Məhkəmə qərarları › İş №2-1(112)-331/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-331/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-331/2025 23.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı «Hallibörton Yeureyja Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı cavabdeh Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixli, **********173628 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qismən, müvəqqəti idxal zamanı ödənilmiş və əvəzləşdirilmiş ƏDV məbləğlərinin qəbul edilməməsi və buna görə hesablanmış maliyyə sanksiyası hissəsində ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanının xx.xx.2023-cü il tarixli **********173628 nömrəli qərarına əsasən iddiaçıya 5.755.234,53 manat əsas vergi borcu, 1.962.682 manat sanksiya borcu hesablanmışdır. İddiaçı həmin qərarın müvəqqəti idxal ilə əlaqədar hesablanmış vergi və maliyyə sanksiyası ilə razı deyildir. Belə ki, Vergi Məcəlləsinin 175.10-cu maddəsinə əsasən edilmiş dəyişikliyə əsasən müvəqqəti idxal şəklində Azərbaycan Respublikasının ərazisinə buraxılan və müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar sonradan sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirildiyi halda idxal əməliyyatı üzrə ödənilmiş ƏDV məbləğləri malların sərbəst dövriyyəyə buraxıldığı hesabat ayında əvəzləşdirilir. Qeyd edilən dəyişiklik Vergi Məcəlləsinə 2022-ci ildən qüvvəyə minmişdir. Lakin vergi orqanı bu dəyişikliyi əvvəlki dövrlərə aid etmişdir. Bundan başqa qeyd edilir ki, iddiaçı X10 sazişləri ilə işləyir. Həmin sazişlərdə gömrükdə ödənilmiş ƏDV-in sərbəst dövriyyəyə buraxıldığı dövrdə əvəzələşdirilməsi qeyd edilməmişdir. Həmin sazişlərə baxılarsa asanlıqla görmək olar ki, saziş və protokollara əsasən saziş üzrə mallar idxal edilərkən gömrükdə sıfır faizdən yüksək faiz dərəcəsi tətbiq etməklə ödənilmiş ƏDV-lər ya qaytarılır ya da ki, digər vergilərlə əvəzləşdirilir. Başqa sözlə vergi orqanı həm qanunvericiliyin ağırlaşdırıcı halını geriyə şamil edir, həm də Vergi Məcəlləsinə və Konstitusiyaya zidd olaraq beynəlxalq sazişlərin hüquqi qüvvəsini heçə saymaqla Vergi Məcəlləsinin sonrakı normalarını bizə tətbiq edirlər. Əlavə olaraq iddiaçı qeyd edir ki, mübahisələndirilən səyyar vergi yoxlamasınadək olan dövrlər üzrə iddiaçı tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində iddiaçı hər zaman ƏDV əvəzləşmələrini vermiş və vergi orqanı da bu əvəzləşmələri qəbul etmişdirlər. Lakin sonradan vergi orqanları qanuna dəyişiklik etmədən, həmçinin sazişə dəyişiklik olunmadan iddiaçıya əvəzləşmələrin mümkünlüyünü bildirmiş və qanuna və sazişə zidd olaraq əvəzləşmələri qəbul etməmişlər. Həmçinin bildirilmişdir ki, iddiaçı tərəf olaraq gömrükdə idxal prosesi zamanı malları müvəqqəti idxal rejimində keçirərkən vergilərin, o cümlədən ƏDV-nin 3 (üç) faizi məbləğində vergiləri dövlət büdcəsinə ödəyir. Bunun əsası kimi vergi orqanları da təsdiq edir ki, bu ödənişlər mala görə ödənilməli olan ƏDV-nin 3 (üç) faiz hissəsində ödənişdir. Başqa sözlə vergi orqanı bir məsələni nəzərə almır ki, iddiaçı hər hansı 3 (üç) faiz dərəcə ilə vergilər və ya hər hansı digər ödənişin edilməsini bildirmir və iddiaçı ilə bərabər çoxlu sayda ödəyicilər gömrükdə malların sərbəst dövriyyəyə buraxılması üçün lazım olan rüsumların və vergilərin, o cümlədən ƏDV-nin (18 faiz ilə hesablanmış) sadəcə 3 (üç) faizinin ödənişini hissəvi həyata keçirir. Başqa sözlə iddiaçının ödədiyiyi məbləğin içərisində həm ƏDV, həm rüsumlar yer alır ki, bunu heç kim inkar edə bilməz. Lakin vergi orqanı bu ödənişin ƏDV olmadığını bildirir. Halbuki, özləri də qəbul edirlər ki, həmin ödənişlər tam olaraq bitdikdə, yəni sərbəst dövriyyəyə buraxıldığı halda ƏDV kimi qəbul edilərək əvəzləşdiriləcək. Vergi orqanına elə bir səlahiyyət verilməmişdir ki, hansısa ödənişi istədikləri kimi, istədikləri vaxtda ƏDV kimi nəzərə alsınlar və almasınlar. Həmçinin bildirilir ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyin özü birbaşa iddiaçının dediklərini təsdiq etmişdir. Bu dəyişiklik 2022-ci ildən sonra olduğu üçün isə bu müddəanın geriyə şamil edilməsi qanunvericiliyə ziddir. Başqa sözlə Məcəllənin müddəalarında hər bir vergi növünün hesablanma, ödənilmə, əvəzləşdirməsi dövrü müəyyənləşdirilmişdir ki, müvəqqəti idxal zamanı da ödənilən ƏDVnin əvəzləşdirilmə vaxtını yeni şəkildə müəyyən edilmişdir. Vergi Məcəlləsində əvəzləşdirmə üçün şərtlərdən biri əsas məbləğin ödənilməsi, bank hesabı vasitəsi ilə ödənilmə, gömrükdə ödənilmədirsə, metodu da 2022-ci ildən müəyyən edilib ki. bu da sərbəst dövriyyə buraxılmasıdır. Məsələnin mahiyyəti ilə bağlı bildiririk ki, iddiaçı tərəfindən yoxlanılan dövr ərzində müvəqqəti idxal gömrük proseduru altında mallar idxal edilmiş və idxal zamanı gömrük orqanları tərəfindən ƏDV və digər məcburi ödənişlər tutulmuşdur. Bundan sonra iddiaçı tərəf ƏDV üzrə bəyannamələr təqdim etməklə gömrükdə ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsini həyata keçirmişdir. Bununla bağlı əvvəlki dövrlərdə təqdim edilən ƏDV üzrə bəyannamələri və müvafiq olaraq ƏDV məbləğlərinin əvəzləşdirilməsi vergi orqanı tərəfindən qəbul edilmişdir. Vergi orqanı tərəfindən həmişə bu ƏDV kimi qiymətləndirilmiş və müvafiq olaraq, əvəzləşdirilmişdir. Bununla bağlı bütün bəyannamələr vergi orqanlarının kameral yoxlamaları ilə də təsdiq edilmişdir. Bundan başqa əvvəlki səyyar vergi yoxlamalarında da bu cür əvəzləşmələr aparılmış və SVY akt və qərarları ilə təsdiq edilmişdir. Lakin sonradan vergi orqanı tərəfindən hansısa səbəbdən qanuna şərh verilmiş və artıq müvəqqəti idxal rejimi altında idxal olunan mallar üzrə ödənilmiş ƏDV məbləğləri əvəzləşmədən çıxarılmış və iddiaçıya əlavə vergilər hesablanmış. İddiaçı dəfələrlə bu hesablamanın düzgün olmadığını gömrük orqanları tərəfindən məcburi ƏDV ödənişlərin alındığını bildirsə də, bu yoxlamaya qədər vergi orqanının özü tərəfindən bu əvəzləşmələr qəbul edildiyi bildirilsə də, vergi orqanı qanunsuz və əsassız olaraq iddiaçıya əlavə vergilər hesablamışdır. İddiaçı Vergi Məcəlləsinin 20, 20.5-ci maddələrinə istinad edərək bildirir ki, indiki halda gömrük orqanları tutulan məbləğin ƏDV olmadığını inkar etməmişdir. Hətta gömrük orqanları və vergi orqanları arasında anlaşılmazlıq olsa belə, buna görə vergi ödəyiciləri əziyyət çəkməməlidir. Əlavə olaraq bildirilir ki, vergi orqanının izahatında bildirmişdir ki, sonda iddiaçı tərəfindən ödənilən məbləğlər daimi idxala keçdiyi zaman ƏDV ödənişi kimi qəbul ediləcək və əvəzləşməyə icazə veriləcək. Bu izahatın özü bir daha onu göstərir ki, vergi orqanları özlərində bu ödənişin ƏDV ödənişi kimi qəbul edirlər. Belə olan halda hansı əsasa görə iddiaçının ödədiyi ƏDV məbləğlərinin indiki halda qəbul etmədikləri anlaşılan deyildir. İddiaçı bir daha bildirir ki, bu Ödənişlər İdxal zamanı ödənilməli olan ƏDV ödənişlərinin bir hissisidir və sonda tam ödəniş qurtardıqda idxala görə ƏDV ödənişi hesab edilir. İddiaçı vergi orqanlarının öz fəaliyyətlərinin düzgün qurmamasına görə böyük məbləğdə əlavə vergilər və sanksiya ilə üzləşdiyini qeyd edir. Bundan əlavə, vergi orqanının ‘'müvəqqəti idxalın ƏDV-nin məqsədləri üçün vergitutma obyekti olmaması” arqumenti əsaslı olsa idi, gömrük orqanları tərəfindən hissə-hissə ƏDV-nin tətbiqi ümumiyyətlə qanunsuz olardı və bu iki qanunvericilik aktları arasında ziddiyyət yaradardı. Bir tərəfdən, Vergi Məcəlləsi müvəqqəti idxalı ƏDV məqsədləri üçün vergitutma obyekti kimi müəyyən etmir və ƏDV-dən azad edir, digər tərəfdən isə Gömrük Məcəlləsi müvəqqəti idxalı aylıq əsasda sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan vergilərin məbləğinin 3 (üç) faiz miqdarında ƏDV-yə cəlb edir. Beləliklə Vergi Məcəlləsinin istinad olunna maddələrində də vurğulandığı kimi malların idxalı əməliyyatlarından, müvəqqəti idxal əməliyyatları daxil olmaqla, ƏDV-nin tutulması dövlət gömrük orqanlarının səlahiyyətlərinə aid edildiyindən və gömrük qanunvericiliyində bu malların ƏDV-yə cəlb edilməli olduğu açıq-aydın qeyd olunduğundan iddiaçı bu məsələ üzrə sahə qanunvericiliyinin Gömrük Məcəlləsi hesab olunmalı olduğunu qeyd edir. İddiaçı qeyd edir ki, ƏDV bəyannamələrinin bəyənnamə məlumatlarında qeyd əlavə edilmiş məbləğlər müvəqqəti idxal xüsusi gömrük proseduru rejimində ödənilmiş ƏDV məbləğləridir və Filial tərəfindən vergi orqanına təqdim edilmiş gömrük sənədlərindən və ödəniş sənədlərindən də aydın şəkildə görünür ki, Filial tərəfindən vergi və gömrük qanunvericiliyin tələblərinə əsasən bu ƏDV və gömrük rüsumları ödənilmişdir. Beləliklə, iddiaçı, Filial tərəfindən əvəzləşdirilən ƏDV müvəqqəti idxal əməliyyatı ilə əlaqəli olduğundan və idxal-ixrac əməliyyatlarında ƏDV tutulmalarının həyata keçirilməsinin və nəzarətin Gömrük orqanları tərəfindən baxılmalı olduğundan, vergi orqanının sadəcə Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsaslanaraq müvəqqəti idxalın ƏDV-nin vergitutma obyekti olmamasını qeyd etməklə əvəzləşmənin ləğv edilməsini qanuna zidd hesab edir. Vergi orqanı Qərarlarda müvəqqəti idxal edilmiş malların ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən vergi qanunvericiliyində onların əvəzləşdirilməsinin nəzərdə tutulmaması və bu səbəbdən də yalnız sərbəst dövriyyə üçün buraxıldığı halda Vergi Məcəlləsinin 176.5-ci maddəsinə əsasən əvəzləşdirilməsinin mümkünlüyünü iddia edir. Beləliklə, ƏDV prinsiplərinə əsasən ƏDV son istehlakçının vergisidir. Biznes (sahibkarlıq subyektləri) ƏDV-nin mərhələmərhələ yığılmasında yalnız agent rolunu oynayır və onun üçün ƏDV maliyyə yükü olmamalıdır. Belə ki, ƏDV ödəyicisi olan sahibkarlar ödədiyi ƏDV-ni əvəzləşdirməklə heç bir maliyyə yükü daşımamalıdır. Filialın idxal etdiyi mallar ölkə ərazisinə icarə məqsədi ilə gətirilib və sərbəst dövriyyəyə buraxılma müddətindən daha əvvəl ölkədən çıxarılmışdır. Bu səbəbdən onun son istehlakçısının Azərbaycanda olmadığından, həmin müvəqqəti idxal xüsusi gömrük proseduru rejimində ödənilən ƏDV məbləğləri Filial tərəfindən əvəzləşdirilməlidir. Sözügedən malların sərbəst dövriyyəyə buraxılması müddəti üzrə olan şərti heç vaxt ödənilməyəcək və beləliklə ƏDV-nin əvəzləşdirilməsinə yol verilməzsə bu Filial üçün əlavə maliyyə yükünə çevrilir. Əlavə olaraq, əvvəlki praktikada müvəqqəti idxala görə ödənilən ƏDV məbləğinin əvəzləşdirilməsi vergi orqanı tərəfindən qəbul edilirdi və belə əməliyyatlar üzrə heç bir vergi kənarlaşması və ya yayınma hesab edilmirdi. Baxmayaraq ki, bu sahədə heç bir qanunvericilik aktı dəyişməmişdir, vergi orqanı həm iddiaçı Şirkətə, həm də digər şirkətlərə bu məsələdə yanaşmasını dəyişmişdir. Bunun əsasında qənaətə gəlmək olar ki, vergi orqanı bu məsələ ilə bağlı inzibati təcrübəni dəyişmək niyyətindədir. Bu isə, inzibati icraatın aparılmasına dair qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir və ümumilikdə Azərbaycan Respublikasında xarici investisiyaların qorunmasına kölgə salır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış yazılı münasibətində iddiaya etiraz edərək bildirilmişdir ki, iddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. Mübahisələndirilən məsələnin mahiyyəti ilə bağlı bildirilir ki, Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” **********163296 nömrəli qərarına əsasən “Hallibörton Yeureyja Limited Şirkətinin” Filialında (VÖEN:**********) növbəti səyyar vergi yoxlaması aparılmış və nəticələri üzrə 25 iyun 2023-cü il tarixli **********173628 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərar çıxarılmışdır. Vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın ƏDV əvəzləşmələrinin qəbul edilməməsi hissəsində ləğv edilməsinə dair iddia ərizəsində qaldırılan məsələlərlə bağlı aşağıdakılar bildiririlir: Təqdim edilmiş təsdiqedici sənədlər, bəyannamə məlumatları, uçot-baza məlumatları əsasında aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən müxtəlif növ vəsaitlərin “müvəqqəti idxal gömrük rejimi (kod: 31)” altında idxal edildiyi və gömrükdə ödənilmiş 2 460 328,37 manat məbləğində ödənişlər üzrə bəyannamə təqdim edilərkən əvəzləşdirilmə aparıldığı müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Beləliklə, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Qeyd olunanlara əsasən müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan vergilər üzrə aylıq ödəniş məbləğləri əvəzləşdirilmir. Eyni zamanda müvəqqəti idxal edilmiş mallar sərbəst dövriyyə üçün buraxıldığı halda vergi ödəyicisi tərəfindən ödənilmiş ƏDV məbləği Vergi Məcəlləsinin 175.10-cu maddəsinə əsasən əvəzləşdirilə bilər. Beləliklə Vergi Məcəlləsinin 159.3-cü və 175.10-cu maddələrinə əsasən müvəqqəti idxal rejimi altında gətirilmiş mallara görə gömrükdə ödənilmiş ƏDV-lər üzrə aparılmış 2 460 328,37 manat məbləğində əvəzləşdirmə azaldılmışdır. Qeyd edilənlərlə əlaqədar Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1.230.164,19 manat maliyyə sanksiyası hesablanmışdır. Vergi Məcəlləsinin 13.2.31-ci maddəsinə əsasən malların idxalı - gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsidir. Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Göründüyü kimi, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Qeyd olunanlara əsasən müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan vergilər üzrə aylıq ödəniş məbləğləri əvəzləşdirilmir. Bununla yanaşı, müvəqqəti idxal edilmiş mallar sərbəst dövriyyə üçün buraxıldığı halda vergi ödəyicisi tərəfindən ödənilmiş ƏDV məbləği Vergi Məcəlləsinin 175.10-cu maddəsinə əsasən əvəzləşdirilə bilər. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 7.5-ci bəndinə əsasən gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. Qaydaların 7.8-ci bəndinə əsasən müvəqqəti idxal edilmiş mallar təkrar ixrac olunarkən, yaxud digər gömrük proseduru altında yerləşdirilərkən ödənilmiş aylıq ödənişlər geri qaytarılmır. Əlavə olaraq bildiririlir ki, Qaydaların 7.10-cu bəndinə əsasən gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan aylıq ödənişlərin ümumi məbləği onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinə bərabər olduqda, həmin mallar Gömrük Məcəlləsinin 164.2.2-ci maddəsinin tələblərinə riayət edilməsi şərtilə sərbəst dövriyyə üçün buraxılmış mallar hesab olunur. Eyni zamanda müvəqqəti idxal edilmiş mallar təkrar ixrac olunarkən ödənilmiş aylıq ödənişlər Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir. Əlavə olaraq qeyd edilir ki, Vergi Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Bu Məcəllə ilə müəyyən olunan anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən edilir və müstəsna olaraq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq olunur. Vergi Məcəlləsinin 12.3-cü maddəsinə əsasən vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Bundan başqa bildiririlir ki, müvəqqəti idxal Gömrük Məcəlləsinin 192-194-cü maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013cü il tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları” ilə tənzimlənir. Gömrük Məcəlləsinin 192.1-ci maddəsinə əsasən təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur. Gömrük Məcəlləsinin 193.2-ci maddəsinə əsasən malların eyni məqsəd üçün və eyni şəxsin məsuliyyəti altında olmaqla, müvəqqəti idxal proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 24 (iyirmi dörd) ay təşkil edir. Gömrük Məcəlləsinin 193.4-ci maddəsinə əsasən bu Məcəllənin 193.1-193.3-cü maddələrində nəzərdə tutulmuş müddət başa çatanadək, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edilməli və ya başqa gömrük proseduru altında yerləşdirilməlidir. Gömrük Məcəlləsinin 194.1-ci maddəsinə əsasən gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. Gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan gömrük rüsumlarının və vergilərin ümumi məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının, vergilərin məbləğindən artıq olmamalıdır. Qeyd olunan müddəalardan göründüyü kimi, iddiaçı tərəfindən aparılan ödənişlər malların müvəqqəti gömrük rejimində saxlanması ilə əlaqədar həyata keçirilən aylıq ödənişlərdir ki, bu da ödənilməli vergi və rüsumların 3 faizini təşkil edir. Mallar yalnız müvvəqəti saxlama rejimindən çıxıb sərbəst dövriyyəyə buraxıldıqda ödənilmiş məbləğlər idxalda ödənilmiş ƏDV sayılır. Beləliklə, müvəqqəti idxalda Vergi Məcəlləsinə əsasən vergitutma baxımından ƏDV-nin ödənilməsi tələbi olmadığından bu əməliyyatlar vergi tutulan əməliyyat sayılmır. Vergi Məcəlləsinin 175-ci maddəsi vergi tutulan əməliyyatlar üzrə əvəzləşməni nəzərdə tutduğundan vergitutmadan azad edilmiş müvəqqəti idxal rejimində ödənilən icbari gömrük ödənişlərinin əvəziəşdirilməsi qanunvericiliyə ziddir. İddiaçının beynəlxalq saziş üzrə fəaliyyət göstərdiyini və bu səbəbdən Vergi Məcəlləsinin onlara tətbiq edilməməsi ilə bağlı bildiririlir ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxal ƏDV-nin vergitutma obyektidir. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Eyni zamanda Vergi Məcəlləsinin 2.7-ci maddəsinə əsasən bu Məcəllə qüvvəyə minənədək və ya o, qüvvəyə mindikdən sonra qanunla təsdiq olunmuş X10 haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda bu Məcəllədə və vergilər haqqında digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin sazişlərin və ya qanunların müddəaları tətbiq edilir. Belə ki, X10 haqqında, risk xidmət sazişləri, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərin müddəalarına əsasən hər bir podratçı tərəf ona təchiz edilən və ya onun təchiz etdiyi bütün mallar, işlər və xidmətlər üçün, karbohidrogenlərinin ixracı üçün və aldığı malların, işlərin və xidmətlərin idxalı üçün X9 sıfır (0) faiz dərəcə ilə azad edilir. Hər bir Əməliyyat Şirkəti, Podratçı tərəf və onların X7 Xidmətinə yazılı şəkildə ərizə ilə müraciət edərək Sazişə və müvafiq Sazişin tərkibinə daxil edilən “Əlavə dəyər vergisi haqqında Protokol”a uyğun olaraq sıfır (0) faiz dərəcəsi ilə ƏDV tutmağa səlahiyyət verildiyini bildirən vergidən azad olunma Sertifikatı alır. “ƏDV-dən sıfır faiz (0%) dərəcə ilə azad olunma Sertifikatı”nın surəti təchizatçının sıfır (0) faiz dərəcəsi ilə ƏDV tutmağa icazəsi olduğuna qəti sübutdur. Vergi tutulan əməliyyatlar zamanı Əməliyyat Şirkəti, Podratçı tərəf və onların Subpodratçıları tərəfindən “ƏDV-dən sıfır (0) faiz dərəcə ilə azad olunma haqqında Sertifikat” təqdim olunmadığı halda Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada 18 faiz dərəcə ilə ƏDV hesablanır. Bununla belə, Vergi Məcəlləsinin 159.3-cü maddəsinin müddəalarına əsasən müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Buna əsasən müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin vergitutma obyektini təşkil etmir. Eyni zamanda, malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun tənzimlənir. Həmin qaydaların 7.5-ci bəndinə əsasən gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. Göründüyü kimi, müvəqqəti idxal edilən mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmədiyindən ƏDV-nin vergitutma obyektini yaratmır. Buna əsasən müvəqqəti idxal gömrük proseduru ilə bağlı ödənilən 3 faiz miqdarında aylıq ödənişlər malların gömrük dəyərindən 18 faiz dərəcə ilə hesablanaraq ödənilməli olan ƏDV məbləği hesab edilmədiyindən belə aylıq ödənişlərin əvəzləşdirilməsi Vergi Məcəlləsində nəzərdə tutulmur. Belə ki, X10 sazişlərində və müvafiq vergi protokollarında malların, işlərin, xidmətlərin təqdim edilməsi zamanı ƏDV-nin Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun olaraq tətbiq olunan dərəcəsi tətbiq edilir. Vergi Məcəlləsində və X10 sazişlərində ƏDV-nin 18%-dən fərqli dərəcə ilə müəyyən olunması nəzərdə tutulmamışdır. Əlavə olaraq bildiririlir ki, X10 sazişlərində yuxarıda göstərilən ödənişlərin geri qaytarılması ilə bağlı müddəalar mövcud olduğu halda, həmin vəsaitlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi ödəyicisinə qaytarıla bilər. Lakin həmin ödənişlərin ƏDV ödənişi hesab olunması və “Əlavə dəyər vergisinin bəyannaməsi”ndə büdcə ilə hesablaşmalarda nəzərə alınmaqla əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddiaçı tərəf elektron məhkəmə vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə etməklə iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “ Vergi ödəyicisinin və ya sığortaedənln vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 25 iyun 2023-cü il tarixli **********173628 nömrəli qərarına əsasən «Hallibörton Yeureyja Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, 1.962.683,56 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qərara əsasən səyyar vergi yoxlaması Azərbaycan Respublikası Vergi Məcəlləsinə və X10 Sazişlərinə uyğun aparılmışdır. Yoxlama zamanı filial tərəfindən yoxlanılan dövr üzrə vergi orqanlarına təqdim olunmuş XSÖMV bəyannamələrinin düzgünlüyü ilkin mühasibat sənədləri (müqavilələr, bank çıxarışlar), əmək haqqnıın hesablanması cədvəlləri, ödəmə tapşırıqları, iş vaxtı cədvəlləri, təhviltəslim aktları və s.) ilə müqayisə edilməklə yoxlanıldı və yoxlamanın nəticəsi kimi verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləği ilə müqayisə edilərkən 2 127 752,11 manat məbləğində kənarlaşma müəyyən edildi. Sazişlər üzrə "Xarici subpodratçıların vergiyə cəlb edilməsi haqqında" Protokollara əsasan karbohidrogen fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasında işlər və xidmətlər yerinə yetirən Xarici Subpodraıçılardan kompensasiya edilən məsrəflər çıxılmaqla karbohidrogen fəaliyyəti ila bağlı aparılan ümumi ödənişlərdən Azəri və Çıraq Sazişi üzrə 5%, X11 üzrə 6,25%, Abşeron yatağ üzrə 5.5% vergi tutulur. Protokolun 3.3-cü bəndinə əsasən əgər belə vergi tutulmuş və Azərbaycan Respublikası Dövlət büdcəsinə gecikmə ilə ödənilmişsə, vergini tutmağa məsuliyyət daşıyan tərəfin köçürülməli olduğu verginin Dövlət büdcəsinə ödənilməli olduğu ən son tarixdən faiziər hesablanır. Belə ki, səyyar vergi yoxlaması ilə XSÖMV üzrə kənarlaşmalar aşağıdakı hallar üzrə müəyyən olundu: 1) Filial yoxlama dövründə ham karbohidrogen və həm də qeyri karbohidrogen fəaliyyəti çərçivəsində mallar təqdim etmiş, işlər görmüş və xidmətlər göstərmişdir. Filialın karbohidrogen fəaliyyəti əsasən "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqların və Günəşli yatağının dərinliyində yerləşən hissəsinin birgə işlənməsi haqqında neft hasilatıma pay bölgüsü haqqında”, 'Xəzər Dənizinin Azərbaycan sektorunda Şah Dəniz perspektiv yatağının kəşfiyyatı, işlənməsi və neft hasilatının pay bäİgüsü haqqında”, “Xəzər Dənizinin Azərbaycan sektorunda Abşeron yatağı blokunun kəşfiyyatı, işlənməsi və hasilatının pay bölgüsü haqqında”, “Ümid yatağının və X1 X8 və İşlənməsi haqqında” Sazişlər çərçivəsində olmuşdur. Araşdırma zamanı (müqavilələr, invoyslara, əmək haqqı hesablama cədvəllərinə əsasən) göstərilmiş xidmətlərə görə aparılmış ödənişlərin Filialın həm karbohidrogen və həm də qeyri karbohidrogen fəaliyyətinə aid olduğu miiəyyən edilmişdir. Yoxlama ilə yenidən hesablamalar aparılmış və ödənişlərin 28 639 639,83 manat hissəsinin karbohidrogen fəaliyyətinə aid olduğu və XŞÖMV məqsədləri üçün vergiyə cəlb edilmədiyi müəyyən edilmişdir. Beləliklə, xarici subpodratçılar tərəfindən yuxarıda qeyd olunan sazişlər üzrə qəbul edilmiş Protokolların 1.1-ci maddəsinə əsasən göstərilmiş xidmətlər üzrə ödənilmiş məbləğlərdən “Xəzər dənizinin Azərbay can sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinliyində yerləşən hissəsinin birgə işlənməsi haqqında neft hasilatının pay bölgüsü haqqında”, “Xəzər Dənizinin Azərbaycan sektorunda Şah Dəniz perspektiv yatağının kəşfiyyatı, işlənməsi və neft hasilatına pay bölgüsü haqqında”, “Xəzər Dənizinin Azərbaycan sektorunda Abşeron yatağı blokunun kəşfiyyatı, işlənməsi və hasilatının pay bölgüsü haqqında", "Ümid yatağının və X1 X8 və İşlənməsi haqqında” Sazişlər çərçivəsində qəbul edilmiş “Xarici subpodratçıların vergiyə cəlb edilməsi haqqında” Protokolların 1.1-ci maddəsinə əsasən ümumilikdə 1 431 981,99 manat xarici subpodratçılardan ödəmə mənbəyində verginin və həmin Protokolların 3.6-cı maddəsinə əsasən vergi məbləğinin Azərbaycan Respublikası Dövlət büdcəsinə vaxtında ödənilməməsinə görə 177 671,46 manat məbləğində feizin (Libor+4%) hesablanması təklif olunmuşdur. 2) Filial yoxlama dövründə karbohidrogen fəaliyyətinə əsasən “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinliyində yerləşən hissəsinin birgə işlənməsi haqqında neft hasilatının pay bölgüsü haqqında”, “Xəzər Dənizinin Azərbaycan sektorunda Şah Dəniz perspektiv yatağının kəşfiyyatı, işlənməsi və neft hasilatının pay bölgüsü haqqında”, “Xəzər Dənizinin Azərbaycan sektorunda Abşeron yatağı blokunun kəşfiyyatı, işlənməsi və hasilatının pay bölgüsü haqqında”, “Ümid yatağının və X1 X8 və İşlənməsi haqqında” Sazişlər çərçivəsində işlər görmüş və xidmətlər göstərmişdir. Araşdırma zamam (müqavilələr, ödəmə tapşırıqları, təhvil-təslim aktları, invoyslara əsasən) göstərilmiş xidmətlərə görə aparılmış ödənişlərin 13 814 110,95 manat hissəsinin karbohidrogen fəaliyyətinə aid olduğu və XSÖMV məqsədləri üçün vergiyə cəlb edilmədiyi müəyyən edilmişdir. Beləliklə, xarici subpodraçılar tərəfindən yuxanda qeyd olunan sazişlərə dair qəbul edilmiş Protokolların 1.1-cı maddəsinə əsasən aparılmış ödənişlər üzrə ödənilmiş məbləğlərdən ümumilikdə 695 770,12 manat xarici subpodratçılardan ödəmə mənbəyində verginin və həmin Protokollara 3.6-cı maddəsinə əsasən vergi məbləğinin Azərbaycan Respublikası Dövlət büdcəsinə vaxtında ödənilməməsinə görə 41 290,72 manat məbləğində feizin (Libor+4%) hesablanması təklif olunmuşdur. Nəticədə Sazişlər üzrə “Xarici subpodratçılarm vergiyə cəlb edilməsi haqqında” Protokollarının 1.1-ci maddəsinə əsasən ümumilikdə 2 127 752,11 manat XSÖMV hesablanması və Protokolların 3.6-cı maddəsinə əsasən vergi məbləğinin Azərbaycan Respublikası Dövlət büdcəsinə vaxtında ödənilməməsinə görə 218 962,18 manat məbləğində feizin (Libor-4%) hesablanması təklif olunmuşdur. Yoxlama zamanı filial tərəfindən yoxlanılan dövr üzrə vergi orqanlarına təqdim olunmuş ÖMV bəyannamələrinin düzgünlüyü ilkin mühasibat sənədləri (müqavilələr, əmək haqqının hesablanması cədvəlləri, əmək müqavilələri, ödəmə tapşırıqları, iş vaxtı cədvəliəri) ilə müqayisə edilməklə yoxlanıldı və yoxlamanın nəticəsi kimi verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləği ilə müqayisə edilərkən 221 073,99 manat məbləğində kənarlaşma müəyyən edildi. Belə ki, səyyar vergi yoxlaması ilə ÖMV üzrə kənarlaşmalar aşağıdakı hallar üzrə müəyyən olundu: 1) Filial yoxlama dövründə həm karbohidrogen və həm də qeyri karbohidrogen fəaliyyəti çərçivəsində mallar təqdim etmiş, işlər görmüş və xidmətlər göstərmişdir. Filialın karbohidrogen fəaliyyəti əsasər. Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinliyində yerləşən hissəsinin birgə işlənməsi haqqında neft hasilatının pay bölgüsü haqqında”, “Xəzər Dənizinin Azərbaycan sektorunda Şah Dəniz perspektiv yatağının kəşfiyyatı, işlənməsi və neft hasilatının pay bölgüsü haqqında”, “Xəzər Dənizinin Azərbaycan sektorunda Abşeron yatağı blokunun kəşfiyyatı, işlənməsi və hasilatının pay bölgüsü haqqında”, “Ümid yatağmın və X1 X8 və İşlənməsi haqqında” Sazişlər çərçivəsində olmuşdur. Araşdırma zamanı (müqavilələr, əmək haqqının hesablanması cədvəlləri, əmək müqavilələri, ödəmə tapşırıqları, iş vaxtı cədvəllərinə əsasən) göstərilmiş xidmətlərə görə aparılmış ödənişlərin Filialın həm karbohidrogen və həm də qeyri karbohidrogen fəaliyyətinə aid olduğu müəyyən edilmişdir. Yoxlama ilə yenidən hesablamalar aparılmış və ödənişlərin 2 154 098,84 manat hissəsinin qeyri karbohidrogen fəaliyyətinə aid olduğu və ÖMV məqsədlər üçün vergiyə cəlb edilmədiyi müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən qeyri-rezidentinə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikası ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulur. Beləliklə, Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən yoxlama ilə qeyri rezidentə aparılmış ödənişlər üzrə yenidən hesablama aparılmış və qeyri karbohidrogen fəaliyyəti üzrə aparılmış 2 154 098 manat ödənişlərin ÖMV-yə cəlb edilməsi və 215 409,88 manat məbləğində ÖMV hesablanması təklif olunmuşdur. 2) Yoxlama zaman vergi ödəyicisinə məxsus bank hesablan araşdırılarkən fiziki şəxslərə icarə haqqı ilə bağlı aparılan bəzi ödənişlərin ÖMV cəlb edilmədiyi, bəzi ödənişlərin isə düzgün dövrlərdə cəlb edilmədiyi müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 24.1-ci maddəsinə əsasan daşman və daşınmaz əmlak üçün icarə haqqından gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə vergi tutulur. Beləliklə, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən yoxlama ilə aparılmış ödənişlər üzrə yenidən hesablama aparılmış, icarə haqqı ilə bağlı fiziki şəxslərin müvafiq ödənişlərinə 5 664,11 manat məbləğində ÖMV hesablanması təklif olunmuşdur. Nəticədə Vergi Məcəlləsinin 58,124 və 12.5-ci maddələrinə əsasən ümumilikdə 221 073,99 manat ÖMV hesablanması və 110 537,00 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Yoxlama zamanı Filial tərəfindən yoxlanılan dövr üzrə vergi orqanlarına təqdim olunmuş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinin düzgünlüyü ilkin mühasibat sənədləri (müqavilələr, qaimalər, hank çıxarışları, ödəmə tapşırıqları) ilə müqayisə edilməklə yoxlanıldı və yoxlamanın nəticəsi kimi verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləği ilə müqayisə edilərkən kənarlaşma müəyyən edildi: 1) Filial tərəfindən əmək müqaviləsi çərçivəsində fəaliyyət göstərən əməkdaşlar üzrə məcburi dövlət sosial -sığorta haqqı hesablanarkən ümumilikdə 227 359,70 manat ( sığortaedənin hesabına 200 076,54 manat və sığortaolunanın hesabına 27283,16 manat), işsizlikdən sığorta haqqı hesablanarkən ümumilikdə 9 092,61 manat (sığortaedənin hesabına 4 546,31 manat və sığortaolunanın hesabına 4 546,31 manat) və icbari tibbi sığorta haqqı hesablanarkən 35 876,94 manat (sığortalının hesabına 17 938,47 manat və sığortaolunanın hesabına 17 938,47 manat) az hesablandığı müəyyən edrimişdir. Belə ki, filial həm karbohidrogen (X10 Sazişləri çərçivəsində), həm də qeyri karbohidrogen fəaliyyəti üzrə xidmətlər göstərir. Filialda çalışan xarici əməkdaşlar da hər iki fəaliyyət üzrə göstərilən xidmətlərdə işlərə cəlb edilmişdir. Filialda çalışan xarici əməkdaşların gəlirlərindən qeyri karbohidrogen fəaliyyətinə düşən hissəsi üzrə yenidən hesablamalar aparılmışdır. Sosial sığorta haqqında Qanunun 14.3-cü maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı işçinin əməkhaqqısının 22 faizı miqdarında sığortaedən tərəfindən və 3 faizi miqdarında stğortaolunanın hesabına ödənilir. İşsizlikdən sığorta haqqında Qanunun 9-cu maddəsinə əsasən işsizlikdən Sığorta haqqı işçiııin əməkhaqqısının 0,5 faizi miqdarında sığortaedən tərəfindən və 0,5 faizi miqdarında sığortaolunanın hesabına ödənilir. İcbari tibbi sığorta haqqında Qanunun 15-10.2.1-ci maddəsinə əsasən icbari tibbi sığorta haqqı işçinin əməkhaqqısının 2 faizi miqdarında sığortaolunan hesabına ödənilir. Sosial sığorta haqqında Qanunun 9-1.1-ci maddəsinə, İşsizlikdən sığorta haqqıuda qanunun 7-1-ci maddəsinə və İcbari tibbi sığorta haqqında qanunun 15-24.1-ci maddəsinə əsasən yaranmış borcların alınması, işsizlikdən sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş işsizlikdən sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olumuş qaydada həyata keçirilir. Vergi Məcəlləsinin 58.1-cı maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırlmışdırsa vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 filizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Nəticədə Sosial sığorta haqqında qanunun 14.3-cü, İşsizlikdən sığorta haqqında qanunun 9-cu və İcbari tibbi sığorta haqqında qanunun 15-10.2.1-ci maddələrinə əsasən ümumilikdə 272329 manat sığorta haqqının hesablanması təklif olunur. 2) Texniki səbəblərdən Vergi Məcəlləsinin 101-ci maddəsinin tələblərinə zidd olaraq vergilərin 7,81 manat artıq hesablandığı müəyyən edilmişdir. Nəticədə Sosial sığorta haqqında qanunun 14.3-cü, İşsizlikdən sığorta haqqında qanunun 9-cu və İcbari tibbi sığorta haqqında Qanunun -15.10.2.1-ci maddələrinə əsasən ümumilikdə 272 329,25 manat sığorta haqqının hesablanması və Vergi Məcəlləsinin 101cı maddəsinə əsasən 7,81 manat verginin azaldılması, ümumilikdə 272 321.44 manat əlavə hesablama aparılması təklif olunur. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 136 164,63 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Yoxlama zamanı Filial tərəfindən yoxlanılan dövr üzrə vergi orqanlarına təqdim olunmuş ƏDV bəyannamələrinin düzgünlüyü ilkin mühasibat sənədləri (müqavilələr, qaimələr, bank çıxarışları, ödəmə tapşırıqları) ilə müqayisə edilməklə yoxlanıldı və yoxlamanın nəticəsi kimi verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləği ilə müqayisə edilərkən kənarlaşma müəyyən edildi. Belə ki, səyyar vergi yoxlaması ilə ƏDV üzrə kənarlaşmalar aşağıdakı hallar üzrə müəyyən olundu: 1) Təqdim edilmiş təsdiqedici sənədlər, bəyannamə məlumatları, uçot-baza məlumatları əsasında aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən müxtəlif növ vəsaitlərin “müvəqqəti idxal gömrük rejimi (kod: 31)” altında idxal edildiyi və gömrükdə ödənilmiş 2 460 328,37 manat məbləğində ƏDV-lər üzrə bəyannamə təqdim edilərkən əvəzləşdirilmə aparıldığı müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Beləliklə, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Qeyd olunanlara əsasən müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan vergilər üzrə aylıq ödəniş məbləğləri əvəzləşdirilmir. Eyni zamanda müvəqqəti idxal edilmiş mallar sərbəst dövriyyə üçün buraxıldığı halda vergi ödəyicisi tərəfindən ödənilmiş ƏDV məbləği Vergi Məcəlləsinin 175.10-cu maddəsinə əsasən əvəzləşdirilə bilər. Beləliklə Vergi Məcəlləsinin 159.3 və 175.10-cu maddələrinə əsasən müvəqqəti idxal rejimi altında gətirilmiş mallara görə gömrükdə ödənilmiş ƏDV-lər üzrə aparılmış 2 460 328,37 manat məbləğində əvəzləşdimıənin azaldılması təklif olunur. Qeyd edilənlərlə əlaqədar Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1 230 164,19 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. 2) Filial yoxlama dövründə həm karbohidrogen və həm də qeyri karbohidrogen fəaliyyəti çərçivəsində mallar təqdim etmiş, işlər görmüş və xidmətlər göstərmişdir. Filialın karbohidrogen fəaliyyəti əsasən “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinliyində yerləşən hissəsinin birgə işlənməsi haqqında neft hasilatının pay bölgüsü haqqında”, “Xəzər Dənizinin Azərbaycan sektorunda Şah Dəniz perspektiv yatağının kəşfiyyatı, işlənməsi və neft hasilatının pay bölgüsü haqqında”, “Xəzər Dənizinin Azərbaycan sektorunda Abşeron yatağı blokunun kəşfiyyatı, işlənməsi və hasilatının pay bölgüsü haqqında”, “Ümid yatağının və X2 X8 və İşlənməsi haqqında” Sazişlər çərçivəsində olmuşdur. Araşdırma zamanı bəzi qeyri rezident müəssislər tərəfindən göstərilmiş xidmətlərinə görə aparılmış ödənişlərin Filialm həm karbohidrogen və həm də qeyri karbohidrogen fəaliyyətinə aid olduğu, lakin ƏDV məqsədləri üçün vergiyə cəlb edilmədiyi müəyyən edilmişdir. Belə ki, müqavilələr, bank çıxarışları, əmək haqqının hesablanması cədvəlləri və əmək müqavilələri əsasında qeyri rezidentlərlə X10 fəaliyyətlərlə əlaqədar olmayan fəaliyyətlər üzrə əməliyyatlar aparıldığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezıdent Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169,2-cı və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə, bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur. Vergi Məcəlləsinin 169.2-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınan hər hansı şəxs bu maddənin məqsədləri üçün vergi agenti sayılır. Vergi Məcəlləsinin 169.3-cu maddəsinə əsasən bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək apanldıqöa. vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Verginin məbləği bu Məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi dərəcəsinin qeyrı-rezidentə ödənməli olan məbləğə (ƏDV nəzərə alnımadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir. Beləliklə, Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən yoxlama ilə qeyn rezidentə aparılmış ödənişlər üzrə yenidən hesablama aparılmış və qeyri karbohidrogen fəaliyyəti üzrə aparılmış 2 154 098,84 manat ödənişlərin ƏDV-yə cəlb edilməsi və 387 737,79 manat məbləğində ƏDV hesablanması təklif olunur. Qeyd edilənlərlə əlaqədar Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 193 868,90 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. 3) Yoxlama zamanı 1 655 555,56 manat dəyərində olan malların (iş və xidmətlərin) 297 886,80 manat olan ƏDV məbləğinin onun dəyərindən gec ödənildiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş 297 886,80 manat ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 148 943,40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. Nəticədə Vergi Məcəlləsinin 58-ci 159-cu, 169 və 175-ci maddələrinə əsasən ümumilikdə 2 848 066,16 manat Əlavə dəyər vergisinin hesablanması və 1 572 976.48 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmüşdur. Yoxlama zamanı Filial tərəfindən yoxlama dövrü üzrə vergi orqanlarına təqdim olunmuş İşsizlik sığortası üzrə bəyannamələrin düzgünlüyü ilkin mühasibat sənədləri (müqavilələr, qaimələr, bank çıxarışları, ödəmə tapşırıqları) ilə müqayisə edilməklə yoxlanıldı və yoxlamanın nəticəsi kimi verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləği ilə müqayisə edilərkən 8 926.56 manat kənarlaşma müəyyən edilmişdir. Belə ki, filial həm karbohidrogen (X10 Sazişləri, çərçivəsində, həm də qeyri karbohidrogen ləaliyyəti üzrə xidmətlər göstərir. Filialda çalışan xarici əməkdaşlar da hər iki fəaliyyət üzrə göstərilən xidmətlərdə işlərə cəlb edilmişdir. Filialda çalışan xarici əməkdaşların gəlirlərindən qeyri karbohidrogen fəaliyyətinə düşən hissəsi üzrə yenidən hesablamalar aparılmışdır. İşsizlikdən sığorta haqqında qanunun 9cu maddəsinə əsasən işsizlikdən sığorta haqqı işçinin əməkhaqqısının 0,5 laizi miqdarında sığortaçı tərəfindən və 0.5 faiz miqdarında sığortaolunanın hesabına ödənilir. İşsizlikdən sığorta haqqında qanunun 7-1-ci maddəsinə asasan yaranmış borcların alınması, işsizlikdən sığorta haqqının vaxtında ödanilməməsms gora faizlərin hesablanması və artıq ödənilmi işsizlikdən sığorta haqqının qaytarılması Azərbaycan Respublikassan Vergi Məcəlləsində vergilər üzrə müəyyən oluunmaş qaydada həyata keçirilir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməkdə yayındırılmışdırsa vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Nəticədə İşsizlikdən sığorta haqqında qanunun 9-cu maddələrinə əsasən 8 926.56 manat sığorta haqqının hesablanması va Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 4463,28 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Yoxlama zamanı 1 filial tərəfindən yoxlama dövrü üzrə vergi orqanlarına təqdim olunmuş Məcburi dövlət sosial sığorta haqqı üzrə bəyannamələrin düzgünlüyü ilkin mühasibat sənədləri (müqavilələr, qaimələr, bank çıxarışları, ödəmə tapşırıqları) ilə müqayisə edilməklə yoxlanıldı və yoxlamanın nəticəsi kimi verginin, hasilatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləği ilə müqayisə edilərkən 277 084,27 manat kənarlaşma müəyyən edilmişdir. İşin faktiki hallarından görünür ki, cavabdeh vergi orqanının xx.xx.2023-cü il tarixli **********173628 nömrəli qərarı ilə iddiaçıya Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, 1.962.683,56 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırkı iddiasında iddiaçı vergi orqanının qeyd edilən qərarını qismən, müvəqqəti idxal zamanı ödənilmiş və əvəzləşdirilmiş ƏDV məbləğlərinin qəbul edilməməsi və buna görə hesablanmış maliyyə sanksiyası hissəsində mübahisələndirir. İddiaçının mövqeyinə görə müvəqqəti idxal xüsusi gömrük proseduru altında idxal edilmiş mallara Gömrük Məcəlləsində və “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda nəzərdə tutulmuş qismən azadolma tətbiq olunmuş və Gömrük Məcəlləsinin 194.1-ci maddəsinə və Qaydaların 7.5-ci bəndinə əsasən malların müvəqqəti idxal xüsusi gömrük prosedur rejimi altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyə buraxılışı üçün ödənilməli olan ƏDV məbləğinin 3 (üç) faiz miqdarında ƏDV-yə cəlb edilmişdir. ƏDV bəyannamələrinin məlumatlarında qeyd edilmiş məbləğlər müvəqqəti idxal xüsusi gömrük proseduru rejimində ödənilmiş ƏDV məbləğləridir və iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş gömrük sənədlərindən və ödəniş sənədlərindən də görünür ki, iddiaçı tərəfindən vergi qanunvericiliyinin tələblərinə əsasən ƏDV və digər məcburi ödənişlər tutulmuşdur. Vergi orqanının mövqeyinə görə müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilən mallara görə ödənilmiş məbləğlər ƏDV təşkil etmir. Müvəqqəti idxal şəklində ölkə ərazisinə buraxılan mallar ƏDV-nin vergitutma obyektini təşkil etmir, həmin mallara görə ödənilən aylıq ödəniş məbləğlərinin əvəzləşdirilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Məhkəmə gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: -192.1-ci maddəsinə əsasən təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur. -192.2-ci maddəsinə əsasən mallar bu Məcəllənin 194.1-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından tamamilə azad olunduğu halda, onlar həmçinin, X9 və aksizlərdən də azad edilirlər. -193.1-ci maddəsinə görə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların təkrar ixracının və ya növbəti gömrük proseduru altında yerləşdirilməsinin müddətini gömrük orqanları müəyyənləşdirirlər. Bu müddət müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədi üçün kifayət qədər olmalıdır. -193.4-cü maddəsinə görə bu Məcəllənin 193.1-193.3-cü maddələrində nəzərdə tutulmuş müddət başa çatanadək, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edilməli və ya başqa gömrük proseduru altında yerləşdirilməlidir. -194.1-ci maddəsinə əsasən gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. -194.2-ci maddəsinə əsasən gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan gömrük rüsumlarının və vergilərin ümumi məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının, vergilərin məbləğindən artıq olmamalıdır. -194.3-cü maddəsinə əsasən müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 245 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın: -7.1-ci bəndinə görə müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməsi həmin malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə verildikdə, gömrük orqanı tərəfindən bu Qaydalara uyğun olaraq müəyyənləşdirilir. -7.5-ci bəndinə görə gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. -7.6-cı bəndinə görə gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan aylıq ödənişlərin ümumi məbləği onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğindən artıq olmamalıdır. -7.7-ci bəndinə əsasən aylıq ödənişlərin hesablanması müvəqqəti idxal olunan mallar gömrük sərhədini keçən gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. Aylıq ödənişlər ödənilmə tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla ödənilir. -7.8-ci bəndinə əsasən müvəqqəti idxal edilmiş mallar təkrar ixrac olunarkən, yaxud digər gömrük proseduru altında yerləşdirilərkən ödənilmiş aylıq ödənişlər geri qaytarılmır. -7.9-cu bəndinə əsasən gömrük rüsumlarının və vergilərin ödənilməsindən qismən azad edilməklə, müvəqqəti idxal edilmiş malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi zamanı hesablanmış gömrük rüsumlarının və vergilərin məbləğindən həmin mallara görə ödənilmiş aylıq ödənişlərin məbləği çıxılmalıdır. -7.10-cu bəndinə görə gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan aylıq ödənişlərin ümumi məbləği onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinə bərabər olduqda, həmin mallar Gömrük Məcəlləsinin 164.2.2-ci maddəsinin tələblərinə riayət edilməsi şərtilə sərbəst dövriyyə üçün buraxılmış mallar hesab olunur. Sadalanan normalardan müəyyən olunur ki, təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir. Müvəqqəti idxal rejimində yerləşdirilmiş mallar üzrə qanunverici “aylıq ödənişlər” ödənilməsini nəzərdə tutmuşdur. Ödənişlərin “aylıq” şəklində adlanması mallara görə ödənilən məbləğin birdəfəlik deyil, malların müvəqqəti idxal rejimində qaldığı sürəcə ödənilən ödənişin aylıq, yəni dövri olduğunu nəzərdə tutur. Müvəqqəti idxal rejimində malların saxlanması üçün ödənilən aylıq ödənişlərin tərkibi sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. Gömrük Məcəlləsinin 1.0.56-cı maddəsinə görə vergilər – malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə əlaqədar alınması gömrük orqanlarına həvalə olunmuş əlavə dəyər vergisi, yol vergisi və aksizlərdir. Həmin Məcəllənin 224.1-ci maddəsinə əsasən bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır: 224.1.1. gömrük rüsumları; 224.1.2. əlavə dəyər vergisi; 224.1.3. aksizlər; 224.1.4. yol vergisi; 224.1.5. gömrük yığımları; 224.1.6. haqq; 224.1.7. dövlət rüsumu. Göründüyü kimi gömrük orqanları tərəfindən alınan vergi növləri sırasında aylıq 3 (üç) % ödənişlərin adı çəkilmir. Qeyd edilən qanunvericilik normaları onu deməyə əsas verir ki, müvəqqəti idxal rejimində saxlamaya görə ödənişlər ayrıca vergi və ya rüsum deyildir, həmin aylıq ödənişlər malların bu prosedur altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləği əsasında müəyyən olunan məbləğdir. Başqa sözlə, aylıq ödənişlər gömrük rüsumları və vergilər üzrə hesablansa da bu nə müstəqil qaydada gömrük rüsumu, nə də ƏDV deyildir. Aylıq ödənişlərin ödənilməsi üçün tələb olunan əməliyyat yuxarıda da qeyd edildiyi kimi müvəqqəti idxaldır. Müvəqqəti idxal olunan mal sərhəddən çıxarıldığı halda növbəti 3 (üç) faiz əlavə tutulmur. Müvəqqəti idxal edilmiş mallar təkrar ixrac edilərkən və ya digər gömrük proseduru altında yerləşdirilərkən onlara görə ödənilmiş aylıq ödənişlər geri qaytarılmır. Eyni zamanda qanunverici aylıq ödənişlərin cəmi məbləğinə məhdudiyyət nəzərdə tutmuşdur. Belə ki, müvəqqəti gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan gömrük rüsumu və vergilərin məbləği həmin malların sərbəst dövriyyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumu və vergilərin ümumi məbləğindən artıq olmamalıdır. Məhkəmə qeyd edir ki, əvəzləşdirməyə əsas verən vergi növü ƏDV-dir. ƏDV-nin anlayışı, ƏDV üzrə vergitutma obyekti, eləcə də ƏDV üzrə əvəzləşdirmənin yol verilibverilməməsi Vergi Məcəlləsi ilə müəyyən olunur. Belə ki, Vergi Məcəlləsinin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci və 12.1.1-ci maddəsinə əsasən vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və vergitutma elementi olan vergitutma obyekti müəyyən edilmiş olsun. Həmin Məcəllənin 153.1-ci maddəsinə görə əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Qeyd edilən normadan müəyyən olunur ki: - ƏDV idxalda ödənilir; - İdxalda ödənilən sənədlərə əsasən əvəzləşmə aparılır. Vergi Məcəlləsinin: -159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. -159.3-cü maddəsinə əsasən malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Beləliklə, aşağıdakılar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir: - Tranzit yük daşınması qaydasında Azərbaycan Respublikası ərazisinə buraxılan mallar; - Müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar; - Gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar. Göstərilən hallardan başqa qalan idxal ƏDV-nin məqsədləri baxımından idxal hesab edilir. Qeyd edilməlidir ki, Məcəllənin hər iki 159.1 və 159.3-cü maddələrinin müqayisəli təhlili onu deməyə əsas verir ki, ƏDV məqsədləri üçün vergitutma obyekti vergi tutulan idxalın bir hissəsi deyil, bütövlükdə idxalın məbləği sayılır. Bu baxımdan müvəqqəti idxal zamanı aylıq ödənişlər geniş mənada idxal zamanı ödənilən vergini nəzərdə tutmur, müvəqqəti gömrük proseduru ilə bağlı ödənilən 3 (üç) faiz miqdarında aylıq ödənişlər malların gömrük dəyərindən 18 faiz dərəcə ilə hesablanaraq ödənilməli olan ƏDV məbləği hesab edilmir. Vergi Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Həmin Məcəllənin 170-ci maddəsinə görə gömrük qanunvericiliyinə uyğun olaraq mallara gömrük rüsumları tutulduğu vaxt malların idxal edilməsi vaxtı sayılır. Əgər idxal olunan mallar gömrük rüsumlarından azad edilirsə, malların idxal edilməsi vaxtı onların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxt sayılır. Yuxarıda adıçəkilən Qaydaların 1.4-cü bəndinə görə isə gömrük ərazisinə müvəqqəti idxal edilmiş mallardan təyinatı üzrə istifadəyə nəzarət həmin malların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı tərəfindən Gömrük Məcəlləsinə müvafiq qaydada həyata keçirilir. Göründüyü kimi malların idxal edilməsi vaxtı onların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxtdır. Müvəqqəti idxal rejimində saxlanılan mallar isə sərbəst dövriyyəyə buraxılmır, mallardan təyinatı üzrə istifadə bilavasitə gömrük orqanının nəzarəti ilə həyata keçirilir. Başqa sözlə, qeyd edilən maddədə nəzərdə tutulan ƏDV üzrə idxalın vaxtı müvəqqəti idxalın vaxtı ilə eyni deyildir. Bundan əlavə, Vergi Məcəlləsinin: -175.1-ci maddəsinə əsasən (...) əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. -175.10-cu maddəsinə əsasən gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDVnin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir. Başqa sözlə, idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri verginin əvəzləşdirilməsinə əsas verir. Əvəzləşmə yalnız idxal münasibətlərinə şamil olunur. Beləliklə, qeyd edilən normaların əlaqəli təhlili nəticəsində məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının müvəqqəti idxal rejimində ödənilən məbləğlərin Vergi Məcəlləsində nəzərdə tutulan 18% dərəcə təşkil edən ƏDV ilə eyniləşdirilməsi qanunvericiliyə ziddir. Müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən, bununla da müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan 3 % miqdarında aylıq ödənişlər malların gömrük dəyərindən 18 faiz dərəcə ilə hesablanaraq ödənilməli olan ƏDV məbləği hesab edilmədiyindən əvəzləşdirilmir. Yalnız müvəqqəti idxal edilmiş mallar sərbəst dövriyyə üçün buraxıldığı halda vergi ödəyicisi tərəfindən ödənilmiş məbləğ Vergi Məcəlləsinin 175.10-cu maddəsinə əsasən əvəzləşdirilə bilər. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-1469/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar həmin rejim altında müəyyən müddət ərzində qala bilər və eyni zamanda bu müddət ərzində gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad edilir. Müvəqqəti idxal rejimi zamanı Azərbaycan Respublikası ərazisinə buraxılan mallar gömrük rüsumlarından və vergilərdən qismən azad edildikdə, mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği sərbəst dövriyyəyə buraxılış üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. Beləliklə, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallara görə alınan ödənişlər gömrük məqsədləri üçün tətbiq olunur və Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən, malların idxalı vergi tutulan idxal sayılsa da, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Bununla belə, müvəqqəti idxal rejiminin müddətinin bitməsindən sonra mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirildiyi halda, Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən vergi tutulan idxal sayılır və əvəzləşdirilə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Vergi Məcəlləsinin 175-ci maddəsində (mübahisəli əməliyyatın aparıldığı vaxtda qüvvədə olan redaksiyası) müvəqqəti idxal rejimindəki mallara görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı məsələ tənzimlənməsə də, Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmədiyindən, başqa sözlə, vergi məqsədləri baxımından ƏDV-yə cəlb olunan əməliyyat (idxal) sayılmadığından onun əvəzləşdirilməsi də qanunauyğun deyildir (140-143-cü bəndlərdə qeyd olunanlarla bağlı bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-649/2023 nömrəli qərarı).” Beləliklə, sübutetmə yükü üzərinə düşən tərəf olaraq cavabdeh vergi orqanı mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı «Hallibörton Yeureyja Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” tələbinə dar iddiası iddiası əsassız olduğuna görə təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68-ci, 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar