Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3307/2021 22.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyatının aparılması, bununla bağlı müvafiq çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsində yerləşən 43 nömrəli bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydiyyatının aparılması, bununla bağlı müvafiq çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28.04.1997-ci tarixindən Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsində yerləşən “Xəzri bağçılıq” yoldaşlığına üzv qəbul edilmişdir. “Xəzri” Bağçılıq Yoldaşlığının ümumi siyahısında olan 43 nömrəli 500 kv.m. olan torpaq sahəsi ona məxsusdur. Həmin bağ sahəsini faktiki istifadəsinə götürərək bugünədək sahiblik edir və bütün kommunal xərclərini də, ödəyir. Bunu “Xəzri” Bağçılıq Yoldaşlığının 28.04.1997-ci ilin 1 saylı protokolundan çıxarış və ona məxsus, idarə heyətinin sədri və idarənin katibinin imzası və “Xəzri” Bağçılıq Yoldaşlığının möhürü ilə təsdiq edilmiş 43 nömrəli bağçının üzvlük kitabçası da, təsdiq edir. 14.10.2020-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsində yerləşən 43 saylı bağ sahəsi üzərində hüquqlarının qeydiyyata alınması ilə bağlı ərizə ilə müraciət etsə də, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********43 №-li 13.11.2020-ci il tarixli cavab məktubu ilə bağ sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasından imtina etmişdir. Cavabdeh təşkilatın bu mövqeyini qeyri-qanuni hesab edir və hüquqlarının pozulmasına yönələn hərəkət kimi qiymətləndirir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və müvafiq hərəkətlərin edilməsi vəzifəsi onun üzərinə qoyulmalıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim edilərək qeyd edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Bundan əlavə, təqdim edilmiş müvafiq hüquqmüəyyənedici sənədlərdə qeyd olunan “Xəzri” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin qanuni fəaliyyətində yaranmış şübhələrlə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin 22.11.2007-ci il tarixli, 6k-2455/07 nömrəli xüsusi qərardadı ilə işə Bakı şəhər İcra Hakimiyyətində baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 13.11.2020-ci il tarixli, **********43 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Bundan əlavə, təqdim edilmiş müvafiq hüquqmüəyyənedici sənədlərdə qeyd olunan “Xəzri” bağçılıq yoldaşlıq cəmiyyətinin qanuni fəaliyyətində yaranmış şübhələrlə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin 22.11.2007-ci il tarixli, 65-2455/07 nömrəli xüsusi qərardadı ilə işə Bakı şəhər İcra Hakimiyyətində baxılması qərara alınmışdır. İşdə olan “Xəzri” Bağçılıq Yoldaşlığın 12.03.1994-cü ilin 3 saylı protokolundan çıxarışdan görünür ki, “Xəzri” bağçılıq yoldaşlığının üzvü X7 bağçılıq yoldaşlığının üzvlüyündən azad edilmiş və ona məxsus olan 43 saylı 500 kv.m torpaq sahəsi “Xəzri” bağçılıq yoldaşlığının digər üzvü X4 verilmişdir. İşdə olan “Xəzri” Bağçılıq Yoldaşlığın 27.04.1997-ci ilin 1 saylı protokolundan çıxarışdan görünür ki, “Xəzri” bağçılıq yoldaşlığının üzvü X6 bağçılıq yoldaşlığının üzvlüyündən azad edilmiş və ona məxsus olan 43 saylı 500 kv.m torpaq sahəsi “Xəzri” bağçılıq yoldaşlığının digər üzvü İddiaçı verilmişdir. İşdə olan “Xəzri” Bağçılıq Yoldaşlığının siyahısından çıxarışdan görünür ki, “Xəzri” Bağçılıq Yoldaşlığının ümumi siyahısında 43 (qırx üç) nömrəli 500 kv. olan torpaq sahəsi İddiaçı məxsusdur. İşdə olan 43 nömrəli bağçının üzvlük kitabçasının surətindən görünür ki, İddiaçı bağçılıq yoldaşlığı üzvlərinin 28 aprel 1997-ci il tarixli 1 saylı protokoluna əsasən bağçılıq yoldaşlığına üzv qəbul edilmişdir. Sahənin ünvanı: Qaradağ rayonu, Şıxlar qəsəbəsi, “Xəzri” bağçılıq yoldaşlığı. Bağçılıq yoldaşlığı bağından sahəsi 500 kv.m olan 43 nömrəli bağ sahəsi 28 aprel 1997-ci il tarixdə qeyd alınmış qərara əsasən daimi istifadə etmək üçün verilmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 21.04.2021-ci il tarixli, **********31 nömrəli məktubla təqdim edilmiş “Xəzri” bağçılıq yoldaşlıq təsərrüfatı birliyi üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısının təsdiq edilmiş surətindən görünür ki, həmin siyahıda 37-ci sırada “Xəzri” bağçılıq yoldaşlığının üzvü 43 saylı bağ sahəsinin əvvəlki istifadəçisi X2 adı göstərilmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 09.07.2021-ci il tarixli, 7-1092/17 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 22.11.2007-ci il tarixli 6k-2455/07 nömrəli xüsusi qərardadı və ona dair hər hansı sənədin aşkar edilməsi hazırda mümkün olmamışdır. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən 04.08.2021-ci il tarixli BA-03551-2021 nömrəli məktubdan görünür ki, “Xəzri” bağçılıq yoldaşlıq cəmiyyətinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir: İlk öncə cavabdeh imtina məktubunun birinci hissəsində göstərmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. İmtina məktubunun həmin hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işdə olan “Xəzri” Bağçılıq Yoldaşlığın 12.03.1994-cü il tarixli 3 saylı protokolunda çıxarışa, 28.04.1997-ci il tarixli 1 saylı protokoldan çıxarışa və “Xəzri” Bağçılıq Yoldaşlığın təsərrüfat birliyi üzvlərinin siyahısına əsasən müəyyən edilmişdir ki, 43 saylı bağ sahəsi əvvəllər “Xəzri” Bağçılıq Yoldaşlığın üzvü X5 məxsus olmuş, sonradan həmin bağ sahəsi X2 ərizəsinə əsasən bağçılıq yoldaşlığın digər üzvü X4 verilmiş, daha sonra isə X1 ərizəsi əsasında bağçılıq yoldaşlığın digər üzvü İddiaçı verilmişdir və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud olan “Xəzri” Bağçılıq Yoldaşlığın təsərrüfat birliyi üzvlərinin arxiv qovluğundakı siyahıda sözügedən bağ sahəsinin ilkin istifadəçisi X2 adı 37-ci sırada qeyd olunmuşdur. Eləcə də, imtina məktubunun ikinci hissəsində cavabdeh tərəfindən “Xəzri” bağçılıq yoldaşlıq cəmiyyətinin qanuni fəaliyyətində yaranmış şübhələrlə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin 22.11.2007-ci il tarixli, 6k-2455/07 nömrəli xüsusi qərardadı ilə işə Bakı şəhər İcra Hakimiyyətində baxılmasının qərara alınmasına istinad edilmiş, göstərilən xüsusatın araşdırılması məqsədilə məhkəmə tərəfindən Bakı şəhəri İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının Milli Arxivinə sorğular göndərilmiş, lakin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 22.11.2007-ci il tarixli, 6k-2455/07 nömrəli xüsusi qərardadı və ona dair hər hansı bir sənəd, o cümlədən “Xəzri” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin fəaliyyəti ilə bağlı sənəd aşkar edilməmişdir. Göründüyü kimi, cavabdehin imtinasının əsasını təşkil edən hər iki arqument əsassızdır və iddiaçının mübahisəli bağ sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasından imtina edilməsi üçün əsas kimi götürülə bilməz. Məhkəmə həmçinin iddia tələbinin maddi hüquqi əsası ilə bağlı qeyd edir ki: «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (maddə 8.0.7.) 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçıya 43 saylı bağ sahəsinin aryılması barədə “Xəzri” Bağçılıq Yoldaşlığının 28.04.1997-ci il tarixli, 1 saylı protokoldan çıxarışı və onun əsasında verilmiş üzvlük kitabçası mövcuddur ki, həmin sənədlərlə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən iddiaçının mübahisəli bağ sahəsi üzərində qanuni hüquqları yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin 17.06.2015-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsünün təsviri”ndə aşağıdakılar qeyd olunmuşdur: - (1-ci bənd) bu sənəddə torpaqlara dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü təsvir edilir; - (2-ci bənd) nümunəsi bu sənədə əlavə edilən plan və ölçünü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan qurum Azərbaycan Respublikasının dövlət dilində A4 formatlı xüsusi kağızda tərtib edir. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsini birmənalı şəkildə nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. “Xəzri” Bağçılıq Yoldaşlığı tərəfindən verilmiş 28.04.1997-ci il tarixli, 1 saylı protokolundan çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsində yerləşən, 500 kv.m sahəsi olan, 43 saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın və torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3307/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3307/2021
22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver