Məhkəmə qərarları › İş №2-1(112)-3299/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3299/2020

19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3299/2020 19.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2, 3-cü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs X3) qarşı çıxarışların ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddianın baxılmadan geri qaytarılması haqqında ərizəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Mustafayev (keçmiş Bakı fəhləsi) küçəsi, ev 31, mənzil 1 üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından cavabdehin imtinasını qanunsuz hesab edərək, bu mənzil üzərində başqa şəxslərin adına aparılmış qeydiyyatların qanunsuz (etibarsız) hesab edilməsi, həmin qeydiyyatların və verilmiş çıxarışların ləğv edilməsi, eləcə də, həmin mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə X3 3-cü şəxs qismində işə cəlb edilmişdir. xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin və 3-cü şəxsin nümayəndələri iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədiklərini bildirdilər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ərizənin əsaslarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 80-cı, Mülki Prosessual Məcəlləsinin 170.1, 170.3-cü maddələrinə əsasən, QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs X3) qarşı çıxarışların ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işə baxılmadan iddiaçıya geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim edildiyi andan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə tərəflər Bakı Apelyasiya Məhkəməsinə şikayət verə bilərlər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar