Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-33/2023 14.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil İmadəddin oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Yazıçılar Birliyi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi) “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 14 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 543 saylı Sərəncamına əsasən İddiaçı Kiçik müəsissəsinin xx.xx.1998-ci il tarixli, 1 saylı məktubu nəzərə alınaraq, Binəqədi rayonu, 3123-cü məhəllədə Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 18c saylı qərarı ilə ayrılmış 0.4 ha ərazinin tikinti-quraşdırma işləri başlanmış hissəsi (xx.xx.1992-ci il tarixli, 117 saylı yarımçıq tikilinin dəyərinin ödənilməsi barədə akta əsasən) İddiaçı Kiçik müəsissəsinə labaratoriya korpusunun lahiyyələşdirilməsi və tikintisi üçün təhvil verilmişdir. Qeyd edilən torpaq sahəsində tikinti işləri aparılması üçün tərtib edilmiş 11020 saylı İnşaat Pasportu Bakı şəhər İH-i Baş memarı E.Qasımzadə tərəfindən xx.xx.2001-ci il tarixdə təsdiq olunmuşdur. Tərəflərindən qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi üçün xx.xx.2018-ci il tarixli və bundan sonra müxtəlif tarixli sorğular ilə Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və şəhərsalma Baş İdarəsinə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə və digər orqanlara müraciət olunaraq Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 18c saylı qərarının, həmin qərar əsasında tərtib edilmiş situasiya cizgisi, ayrılmış torpaq sahəsinin cizgisinin, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 543, 544 saylı Sərəncamının, Bakı şəhər İH-i Baş memarı E.Qasımzadə tərəfindən xx.xx.2001-ci il tarixdə təsdiq edilmiş 11020 saylı İnşaat Pasportunun, xx.xx.2000-ci il tarixli situasiya cizgisinin, xx.xx.2000-ci il tarixli ayrıc aktı, 8/394 saylı iş üzrə ayrılmış torpaq sahəsinin cizgisinin, “Radiopribor” X7 Bakı Filialı ilə “Orxan" Kiçik müəsissəsi tərəfindən tərtib edilmiş, xx.xx.1992-ci il tarixdə təsdiq edilmiş xx.xx.1992-ci il tarixli, 117 saylı yarımçıq tikilinin dəyərinin ödənilməsi barədə aktın, “Radiopribor" X7 Bakı Filialı ilə İddiaçı Kiçik müəsissəsi arasında bağlanmış xx.xx.1992-ci il tarixli 10 saylı müqavilənin və bu sənədlərin verilməsinə əsas olmuş digər sənədlərin təsdiq olunmuş surətinin verilməsi xahiş olunmuşdur. Qeyd edilən sənədlər tərəflərindən dəfələrlə sorğu olunsa da qeyd edilən orqanlar müxtəlif bəhanələr ilə həmin sənədləri onlara verməkdən imtina etmişlər və ya sorğulara cavab verməmişlər. (Bakı ŞİH-i təkcə xx.xx.1998-ci il tarixli, 543 saylı Sərəncamın surətini təqdim etmişdir). Qeyd edilən sorğulara cavab verilmədiyindən və onların bildiyi şifahi məlumatlara əsasalanaraq tərəflərindən Azərbaycan Respublikası Prezidenti və digər orqanlara edilmiş kollektiv və kütləvi müraciətlərdən sonra Bakı şəhər İcra Hakimiyyəti yenə də onlara bildirilmişdir ki, sizə 08 may 2019-cu il tarixində və digər tarixlərdə cavab verilmişdir. Lakin onlara rəsmi qaydada cavab, hər hansı məktub gəlməmişdir. Nəhayət xx.xx.2019-cu il tarixdə tərəflərindən şəxsən Bakı şəhər İcra Hakimiyyətinin qəbul şöbəsindən xx.xx.2019-cu il tarixli məktub götürülmüşdür. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən, qeyri-kənd təsərüffatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə həmin sahə üzərində mülkiyyət hüququna xitam verilməsi üçün əsas yaranır. Qaldırdığınız məsələnin əsaslı araşdırılması üçün əməkdaşlarımız tərəfindən göstərilən ünvanda olarkən və Bakı Şəhər İcra Hakimiyyətində olarkən Sizinlə söhbət zamanı məlum olmuşdur ki, Həmin sahə tərəfinizdən sərəncam qəbul edildikdən bu günə kimi heç bir iş görülməmiş, torpaq sahəsi istifadəsiz qalmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsinin şimal hissəsində İddiaçı Kiçik müəsissəsinə labaratoriya korpusunun lahiyyələşdirilməsi və tikintisi üçün ayrılmış torpaq sahəsi üzərində istifadə hüququnuza Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2019-cu il tarixli 14 saylı Sərəncamı ilə xitam verilmiş və həmin sahə Azərbaycan Yazıçılar Birliyinin daimi istifadəsinə verilmişdir. Bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti torpağı özəlləşdirmək üçün sənədlərin əsillərinin təqdim edilməsi barədə müraciətlərindən sonra müəyyən etmişdir ki, onlara məxsus 0.4 ha torpaq sahəsi vardır və həmin torpaq sahəsini mənimsəmək fikrinə gəmiş, bu səbəbdən sorğuların cavablarını qəsdən yubatmış, iddiaçıya həmin sənədlərin onlarda olmamasını bildirmişdir. Sonradan, yəni 5 aydan sonra sərəncamı ləğv etmişdir. Sərəncam qəbul edilməmişdən tərəflərindən heç kim İcra hakimiyyətində olmamışdır, iddiaçının xəbəri olmadan Sərəncam ləğv edilmişdir. Eyni zamanda İcra hakimiyyətinin heç bir əməkdaşı qeyd edilən torpaq sahəsində olmamışdır. Belə ki, qeyd edilən torpaq sahəsi hasarlıdır, qapısı vardır, həmin ərazi xüsusi mühafizəçi vasitəsi ilə mühafizə olunur, orda iddiaçı tərəfindən inşa edilmiş ev var, eyni zamanda 1600 kv.m sahəsi olan tikili vardır. Bundan əlavə qeyd edilən torpaq sahəsi 20 ildən artıqdır ki, anbar kimi istifadə olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci tarixli, 543 nömrəli torpaq sahəsinin ayrılması haqqında Sərəncama əsasən İddiaçı xx.xx.1998-ci il tarixli İ nömrəli məktubu nəzərə alınaraq Binəqədi rayonu, 3123-cü məhəllədə Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 18c saylı qərarı ilə ayrılmış ərazinin tikinti-quraşdırma işləri başlanmış hissəsi (xx.xx.1992-ci il tarixli, 117 nömrəli yarımçıq tikilinin dəyərinin ödənilməsi haqqında akta əsasən) Orxan” Kiçik Müəssisəsinə labarotoriya korpusunun layihələndirilməsi və tikintisi üçün təhkim edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və şəhərsalma Baş İdarəsinin Şəhər ərazisinin tikinti planlaşdırma idarəsi tərəfindən İddiaçı X4 rayonu, 3123-cü məhəllədə laboratoriya korpusu üçün torpaq sahəsinin ayrılmasına dair xx.xx.2001-ci il tarixli, 11020 nömrəli İnşaat pasportu verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 7-1268 nömrəli məktubu ilə göndərilmiş sənədlərdən görünür ki: - Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 14 nömrəli Azərbaycan Yazıçılar Birliyinin əməkdaşlarına yaşayış binasının tikintisi üçün torpaq sahəsinin daimi istifadəyə verilməsi haqqında Sərəncamına əsasən:
1. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli tapşırığını, Azərbaycan Yazıçılar Birliyinin xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli, 1K13/013 saylı məktublarını, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2018-ci il tarixli, xx/xx- 3910 nömrəli və Əmlak Məsələləri Dövlət Komitəsi Yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2018-ci il tarixli, **********96 nömrəli razılıq məktublarını nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, X10 küçəsinin şimal hissəsində Yazıçılar Birliyin əməkdaşlarının mənzil şəraitlərinin yaxşılaşdırılması məqsədilə yaşayış binasının tikintisi üçün 0,40 ha torpaq sahəsi Yazıçılar Birliyinin daimi istifadəsinə verilsin. 1.1 Ərazidə yerləşən yarımçıq tikilinin sökülməsi mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada həyata keçirilsin. 1.2 Binəqədi rayonu, Binəqədi şosesi, S.S.Axundov küçəsinin şimal hissəsində laboratoriya korpusunun layihələndirilməsi və tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 543 nömrəli sərəncamı ilə İddiaçınə ayrılmış 0.40 ha torpaq sahəsindən uzun müddət istifadə edilmədiyindən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən həmin müəssisənin torpaq sahəsi üzərində istifadə hüququna xitam verilsin. - Azərbaycan Respublikası Yazıçılar Birliyinin Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2019-cu il tarixli, 1k13/013 nömrəli məktubunda bildirilmişdir ki, Sizin tərəfinizdən yazıçıların yaşayışının təminatı üçün Bakı şəhəri Binəqədi rayonu ərazisində iki girişli kooperativ binanın tikintisinə torpaq sahəsi təklif edilmişdir. Qeyd olunanlarla əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin və Memarlıq Baş İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə birgə baxış keçirilmiş və qəbul olunmuşdur. Bizim tərəfimizdən seçilmiş sahə bəyənilib, lakin xahiş edirik ki, bizə ayrılan sahə dəqiqləşdirilib rəsmiləşdirilsin. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2018-ci il tarixli xx/xx-3189 nöməli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, S.S.Axundov küçəsinin şimal hissəsində Yazıçılar Birliyinin və X2 rəhbərləri və öz əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binalarının tikintisi üçün 0.30 ha torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi barədə xx.xx.2018-ci il tarixli 7-296/1 nömrəli məktubunuza Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, qeyd olunan ünvanda Yazışılar Birliyinin və X2 rəhbərləri və öz əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binalarının tikintisi üçün 0.30 ha torpaq sahəsinin ayrılmasına etiraz etmirik. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2018-ci il tarixli xx/xx-3910 nöməli məktubunda qeyd olunmuşdur ki, bakı şəhəri, Binəqədi rayonu, inəqədi Şossesi, S.S,Axundov küçəsinin şimal hissəsində Yazışılar Birliyinin və X2 əməkdaşlarının mənzil şəaitinin yaxşılaşdırılması məqsədilə yaşayış binalarının tikintisi üçün 0,40 hektar torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi barədə xx.xx.2018-ci il tarixli 7-296/1 nömrəli məktubunuza Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Qeyd olunan ünvanda Yazıçılar Birliyinin və X2 yaşayış binalarının tikintisi üçün 0,40 hektar torpaq sahəsinin ayrılmasına etiraz etmirik. Məlumat üçün bildiririk ki, yuxarıda qeyd olunan ünvanda yerləşən 0,40 hektar torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 11,06.1998-ci il tarixli, 543 nömrəli sərəncamı ilə İddiaçınə laboratoriya korpusunun layihələndirilməsi və tikintisi üçün ayrılmış və Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində inşaat pasportu hazırlanmışdır. Hal-hazırda ayrılmış ərazi İddiaçı tərəfindən təyinatı üzrə istifadə edilmir və ərazidə yarımçıq tikili mövcuddur. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında X1 Təşkili Üzrə Dövlət Agentliyinin xx.xx.2018-ci il tarixli **********96 nömrəli məktubunda qeyd olunmuşdur ki, müraciətdə qeyd olunan ünvanda Azərbaycan Respublikası Yazıçılar Birliyinin və X2 əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binalarının tikintisinin layihələndirilməsinə etiraz etmirik. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən torpaq sahəsinin ayrılması barədə müvafiq qərar qəbul edilənə qədər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən həmin torpaq sahəsinin sifarişçinin vəsaiti hesabına yerquruluşu qaydasında hüdudları yerdə (naturada) və xəritədə müəyyən edilməsi zəruridir. Xahiş edirik yerquruluşu işlərinin aparılması üçün müqavilə bağlanmasının təmin edilməsi ilə əlaqədar müvafiq göstəriş verəsiniz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.3-cü maddəsinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi sərəncamdan daha əvvəl məlumatlı olması və ya ona rəsmi qaydada həmin sərəncamın təqdim edilməsinin sübut olunmadığını nəzərə alaraq iddia müddətinin ötürülmədiyi nəticəsinə gəlir. İddia mahiyyəti üzrə əsassız iddiadır. İşin hallarından müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 14 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, X10 küçəsinin şimal hissəsində Yazıçılar Birliyin əməkdaşlarının mənzil şəraitlərinin yaxşılaşdırılması məqsədilə yaşayış binasının tikintisi üçün 0,40 ha torpaq sahəsi Yazıçılar Birliyinin daimi istifadəsinə verilmiş, eyni zamanda sərəncamla Orxan” kiçik müəssisəsinin həmin torpaq sahəsi üzərində istifadə hüququna xitam verilmişdir. Hazırkı iddia üzrə İddiaçı sözügedən torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 543 nömrəli sərəncamı ilə İddiaçınə ayrıldığını, həmin torpaq sahəsində inşa edilmiş ev, 1600 kv.m sahəsi olan tikili olduğu və 20 ildən artıqdır ki, iddiaçı tərəfindən anbar kimi istifadə olunduğunu əsas gətirərək sözügedən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 14 nömrəli sərəncamının ləğvini mübahisələndirir. İddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncam verilərkən hüquq münasibələrini tənzimləyən Torpaq Məcəlləsinin (1992-ci il aprelin 1-dən qüvvəyə minmiş 25 iyun 1999-cu il tarixli yeni Torpaq Məcəlləsi qüvvəyə minənədək qüvvədə olmuş): - 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. -14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər -29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. -30-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. Dövlət aktının forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. 25 iyun 1999-cu il tarixli 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş yeni Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir. (21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər olan redaksiya) -4-cü bəndinə əsasən dövlət aktının, şəhadətnamənin, alqı-satqı, ipoteka, istifadə və icarə müqavilələrinin nümunəvi formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilir. -5-ci bəndinə əsasən torpaq üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınır. -67-ci maddəsinin 2-ci bəndinə əsasən dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedici və hüquq müəyyənedici sənəddir. (21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər olan redaksiya). -68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. -78-ci maddəsinə əsasən:
1. Torpaq sahəsinin dövlət qeydiyyatı dövlət torpaq kadastrında aparılır.
2. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı torpaq sahəsinin yerləşdiyi ərazi üzrə dövlət reyestrinə aşağıdakı məlumatların daxil edilməsi ilə aparılır: torpaq sahəsi üzərində hüququ əldə edən şəxs barədə məlumat; torpaq sahəsinin təsviri (torpağın kateqoriyası, istifadə məqsədi, torpaq uqodiyasının növü, torpaq sahəsinin ölçüsü, sərhədləri, kadastr nömrəsi və digər səciyyəvi xüsusiyyətləri göstərilməklə); torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi haqqında müqavilənin şərtləri, sahənin istifadəsində müəyyən edilmiş servitutlar, öhdəliklər və məhdudiyyətlər haqqında məlumatlar; torpaq sahəsi barədə sərəncam verilməsinə dair əqdlərin bağlanması və digər fəaliyyət barədə məlumatlar; torpaq sahəsinə dair əqdlərin bağlanmasına qadağanlar müəyyən edilməsinə dair məlumatlar; torpaq sahəsinin dövlət və bələdiyyə ehtiyacları üçün özgəninkiləşdirilməsi barədə qərarların tarixi və nömrəsi; qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar.
4. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı onu aparan orqana torpaq sahəsi üzərində hüquqlar barədə lazım olan bütün sənədlər daxil olduğu vaxtdan on gün müddətində aparılır.
5. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması barədə qeydiyyatın tarixi və nömrəsi, habelə qeydiyyatı aparan orqan haqqında məlumatlar göstərilməklə torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və ya icarəçilərinə bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş hüquqi sənədlər verilir.
7. Torpaq sahəsi və onunla bağlı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılması qaydaları dövlət torpaq kadastrı, habelə daşınmaz əmlak və onunla bağlı əqdlərin dövlət qeydiyyatı haqqında normativ-hüquqi aktlarla müəyyən edilir.
8. Torpaq sahəsi üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada həmçinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. (21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə XVİ fəsil çıxarılmışdır). Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Göründüyü kimi iddiaçıya torpaq ayrıldığı vaxt və ayrıldıqdan sonra qüvvədə olan qanunvericiliyə əsasən torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə alqısatqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Torpaq qanunvericiliyi dövlət torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına təminat vermir. İşin hallarından müəyyən olunur ki, mübahisəli torpaq sahəsi “Radiopribor” X7 Bakı Filialı ilə “Orxan" Kiçik müəsissəsi tərəfindən tərtib edilmiş, xx.xx.1992-ci il tarixdə təsdiq edilmiş xx.xx.1992-ci il tarixli, 117 saylı yarımçıq tikilinin dəyərinin ödənilməsi barədə akt, “Radiopribor" X7 Bakı Filialı ilə İddiaçı Kiçik müəsissəsi arasında bağlanmış xx.xx.1992-ci il tarixli 10 saylı müqavilə nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 543 nömrəli sərəncamı ilə labarotoriya korpusunun layihələndirilməsi və tikintisi üçün Orxan” Kiçik Müəssisəsinə ayrılmışdır. İddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncam verilmiş olsa da həmin sərəncamdan irəli gələn torpaq sahəsi üzərində istifadə hüququ torpaq qanunvericiliyi ilə tələb olunan torpaqdan daimi istifadə hüququna dair dövlət aktı ilə rəsmiləşdirilməmişdir. İddiaçının sözügedən torpaq üzərində istifadə hüququ dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmamışdır. İddiaçı müəssisəyə torpaq sahəsində tikinti işlərinin aparılması ilə əlaqədar 2001-ci ildə inşaat pasportunda belə AR Torpaq Məcəlləsinin 66, 67, 68-ci maddələrinə uyğun olaraq sifarişçinin Bakı şəhər Torpaq Şöbəsindən torpaq sahəsi üzərində hüququnu təsdiq edən rəsmi sənədləri dövlət aktı(şəhaətnamə) və tərəflər arasında bağlanmış icarə müqavilələrini aldıqdan sonra tikinti işlərinə başlanılmalı olması barədə qeydlər edilmiş olsa da iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı tələb olunan qeydiyyat hərəkətləri aparılmamışdır. Təqdim edilmiş inşaat pasportunda inşaat müddəti-yəni memarlıq və planlaşdırma göstərişlərinin müddəti AR Torpaq Məcəlləsinin 73-cü maddəsi ilə tənzimləndiyi (ayrılmış torpaq sahəindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahəsi geri alınır) bilavasitə göstərilmiş olsa da iddiaçının nəzərdə tutulmuş inşaat müddətində həmin torpaq sahəsində layihələndirilən laboratoriya korpusunu tikdiyi və belə bir tikilinin (iddia ərizəsində qeyd etdiyi ev və 1600 kv.m tikili, anbar) müəssisənin istifadəsində olduğu iş materialları ilə müəyyən olunmur. İş materiallarında olan “Radiopribor” X7 Bakı Filialı ilə “Orxan" Kiçik müəsissəsi tərəfindən tərtib edilmiş, xx.xx.1992-ci il tarixdə təsdiq edilmiş xx.xx.1992-ci il tarixli, 117 saylı yarımçıq tikilinin dəyərinin ödənilməsi barədə akt, “Radiopribor" X7 Bakı Filialı ilə İddiaçı Kiçik müəsissəsi arasında bağlanmış xx.xx.1992-ci il tarixli 10 saylı müqavilə, 1998ci il tarixli sərəncama əlavə olunmuş torpaq sahəsinin cizgisindən də müəyyən olunur ki, sözügedən torpaq sahəsində yarımçıq tikili mövcud olmuş, bu tikili “Radiopribor” X7 Bakı Filialından qalma tikili olmaqla iddiaçı müəssisə tərəfindən layihələndirilən və inşa edilmiş tikili olmamışdır. Bunun sübutudur ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2018-ci il tarixli məktubunda da sözügedən torpaq sahəsində yarımçıq tikilinin olduğu və həmin ərazidən iddiaçı müəssisənin təyinat üzrə istifadə etmədiyi qeyd edilmişdir. Başqa sözlə, iddiaçı tərəfindən istinad etdiyi hüquqmüəyyənedici sənəd olan xx.xx.1998-ci il tarixli sərəncamın verilməsinin əsasında duran hal-laboratoriya korpusunun tikintisi həyata keçirilməmiş, torpaq sahəsi ayrılma məqsədinə uyğun istifadə olunmamışdır. Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən:
1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları.
2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.
4. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən:
2. Müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqları daimi istifadəyə, bir qayda olaraq, aşağıdakılara verilir: dövlət hakimiyyət və yerli özünüidarə orqanlarına; dövlət və bələdiyyə büdcəsindən maliyyələşən müəssisələrə, idarələrə, təşkilatlara və birliklərə; həmkarlar ittifaqlarına və dini təşkilatlara; dövlət əhəmiyyətli dağ-mədən, neft-kimya, energetika, nəqliyyat, rabitə, müdafiə, habelə təbiəti mühafizə, təbii qoruq, tarix-mədəniyyət, elmi-tədqiqat, tədris obyektlərinə, müəssisələrinə və idarələrinə; dövlət və bələdiyyə mülkiyyətində olan digər müəssisələrə, idarələrə və təşkilatlara; dövlətin, bələdiyyənin və əhalinin vəsaiti hesabına inşa edilən və sahibkarlıq fəaliyyətinə aid olmayan çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin müvafiq mənzil-istismar təşkilatlarına.
4. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranma əsaslarından biri müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrdir. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən:
1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə;(...). “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 6 mart 2000-ci il tarixli 291 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsində göstərilən digər dövlət torpaqlarının istifadəyə və icarəyə verilməsi barəsində - rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin: -4.16.4-cü bəndinə əsasən müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyətinin başçısının səlahiyyətinə aiddir. Göründüyü kimi dövlət mülkiyyətində olan qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilməməsi torpaq sahəsi üzərində hüququn xitamı üçün əsasdır. Boş, istifadəsiz qalmış dövlət mülkiyyətində olan torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi barədə sərəncamın verilməsi şəhər icra hakimiyyəti başçısının səlahiyyətindədir. Cavabdeh inzibati orqan sözügedən normalara əsasən mübahisələndirilən sərəncamla 0.40 ha torpaq sahəsindən uzun müddət istifadə edilmədiyindən İddiaçı torpaq sahəsi üzərində istifadə hüququna xitam vermiş və həmin torpaq sahəsini yaşayış binaısnın tikintisi üçün üçüncü şəxsin istifadəsinə ayırmşdır. Hazırkı iş üzrə mübahisələndirilən xx.xx.2019-cu il tarixli sərəncamın qəbul edilməsi ilə bağlı təqdim edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, X10 küçəsinin şimal hissəsində 0,40 ha torpaq sahəsi üçüncü şəxsin istifadəsinə verilərkən Bakı şəhəri İcra Hakimiyyəti torpaq sahəsinin ayrılması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2018-ci il tarixdə razılığını almış (Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 3.0.3-cü bəndinə əsasən dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla digər dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə rəy vermək Agentliyin vəzifəsidir), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi xx.xx.2018-ci ildə sözügedən torpaq sahəsinin yaşayış binasının tikintisi üçün ayrılmasına etiraz etməmişdir (Azərbaycan Respublikası Prezidentinin 9 noyabr 2007-ci il tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında” Əsasnamənin 8.20- 5-ci bəndinə görə Komitə tabeliyində olan qurum vasitəsilə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahəsi ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğuna dair rəy verir). Göründüyü kimi Bakı şəhər İcra Hakimiyyəti iddiaçıya ayrıldığı gündən uzun müddətdir istifadə edilməyən dövlət mülkiyyətində olan torpaq sahəsini mübahisələndirilən sərəncamı ilə üçüncü şəxsin istifadəsinə vermişdir. Bu zaman üçüncü şəxsə ayrılarkən yuxarıda qeyd edilmiş qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət mülkiyyətində olan torpaq sahəsinin ayrılması ilə bağlı səlahiyyətli müvafiq icra hakimiyyəti orqanlarının rəyləri nəzərə alınmış, həmin qurumlar tərəfindən sözügedən torpaq sahəsinin üçüncü şəxsin istifadəsinə verilməsi bağlı hər hansı etiraz bildirilməmişdir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən sərəncamın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə hesab edir ki, hazırkı halda mübahisələndirilən sərəncam inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması nəticəsində qəbul edilmiş hesab edilə bilməz. Mübahisələndirilən sərəncamın ləğv edilməsi üçün hüquqi əsas müəyyən olunmadığından iddia tələbi təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova