Məhkəmə qərarları › İş №2-1(112)-3306/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3306/2023

11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3306/2023 11.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi, pensiyanın bərpa edilməsi və tutulan məbləğin geri qaytarılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021 -ci il tarixli **********0 №-li qərarının ləğv edilməsi və cavabdeh inzibati orqan tərəfindən qanunsuz olaraq tutulmuş pul məbləğlərinin iddiaçıya geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1951-ci ildə Laçın rayonunda doğulmuşdur. Ona xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixdə 3-cü dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçının xx.xx.2014-cü il tarixli müraciətinə əsasən onun pensiyasının növü 3-cü dərəcəli əlilliyə görə əmək pensiyasından xx.xx.2014-cü il tarixində yaşa görə əmək pensiyası növünə keçirilmişdir. İddiaçı xx.xx.1973-cü ildən fasiləsiz olaraq xx.xx.2021-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi gün cavabdeh inzibati orqan tərəfindən onun pensiyasının məbləği fərdi hesabının sığorta hissəsində qeydə alınmış 13536 manat 36 qəpik pensiya kapitalı əsasında və əyani təhsil müddəti də nəzərə alınmaqla xx.xx.2021-ci il tarixdən 533 manat 95 qəpik müəyyən edimişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiya məbləğinin dəyişdirilməsi və iddiaçıya artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə xx.xx.2021-ci il tarixli **********0 nömrəli qərar qəbul edilmişdir. Qeyd olunmalıdır ki, adıçəkilən qərarın özü rəsmi qaydada iddiaçıya təqdim olunmasa da onun pensiyasından tulmalar qanunsuz olaraq həyata keçirilməkdədir. Cavabdeh inzibati orqan pensiya məbləğinin dəyişdirilməsini onunla izah edir ki, iddiaçı əlilliyə görə pensiya alan zaman DSMF orqanı tərəfindən onun pensiyası işləməyən əmək pensiyaçısı qaydasında müəyyənləşdirilmişdir. Halbuki iddiaçı həmin dövrdə işlədiyindən onun pensiyasının yalnız baza hissəsi əsas götürülməli idi. Eləcə də, iddiaçının pensiyası hesablanan zaman onun məbləği xx.xx.2021-ci il tarixində düzgün olaraq indeksləşdirilməmişdir. Nəticədə iddiaçıya numilikdə 8459 manat 70 qəpik məbləğində atıq ödəmə həyata keçirilmişdir. Hazırda cavabdeh inzibati orqan tərəfindən həmin məbləğ iddiaçının pensiyasından tutulmaqdadır. Hesab edir ki, cavabdeh inzibati orqanın adıçəkilən qərarı əsassız olduğundan ləğv edilməlidir.

3. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən qəbul edilmiş artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında xx.xx.2021-ci il tarixli **********0 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2006-cı il tarixində qüvvədə olan 12.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya həmin tarixdən İİİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş hədddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Sözügedən Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Məlumat üçün bildirilir ki, xx.xx.2014-cü il tarixli müraciəti əsasında pensiyasının növü İİİ dərəcəli əlilliyə görə əmək pensiyasından xx.xx.2014-cü il tarixində yaşa görə əmək pensiyası yası növünə keçirilmişdir. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. xx.xx.2021-ci il tarixli məktubla cavablandırılmış müraciəti ilə əlaqədar olaraq bir daha bildirilir ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2014-cü il tarixindən xx.xx.2020-ci il tarixinə qədər fərdi hesabın sığorta hissəsində qeydə alınmış 13536,36 manat pensiya kapitalı əsasında əyani təhsil müddəti nəzərə alınmaqla iddiaçının yaşa görə pensiyası yenidən hesablanmış və əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixindən 533,95 manat müəyyən edilmişdir. Qanunun 37.3.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır. Bildirilir ki, qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2011 -ci il tarixində İİİ dərəcəli əlilliyə görə əmək pensiyaçısı olduğu zaman işlədiyi halda əmək pensiyası həm baza həm də sığorta hissəsi nəzərə alınaraq hesablanmışdır. Eyni zamanda əmək pensiyasının məbləği xx.xx.2021 -ci il tarixində düzgün indeksləşməmişdir. Nəticədə iddiaçıya xx.xx.2011-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək və xx.xx.2021 ci tarixindən xx.xx.2021-ci il tarixinədək 8459,70 manat artıq ödəmə müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qərarı ilə təyin edilmiş əmək pensiyasının məbləği dəyişdirilmiş və xx.xx.2021-ci il tarixli ərizəyə əsasən yaşa görə əmək pensiyasının məbləği təqdim edilən sənədlər əsasında aşağıda verilmiş cədvələ uyğun olaraq yenidən hesablanmışdır.

Son tarix Məbləğ Başlanğıc tarix Hesablamayadək olan Hesablandıqdan sonra olan

xx.xx.2011 xx.xx.2011 116.59 55.25 xx.xx.2012 xx.xx.2012 122.11 55.25 xx.xx.2013 xx.xx.2013 122.94 55.25 xx.xx.2013 xx.xx.2013 131.19 65.00 xx.xx.2014 xx.xx.2014 133.02 65.00 xx.xx.2014 xx.xx.2014 294.52 263.59 xx.xx.2014 xx.xx.2014 294.52 223.59 xx.xx.2015 xx.xx.2015 296.54 225.18 xx.xx.2016 xx.xx.2016 302.40 229.78 xx.xx.2016 xx.xx.2016 317.40 240.78 xx.xx.2017 xx.xx.2017 336.30 255.63 xx.xx.2018 xx.xx.2018 352.33 269.57 xx.xx.2019 xx.xx.2019 362.90 277.33 0'.04.2019 xx.xx.2019 362.90 266.33 xx.xx.2020 xx.xx.2020 423.14 310.54 xx.xx.2020 xx.xx.2020 509.92 310.54 xx.xx.2020 xx.xx.2020 509.92 479.31 xx.xx.2021 xx.xx.2021 568.05 533.95

Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********0 nömrəli qərarına əsasən xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək xx.xx.2011ci il tarixindən xx.xx.2014-cü il tarixinədək və xx.xx.2021 -ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 8459,70 manat bölünərək əmək pensiyasından tutularaq Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunmaqdadır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və 5 məhkəmə qaydasında şikayət etmək hüququ vardır.

4. İddiaçının müraciətinə cavab olaraq cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, Qanunun xx.xx.2021-ci il tarixinədək qüvvədə olan 19.1.1-ci maddəsinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır. Məlumat üçün bildirilmişdir ki, əmək pensiyasına edilən həmin əlavə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli fərmanı ilə Prezident təqaüdü ilə əvəz olunmuşdur. Qeyd olunanlara əsasən bildirilmişdir ki, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində 25 il sığorta stajı olmadığı halda (20 il 1 ay) ona fəlsəfə doktoru kimi 120 manat məbləğində Prezident təqaüdü təyin edildiyi üçün əmək pensiyasının məbləğində xx.xx.2011-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 13.664,99 manat məbləğində artıqvermə müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli **********5 saylı qərarı ilə sizə təyin edilmiş əmək pensiyasının məbləği dəyişdirilmiş və görə əmək pensiyanızın məbləği cədvələ uyğun olaraq yenidən hesablanmışdır (həmin cədvəl yuxarıda göstərilib). Bu səbəbdən, xx.xx.2011-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək artıq ödənilmiş 13.664,99 manat məbləğində vəsait bölünərək aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunacaqdır.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı 21 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 2 saylı Bakı “DOST” Mərkəzinə ərizə ilə müraciət etmiş və ərizəyə əlavə edilmiş sənədlərə aidiyyəti üzrə mərkəzi filialda baxılmışdır. Təqdim olunmuş sənədlərin araşdırılması zamanı iddiaçıya Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2021-ci il tarixli **********0 nömrəli qərarına əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək və xx.xx.2021 -ci il tarixdən xx.xx.2021-ci il tarixədək 8459.70 manat məbləğində artıq ödənilmiş pul vəsaiti müəyyən olunmuşdur. Həmin məbləğin bölünərək iddiaçının əmək pensiyasından tutulub Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunmağı barədə məlumat verilmişdir. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2006-cı il də qüvvədə olan 12.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya həmin tarixdən dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin ıiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş hədddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Sözügedən Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu Qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Cavabdeh orqanın xx.xx.2021-ci il tarixli **********0 nömrəli məktubundan görünür ki, iddiaçının xx.xx.2014-cü il tarixli müraciəti əsasında pensiyanın növü İİİ dərəcəli əlilliyə görə əmək pensiyasından xx.xx.2014-cü il tarixdə yaşa görə əmək pensiyası növünə keçirilmişdir. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən iddiaçı xx.xx.2021-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixə qədər fərdi hesabın sığorta hissəsində qeydə alınmış 13536.36 manat pensiya kapitalı əsasında əyani təhsil müddəti nəzərə alınmaqla iddiaçının yaşa görə əmək pensiyası yenidən hesablanmış və əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixdən 533.95 manat müəyyən edilmişdir. Həmin Qanunun 37.3.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır. Cavabdeh orqanın məktubundan göründüyü kimi, qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2011-ci il tarixdə iddiaçı İİİ dərəcəli əlilliyə görə əmək pensiyaçısı olduğu zaman işlədiyi halda əmək pensiyasının, həm baza, həm də sığorta hissəsi nəzərə alınaraq hesablanmışdır. Eyni zamanda əmək pensiyasının məbləğinin xx.xx.2021 -ci il tarixdə düzgün indeksləşmədiyi müəyyən olunmuşdur. Nəticədə iddiaçıya xx.xx.2011 -ci il tarixdən xx.xx.2014-cü il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 8459.70 manat artıq ödəmə müəyyən -nmuşdur. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialın qərarı ilə iddiaçıya təyin edilmiş əmək pensiyasının məbləği dəyişdirilmiş və iddiaçının xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği təqdim edilən sənədlər əsasında aşağıda verilmiş cədvələ uyğun olaraq yenidən hesablanmışdır: Son Məbləğ Başlanğıc tarix tarix Hesablamayadək olan Hesablandıqdan sonra olan xx.xx.2011 xx.xx.2011 116.59 55.25 xx.xx.2012 xx.xx.2012 122.11 55.25 xx.xx.2013 xx.xx.2013 122.94 55.25 xx.xx.2013 xx.xx.2013 131.19 65.00 01.C1.2014 xx.xx.2014 133.02 65.00 xx.xx.2014 xx.xx.2014 294.52 263.59 xx.xx.2014 xx.xx.2014 294.52 223.59 xx.xx.2015 xx.xx.2015 296.54 225.18 xx.xx.2016 xx.xx.2016 302.40 229.78 xx.xx.2016 xx.xx.2016 317.40 240.78 xx.xx.2017 xx.xx.2017 336.30 255.63 xx.xx.2018 xx.xx.2018 352.33 269.57 xx.xx.2019 xx.xx.2019 362.90 277.33 xx.xx.2019 xx.xx.2019 362.90 266.33 xx.xx.2020 xx.xx.2020 423.14 310.54 xx.xx.2020 xx.xx.2020 509.92 310.54 xx.xx.2020 xx.xx.2020 509.92 479.31 xx.xx.2020 xx.xx.2021 xx.xx.2021 568.05 533.95

Yuxarıda qeyd olunanlara əsasən cavabdeh orqan iddianın təmin edilməməsini xahiş etmişdir.

6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********0 nömrəli qərarı ilə iddiaçının pensiyası yenidən hesablanaraq 533 manat 95 qəpik olmuşdur.

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********0 nömrəli qərarına əsasən xx.xx.1951-ci il tarixində ünvan 1 ünvanında yaşayan vətəndaş İddiaçı təyin olunmuş əmək pensiyasının məbləği dəyişdirilmiş, xx.xx.2021-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək və xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 8459,70 manat məbləğ bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi qərara alınmışdır.

8. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının vəkilinin ərizəsi əsasında iddia tələbi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********0 nömrəli qərarının “qərara aldım” hissəsinin ikinci abzasının ləğv edilməsi və cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuş pul məbləğlərinin iddiaçıya geri qaytarılması” kimi dəyişdirilmişdir.

9. Şifahi məhkəmə dinləmələri zamanı iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə etmişdir.

10. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndəsi imtinanın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

11. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

13. İPM-in 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.

14. İddia tələbi xx.xx.2021-ci il tarixli **********0 nömrəli qərarının nəticə hissəsinin ikinci abzasının ləğv edilməsi və cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuş pul məbləğlərinin iddiaçıya geri qaytarılmasıdır.

15. İddia mübahisələndirmə növündə iddiadır.

II. Məhkəmənin mövqeyi

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan : 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

17. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.

18. Qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə hesab edir ki, qeyd edilən normaya əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tələb edilməsi pensiyanın hesablanması zamanı yol verilmiş texniki xəta və ya yanlış riyazi hesablama zamanı mümkün hesab edilə bilər və bu zaman inzibati icraatın lazımı qaydada aparılması tələbinə riayət edilməlidir.

20. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.1951-ci il təvəllüdlüdür, ona xx.xx.2006-cı il tarixindən İİİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir.

21. İddiaçının 25 il elmi dərəcəsi olmadığı halda elmi dərəcəsi olan Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilməsi ilə əlaqədar artıq ödənilmə aşkar edilmiş, bununla əlaqədar mübahisələndirilən qərar qəbul edilməklə iddiaçının əmək pensiyasından tutulmalar aparılmışdır.

22. İddiaçı cavabdeh tərəfindən əmək pensiyasının məbləğinə dəyişiklik edilməsini mübahisələndirmədən xx.xx.2021-ci il tarixli qərarın əmək pensiyasından tutulmasına dair hissəsini mübahisələndirir.

23. Qeyd edildiyi kimi qanunvericinin mövqeyinə əsasən, inzibati orqan tərəfindən əmək pensiyaçısının əmək pensiyasından tutulma haqqında qərar yalnız onun razılığı olduqda qəbul oluna bilər. İşin hallarına əsasən iddiaçının belə bir yazılı razılığı olduğu müəyyən olunmur.

24. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulan halların mövcudluğu sübut edilməmiş və həmin hallara istinad edilməmişdir.

25. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

26. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi filialının İddiaçı barəsində qəbul etdiyi artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında xx.xx.2021-ci il tarixli **********0 nömrəli qərarı “xx.xx.2011ci il tarixindən xx.xx.2014-cü il tarixinədək və xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 8459,70 manat məbləğ bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdaəfiə Fondunun hesabına bərpa edilməsi” hissəsində ləğv edilsin və həmin qərarın icrası nəticəsində tutulmuş məbləğ iddiaçıya geri qaytarılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar