Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3307/2022 09.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X4 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əahilinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 13 yanvar 2010-cu ilədək qüvvədə olmuş 8.1-ci maddəsinə əsasən üç və daha çox uşağı doğub 8 yaşınadək tərbiyə etmiş Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşaq üçün bir il azaldılmaqla hüququn yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilərək əmək pensiyasının hesablanması və yaranmış məbləğ fərqinin birdəfəlik ödənilməsi vəzifəsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 13 yanvar 2010-cu ilədək qüvvədə olmuş 8.1-ci maddəsinə əsasən üç və daha çox uşağı doğub 8 yaşadək tərbiyə etmiş ana kimi hüququnun yarandığı tarixdən, yəni 01.08.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 13 yanvar 2010-cu ilədək qüvvədə olmuş 8.1-ci maddəsinin redaksiyasına əsasən üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların yaşa görə əmək pensiyası hüququ vardır. Bununla bağlı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət edərək hüququn yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin cavabdeh ünvanladığı 30 sentyabr 2021-ci il tarixli **********0 nömrəli məktubda (imtina məktubu 07.10.2021-ci il tarixində poçt vasitəsilə daxil olmuşdur) bildirilmişdir ki, qeyd olunan göstəricilərə malik olmadığından onun yaşa görə əmək pensiya hüququ yaranmır. Cavabdehin gəldiyi bu nəticə ədalətsiz və qeyri obyektiv olduğundan onunla heç cür razılaşmır. Belə ki, ilk növbədə vətəndaşların sosial müdafiəsi sahəsində, qəbul olunmuş normativ hüquqi aktlara ardıcıllıqla baxılmasını zəruri hesab edir. Belə ki, 1992, 1995 və 2002-ci il təvəllüdlü 3 uşaq doğub onları 8 yaşa qədər tərbiyə etmiş, 2010-cu il tarixdə həmin dövrə 5 ildən artıq əmək stajı yaranmış, hər üç uşaq 8 yaşına çatmışdır. Göründüyü kimi 3 uşaqlı ana kimi yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında" Qanunun 8-ci maddəsinə dəyişiklik olunana qədər, yəni 1 yanvar 2010-cu il tarixədək yaranmışdır. Beləliklə, qüvvədə olmuş normaya görə pensiya hüququnun yaranması üçün 3 uşağ olmalı, onları 8 yaşadək tərbiyə etməli, ən azı 5 il sığorta stajı olmalı idi. Həmin vaxt, yəni 2010-cu ildə bəhs olunan şərtlərin hamısı mövcud olmuşdur, sadəcə qanunvericilikdə dəyişiklik edildikdən sonra pensiya təyin edilməsi barədə cavabdehə müraciət edilmişdir. Odur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 13 yanvar 2010-cu ilədək qüvvədə olmuş 8.1-ci maddəsinə əsasən üç və daha çox uşaqı doğub 8 yaşınadək tərbiyə etmiş Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşaq üçün bir il azaldılmaqla hüququn yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilərək əmək pensiyasının hesablanması və yaranmış məbləğ fərqinin birdəfəlik ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Hesab edir ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında qanunveriliyin zamana görə qüvvədə olmuş maddi hüquq normalarının tələbləri tətbiq edilməlidir. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı etiraz təqdim edilmiş və etiraz onun əsaslandırılmışdır ki, iddia tam əsassızdır və təmin edilməməlidir. İddiaçı cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. İddiaçı ünvanlanmış 30 sentyabr 2021-ci il tarixli, **********40 nömrəli imtina məktubunda bildirilmişdir ki, qanunda nəzərdə tutulan göstəricələrə malik olmadığına görə yaşa görə pensiya hüququ yaranmır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsində qeyd olunur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bu Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı xx.xx.1972-ci təvəllüdlüdür. Hal hazırda iddiaçının 49 yaşı 01.08.2021-ci il tarixdə tamam olmuşdur. İstinad olunan qanunvericilik aktlarının əlaqəli təhlilindən görünür ki, iddiaçı qanununvericilikdə nəzərdə tutulmuş pensiya yaşına çatmadığına görə ona yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyə ziddir. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə Neftçala rayonunda doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 16943701 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 02.01.1992-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 07.02.1995-ci il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 23.04.2002-ci il tarixdə Sankt-Peterburq şəhərində doğulmuşdur. - Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən verilmiş XVİ-ЖГ 426471№-li, 10.01.1992-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 02.01.1992-ci il tarixdə doğulmuşdur. X2 anası İddiaçı qeyd olunmuşdur. - Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 834660 №-li, 22.02.2012-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 07.02.1995-ci il tarixdə doğulmuşdur. X2, anası İddiaçı qeyd olunmuşdur. - Rusiya Federasiyası Sankt-Peterburq “Malyutka” Sarayı tərəfindən verilmiş 646748 №-li, 23.05.2002-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 23.04.2002-ci il tarixdə doğulmuşdur. X2 anası İddiaçı qeyd olunmuşdur. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********0 №-li 30.09.2021-ci il tarixli məktubundan görünür ki, müraciətinə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda həmin Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə uyğun olaraq pensiya yaş həddi 2021-ci ilin 1 iyul tarixindən 65 yaşadək hər il 6 ay artırılmaqla müəyyən edilir. 2021-ci ilin 1 iyul tarixindən qadınların pensiya yaş həddi 62 yaş 6 ay müəyyən edilmişdir. Müraciətinə istinadən bildirilir ki, qeyd olunan göstəricilərə malik olmadığından onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir. - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. - Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - Həmin maddənin 01.01.2010-cu il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar - 51 yaşına çatdıqda; 4 uşağı olanlar - 50 yaşına çatdıqda; 5 uşağı olanlar - 49 yaşına çatdıqda; 6 uşağı olanlar - 48 yaşına çatdıqda; 7 uşağı olanlar - 47 yaşına çatdıqda; 8 uşağı olanlar - 46 yaşına çatdıqda; 9 uşağı olanlar - 45 yaşına çatdıqda; 10 və daha çox uşağı olanlar - 44 yaşına çatdıqda və ya 10 il sığorta stajı olduqda yaşından asılı olmayaraq. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı üç uşağı vardır. Əmək fəaliyyəti ilə məşğul olmamışdır və əmək kitabçası yoxdur. İddaçı İddiaçı həm 01.01.2006cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin “e” bəndinə (işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajına daxil edilir), həm “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 01.01.2010-ci il tarixədək qüvvədə olmuş 8.1-ci maddəsinə, həm də hazırda qüvvədə olan 8.1-ci maddəsinə istinad edərək 3 uşağı tərbiyə etdiyinə görə 49 yaşından ona əmək pensiyasının təyin edilməsini cavabdeh inzibati orqandan tələb edir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 01.01.2010-ci il tarixədək qüvvədə olmuş 8.1-ci maddəsinin tələblərinə görə üç uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınlar 51 yaşına çatdıqda yaşa görə əmək pensiyası hüququ vardır. Yəni qadın üç uşaq doğmaqla onları səkkiz yaşınadək tərbiyə etməli, azı 5 il sığorta stajı olmalı və 51 yaşına çatmalıdır. Hazırda qüvvədə olan 8.1-ci maddəsinin tələblərinə görə isə beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaranır. Yəni əmək pensiyası hüququnun yaranması üçün qadın beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etməli, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya 25 il sığorta stajı olmalı, həmçinin 2021-ci ilin 1 iyul tarixindən qadınlar üçün müəyyən edilmiş 62 yaş 6 ay yaş həddi hər uşağa görə 1 il azaldılmaqla müəyyən edilmiş yaşa çatmalıdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını hazırki iş üzrə tətbiq edərək hesab edir ki, İddiaçı 01.08.2021-ci il tarixdə 49 yaşı tamam olduğundan, bununla da qanunvericiliklə nəzərdə tutulmuş əmək pensiyası hüququ yaranmadığından, yəni 01.01.2010-cu il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsində müəyyən edilmiş yaş həddinə (51 yaş) çatmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdeh inzibati orqan tərəfindən imtina edilməsi qanuni və əsaslı olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-3307/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3307/2022
09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver