Məhkəmə qərarları › İş №2-1(112)-3298/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3298/2020

05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3298/2020 05.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Xüsusi X1rşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 X7 İdarəsinə (sonradan - İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona əmək pensiyasının təyin olunmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 57 yaşının tamam olduğu yəni, xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci ildə Gədəbəy rayonunda doğulmuşdur. Ümumi stajı 46 ildən artıqdır. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün İdarəyə müraciət etsə də, onun müraciəti ümumi iş stajı 25 ildən az olması əsas gətirilərək təmin olunmamışdır. Cavabdeh 1984-1985-ci illərdə həbsxanada olarkən əmək fəaliyyəti ilə məşğul olduğu 1 il 7 ay müddəti nəzərə almamışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun ümumi iş stajı 25 ildən azdır. Odur ki, iddiaçının iddiası təmin oluna bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə və iddia ərizəsinə dəqiqləşdirilmə barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X8 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianı rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Gədəbəy rayonunda doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçı məxsus V 814252 №-li diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1978-ci ildən xx.xx.1981-ci ilə qədər Bakı şəhəri 2 №-li orta texniki peşə məktəbində təhsil almışdır. - İddiaçı məxsus İT-İ ******* №-li əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə qədər «Azərelektromaş»-da maşinist köməkçisi, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə qədər 7-ci Dövlət Yastıq Zavodunda mexaniki yıcma sahəsinin cilalama-yıcma şöbəsində cilalayıcı, xx.xx.1988-ci ildən xx.xx.1992-ci ilə qədər X2 çilingər vəzifəsində işləmiş, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə qədər teplovoz maşinisti ixtisası üzrə təhsil almış, xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilə qədər X2 teplovoz maşinist köməkçisi, xx.xx.1995-ci ildən xx.xx.2002-ci ilə qədər teplovoz maşinisti, xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilə qədər teplovoz maşinist köməkçisi vəzifəsində işləmiş, xx.xx.2002-ci ildən hazırki vaxta qədər teplovoz maşinisti vəzifəsində işləyir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2020-ci il tarixli xx/xx-4722-C-22/2 №-li məktubundan görünür ki, iddiaçı xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilə qədər 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş, xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək PX-nin Mərkəzi xəstəxanasında saxlanılmış, xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilə qədər 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş, xx.xx.1985-ci il tarixdə Qaradağ rayon xalq məhkəməsinin xx.xx.1986-cı il tarixli qərarı ilə 1 il 11 ay 3 gün müddətinə şərti azad olunmuş və cəzaçəkmə müəssisəsində cəza çəkdiyi dövr ərzində əmək fəaliyyətinə cəlb edilmişdir. - 097884 №-li xx.xx.1985-ci il tarixli arayışdan görünür ki, iddiaçı Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qərarına əsasən xx.xx.1985-ci ildən etibarən 1 il 11 ay 3 gün müddətinə əməyə mütləq cəlb etməklə azadlıqdan şərti məhrum edilmişdir. - İddiaçı məxsus AT-İİİ ******* №-li əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilə qədər 35 №-li Tikinti Trestinin 273 №-li Xüsusi İdarəsində elektrik qaynaqçısı, xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilə qədər 1 №-li X4 Trestində elektrik qaynaqçısı vəzifəsində işləmişdir. - X3 xx.xx.2019-cu il tarixli ***-**-** №-li arayışından görünür ki, iddiaçının xx.xx.1992-ci ildən hazıra qədər işlədiyi teplovoz maşinisti köməkçisi və elektrovoz maşinisti peşəsində iş stajı 26 il 9 ay 18 gün təşkil edir və bu da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» Siyahısının 21.4-cü Bölməsinə uyğundur. -Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 X7 İdarəsinin iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2020-ci il tarixli, **********0 №-li məktubdan görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajının 25 ildən az olması səbəbindən ona pensiya təyin olunmasından imtina edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «K» bəndinə əsasən azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt iş stajına daxil edilir. Eyni zamanda «Azərbaycan Respublikası Konstitusiyasının 25,35,38 və 71-ci maddələri ilə əlaqədar Azərbaycan Respublikası İslah-Əmək Məcəlləsinin 50-ci maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2000-ci il tarixli qərarına əsasən məhkumların cəza çəkmə dövründə işlədikləri vaxtın onların ümumi iş stajına hesablanmasını nəzərədə tutan Azərbaycan Respublikası İslah-Əmək Məcəlləsinin 50-ci maddəsinin beşinci hissəsinin müddəası 1997-ci il fevralın 7-nə qədər azadlıqdan məhrumetmə yerlərindən azad edilmiş şəxslərə də şamil edilməlidir. Göründüyü kimi, hazırki qanunvericiliklə təhsil müddəti və cəza çəkdiyi müddətdə əmək fəaliyyəti ilə məşğul olduğu dövr iş stajı hesab olunmasa da, iddiaçının oxuduğu və cəza çəkdiyi müddətdə qüvvədə olan qanunvericilik həmin müddətləri iş stajına daxil etmişdir. Ona görə də hazırda həmin müddətlər ümumi iş stajına daxil edilməlidir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı ilə qədər təhsil, cəza çəkdiyi müddətində ödənişli əməyə cəlb edildiyi vaxt və hərbi xidmət dövrü də daxil olmaqla 26 il 0 ay 15 gün ümumi və 13 il 6 ay 14 gün güzəştli iş stajı mövcuddur. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və İddiaçı 57 yaşının tamam olduğu, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 X7 İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.

Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar