxil olub bununla bağlı ətraflı məlumat almaq istədikdə tələbkar qismində "xxxx" ASC deyil, "xxxx" BOKT ASC-nin olduğunu gördü və bu səbəbdən həmin hərracın bildirişdə göstərilən hərracın olmadığını düşünərək risk edib hərracda iştirak etmədi. Göstərilən tarixə təyin edilmiş hərrac iştirakçılar olmaması səbəbindən baş tutmamışdır. Daha sonra, cavabdeh “Əmlak Hərrac Mərkəzi" MMC təkrar hərracın keçirilməsinə dair 2250/22 saylı 14 noyabr 2022-ci il tarixli bildirişi 18 noyabr 2022-ci i! tarixdə İddiaçı təqdim edilmişdir. Həmin bildirişdə göstərilmişdir ki. təkrar hərrac 29 noyabr 2022-ci il tarixinə ləyin edilmişdir və bununla bağlı elan 14.1 1.2022-ci il tarixində kütləvi informasiya vasitəsi statuslu "Birjanyus" X3 dərc olunmuş və həmin elan eyni tarixdə hərrac təşkilatçısının rəsmi internet səhifəsində ("E-herrac.com") yerlədirilmişdir. Lakin, iddiaçı səhhətimdə yaranmış problemlər ilə əlaqədar həmin hərracda iştirak edə bilmədi, həmçinin hərrac iştirakçı olmaması səbəbindən baş tutmamışdır. Bir müddət keçdikdən sonra, cavabdeh Binəqədi Rayon İcra Şöbəsi tərəfindən sözügedən mənzil hərracda "xxxx" ASC tərəfindən alındığını bildirimiş bununla bağlı protokol tərtib edilmiş və bu səbəbdən mənzilin tərəfimdən boşaldılmasını tələb elmişlər. Bundan sonra, iddiaçı ərizə ilə cavabdeh Binəqədi Rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək, iddiaçının ümumiyyətlə həmin mənzilin hərracda "xxxx" ASC-yə satıldığından məlumatı olmamış, bununla bağlı tərtib edilmiş protokol ona təqdim edilməmiş, bu səbəbdən hərracın yenidən keçirilməsini tələb etmiş, həmçinin iddiaçı həmin protokol ilə tanış olmadığını bildirdi. Lakin, onun müraciətinə baxmayaraq cavabchlər qanunsuz hərracın nəticələrini ləğv etməmişlər, yenidən hərrac keçirməmiş və İddiaçı mülkiyyətində olan əmlakın hərracda satılması zamanı onun hərracda iştirak etmək hüququndan məhrum etmişlər. Buna səbəb isə odur ki, cavabdeh "xxxx" ASC- nin marağında hərracda heç kim iştirak etməməsi və ucuz qiymətə həmin mənzili əldə edərək, gələcəkdə baha qiymətə satılmasına nail olub gəlir əldə etməsi olmuşdur. Həmçinin cavabdeh "xxxx" MMC tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətlərə riayət olunmamışdır. Cavabdeh "xxxx" MMC 29 noyabr 2022-ci il tarixli təkrar hərracın keçirilməsi barədə bildirişi ona 14 noyabr 2022-ci il tarixdə göndərmişdir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gcc olmayaraq keçirilir. Bu maddənin müddəalarından da göründüyü kimi. 20 gündən gcc olmaqla hərracın keçirilməsi ilə bağlı elan və bildiriş verilməsi zəruridir. Lakin, cavabdeh tərəfindən verilmiş 14.1 1.2022-ci il tarixli bildiriş, bununla bağlı elan ilə hərracın keçirilməsi tarixi arasında 15 təqvim günü vardır. Beləliklə, cavabdeh tərəfindən hərracın keçirilməsi qaydası pozulmuş, bu isə öz növbəsində, hərracın nəticələrinin etibarsız sayılması üçün əsasdır. Qeyd edir ki, "xxxx" ASC qanunsuz keçirilmiş hərrac nəticəsində ona məxsus mənzili əldə etmiş, daha sonra mənzil üzrə mülkiyyət hüquqlarının Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınmasına nail olmuşdur. Cavabdeh DƏDRK tərəfindən keçirilmiş hərracın qanuni olub-olmaması yoxlanılmadan bankın mülkiyyət hüquqları mənzil üzrə qeydə alınmışdır. Bu səbəbdən, mənzil üzrə banka verilmiş çıxarış etibarsız hesab edilməlidir. Həmçinin, cavabdehlərin və “Azərbaycan Beynəlxalq Bank" ASC-nin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mənəvi iztirablar çəkmişdir. İlkin olaraq, onun səhhətində problemlər yaranmışdır. İkinci olaraq isə iddiaçı həmin mənzildə qızı və nəvəsi ilə yaşayır. Bildirir ki, artıq tərəfindən cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edilmişdir və "xxxx" ASC-yə mənzil üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə verilmiş çıxarışın ləğv edilməsi və mənəvi zərərə görə 10000 (on min) manat məbləğində kompensasiya ödənilməsini xahiş etmişdir. Lakin, cavabdeh tərəfindən müraciətinə məhəl qoyulmamış, heç bir cavab verilməmişdir. Bu səbəbdən, cavabdeh DƏDRK tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə dair "xxxx" ASC-nin mülkiyyət hüquqlarının qeydiyyata alınması, bununla bağlı verilmiş çıxarışın etibarsız hesab edilməsi və mənəvi zərərə görə 10000 (on min) manat pul məbləğində kompensasiyanın mənə ödənilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-14304/2024 nömrəli qərardadı ilə "xxxx" ASC iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə dair "xxxx" ASC-nin mülkiyyət hüquqlarının qeydə alınması və bununla bağlı verilmiş çıxarışın etibarsız hesab edilməsi və vurulmuş mənəvi zərərə görə 10000 (on min) manat pul məbləğində kompensasiyanın ödənilməsi barədə iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il rarixli, **********12 nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Nəzərinizə çatdırırıq ki, qızının Bakı şəhəri, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi, ev 11, 108 nömrəli mənzil Binəqədi rayon Məhkəməsinin 2(001)- 75/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə və açıq hərracın yekunları barədə protokola əsasən "xxxx" ASC-nin adına qeydiyyata alınmış, həmin şəxsə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi: **********82-05101-091001) çıxarış verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Üçüncü şəxs "xxxx" ASC iddiaya yazılı münasibət təqdim edərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001 )-75/2021 saylı qətnaməsinin surətindən görünür ki, "xxxx" ASC-nin cavabdehlər İddiaçı, X9 və X21 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, X4 əsas borcu üzrə 19558,09 manat, faiz borcu üzrə 11161,99 manat olmaqla, cəmi 30720,08 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğin ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 49.54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı) mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qlymətihin 90000 manat müəyyən edilməsi və əldə edilmiş pul vəsaiti hesabına borcun "xxxx" ASC-yə ödənilməsi, mənzilə tutuma yönəldikdən və satıldıqdan sonra X16, İddiaçı, X26, X13, X5, X8, X1 və X2 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, "xxxx" ASC-nin iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı X18 X7 və İddiaçı qarşı “kompensasiya məbləğinin müəyyön edilməsi və mənzilin satışından tutulması” barədə iddia tələbinin təmin edilməməsi qət edil'mişdir. Qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir.

2. 16 dekabr 2022-ci i! tarixli, 279/22 saylı hərracın yekunları barədə protokola əsasən ipoteka) predmeti olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 49.54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzil "xxxx" ASC tərəfindən əldə olunmuş, Daşınrriaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən "xxxx" ASC-nin adına xx.xx.2023-cü il tarixli, **********82-05101-091001 reyestr nömrəli Çıxarış verilmişdir. 3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 1484/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 MMC-yə, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə və “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə qarşı “Bakı şəhəri, 8~ci mikrorayon, Ş.Məmmədova küçəsi, ev 11, 108 saylı mənzilin hərracda satılmasının nəticələri haqqında 279/22 nömrəli, 16 dekabr 2022-cil il tarixli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 16 dekabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarılmış və qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 743/2024 saylı qətnaməsi ilə İddiaçı və X14 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Cavabdeh1nə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və X11 qarşı “Əmlak Hərrac Mərkəzi" MMC tərəfindən Bakı şəhəri, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi, ev 11, 108 saylı mənzilin hərracda satılmasının nəticələri haqqında 279/22 nömrəli, 16 dekabr 2022-ci il tarixli yekun protokolun və hərracın yekunlğrı üzrə əmlakın alqı-satqısı barədə 16 dekabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-2561/2024 nömrəli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-743/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli ğətnaməsi qismən, yəni X14 Azərbaycan Respublikası Əlliyyə Nazirliyinə, Cavabdeh1 MMC-yə, "xxxx" ASC- yə və X9 qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələblərinin rədd olunması hissədə ləğv olunmuş, həmin iddia tələbləri qətnamənin əsaslandırıcı hissəsində əks olanan hüquqi mövqeyə (iddiaçı Rəna İsmayılovanın hərracın nəticələrini mübahisələndirmək üçün subyektiv (tələb) hüququnun olmadığından) görə təmin olunmamış, eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)- 2561/2Ö24 nömrəli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 743/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qətnaməsi qismən, yəni İddiaçı iddiasının rədd olunması hissədə ləğv edilmiş, həmin hissədə mülki iş üzrə icraata xitam verilmişdir (eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan). 5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, e- 2(001)- 5237/2024 nömrəli qərardadı ilə İddiaçı və X14 Cavabdeh1 MMC-yə, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə və "xxxx" ASC-yə Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi, ev 11, 108 saylı mənzilin hərracda satılmasının nəticələri haqqında 279/22 nömrəli, 16 dekabr 2022-ci il tarixli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 16 dekabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Qərardaddan verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyön hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1 Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul qdilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcbuıretmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının: İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılın. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul eidilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının-Müsabiqə və ya hərracı keçirən təşkilatın fəaliyyətini tənzimləyən ümumi hüquq sahəsinə aid edilə bilən ayrıca hüquqi aktın mövcudluğu müsabiqə və ya hərracın mülki- hüquqi xarakterini və qaliblə bağlanmış əqdlərin qarşılıqlı iradə azadlığına əsaslandığını ortadarl qaldırmır. Müsabiqə və ya hərracın təşkili, keçirilməsinin şərtləri və qaydaları, eləcə də nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı mübahisələrə mülki məhkəmə icraatı qaydalında baxılmalıdır.

17. “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətin) müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu”nu: 8.0.2. Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi İddiaçı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddiaçı tərəfindən iddianın ümumi mümkünlük şərtləri ödənilməmişdir. Belə ki, iddiaçının mübahisələndirdiyi "xxxx" ASC-nin adına verilmiş xx.xx.2023-cü il tarixli, **********82-05101- 091001 reyestr nömrəli Çıxarış inzibati akt olmamaqla hüququn qeydiyyata alınmasını təsdiq etmiş, ixtisaslaşdırılmış təşkilat olan Cavabdeh1 MMC tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair 16 dekabr 2022-ci il tarixli, 279/22 saylı yekun protokol əsasında verilmişdir. Hərracın təşkili, keçirilməsinin şərtləri və qaydaları, eləcə də nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı mübahisələr mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğundan hazırkı mübahisəyə inzibati məhkəmədə baxılması yolverilməzdir. Bundan başqa çıxarışın verilməsinə əsas olmuş protokol İddiaçı tərifindən bir neçə dəfə mülki məhkəmə icraatı qaydasında mübahisələndirilmiş, hərrac qanunauyğun şəkildə keçirildiyindən iddia tələbləri rədd edilmişdir. Mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş sənədə mülki məhkəmə qaydasında artıq qiymət verildiyindən iddiaçının çatmaq istədiyi məqsədə hazırda qaldırılmış iddia ilə nail olmaq mümkün deyil və iddiaçının hüquqi marağı olmadığı müəyyən olunur. Həmçinin, iddiaçının hüququna hər hansı müdaxilə aşkar edilmədiyindən ona vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi hissəsində də iddia tələbi yolverilməzdir. Yuxanda qeyd edilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə) “çıxarışın etibarsız hesab edilməsi və kompensasiya” tələbinə dair iddiasının mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs vəsatətdə göstərilənləri müdafiə edərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və cavabdehlərə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 49.54 kv.m sahəsi olan 108 nömrəli mənzil paylı mülkiyyət kimi İddiaçı və X6 adına xx.xx.2009-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 49.54 kv.m sahəsi olan 108 nömrəli mənzil "xxxx" ASC-nin adına xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə qətnamələrinin surətindən görünür ki: -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-75/2021 saylı qətnaməsinin surətindən görünür ki, "xxxx" ASC-nin cavabdehlər İddiaçı, X9 və X21 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, X4 əsas borcu üzrə 19558,09 manat, faiz borcu üzrə 11161,99 manat olmaqla, cəmi 30720,08 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğin ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 49,54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 90000 manat müəyyən edilməsi və əldə edilmiş pul vəsaiti hesabına borcun "xxxx" ASC-yə ödənilməsi, mənzilə tutuma yönəldikdən və satıldıqdan sonra X16, İddiaçı, TörökTimea Tibor qızı, X13, X5, X12, X1 və X2 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, "xxxx" ASC-nin iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı X18 X9 və İddiaçı qarşı “kompensasiya məbləğinin müəyyən edilməsi və mənzilin satışından tutulması” barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 1484/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 MMC-yə, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə və "xxxx" ASC-yə qarşı “Bakı şəhəri, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi, ev 11, 108 saylı mənzilin hərracda satılmasının nəticələri haqqında 279/22 nömrəli, 16 dekabr 2022-ci il tarixli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 16 dekabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarılmış və qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 743/2024 saylı qətnaməsi ilə İddiaçı və X14 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Cavabdeh1nə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və X9 qarşı Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi, ev 11, 108 saylı mənzilin hərracda satılmasının nəticələri haqqında 279/22 nömrəli, 16 dekabr 2022-ci il tarixli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 16 dekabr 2022ci il tarixli müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi" tələbinə dair iddiası rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-2561/2024 nömrəli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e- 2(001)-743/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qətnaməsi qismən, yəni X14 Azərbaycan Respublikası Əlliyyə Nazirliyinə, Cavabdeh1 MMC-yə, "xxxx" ASC-yə və X9 qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi tələblərinin rədd olunması hissədə ləğv olunmuş, həmin iddia tələbləri qətnamənin əsaslandırıcı hissəsində əks olanan hüquqi mövqeyə (iddiaçı Rəna İsmayılovanın hərracın nəticələrini mübahisələndirmək üçün subyektiv (tələb) hüququnun olmadığından) görə təmin olunmamış, eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)- 2561/2024 nömrəli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 743/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qətnaməsi qismən, yəni İddiaçı iddiasının rədd olunması hissədə ləğv edilmiş, həmin hissədə mülki iş üzrə icraata xitam verilmişdir (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan). -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, e-2(001)- 5237/2024 nömrəli qərardadı ilə İddiaçı və X14 Cavabdeh1 MMC-yə, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə və "xxxx" ASC-yə Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi, ev 11, 108 saylı mənzilin hərracda satılmasının nəticələri haqqında 279/22 nömrəli, 16 dekabr 2022-ci il tarixli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 16 dekabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Qərardaddan verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı iddia üzrə mübahisə inzibati hüquq münasibətindən irəli gələn inzibati məhkəmə icraatında baxılması mümkün olmayan iddiadır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.” İşin hallarından görünür ki, ünvan 5 ünvanında yerləşən 49.54 kv.m sahəsi olan 108 nömrəli mənzil İddiaçı və X6 paylı mülkiyyətində olmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-75/2021 saylı qətnaməsi ilə X4 əsas borcu üzrə 19558,09 manat, faiz borcu üzrə 11161,99 manat olmaqla, cəmi 30720,08 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğin ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 49,54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 90000 manat müəyyən edilməsi və əldə edilmiş pul vəsaiti hesabına borcun "xxxx" ASC-yə ödənilməsi, mənzilə tutulma yönəldikdən və satıldıqdan sonra X16, İddiaçı, TörökTimea Tibor qızı, X13, X5, X12, X1 və X2 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması qət edilmişdir. Qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İcra vərəqəsi verilmiş, icra məmuru tərəfindən müvafiq icra tədbirləri həyata keçirilmiş, icra məmurunun təqdimatına əsasən borcluya məxsus ünvan 5 ünvanında yerləşən 49.54 kv.m sahəsi olan 108 nömrəli mənzil üzərinə həbs qoyulmuş, Cavabdeh1 MMC tərəfindən əmlakın açıq hərracdan satışı təşkil olunmuş, xx.xx.2022-ci il tarixdə hərrac nəticəsində ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 49.54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzil "xxxx" ASC tərəfindən əldə olunmuş və onun adına qeydiyyata alınmışdıır. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi "xxxx" ASC-nin adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindəki qeydlər mülki hüquqi əqd- hərrac təşkilatının hərracın yekunları barədə protokolu əsasında aparılmışdır. Eyni zamanda həmin hərracın nəticələri mülki məhkəmə icraatında iddiaçı tərəfindən mübahisələndirilmiş və qanuni qüvvəsini almış məhkəmə aktları ilə iddia tələbi təmin edilməmişdir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, hazırkı halda mübahisələndirilən reyestr qeydləri inzibati orqanın bilavasitə inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə deyil, mülki hüquqi əqd-hərracın nəticələrinə dair protokol, müqavilə əsasında aparıldığından həmin qeydlərin ləğvinə dair iddia hazırkı inzibati məhkəmə icraatında baxıla bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar