Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3311/2020 25.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X6 cəlb edilməklə, sərəncamın, torpaq sahəsinin plan və ölçüsünün və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında iddianın mümkünlük məsələsinə dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X6 cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Zabrat qəsəbəsi, 5F saylı torpaq sahəsinə dair Bakı şəhəri Cavabdeh1 tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli torpaq sahəsinin yerləşmə sxeminin, həmin torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2018-ci il tarixli torpaq sahəsinin planının və xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın mümkünlüyü məsələsinə dair məhkəmə iclası xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmiş, İddiaçı1 nümayəndəsi və vəkili X2 məhkəmə iclasına gəlmiş, digər tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iddianın mümkünlüyü məsələsinə digər tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili X2 iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də prosessual həmiştirakçılığın yolverilənliyini, həmçinin iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasıdır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddia tələbləri ayrı-ayrı inzibati orqanlara qarşı yönəlmiş müxtəlif tələblərdən ibarət olmaqla, prosessual həmiştirakçılığın tələblərinə cavab vermir. Azərbaycan Respublikası İPM-nin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Azərbaycan Respublikası İPM-nin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Bununla bağlı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmənin hüquqi yardım etmək vəzifəsinə uyğun olaraq iddiaçılara məktub ünvanlanaraq, dəqiqləşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etmələri təklif edilmişdir. Lakin iddiaçılar tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim olmamışdır. Məhkəmə araşdırması nəticəsində həmçinin iddiaçıların hazırki iddia tələbi üzrə subyektiv hüquqlarının mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçılar iddia tələbi üzrə Bakı şəhəri, Zabrat qəsəbəsi, 5F saylı torpaq sahəsinə dair Bakı şəhəri Cavabdeh1 tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli torpaq sahəsinin yerləşmə sxeminin, həmin torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2018-ci il tarixli torpaq sahəsinin planının və xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsini tələb edirlər. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 5F saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsi X4 adına qeydiyyatdan keçmişdir. Həmin torpaq sahəsi üzərində X4 mülkiyyət hüququnun qeydə alınmasına əsas keçmiş mülkiyyətçi X7 ilə X6 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi olmuşdur. Həmin torpaq sahəsiX7nun mülkiyyətinə hazırda mübahisələndirilən Bakı şəhəri Cavabdeh1 Başçısının xx xxxxx 1993-cü il tarixli, 682 saylı sərəncamına əsasən verilmişdir. İşdə olan Bakı şəhəri Cavabdeh1 Başçısının xx xxxxx 1993-cü il tarixli, 682 saylı sərəncamından görünür ki, Zabrat qəsəbəsində yerləşən 1200 kv.metr torpaq sahəsi şəxsi yaşayış evi tikmək üçün X5 ayrılmışdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçıların hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə əsas torpaq sahəsinin mülkiyyətçisi X4 onlara qarşı ümumi məhkəmədə qanunsuz tikililərin sökülməsi barədə qaldırdığı mülki mübahisə olmuşdur. İddiaçılar hazırki iddia tələbi üzrə X4 mülkiyyətində olan torpaq sahəsinə dair verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsini tələb etsələr də, lakin sözügedən torpaq sahəsinə dair hər hansı hüquqlarının mövcud olmasını və həmin sənədlərin verilməsinin onların hansı maraqlarının pozulmasını əsaslandıracaq hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinə məhkəmə Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən yardım etmək vəzifəsinə uyğun olaraq iddiaçıların mübahisə predmeti olan torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədlərini məhkəməyə təqdim etməsini təklif edilsə də, lakin iddiaçının nümayəndəsi və vəkili tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir və hər hansı bir sənədin olmaması bildirilmişdir. İddiaçıların torpaq sahəsinə dair hər hansı hüquqları mövcud olmadığı halda, hüquqlarının pozduğuna istinad edərək göstərilən əsaslarla torpaq sahəsinə dair verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsini tələb etməyə subyektiv hüquqlarının mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, iddiaçılar tərəfindən inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onların hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu, hazırki iddia tələbinin irəli sürülməsində iddiaçıların subyektiv hüquqlarının mövcud olduğu müəyyən edilmədiyindən, həmçinin iddia ərizəsi prosessual həmiştirakçılığın tələblərinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X6 cəlb edilməklə çıxarışın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına tərəflər şikayət vrə bilərlər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3311/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3311/2020
25.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver