Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3308/2023 24.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçı barədə minik avtomobilinin verilməsinə dair tibbi göstərişin təyini barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçı barədə minik avtomobilinin verilməsinə dair tibbi göstərişin təyini barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1996-cı il tarixində Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı əsasında işğal olunmuş torpaqların işğaldan azad edilməsi üçün 44 günlük Vətən müharibəsində (2-ci Qarabağ müharibəsində) şücayət göstərmiş və işğalda olan torpaqların azad edilməsi zamanı hərbi əməliyyatlar nəticəsində yaralanmışdır. Həmin zaman partlayış yaralanması (xx.xx.2020) sağ baldırın aşağı 1/3-nin aşıq-baldır oynağını nahiyəsinin yumşaq toxuma defektli yarasına, baldır sümüklərinin distal metafizlərinin acıq, çoxqəlpəli, sümük defektli, yerdəyişmiş sınıqlarına, sağ ayağın İ, İİ, İİİ. İV daraq sümüklərinin açıq sınıqlarına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, sağ baldır sümüklərinin açıq sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, sağ baldır sümüklərinin və ayaq sümüklərinin Q.A.İlizarov üsulu ile osteosintezi (xx.xx.2020). nekrektomiva (xx.xx.2020). yumşaq toxuma defektinin sərbəst ön bayır bud fassiyakutan fleble rekonstruksiyası (xx.xx.2020), nekrektomiya (xx.xx.2020), autodermoplastika (xx.xx.2021), sağ qamış sümüyünün diafizinin aşağı 1/3-nin posttravmatik osteomelitinə, geniş ölçülü sümük defektinə və funksiya edən fistulaya. sağ ayağın l-V barmaqların bükücü kontrakturasına görə aparılmış qamış sümüyünün asağı 1/3-nin fistula-sekvester nekrektomivası, 10 sm qısalıq, sağ baldır sümüklərin Q.A.İlizarov üsulu ilə bilokal osteosintezi, sümükuzatması əməliyyatı (xx.xx.2021), sağ ayağın l-İV barmaqların metal fıksasiyası, Q.A.ilizarov aparatının remontajı, sağ aşıq-baldır oynağının artrodezi (25.06. 2021) cərrahi əməliyyatından sonraki sağ baldırın aşağı 1/3-nin. Aşıqbaldır oynağı nahiyəsinin, sağ ayaq arxasının özündən altdaki toxumalarla birləşmiş, xoralaşan iri kelloid çapığı, sağ baldır sümüklərinin zəif konsolidasiya edən sümük döyənəyi. İ-İV daraq sümüklərinin bitişmiş sınığı, İ-V barmaqların vətər mənşəli kontrakturası, sağ aşıq-baldır oynağının artrodezi, sağ ayağın posttravmatik deformasiyası, çıxarılmamış metal konstruksiya (Q.Allizarov aparati); Barotravma (xx.xx.2020). sağ təbil pərdəsinin posttravmatik perforasiyasının ikincili təbil pərdəsi ila qapanması: Sağ incik sinirinin posttravmatik nevropatiyasının qalıq əlamətləri, funksiyanın mülayim dərəcədə pozulması ilə diaqnozları TSEK tərəfindən müəyyən edilmişdir. Bununla bağlı hərbi hospitalda bir sıra müayinələr almışdır. Yuxarıda göstərilən diaqnoza əsasən cavabdeh orqan tərəfindən iddiaçıya müddətsiz 3-cü dərəcə əlillik (xx.xx.2022-ci il tarixdən) müəyyən edilmişdir. Daha sonra tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı 30 dekabr 2015-ci il tarixli qərarına əsasən avtomobil va motorlu araba ilə təmin edilməsinə tibbi göstərişin verilməsi barədə müraciətlər ünvanlanmışdır. Lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmiş və ona dair diaqnoz və onun ağırlaşmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı qərarına əsasən minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermədiyi bildirilmişdir. İddiaçının müharibədə aldığı zədələr ilə bağlı “topuq oynağının ankilozu və ya kəskin kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması ilə” əlilliyi öz təsdiqini tapmışdır. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ünvanlanan xx.xx.2022-ci tarixli məktubunda iddiaçıya TSEK tərəfindən müəyyən edilmiş diaqnozu göstərməsinə baxmayaraq onun minik avtomobilinə tibbi göstərişin təyininə heç bir əsas olmadığı bildirilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamına əsasən iddiаyа dаir yazılı münasibət (еtirаz) təqdim edərək bildirmişdir ki, Bakı 35 nömrəli şəhər poliklikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, X1 XX sinifxəstələnmənin və ölümünün xarici səbəbləri Y36..4 – Hərbi əməliyyatlar nəticəsində odlu... Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Partlayış yaralanması, sağ baldırın qəlpə yaralanması, baldır sümüklərinin distal metafizləriinin açıq qəlpəli yerdəyişmiş sınıqlarına sağ ayağın bayır səthinin geniş həcmi yumşaq toxuma defektin yarasına görə aparılmış yaraların cərrahi işlənməsi, sınıq fraqmentlərinin İlizarov üsulu ilə osteosintezi, c/ə s/v, sağ incik sinirinin posrtravmatik neyropatriyası,qarışıq tipli NSD: meyar: 2.3 Üçüncü dərəcə əlillik. 2.5.5. topuq oynagının ankilozu və ya kəskin kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması ilə (M21.3.M21.6M24.6.Q72-Q72.7): səbəbi ilə müddətsiz əlilik dərəcəsi verilmişdir. İddiaçının “avtomobil və motorlu araba almaq üçün” müraciətinə xx.xx.2021-ci il tarixli 2732003AAC3V saylı göndəriş əsasında baxılmış və diaqnozun mətni: partlayış yaralanması sağ baldırının qəlpə yaralanması, baldır sümüklərinin distal metafizlərinin açıq qəlpəli yerdəyişmiş sınıqlarına, sağ ayagın bayır səthinin geniş həcmli yumşaq toxuma defektli yarasına görə aparılmış yaraların birincili cərrahi işlənməsi. Sınıq fraqmentlərinin İlizarov üsulu ilə osteosintezi, c/ə, s\v, TSEK-in əlavə diaqnozu partlayış yaralanması, sağ baldırın qəlpə yaralanması, baldır sümüklərinin distal metafizlərinin açıq qəlpəli yerdəyişmiş sınıqlarına sağ ayagın bayır səthinin geniş həcmli yumşaq toxuma dedefektli yarasına görə aparılmış yaraların birincili cərrahi işlənməsi. Sınıq fraqmentlərinin İlizarov üsulu ilə ostesintez , c/ə,s/v; 501 nömrəli əmrə əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə əks göstəriş olan xəstəliklər yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərinreabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na Əlavədə olan siyahıda hansı diaqnozu olan şəxslərin avtomobil və motorlu araba almaq hüququ olması qeyd olunmuşdur. İddiaçının qeyd edilən diaqnozu həmin siyahıda olmadığı üçün ona imtina verilmişdir. Cavabdeh göstərilənlərə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək əlavə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi N.İsmayılova iddiaya dair etiraza uyğun məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir Məhkəmə iddiaçını, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan: 24764 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən, 22 dekabr 2021-ci ildə (ehtiyatda olan əsgər İddiaçı, xx.xx.1996-cı il təvəllüdlü, SHXÇDX-nin Bakı şəhər Binəqədi rayon idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdən). xx.xx.2021-xx.xx.2021-ci il tarixədək Prime Hospitalda “Partlayış travması (xx.xx.2020), sağ baldırın qəlpə yaralanması nəticəsində, baldır sümüklərinin distal metafizlərinin açıq, qəlpəli, yerdəyişmiş sınıqlarına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, sınıq fraqmentlərinin Q.A.İlizarov üsulu ilə osteosintezi (xx.xx.2020), sərbəst ön-bayır bud fassiyakutan felblə sağ aşağı ətrafın rekonstruksiyası (xx.xx.2020), autodermoplastikası (xx.xx.2021) cərrahı əməliyyatından sonrakı vəziyyət. Sağ qamış sümüyün aşağı 1/3-nin posttravmatik osteomieliti, geniş ölçülü sümük defekti və funksiya edən fistula ilə. Sağ ayağın İ, İİ, İİİ, İV-V baramqalrın bükücü kontrakturası” diaqnozu ilə stasionar müalicədə olmuş, xx.xx.2021-ci il tarixdə “Sağ qamış sümüyünün aşağı 1/3-nin fistula-sekvestrer-nekrektomiya, sağ baldır sümüklərinin Q.A.İliziarov üsulu ilə bilokal osteosintezi, sağ ayağın İ, İİ, İİİ, İV barmaqların millərlə fiksasiyası, yuyucu sistemin qoyulması” cərrahi əməliyyatı icra edilmişdir (əsas: 690 nömrəli çıxarış epikrizi). xx.xx.2021-ci il tarixədək ETTOl-da “Sağ baldır sümüklərinin odlu silah yaralanmasından sonrakı açıq, qəlpəli sınığı, Q.A.llizarov aparatı ilə osteosintezindən sonrakı vəziyyət" diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 1363 nömrtəli çıxarış epirkizi). Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon idarəsinin rəisi tərəfindən hərbi həkim komissiyasına göndərilmişdir. AO-nun baş travmatoloqu ilə konsultasiya olunmuşdur. Tibbi Sosial Ekspert Komissiyasının **********0 nömrəli 17 avqust 2022-ci il tarixli qərarına əsasən, xx.xx.1996-ci il təvəllüdlü İddiaçı ( FİN: 63CQQYT ) dair “Partlayış yaralanması, sağ baldırın qəlpə yaralanması, baldır sümüklərinin distal metafizlərinin açıq, qəlpəli yerdəyişmiş smlarına, sağ ayağın bayır səthinin geniş həcmli yumşaq toxuma defektli yarasına görə aparılmış yaraların birincili cərrahı işlənməsi, sınıq fraqmentlərinin İlizarov üsulu ilə osteosintezi cərrahi əməliyyatından sonrakı vəziyyət. Saq incik sinirinin postravmatik nevropatiyası. Qarışıq tipli NSD" diaqnozlu Bakı 35 nömrəli Şəhər Poliklinikasının 2732003AAC3V nömrəli göndərişi xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Vətəndaşın minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq sağ aşıq-baldır oynağının ankilozu (artrodez əməliyyatı icra olunub), oynağın ön və iç səthində, ayaq arxasında kobud deformasiyalı çapıq aşkar olunmuş, təqdim olunmuş xx.xx.2022-ci ilə aid Avrasiya klinikasında çəkilmiş sağ aşıqbaldır oynağının və baldır sümüklərinin R-qrafiyasinda sümük deffekti aşkar olunmamışdır. Nəticədə əlillik təyinatına əsas verən diaqnoz Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”na uyğun olaraq Minik avtomobilinə tibbi göstərişin təyinatına əsas vermir. Tibbi Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumata əsasən xx.xx.2022-ci il tarixdə ilkin müayinə nəticəsində İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiyasının müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcəli əlillik təyin olunmuşdur. Diaqnozun mətnində qeyd olunur: “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Partlayış yaralanması, sağ baldırın qəlpə yaralanması, baldır sümüklərinin distal metafizlərinin açıq qəlpəli yerdəyişmiş sınıqlarına, sağ ayağın bayır səthinin geniş həcmli yumşaq toxuma defektli yarasına görə aparılmış yaraların cərrahı İşlənməsi, sınıq fraqmentlərinin İlizarov üsulu İlə osteosintezl, c/ə s/v. Sağ incik sinirinin postravmatik neyropatiyası. Qarışıq tipli NSD”. Əlilliyin müəyyən olunması meyarı: “2.3 Üçüncü dərəcə əlillik => 2.5.5. topuq oynağının ankilozu və ya kəskin kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması İlə (M21.3,M21.6,M24.6, Q72- Q72.7);” 413 nömrəli qərara əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə tibbi göstəriş meyarı: İmtina edilir Tibbi Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumata əsasən xx.xx.2022-ci il tarixdə İddiaçı 501 nömrəli qərara əsasən avtomobil və motorlu araba ilə təmin edilməsindən imtina edilir. Diaqnozun mətnində qeyd olunur: “Partlayış yaralanması, sağ baldırın qəlpə yaralanması, baldır sümüklərinin distal metafizlərinin açıq qəlpəli Diaqnozun mətni: yerdəyişmiş sınıqlarına, sağ ayağın bayır səthinin geniş həcmli yumşaq toxuma defektli yarasına görə aparılmış yaraların birincili cərrahi işlənməsi. Sınıq fraqmentlərinin ilizarov üsulu ilə osteosintezi, c/ə s/v.”. 501 nömrəli qərara əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə əks göstəriş olan xəstəliklər yoxdur. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubunda bildirilmişdir ki, sizin minik avtomobilinə tibbi göstərişin verilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Agentlikdə əyani müayinəyə cəlb olunmuşunuz. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq qeyd edilən diaqnoz və ağırlaşmalar minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 38-ci maddəsinə əsasən, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununu tənzimləyir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 12-ci maddəsinə əsasən dövlət əlilliyi olan şəxslərə müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılması üçün, onların digərləri ilə bərabər səviyyədə fiziki mühit, nəqliyyat, informasiya və rabitədən, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və sistemlərindən, əhaliyə açıq olan və ya təqdim olunan digər obyekt və xidmətlərdən istifadəsinin təmin olunması üçün zəruri tədbirlər görür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 1.2-ci bəndinə əsasən şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir. Həmin Qaydanın 1.4–ci bəndinə əsasən, reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbisosial ekspert komissiyalarının qərarı əsasında X2 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X4 (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən şəxs reabilitasiya vasitələri ilə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş sayda, həmçinin tibbi göstərişlər, əks göstərişlər nəzərə alınmaqla hazırlanma, dəyişdirilmə və ya təmir müddətləri çərçivəsində təmin edilir. Həmin Qaydanın 3.1-ci bəndinə, minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na Əlavədə əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri müəyyən olunmuşdur. Həmin Əlavənin 57-ci bəndinə, əsasən minik avtomobili aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir: 1. ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı; 2. ağciyər çatışmazlığı, İİ dərəcəli; 3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi; 4. hemiplegiya, nəzərəçarpan hemiparez; 5. nəzərəçarpan ataksiya, hi-perkinetik amiostatik sindrom; 6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla; 7. hər iki aşağı ətrafın fillik xəstəliyi; 8. hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü; 9. aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü; 10. hər iki bud-çanaq oyna-ğının ankilozu; 11. onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları. Onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan İİİ-İV dərəcəli əyilmələr; 12. bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boş-luqların olması ilə); 13. aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda; 14. hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda; 15. əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda. İşin faktiki hallarına əsasən, iddiaçının sağlamlıq vəziyyəti xx.xx.2022-ci ildə ilkin olaraq qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyin edilmiş, tibbi göstərişlər qeyd edilmişdir: “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Partlayış yaralanması, sağ baldırın qəlpə yaralanması, baldır sümüklərinin distal metafizlərinin açıq qəlpəli yerdəyişmiş sınıqlarına, sağ ayağın bayır səthinin geniş həcmli yumşaq toxuma defektli yarasına görə aparılmış yaraların cərrahı İşlənməsi, sınıq fraqmentlərinin llizarov üsulu İlə osteosintezl, c/ə s/v. Sağ incik sinirinin postravmatik neyropatiyası. Qarışıq tipli NSD”. Göründüyü kimi iddiaçıda olan tibbi göstərişlər minik avtomobil ilə təmin edilməsi üçün şərtlərə cavab verməmişdir. Belə ki, İİİ dərəcə əlil olan iddiaçıda mövcud olan xəstəlik və qüsurlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın Əlavəsinin 57-ci bəndində göstərilən tibbi göstərişlərə uyğun gəlmir. Belə olan halda “cavabdeh tərəfindən iddiaçı barədə minik avtomobillinə tibbi göstərişin təyininə dair qərar verilməsi barədə” iddia tələbinin hüquqi əsası yoxdur. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 24.5-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. İşin faktiki hallarına və yuxarıda sadalanan normalara əsasən məhkəmənin gəldiyi nəticəyə görə iddiaçının müraciətini təmin etməkdən cavabdehin imtinası qanunauyğun olmuşdur. Beləliklə, məhkəmə inzibati icraatı zamanı cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halları öz təsdiqini tapmamışdır. İnzibаti Prоsеssuаl Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. İnzibаti Prоsеssuаl Məcəllənin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçı barədə minik avtomobilinin verilməsinə dair tibbi göstərişin təyini barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3308/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3308/2023
24.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver