Məhkəmə qərarları › İş №2-1(112)-331/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-331/2020

19.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-331/2020 19.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı (Füzuli şəhərində qeydiyyatdadır, müəllimə, işləmir),iddiaçının nümayəndəsi, vəkili Nümayəndə (Bakı şəhərində qeydiyyatdadır, ixtisası: hüquqşünas, Bakı şəhəri 19 saylı Bürosunda işləyir),cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır. İxtisası: hüquqşünas, hüquq şöbəsinin müdiri vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “ünvan 1 ünvanında yerləşən mənzilə dair iddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması barədə sərəncamın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “ünvan 1 ünvanında yerləşən mənzilə dair iddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması barədə sərəncamın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ailəsi ilə birlikdə 1992-ci ildə məlum hadisələrlə əlaqədar Füzuli rayonundan məcburi köçkün kimi Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəldiyi vaxtdan ünvan 1 ünvanında məskunlaşmışdır və hal-hazıradək ailə üzvləri ilə birlikdə həmin mıənzildə yaşayır. Həmin mənzildə əvvəl erməni əsilli X3 yaşamışdır, lakin xx.xx.1990-cı il tarixdən həmin şəxs qeyd edilən mənzildən qeydiyyatdan çıxmış və Azərbaycan Respublikasını tərk etmişdir. İddiaçı 1992-ci ildən hal-hazıradək həmin mənzildə ailə üzvləri ilə yaşayır, bütün kommunal xərcləri ödəyir, mənzildə xeyli yaxşılaşdırmalar aparmışdır, həmçinin, qeyd edilməlidir ki, onun və ailə üzvlərinin digər yaşayış yeri mövcud deyil. Buna görə də, İddiaçı Bakı şəhəri Cavabdehnə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə dair onunla sosial kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Bakı şəhəri, Cavabdeh isə ərizənin təmin edilməsindən imtina etmişdir. Cavabdehin məktubunu qanunsuz hesab edən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamını icra edərək məhkəməyə təqdim etdiyi iddia tələbinə etirazında cavabdeh göstərmişdir ki, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, ev 3 ünvanda yerləşən 102 nömrəli mənzil Cavabdeh balansındadır. Həmin mənzil dövlət mənzil fonduna aiddir və həmin mənzildə qeydiyyatda heç kim yoxdur. Lakin, Füzuli rayonun 1992-ci ildə işğal olunandan sonra, Füzuli şəhərinin sakini məcburi köçkün vətəndaş İddiaçı qeyd olunan mənzildə ailəsi ilə birlikdə məskunlaşmışdır. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 298 saylı, x xxxx 2004-cü il tarixli Sərəncamına 2-ci bəndinə əsasən vətəndaş İddiaçı ailəsi ilə birgə hazırda göstərilən ünvanda yaşamaqda davam edir. “Yerli icra hakimiyyətləri haqqında ” Əsasnamənin 3.9.6-cı maddəsinə görə, yerli icra hakimiyyətləri başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir. Buna görə də cavabdeh göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkil ayrı-ayrılıqda iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının, onun vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının iddia tələbi əsаssızdır. Belə ki, iddiaçı iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə şəxsiyyət vəsiqəsinin surətini, Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti başçısı aparatının xx.xx.2019-cu il tarixli, 5-1168 nömrəli məktubunu, iddiaçıya məxsus AA seriyalı 265380 saylı məcburi köçkün vəsiqəsinin surətini, 65 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2019-cu il tarixli, 201 arayışlarını, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-1124/2019 saylı qətnaməsinin, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(106)7405/2019 saylı qərardadının surətlərini təqdim etmişdir. Bakı şəhər Cavabdeh başçısının aparıtının xx.xx.2019-cu il tarixli, 6-2218 saylı məktubu, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin xx.xx.2019-cu il tarixli, 082-46550-1219 saylı, Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********793 saylı məktubu, Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının 1827 saylı, xx.xx.2019-cu il tarixli məktubu iş materiallarına əlavə edilmişdir. Məhkəmə yuxarıda sadalanan sənədlərdən müəyyən etmişdir ki, iddiaçı Füzuli rayonundan məcburi köçkün kimi Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəldiyi vaxtdan ünvan 1 ünvanında məskunlaşmışdır və hal-hazıradək ailə üzvləri ilə birlikdə həmin mıənzildə yaşayır. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 1124/2019 saylı qətnaməsi ilə iddiaçının həmin mənzildən istifadə hüququ tanınsa da, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(106)7405/2019 saylı qərardadı ilə həmin qətnamə ləğv edilərək, iddiaçının ərizəsi üzrə icraata xitam verilmişdir. ünvan 1 ünvanına yerləşən mənzilə dair order nə Dövlət Arxiv İdarəsində, nə də ki Bakı şəhər Cavabdehndə arxivində aşkar edilməmişdir. Həmin mənzil üzərində heç bir hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti hiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİhissəsinə hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 49.1.-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması (bundan sonra – ayrılma norması) sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür. Həmin Məcəllənin 51-ci maddəsində göstərilmişdir: “51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.” Həmin Məcəllənin 56-cı maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlilik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. İşin faktiki hallarına əsasən iddiaçı Füzuli rayonundan məcburi köçkün kimi Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəldiyi vaxtdan ünvan 1 ünvanında məskunlaşmışdır və hal-hazıradək ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşasa da, həmin mənzilə dair heç bir hüquq müəyyənedici sənəd, o cümlədən, orderi məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı da iddiaçının və onun ailə üzvlərinin həmin mənzil üzərində hər hansı hüququnun olması müəyyən edilməmişdir. İddiaçı yuxarıda göstərilən normativ-hüquqi aktlara əsasən məcburi köçkün kimi həmin mənzildən müvəqqəti olaraq istifadə etməkdədir. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 298 saylı, x xxxx 2004-cü il tarixli Sərəncamının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdanadək, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992- 1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verilməməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2004-cü il tarixli, 232s nömrəli Sərəncamının 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Respublika Baş Prokurorluğu, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, aidiyyəti mərkəzi təşkilatlar və yerli icra hakimiyyəti orqanlarinın rəhbərlərinə tapşırılmışdır və Respublika Ali Məhkəməsi Apellyasiya Məhkəməsi, şəhər və rayon məhkəmələrinə tövsiyə edilmişdir ki, məcburi köçkünlər öz doğma yurdlarına qaydana, həmçin müvəqqəti yaşamaq məqsədi ilə yeni qəsəbələrə və evlərə köçürülənədək, mülkiyyətindən asılı olmayaraq, 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılmasının qarşısının alınması üçün müntəzəm lazımı tədbirlər həyata keçirsinlər və görülmüş işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “ünvan 1 ünvanında yerləşən mənzilə dair iddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması barədə sərəncamın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “ünvan 1 ünvanında yerləşən mənzilə dair iddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması barədə sərəncamın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilir. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar