Məhkəmə qərarları › İş №2-1(112)-3310/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3310/2022

27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3310/2022 27.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – mühasib, akademiyada mühasib işləyir),İddiaçı nümayəndəsi və vəkili Vəkil1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, Bakı şəhəri 5 saylı Hüquq Məsləhətxanasında vəkil işləyir), iddiaçı X10 nümayəndəsi və vəkili Vəkil2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunda vəkil işləyir),cavabdehin nümayəndəsi X6 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, hüquq məsləhətçisi vəzifəsində işləyir) oğlunun iştirakı ilə, iddiaçılar İddiaçı və X10 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində "xxxx" MMC cəlb olunmaqla “Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 112 “C” mənzil 5, yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 150, M4, M1-ə dair daşınmaz əmlakın "xxxx" MMC-nin adına dövlət qeydiyyatın ləğv olunması və həmin mənzilin X3 adına mülkiyyət hüququnun olması barədə arayışın iddiaçılara verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq “Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 112 “C” mənzil 5, yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 150, M4, M1-ə dair daşınmaz əmlakın "xxxx" MMC-nin adına dövlət qeydiyyatın ləğv olunması və həmin mənzilin X3 adına mülkiyyət hüququnun olması barədə arayışın İddiaçı verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının anası X3 mülkiyyətində Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 546, 0,35168 ha torpaq sahəsində yerləşən 26 nömrəli 5 mərtəbəli binanın 10-cu girişində 3-cü mərtəbəsində 75.7 kv.m ümumi, 54.4 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 116 nömrəli əmlakı olmuşdur və bu barədə ona ******* saylı çıxarış vərəqəsi verilmişdir. 25 dekabr 2017-ci il tarixdə iddiaçının anası ilə müqavilə bağlanılmış, ona yuxarıdakı mənzildən çıxarılmaqla Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı və N.Əliyev küçələrinin kəsişməsində yerləşən Texnika İnşaat MTK-ya məxsus yaşayış binasındakı mənzillərdən biri ilə əvəz ediləcəyi bildirilmişdir. Həmin mənzilin 4-cü mərtəbə bina 4 a ümumi dəyəri 176.60 kv.m olan 4 otaqdan ibarət mənzildir. İddiaçının anası X5 2018-ci ilin dekabr ayında vəfat etmişdir. İddiaçı ilə qardaşı X13 arasında miras əmlakla əlaqədar mübahisə yaranmış və Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən 2(103)-13132/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə yuxarıdakı mənzilin ½ hissəsi iddiaçıya verilmişdir. Lakin iddiaçıya məlum olmuşdur ki, "xxxx" MMC xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 112 c, mənzil 5 yeni qaydalarla (Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı 150, M4, M1) saylı mənzili qanunsuz olaraq öz mülkiyyətinə keçirtmişdir. Ona görə də iddiaçı "xxxx" MMC-yə dəfələrlə müraciət edərək həmin mənzildəki ½ payı tələb etsədə, "xxxx" MMC bunu etməkdən imtina edir. Ona görə də iddiaçı cavabdehə müraciət etmiş, lakin xx.xx.2021-ci il tarixdə xəbərnamə almağına baxmayaraq, ona heç bir cavab verilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 29 sentyabr 2022-ci il tarixli qərardadları ilə İddiaçı ilə yanaşı X13 iddiaçı qismində tanınması, iddia tələblərinin “Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 112 “C” mənzil 5, yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 150, M4, M1-ə dair daşınmaz əmlakın "xxxx" MMCnin adına dövlət qeydiyyatın ləğv olunması və həmin mənzilin X3 adına mülkiyyət hüququnun olması barədə arayışın iddiaçılar İddiaçı və X11 verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddia tələbi ilə bağlı iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. “Yusif Allahverdiyev və Partnyorları” tərəfindən xx.xx.2021-ci il tarixli müraciəti mənzilə dair məlumatların verilməsi ilə bağlı olmuşdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçıların iddiası mümkünlük şərtlərinə cavab verir: iddiaçılar cavabdehə müraciət etmiş və imtina məktubunu almış, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdurlar. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş üçüncü şəxs "xxxx" MMC məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxmışdır. Məhkəmə iclasında İddiaçı və onun vəkili, iddiaçı X10 vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 45 nömrəli sərəncamının surətinə əsasən Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 236/d saylı razılıq məktubu, "xxxx" MTK-nın xx.xx.2004-cü il tarixli, 01/Tİ03 saylı müraciəti nəzərə alınaraq, Yasamal rayonu, İ.Qutqaşınlı və M.Əliyev küçələrinin kəsişdiyi 2000 kv.m sahədə yaşayış evinin layihələşdirilməsi və tikintisinə icazə verilmiş; ərazidə yerləşən fərdi yaşayış evlərinin, qeyri-yaşayış tikililərinin sökülməsi, mövcud qanunvericilik əsasında vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi "xxxx" MTK-ya tapşırılmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, məhəllə 546-da istifadədə olan 0.35167 ha torpaq sahəsində yerləşən 26 nömrəli, 5 mərtəbəli binanın 10-cu girişində, 3-cü mərtəbəsində, 75.7 kv.m ümumi, 54.4 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 116 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 856a nömrəli reyestr kitabının 79657 nömrəli vərəqində qeydiyyata alınmışdır. "xxxx" MMC (İcraçı) ilə X5 (Sifarişçi) arasında mənzil tikintisi barəsində bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin 1-ci bəndinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 546cı məhəllə, akademik Şəfayət Mehdiyev küçəsi, 19 və Hüseyn Cavid prospekti, 26 ünvanlarında yerləşən, qəza vəziyyətinə düşərək yaşayış üçün yararsız olduğu üçün sökülməsi nəzərdə tutulan 10 bloklu yaşayış binasının 3-cü mərtəbəsindəki, 3 otaqlı, ümumi sahəsi 83.67 kv.m olan, 116 nömrəli mənzilindən ailə tərkibi ilə çıxarılmaqla, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı və M.Əliyev küçələrinin kəsişməsində yerləşən, "xxxx" MTK-ya məxsus yaşayış binasındakı mənzilərdən biri ilə əvəz ediləcəyi; 2-ci bəndinə əsasən “İcraçı” nın “Sifarişçi” ilə tikintisini razılaşdığı yer, 4-cü mərtəbə, bina 4a №-li mənzilini, ümumi dəyəri 176.60 kv.m satış sahəsi, 4 (dörd) otaq ibarət mənzili əvəz olaraq verilir; 3.1-ci bəndinə əsasən “İcraçı” aşağıdakıları öhdəsinə götürür: müqaviləyə 1 Saylı əlavədə göstərilən texniki şərtlərə uyğun olaraq yaşayış binasını tikib istifadəyə vermək; tikinti başa çatdıqdan sonra əvvəlcədən nəzərdə tutulmuş mənzilin bütün sənədlərini “Sifarişçi”yə təhvil verirmək; 3.2-ci bəndinə əsasən “Sifarişçi” aşağıdakıları öhdəsinə götürür: aldığı mənzilin onun adına sənədləşdirilməsi üçün lazım olan bütün sənədlərin əslini və ya onların notarial qaydada təsdiq edilmiş surətlərini “İcraçı”nın tələbinə uyğun hazırlayıb təqdim etmək; 3.3-cü bəndinə əsasən əgər “Sifarişçi” müqavilənin tələblərini pozmaqla əmlakı qəbul etməkdən və ya onun dəyərini ödəməkdən imtina edirsə onda “İcraçı” öhdəliyin icra edilməsini tələb edə bilər; 3.4-cü bəndinə əsasən əgər tərəflərdən hər hansı biri bu müqavilədən kənara çıxan şərtlər irəli sürərsə onda bu hesaba yaranmış əlavə xərcləri həmin tərəf öz vəsaiti hesabına ödəyir. xx.xx.2018-ci il tarixli vəsiyyətnamənin surətinə əsasən, X5 ona məxsus olan bütün daşınar və daşınmaz əmlakı 75% payda X11, 25% payda X8 vəsiyyət etmişdir. AZ-İ 989333 nömrəli Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X5 xx.xx.2018-ci ildə vəfat etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4673/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə ünvan 1 ünvanında yerləşən 1 girişli 15 mərtəbəli yaşayış binası üzərində "xxxx" MMC-nin mükiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 9762.8 kv.m olan çoxmərtəbəli yaşayış binası "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13132/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı X11 qarşı məcburi pay hüququ üzrə miras payının artırılması tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 18 noyabr 2019cu il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilmişdir: “İddiaçı və X13-X3 30 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri 53 saylı notariat kontorunda təsdiq etdiyi vəsiyyətnaməyə əsasən bütün daşınar və daşınmaz əmlakın 75%-ni X11 və 25%-ni İddiaçı etdiyi vəsiyyətə dair qarşılıqlı güzəşt və tərəflərin maraqlarına uyğun şəkildə həll edilməsi məqsədilə bu barışıq sazişini aşağıdakı şərtlərlə bağladılar: 1. Tərəflər bu barışıq sazişini imzalamaqla bəyan edirlər ki, hazırkı barışıq sazişi X10 heç bir halda mirasın qismən və ya şərtlə qəbul olunmuş kimi, habelə X10 gələcəkdə mənzildən və X2 qalmış digər miras əmlakından imtinası kimi şərh edilə bilməz. Barışıq sazişi hazırkı məsələnin həllini, o cümlədən X2 qalmış miras əmlakın qəbul olunma prosedurlarını tezləşdirmək məqsədi ilə bağlanılır. 2. Tərəflər razılaşırlar ki, X3 30 oktyabr 2018-ci il tarixli vəsiyyətnaməsi əsasında vəsiyyət edilmiş bütün daşınar və daşınmaz əmlakın % hissəsini X13, % hissəsini İddiaçı qəbul edirlər. 3. Tərəflər eyni zamanda razılaşırlar ki, barışıq sazişi təsdiq olunduqdan sonra Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı və M.Əliyev küçələrinin kəsişməsində yerləşən, "xxxx" MTK-ya məxsus yaşayış binasındakı 4-cü mərtəbə, satış sahəsi 176,6 kv.m-dən ibarət 4 (dörd) otaqlı bina 4 «A»nömrəli - hazırda ünvan 3 ünvanla rəsmiləşdirilmiş mənzildən umumi qaydada istifadə edəcəklər. 4. Hazırkı barışıq sazişi müvafiq qaydada təsdiq olunandan və Tərəflər mənzili müvafiq paylarda öz adına rəsmiləşdirəndən sonra həmin mənzil 3 (üç) ay müddətində 360000 (üç yüz altmış min) manat dəyərində satışa çıxarılacaqdır. 5. Barışıq sazişinin 4-cü bəndində göstərilən müddət ərzində mənzilin satılmayacağı təqdirdə mənzilin özgəninkiləşdirilməsi orta bazar dəyərindən az olmamaq şərtilə həyata keçiriləcək. Tərəflər arasında orta bazar dəyəri barədə fikir ayrılığı yaranarsa, bu sahədə ixtisaslaşmış mütəxəssis (müstəqil qiymətləndirici) arayışı və ya rəyi əsas götürüləcəkdir və nəzərə alınacaqdır. 6. Barışıq Sazişinin 4 və 5-ci bəndləri ilə müəyyən olunmuş satış dəyərinin yuxarı həddi yalnız qarşılıqlı razılaşma əsasında dəyişdirilə bilər. 7. Mənzilin satıldığı (özgəninkiləşdirildiyi) təqdirdə satış nəticəsində əldə olunacaq pul vəsaiti tərəflər arasında bərabər (1/2 x 1/2) paylarla bölünəcəkdir. 8. Tərəflər bildirirlər ki, bu barışıq sazişinin bağlanmasının hüquqi nəticələri onlara məlumdur. Barışıq sazişi müvafiq qaydada təsdiq olunandan sonra barışıq sazişinin bütün şərtlərinin icrası tərəflər üçün məcburi xarakter daşıyır. 9. Hər hansı tərəfin hazırkı barışıq sazişi ilə üzərinə götürdüyü öhdəlikləri üzrlü səbəblər olmadan yerinə yetirməməsi digər tərəfi öz seçiminə uyğun olaraq öz öhdəliklərini yerinə yetirməkdən azad edir və ya barışıq sazişinin şərtlərinin yerinə yetirilməsinə məhkəmə qaydasında məcbur etməyə hüququ yaradır. Eyni zamanda barışıq sazişinin şərtlərini üzrlü səbəb olmadan pozan tərəf qarşı tərəfə bu pozmanın nəticəsində yetirilən zərərin əvəzini (ziyan dəymiş tərəfin çəkdiyi bütün xərclərin əvəzini, o cümlədən vəkil, icra, hərrac, habelə əldən çıxmış tam faydanı) qeyd-şərtsiz olaraq tam həcmdə ödəməlidir. 10. Bu barışıq sazişi Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan və onu bağlayan şəxslərdən hər biri üçün bir nüsxə olmaqla, bir nüsxəsi isə barışıq sazişi təsdiq edən məhkəmədə saxlanılmaqla cəmi 3 (üç) nüsxədə tərtib olunub və imzalanıb. Barışıq sazişi məhkəmə qaydasında təsdiq edildikdən sonra qanuni qüvvəyə minir. 11. Barışıq sazişi qanuni qüvvəsini alandan sonra tərəflər üzərlərinə götürdükləri öhdəliyi dərhal icra etməyi öhdələrinə götürürlər.” Bakı Apellyasiya Məhkəməsinin 22 may 2020-ci il tarixli, 6ÜŞ-8834/2020 nömrəli Məhkəmə qərarını qanuni qüvvəyə minməsi barədə arayışa əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13132/2019 saylı, 18 noyabr 2019-cu il tarixli qərardadı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400-cü maddəsinə əsasən xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. xx.xx.2020-ci il tarixli, **********011 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2018-ci il tarixdə ölmüş X3 vərəsəsi İddiaçı miras əmlakdan Bakı Apellyasiya Məhkəməsinin İş № 2(103)-13132/2019, xx.xx.2019-cu il tarixli qərardadına əsasən ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak X3 Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaödəyənlərə iş üzrə şöbəsində saxlanılan 1018.91 manat pul məbləğindən ibarətdir. Miras əmlakın ½ hissəsinə olan pay hüququ açıq saxlanılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən ünvan 7, mənzil 5, yeni qaydalarla: AZ1073, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 172.8 kv.m olan mənzil "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. “X12” MMC tərəfindən verilmiş 03 noyabr 2020-ci il tarixli arayışa əsasən İddiaçı ünvan 5 ünvanında yerləşən “Residence Tower” çoxmənzilli yaşayış binasında olan 5 saylı mənzilində yaşayır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, aparılan araşdırma zamanı Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 112C saylı evin, 5 saylı mənzilinin (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 150, M4, m1) müvafiq qanunvericiliyin tələblərinə uyğun "xxxx" MMC-nin adına 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeydiyyata alındığı müəyyən edilmişdir. Həmçinin müraciətə əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13132/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı rəsmi qaydada İdarəyə daxil olmamış və qeyd olunan qərardad ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında məlumatına əsasən 2010-cu ildən abunəçi olan X1, 533 məhəllə, Qutqaşınlı, ev 112C, mənzil 5 ünvanında yerləşən sayğacın göstəricilərinə uyğun ödənişlər etmişdir. Məhkəmənin sorğularına əsasən, cavabdeh xx.xx.2021-ci il tarixli **********11 nömrəli və xx.xx.2022-ci il tarixli **********58 nömrəli məktubları ilə Bakı şəhəri, Yasamal rayonu. İ.Qutqaşınlı küçəsi, ev 112 c, 5 saylı mənzil (Yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 150, M4, m1) mənzilin qeydiyyata alınmasına dair sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçılarını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir: Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azəbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən həyata keçirilir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda, qanunverici müvafiq icra hakimiyyəti orqanının üzərinə daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsini qoymuşdur (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələri). Həmin Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" MMC (İcraçı) ilə X5 (Sifarişçi) arasında mənzil tikintisi barəsində bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, 546-cı məhəllə, akademik Şəfayət Mehdiyev küçəsi, 19 və Hüseyn Cavid prospekti, 26 ünvanlarında yerləşən, qəza vəziyyətinə düşərək yaşayış üçün yararsız olduğu üçün sökülməsi nəzərdə tutulan 10 bloklu yaşayış binasının 3-cü mərtəbəsindəki, 3 otaqlı, ümumi sahəsi 83.67 kv.m olan, 116 nömrəli mənzilindən ailə tərkibi ilə çıxarılmaqla, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı və M.Əliyev küçələrinin kəsişməsində yerləşən, "xxxx" MTK-ya məxsus yaşayış binasındakı mənzilərdən biri ilə əvəz edilmişdir. X5 mənzilə dair çıxarış almaq üçün müraciət etmədən vəfat etmiş, varisləri İddiaçı və F.Əliyev həmin mənzilin adlarına rəsmiləşdirmək üçün cavabdehə müraciət etmişdirlər. Lakin cavabdehin hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 8-ci maddəsində göstərilmişdir: “Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; 8.0.2. mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; 8.0.3. mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; 8.0.4. qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; 8.0.5. mənzil-tikinti kooperativində üzvlük; 8.0.6. mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi.” Həmin Məcəllənin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 29.2-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” təlimatın 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin təlimatın 7.1-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. İddiaçıların anası vəfat edənə qədər qanuni əsaslarla mübahisəli mənzilin üzərində mülkiyyət hüququnu əldə etdiyi, lakin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü üçün yuxarıda qeyd edilən normalara əsasən qanun üzrə vərəsələr olan iddiaçıların qanunvericiliyə əsasən qeyd edilən mənzilin üzərində vəfat etmiş anası X3 adına arayış tərtib edilərək verilməsini cavabdehdən tələb etmək hüququ mövcuddur. İşin faktiki hallarına əsasən iddiaçıların vəfat etmiş anası X4 məxsus olan mənzilin üzərində mülkiyyət hüququnun qeydə alınması üçün 25 dekabr 2017-ci il tarixli müqavilə mövcuddur, həmçinin mənzilin X3 faktiki istifadədə olmasını "xxxx" ASC-nin abunə haqqında məlumatı ilə təsdiqlənir. Buna baxmayaraq cavabdeh tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4673/2018 nömrəli 20 dekabr 2018-ci il tarixli qərarına əsasən ünvan 7 ünvanında yerləşən 5 nömrəli mənzil üzərində "xxxx" MMC-nin mülkiyyət hüququnun xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış və bu barədə dövlət reyestrindən çıxarış verilmişdir. Halbuki, yuxarıda göstərilən qərarında yalnız yaşayış binası üzərində "xxxx" MMC-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifəsi cavabdehə həvalə edilmişdir. Belə olan halda mübahisəli mənzilin "xxxx" MMC-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.4. hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək;...” «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi əsaslı olduğu üçün Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 112 “C” mənzil 5, yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 150, M4, M1-ə dair daşınmaz əmlakın "xxxx" MMC-nin adına dövlət qeydiyyatın ləğv olunması və həmin mənzilin X3 adına mülkiyyət hüququnun olması barədə arayışın iddiaçılar İddiaçı və X11 verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cü mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 112 “C” mənzil 5, yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 150, M4, M1-ə dair daşınmaz əmlakın "xxxx" MMC-nin adına dövlət qeydiyyatın ləğv olunması və həmin mənzilin X3 adına mülkiyyət hüququnun olması barədə arayışın iddiaçılar İddiaçı və X11 verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar