Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3308/2022 17.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxslər Cavabdeh1 və Cavabdeh2 cəlb olunmaqla) qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvan ünvan 2n qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mülkiyyətində olan ünvan 1 ünvan ünvan 3ər Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçı sonradan yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı xüsusi mülkiyyətində olan - ünvan 1 ünvan- Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 194, mənzil 3) ünvanından üçüncü şəxs Cavabdeh1, ünvan 10 ünvan-Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 194, mənzil 3) ünvanından üçüncü şəxs Cavabdeh2 qeydiyyatdan çıxarılması öhdəliyini cavabdeh Binəqədi rayon polis idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər iddiaçıya məxsus olan evdə qeydiyyatda olsalar da, həmin evdə yaşamırlar. Onlarn iddiaçının evində qeydiyyatda olması formal xarakter daşımaqla bərabər onun mülkiyyətçi kimi hüquqlarını da pozur. İddiaçı onların əvəzinə kommunal xərclər üzrə əlavə ödənişlər etməli olur. Qeyd olunan şəxslərin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaları onun həmin evlə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, tərəflər və 3-cü şəxslərin nümayəndələri şifahi məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişi üçüncü şəxslərin qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 194, mənzil 3 ünvana göndərilmiş, lakin həmin bildirişlər poçt idarəsi tərəfindən zərfin üzərində “bu ünvanda yaşamır” sözləri qeyd olunaraq məhkəməyə geri qaytarılmışdır. Lakin cavabdeh məhkəməyə məktub ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki hazırlıq icraatı iclasında iştirak edən İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq icraatı iclasında iştirak edən İddiaçı izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 04 sentyabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 194 ünvanda yerləşən 3 nömrəli mənzil İddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında hüquqi qeydiyyatdan keçmişdir və bu barədə iddiaçı çıxarış əldə etmişdir. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 059-381079-3221 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, üçüncü şəxslərin qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə müvafiq olaraq əlaqədar məhkəməyə müraciət etməsi bildirilmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 194, mənzil 3 ünvanında qeydiyyatda heç bir kəs yoxdur. Məhkəmə araşdırması dövründə ünvan 6 ünvanında yerləşən 3 nömrəli mənzildə qeydiyyatda olan şəxslər barədə məlumatın təqdim edilməsi sorğu əsasında 1 saylı Bakı “Asan Xidmət” Mərkəzindən tələb edilmişdir. Sorğuya cavab olaraq Azərbaycan Respublikasi Daxili İşlər Nazirliyi Baş Pasport, X5 İdarəsi tərəfindən məhkəməyə təqdim olunan 17 mart 2022-ci il tarixli, cavab məktubundan görünür ki, sorğu edilən xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh2 xx.xx.2002-ci il tarixdən hazıradək Bakı şəhəri, Binəqədi rayonu, 8 MKR, Azadlıq pr-ti, ev.34/194, mənzil 3-də, xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh1 isə xx.xx.2011- ci il tarixdən hazıradək Bakı şəhəri, Binəqədi rayonu, 8 MKR, Azadlıq pr-ti, ev 194, mənzil 3-də yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə araşdırması dövründə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 194 mənzil 3, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 194, mənzil 3 və ünvan 7 ünvanlarının eyni mənzilə aid olub-olmaması barədə məlumatın təqdim edilməsi sorğu əsasında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən tələb edilmişdir. Sorğuya cavab olaraq məhkəməyə 28 mart 2022-ci il tarixdə təqdim olunan məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 194, mənzil 3 ünvanı daşınmaz əmlakın dövlət reyestrinin bəzi arxiv sənədlərində ünvan 7 ünvanı kimi qeyd edilmişdir. Məhkəmə araşdırması dövründə həmçinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 194 ünvanında yerləşən 3 saylı mənzilin hal-hazırda kimin mülkiyyətində olmasına dair məlumatın və buna dair sənədlərin, həmçinin İddiaçı adına verilmiş xx.xx.2020-ci il tarixli, **********89-05101-093011 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yannda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Sorğuya cavab olaraq məhkəməyə təqdim olunan xx.xx.2020-ci il tarixli, AN- İ№0866274 saylı X3 ilə İddiaçı arasında bağlanmış Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 194, mənzil 3 ünvanda yerləşən ümumi sahəsi 81.32 kv.metr, yaşayış sahəsi 63.32 kv.metr, yardımçı sahəsi 18 kv.metr olan 4 otaqlı mənzili İddiaçı X1 almışdır. Beləliklə işin hallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 194 ünvanda yerləşən 3 saylı mənzil İddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı qeyd olunan mənzili X1 almışdır, iş üzrə 3-cü şəxslərlə hər hansı qohumluq əlaqəsi yoxdur. İddiaçı üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bu da həmin şəxsin ona məxsus mənzildə yaşamaması, qeydiyyatının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus ünvan 1 ünvan- ünvan 8ı halda üçüncü şəxslərin həmin ünvanda formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvan- Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 194, mənzil 3) ünvanından üçüncü şəxs Cavabdeh1, ünvan 10 ünvan-Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 194, mənzil 3) ünvanından üçüncü şəxs Cavabdeh2 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvan- Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 194, mənzil 3) ünvanından üçüncü şəxs Cavabdeh1, ünvan 10 ünvan-Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 194, mənzil 3) ünvanından üçüncü şəxs Cavabdeh2 qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3308/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3308/2022
17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver