Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3308/2025 23.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, üçüncü şəxs X9 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeydiyyatın ləğv edilməsi” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2822 saylı bağ sahəsi, yeni qaydalarla: ünvan 1, qeydiyyat nömrəsi: ********** saylı, xx.xx.2024-cü il tarixli çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47–49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia ərizəsinin məzmununa görə, iddiaçının ərizəsinə rəsmi cavab olaraq xx.xx.2009-cu ildə Mərdəkan qəsəbəsinin bələdiyyəsi tərəfindən 12 sot torpaq ayrılması barədə cavab verilmişdir. Lakin bu vəziyyətdən 15 il sonra cəmi 3 ayın ərzində, yəni 2024cü ilin ortalarında iddiaçı torpaq sahəsində digər şəxslərin 4 ədəd, 1 mərtəbəli ev tikdiyini görmüşdür. İddiaçı tikintidə işləyən ustalardan məlumat əldə edərək bilmişdir ki, həmin torpaq sahəsi X6 atasına məxsus olan sənədlərdən istifadə edərək, yəni Mərdəkan qəsəbəsinin bağlar sənədini 1 saylı Bakı Ərazi İdarəsinin əmlak işçiləri ilə əlbir olaraq bələdiyyə torpaqlarına aid qanunsuz sənədləmə işləri apararaq iddiaçıya ayrılmış torpaq sahəsini özəlləşdirərək və digər şəxslərə dərhal alqı-satqı edərək 70 min manat pul alaraq 2-ci şəxsə satmışdır. ov Məmməd-Mirzə Hacı oğlunun adına verilmiş çıxarışla 2024-cü ilin may ayında xx.xx.2024-cü ildə alqı-satqı ilə X9 adına rəsmiləşdirilərək və təxminən 2024cü ilin avqust ayında X4 adına dərhal alqı-satqı edərək çıxarış əldə olunmuş, sözügedən torpaq sahəsində digər şəxslərin adına 3-4 aya 4 mərtəbəli ev tikilmişdir. Bu torpaq sahəsi Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 15-ci Mərdəkan küçəsi, giriş 46, 11 sot torpaq sahəsi olmaqla Əliyev Kənanın rəhbərliyi altında tiknti işləri aparılır. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadları ilə X17, Cavad-zadə Ayxan Məmmədmirzə oğlu, X8 və X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı, cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər hər hansı səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Kənan Əliyevin nümayəndə-vəkili Vəkil ərizənin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavadov Məmməd-Mirzə Hacı oğlu Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2822 saylı bağ sahəsi, yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsini X1. -Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2822 saylı bağ sahəsi, yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi X9 mülkiyyətindədir. -Bakı şəhəri Mərdəkan bələdiyyəsi tərəfindən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanmış xx.xx.2009-cu il tarixli, 1-2/145 nömrəli məktubda bildirilmişdir ki, Mərdəkan bələdiyyəsinə Mərdəkan qəsəbə sakini İddiaçı tərəfindən ərizə daxil olmuşdur. O, müraciətində Mərdəkan qəsəbəsində yerləşən istifadəsində olan 1200 kv.m torpaq sahəsini fərdi bağ evinin tikintisi üçün müvafiq qaydalara uyğun olaraq, ona satılmasını xahiş etmişdir. Mərdəkan bələdiyyəsində bu müraciətə baxılmış və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 9.1-ci maddəsinə uyğun olaraq, bələdiyyənin ərazisində daimi yaşadığına və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olduğuna görə həmin torpaq sahəsinin İddiaçı hərrac və ya müsabiqə keçirilmədən satılması məqsəduyğun hesab edilmişdir. Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunlara uyğun olaraq Szidən xahiş edirik ki, həmin torpaq sahəsinin yerində dəqiqləşdirib rəy verilməsi üçün köməklik göstərəsiniz.” -Mərdəkan bələdiyyəsinin xəritəsindən çıxarışın surətindən görünür ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsinin sxemi tərtib edilmiş və Mərdəkan bələdiyyə sədrinin səalhiyyətlərini icra edən şəxs tərəfindən imzalanmışdır. -Mərdəkan bələdiyyəsinin sədri tərəfindən Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Sizin 20 avqust 2024-cü il tarixli, 3-13-45/2-HK-İ-2431/2024 nömrəli məktubunuzla əlaqədar olaraq bildiririk ki, Mərdəkan qəsəbə sakinləri X12 və Əliyev X16 qəsəbəsində yerləşən torpaq sahələrinin torpaq vergisini mütəmadi olaraq hər il ödəmişlər. Həmin torpaq sahələrinin müvafiq Qanunlara uyğun olaraq, yerində dəqiqləşdirib rəy verilməsi ilə bağlı, Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzi A.Abdullayevə məktub ünvanlanmışdır (10 sentyabr 2009-cu il tarixli, 1-3/144 saylı və 10 sentyabr 2009-cu il tarixli, 1-3/145 saylı məktublar). Lakin müraciətə cavab gəlmədiyindən, sənədlərin əsilləri Memarlıq və Şəhərsalma Baş İdarəsində qalmışdır.” -Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi ilə bağlanmış xx.xx.2000-ci il tarixli, 29348 nömrəli müqavilənin surətindən görünür ki, Mərdəkan qəsəbəsində 0,11 ha sahəsi olan 2822 nömrəli bağ X5 icarəyə verilmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. X18 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qeyd olunan Plenum Qərarında həmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (6.1, 6.2 və 7-ci bəndlər). "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. X18 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qeyd olunan Plenum Qərarında həmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (6.1, 6.2 və 7-ci bəndlər). Məhkəmə qeyd edir ki, tərəflər arasında mübahisənin predmetini Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2822 saylı bağ sahəsi (yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən 0,11 torpaq sahəsinə dair mərhum X3 adına mülkiyyət hüququ ilə qeydiyyata alınması ilə bağlı reyestr qeydiyyatının ləğvi təşkil edir. Lakin iş materiallarında iddiaçının sözügedən tələblə bağlı cavabdeh inzibati orqana müraciətinin olması müəyyən edilməmiş, iddiaçı tərəfindən də bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə ki, iş materiallarında cavabdeh qeydiyyat orqanının xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müraciətlərə cavab məktublarından görünür ki, həmin müraciətlər müvafiq olaraq 2822 saylı bağ sahəsinə dair sənədlərin surətinin verilməsi və torpaq sahəsi üzərində hüquqların qeydiyyatı ilə bağlı olmuşdur. Göründüyü kimi, iddiaçının cavabdehə müraciətləri başqa məqsədli (hüquqi maraq baxımından) olmuşdur və iddiaçı indiki tələbi ilə bağlı iddia qaldırmamışdan əvvəl cavabdehə niyyətini bəyan etməmişdir. Halbuki, iddia öhdəliyin icrası növünə aid olduğundan xüsusi mümkünlük şərti kimi əvvəlcə cavabdeh inzibati orqana müraciət edilməsi şərtinə tabedir. Belə ki, yuxarıda istinad olunan Plenum Qərarının 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Belə olan halda, iddiaçı məhkəmədə qaldırdığı tələblə bağlı cavabdeh orqana müraciət etməsinə dair sübutlar təqdim etmədiyinə görə iş üzrə cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqini tapmır. Digər tərəfdən məhkəmə qeyd edir ki, Ali Məhkəmənin Plenum Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Hazırkı işin ilkin araşdırılması həmçinin onu deməyə əsas verir ki, mərhum X3 adına aparılmış qeydiyyat və çıxarış cavabdeh tərəfindən Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi ilə 2822 saylı bağın icarəyə verilməsinə dair xx.xx.2000-ci il tarixli, 29348 nömrəli müqaviləyə istinadla verilmişdir. Belə olan halda, sözügedən hüquqmüəyyənedici sənəd mübahisələndirilmədən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğvi məsələsinə də baxıla bilməz. İddiaçı hüquqi marağına uyğun olaraq ilk növbədə yuxarıda adıçəkilən icarə müqaviləsini mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) mübahisələndirərək iddia qaldırmaq hüququna malikdir. Bundan başqa iddiaçı qeydiyyatını mübahisələndirdiyi torpaq sahəsinin ona ayrılmasına dair hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Göründüyü kimi, müvafiq qanunvericilik bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin ayrılmasını bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi ilə şərtləndirmişdir. Başqa sözlə, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə dair hüquqverən sənəd qismində ilk növbədə bələdiyyənin qərarı çıxış edir. Bu baxımdan iddiaçının istinad olunan sənədləri (Mərdəkan bələdiyyəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciəti, ayrılması nəzərdə tutulan torpaq sahəsinin sxemi və s.) torpaqayırma icraatının bir hissəsi olduğundan və bu icraatın yekunu kimi müvafiq kollegial qərarın qəbul edilməsi ilə yekunlaşmasına dair sübutlar mövcud olmadığından iddiaçıya hazırkı tələbi irəli sürməyə hüquq vermir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədləri, həmçinin tələbi ilə bağlı cavabdeh inzibati orqana ilkin müraciətini təqdim edə bilmədiyindən, eləcə də bu şərtlər mövcud olsa belə, hüquqi marağına uyğun olaraq əlverişli iddia növündən istifadə etmədiyindən iddianın mümkünlük şərtləri ödənilmir. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə onu da qeyd edir ki, iş üzrə keçirilmiş əvvəlki məhkəmə iclaslarında iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı ilə həm iddianın mümkünlüyü məsələsi müzakirə edilmiş, tərəflərin fikri dinlənilmiş, iddiaçıya zəruri hüquqi təkliflər verilmiş, ona subyektiv hüququnu təsdiq edən sənədləri məhkəməyə təqdim etmək təklif edilmiş, bunun üçün müddət təyin olunaraq məhkəmə iclası təxirə salınmışdır. Bununla belə, qeyd olunan sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçıya səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan iddia ərizəsinin mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququnun pozulması hesab edilə bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsin əsasən, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-3308/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3308/2025
23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver