Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3304/2022 17.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X6 kаtibliyi, İddiaçı (Gədəbəy rayonunda qeydiyyatdadır, işləmir), iddiaçının nümayəndəsi, vəkili X4 (Mingəçevir şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşünas, Mingəçevir şəhər vəkil bürosunda vəkil işləyir) iştirakı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı xx.xx.2021-ci il tarixdə Şəki İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia qaldıraraq “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsi 2-1(116)1326/2021 saylı inzibati iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən iddiaya cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalı olduğundan, iş ərazi aidiyyatı üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı xx xxxx 1954-cü ildə Gədəbəy rayonunun Mutudərə kəndində anadan olmuş və hal-hazırda Mingəçevir şəhərində qeydiyyatda olmaqla bu şəhərdə yaşayır. Gədəbəy rayonunun doğulduğu Mutudərə kəndi erməni silahlı birləşmələrinin hərbi hücumuna məruz qalan zaman 01 avqust 1992-ci il tarixdən 08 avqust 1992-ci il tarixinədək Mutudərə kənd özünümüdafiə batalyonunun tərkibində döyüş əməliyyatlarında könüllü iştirak etmiş və 08 avqust 1992-ci il tarixdə döyüş əməliyyatında sağ çiyin nahiyəsindən avtomat gülləsi yarası alaraq 09 avqust 1992-ci il tarixədək Tovuz rayon Mərkəzi Xəstəxanasında, 09 avqust 1992-ci il tarixdən 28 avqust 1992-ci il tarixədək isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında “Sağ bazunun yuxarı 1/3 hissəsinin dəlib keçən odlu güllə yarası” diaqnozu ilə müayinə və müalicə olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 1123 nömrəli qərarında qeyd edilir ki, İddiaçı xx.xx.1992-ci il tarixdə döyüş zonasında hərbi xidmət keçərkən yaralanmış, xx.xx.1992-xx.xx.1992-ci ildə Tovuz rayon Mərkəzi Xəstəxanasında “Sağ çiyin nahiyəsinin güllə yarası”, xx.xx.1992-xx.xx.1992-ci ildə Mingəçevir Rayon Mərkəzi Xəstəxanasında “Sağ bazunun 1/3 hissəsinin dəlib keçən odlu güllə yarası” diaqnozu ilə müayinə və müalicə olunmuş, qeyd olunmuşdur ki, hərbi travmadir, Azərbaycan Respublikasinin müdafiəsi zamanı alınmışdır. Eyni zamanda iddiaçıya məxsus HZ seriyalı ******* №-li hərbi biletin 6-cı səhifəsinin 17-ci, 18-ci və 24-cü bəndlərində xx.xx.1992 - xx.xx.1992-ci ildə Gədəbəy rayonu Mutudərə kəndinin müdafiəsində özünümüdafiə batalyonunun tərkibində döyüş əməliyyatlarında iştirak etməyi qeyd olunmuşdur. Lakin, bütün bu qeyd edilənlərə baxmayaraq ona müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, qanunvericilik aktının tələblərinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə - silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. Gədəbəy Rayon İcra Hakimiyyəti “Döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahısı”nı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etmiş, lakin tərtib olunmuş siyahıya İddiaçı adı mövcud deyil. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 29 iyun 2017-ci il tarixli, 1123 nömrəli qərarına əsasən, İddiaçı 08 avqust 1992-ci il tarixdə döyüş zonasında hərbi xidmət keçərkən yaralanmış, xx.xx.1992 xx.xx.1992-ci il tarixlərdə Tovuz MRX-da “sağ çiyin nahiyəsinin güllə yarası”, xx.xx.1992 xx.xx.1992-ci il tarixlərdə Mingəçevir MŞX-da “Sağ bazunun 1/3 hissəsinin dəlib keçən odlu güllə yarası” diaqnozu ilə müayinə və müalicə olunmuş, “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” qərarı verilmişdir. Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının adıçəkilən qərarından görünür ki, İddiaçı “döyüş zonasında hərbi xidmət keçərkən yaralanmış” və buradan da görünür ki, o hərbi xidmətdə olarkən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir. Yerli icra hakimiyyətləri tərəfindən yaradılmış özünümüdafiə dəstələri (batalyonları) hərbi xidmət növünə aid deyil və bu səbəbdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iddiaçıya qanuna müvafiq olaraq Müdafiə Nazirliyinə müraciət etməsini tövsiyə etmişdir. Həmçinin hərbiçi olmayan (mülki) şəxsin hərbi hospitalda şəhadətləndirilməsi qanunvericiliyin tələblərinə ziddir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən, Azərbaycan Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Hesab edilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mümkünsüzdür. Buna görə də cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2.-сi maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır Məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının vəkili və nümayəndəsi D.Mehdiyev iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiаçının və vəkili və nümayəndəsinin çıxışını, cavabdehin etirazını, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir. İş materiallarına əlavə edilmiş: Şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Cavabdehin xx.xx.2021-ci il tarixli, M12472 nömrəli məktubuna əsasən iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə müraciətinin təmin edilməsindən imtina edilmişdir, imtinanın səbəbi kimi göstərilmişdir ki, müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarına əsasən veteran adı və müvafiq vəsiqələri şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq tələb olunan sənədlər (nizami hissə üzrə əmrdən çıxarışlar və ya arxiv arayışları mütləqdir) əsasında Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Xarici Kəşfiyyat, Xüsusi Dövlət Mühafizə, Dövlət Sərhəd, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-6204/2020 nömrəli qərardadında Sizə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi göstərilmişdir. Odur ki, aidiyyəti üzrə Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”sına müraciət edilməsi məqsədəuyğundur. İZ ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1992 - xx.xx.1992-ci ildə Gədəbəy rayonu Mutudərə kəndinin özünümüdafiə batalyonunun tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, xx.xx.1992-ci il tarixdə hərbi travma almışdır. Gədəbəy rayon Mutudərə kəndində E.Məmmədov, J.Süleymanlı, T.Cəfərov, M.Mehdiyev, A.Ələkbərov tərəflərindən imzalanan akt ilə iddiaçının müdafiə batalyonunda xx.xx.1992-xx.xx.1992-ci il tarixlərdə erməni işğalçı ordusuna qarşı döyüşməyi və yaralanmağını təsdiq edir. Qeyd olunur ki, İddiaçı 1992-ci il 01 avqust ayında Mutudərə kəndi erməni işğalçı ordusu tərəfindən hərbi hücuma məruz qalan zaman Mingəçevir şəhərindən könüllü olaraq Mutudərə kəndinə gələrək Mutudərə kənd özünü müdafiə batalyonununa daxil olmuş və 08 avqust 1992-ci il tarixinədək erməni işğalçı ordusuna qarşı döyüşərək ağır yaralanmışdır. xx.xx.1992-ci il tarixdə onu ağır yaralandığına görə Tovuz rayon xəstəxanasına aparmışlar. Tovuz rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib olunan xəstənin stasionar tibbi kartasından çıxarışına əsasən, İddiaçı stasionara göndərilmə tarixi xx.xx.1992-ci il, stasionar üzrə daxil olma tarixi xx.xx.1992-ci il, tam diaqnozu sol çiyin nahiyəsində odlu güllə yarası olaraq qeyd edilmişdir. İddiaçı Gədəbəy rayonunda döyüş zamanı yaralanmış, ilk tibbi yardım üçün Tovuz Rayon Xəstəxanasına göndərilmişdir. Mingəçevir şəhər X2 şöbəsi tərəfindən tərtib olunan xəstənin stasionar tibbi kartasından çıxarışa əsasən, İddiaçı stasionara göndərilmə tarixi xx.xx.1992-ci il, stasionar üzrə daxil olma tarixi xx.xx.1992-ci il, tam diaqnozu sağ borunun yuxarı 1/3 hissəsinin dəlib keçən odlu güllə yarası olaraq qeyd edilmişdir. İddiaçı Gədəbəy rayonunda döyüş zamanı yaralanmış, ilk yardımı Tovuz Rayon Xəstəxanasında almışdır. N nömrəli hərbi hissənin Qarnizon Hərbi Həkim Komissiyasının xx.xx.1992-ci il tarixli, 23 nömrəli protokollar kitabından çıxarışına əsasən, 234-cü sırada (protokolda) 1954-cü il təvəllüdlü İddiaçı Məngəçevir HHK tərəfindən şəhadətləndirilməsinə göndərilməsi, şikayətləri və anamnezi, həkim müayinəsinin obyektiv göstəriciləri və diaqnozu qeyd edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 1123 nömrəli qərarına əsasən, iddiaçı Mingəçevir ŞHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Qazax hərbi prokurorluğunun xx.xx.2017-ci il tarixli HP-12/2635 saylı məktubunda barəsində cinayət işi və təqsirləndirici material olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Tovuz rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma – diaqnoz kimi qeyd olunmuşdur: "Sağ çiyin nahiyyəsinin güllə yarası" və xx.xx.1932-ci ildən xx.xx.1992-ci ilə kimi Mingəçevir şəhər mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sağ bazunun yuxarı 1/3 hissəsinin dəlib keçən odlu güllə yarası” (Azərbaycan Respublikası SHXÇDX-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2017-ci il tarixli 601 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 411 nömrəli arayışı, Tovuz rayon mərkəzi xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, Mingəçevir şəhər mərkəzi xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, N nömrəli hərbi hissənin hərbi həkim komissiyasının protokol kitabından çıxarış, MN MHHK-nm həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi travmadir, Azərbaycan Respublikasinin müdafiəsi zamani alınmışdır”. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubuna əsasən iddiaçıya müharibə veteranı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2017-ci il tarixli iclasında baxılmış və 470 nömrəli protokol ilə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin Şəki İnzibati-İqtisadi Məhkəməsinə ünvanladığı xx.xx.2019-cu il tarixli vəsatətinə əsasən, özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının xx.xx.1992-ci il tarixli arayışına əsasən, iddiaçı xx.xx.1992-ci il tarixdə Gədəbəy rayon Mutudərə kəndi ətrafında döyüş zamanı güllə yarası almışdır;ilk müalicəsi Tovuz rayon xəstəxanasında olmuş, xx.xx.1992-ci il tarixdən Mingəçevir şəhər mərkəzi xəstəxanasında müayinə və müalicə davam etdirmişdir; arayış sığorta ödənişi alınması üçün verilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi xx.xx.2022-ci il tarixli, 11/1319 nömrəli məktubu ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsi tərəfindən Müdafiə Nazirliyinə göndərdiyi sənədləri məhkəməyə təqdim etmişdir, o cümlədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsinin arxivində saxlanılan İddiaçı məxsus ******* nömrəli hərbi biletə əlavə olan, üçot kartoçkasını da təqdim etmişdir. Həmin uçot kartoçkasında İddiaçı xx.xx.1992 xx.xx.1992-ci ildə Gədəbəy rayonu Mutudərə kəndinin özünümüdafiə batalyonunun tərkibində döyüş əməliyyatlarında iştirak etməsi, xx.xx.1992-ci il tarixdə hərbi travma alınması qeyd olunmuşdur. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddiaçını iddia tələbində haqlı hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X3 Xidməti, Azərbaycan Respublikasının Strateji X5 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X3 Xidməti və Azərbaycan Respublikasının Strateji X5 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbinə etirazını onunla əsaslandırır ki, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Halbuki yuxarıda qeyd olunan Əsasnamənın 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndindən göründüyü kimi, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatının) verilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahının mövcud olması tələbi məcburi şərt kimi nəzərdə tutulmamışdır. İddiaçıya veteran adının verilməsini istisna edən halların (haqqında cinayət işinin və araşdırma materialın) olması barədə məlumat cavabdeh və ya digər orqan tərəfindən məhkəməyə verilməmişdir. İşin faktiki hallarına əsasən iddiaçının özünümüdafiə batalyonun tərkibində döyüş əməliyyatlarında iştirakı iddiaçının hərbi biletində, cavabdehdə saxlanılan uçot kartoçkasında olan qeydlərlə təsdiq olunur. Bundan başqa, iddiaçının döyüş əməliyyatları zamanı yaralanması barədə iş materiallarında təkzibedilməz sübutlar mövcuddur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikasının İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 2,33, 68, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-3304/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3304/2022
17.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver