Məhkəmə qərarları › İş №2-1(112)-3311/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3311/2021

01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3311/2021 01.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçının vəkili Vəkil (vəkillik fəaliyyəti ilə məşğul olan, Zəngilan rayonu, Qaradərə kəndində qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (baş hüquqşünas, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı akt üzrə hesablanmış maliyyə sanksiyasının ümidsiz borc hesab edilərək şəxsi hesab vərəqəsindən silinməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən səyyar vergi yoxlaması nəticəsi ilə tərtib edilmiş **********852662 nömrəli 17.02.2015-ci il tarixli akt üzrə İddiaçı 2014-cü il üzrə hesablanmış 17.660 (on yeddi min altı yüz altmış) manat 97 (doxsan yeddi) qəpik (653,61 manat sadələşdirilmiş vergi üzrə maliyyə sanksiyası, 17.003,00 manat ödəmə mənbəyindən tutma vergisi üzrə maliyyə sanksiyası, 143,36 manat muzdlu işlərlə əlaqədar ödəmə mənbəyindən tutma vergisi üzrə maliyyə sanksiyası hesablanmış, habelə vergi ödəyicisinə vergi hesabatını vaxtında vermədiyinə görə 80,00 manat maliyyə sanksiyası) məbləğində maliyyə sanksiyasının ümidsiz borc hesab edərək onun şəxsi hesab vərəqəsindən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı vergi orqanında müvafiq qanunvericiliyə uyğun olaraq qeydiyyata alınmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur (VÖEN **********). Vergi ödəyicisi olan iddiaçı həmişə vergilər üzrə bəyannamələri vergi orqanına təqdim etmiş və vergi orqanı tərəfindən həmin bəyannamələr qəbul edilmişdir. İddiaçı dövlət büdcəsinə ödəməli olduğu vergiləri vaxtlı-vaxtında ödəyir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 17.02.2015-ci il tarixdə səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi olaraq **********852662 nömrəli 17.02.2015-ci il tarixli akt tərtib edilmişdir. Həmin akta əsasən İddiaçı 17.02.2015-ci il tarixdə 2014-cü il üzrə 2.666,22 manat sadələşdirilmiş vergi üzrə maliyyə sanksiyası, 17.003,00 manat ödəmə mənbəyindən tutma vergisi üzrə maliyyə sanksiyası, 143,36 manat muzdlu işlərlə əlaqədar ödəmə mənbəyindən tutma vergisi üzrə maliyyə sanksiyası hesablanmış, habelə vergi ödəyicisinə vergi hesabatını vaxtında vermədiyinə görə 80 manat maliyyə sanksiyası hesablanmışdır. Vergi ödəyicisi olan İddiaçı 19.892,58 manat məbləğində maliyyə sanksiyası 2014-cü il üzrə hesablanmışdır. Göründüyü kimi həmin maliyyə sanksiyasının hesablanmasından və tutulmalı olmasından 5 ildən artıq müddət keçir. İddiaçı 02.09.2020ci il tarixli pretenziya ərizəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edərək, Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən İddiaçı hesablanmış 19.892,58 manat vergi borcunun ümidsiz borc hesab edilərək İddiaçı şəxsi hesab vərəqəsindən silinməsi xahiş etmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı ünvanladığı məktubdan görünür ki, vergi ödəyicisinin dövlət büdcəsinə olan 2231,61 manat borc məbləğinin Vergi Məcəlləsinin 85.4-cü və 93.1.1-ci maddələrinə əsasən silinməsi təmin edilmişdir. Məktubda həmçinin qeyd olunmuşdur ki, silinmədən sonra vergilər üzrə 44.804,78 manat, əmlaka yönəldilən məbləğ üzrə 3.838,52 manat, inzibati cərimə üzrə 40 manat, məcburi dövlət sosial sığorta haqqı üzrə 1.473,30 manat, işsizlikdən sığorta haqqı üzrə isə 79,54 manat ödənilməmiş borcu qalmışdır ki, qeyd edilən borcun da aidiyyəti üzrə ödənilməsi tövsiyyə olunur. Göründüyü kimi İddiaçı 17.02.2015-ci il tarixdə 2014-cü il üzrə hesablanmış sadələşdirilmiş vergi üzrə 2.666,22 manat maliyyə sanksiyası, ödəmə mənbəyindən tutma vergisi üzrə 17.003,00 manat maliyyə sanksiyası, muzdlu işlərlə əlaqədar ödəmə mənbəyindən tutma vergisi üzrə 143,36 manat maliyyə sanksiyası, habelə maliyyə sanksiyası olaraq 80,00 manat məbləğində, cəmi 19.892,58 manat maliyyə sanksiyasının ümidsiz borc hesab edilərək İddiaçı şəxsi hesab vərəqəsindən tam silinməli olduğuna baxmayaraq, səlahiyyətli vergi orqanı yalnız 2.231,61 manat məbləğində borcun silinməsini təmin etmiş, qalan 17.660 manat maliyyə sanksiyaları üzrə borcun silinməsini isə rədd etmişdir. Halbuki yuxarıda qeyd edildiyi kimi, vergi ödəyicisi olan İddiaçı 19.892,58 manat məbləğində maliyyə sanksiyası 2014-cü il üzrə hesablanmışdır. Sözügedən maliyyə sanksiyaların hesablanmasından və tutulmalı olmasından 5 ildən artıq müddət keçdiyinə görə, həmin borc ümidsiz borc hesab edilərək İddiaçı şəxsi vərəqəsindən silinməli idi. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi qanunsuz və əsassızdır. İddiaçı Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi 2014-cü il üzrə hesablanmış 17660.0 manat məbləği ümidsiz borc hesab edilərək şəxsi hesab vərəqədən silinməsi barədə iddia ərizəsi ilə əlaqədar qeyd olunan borcun yaranma əsasları və ümidsiz borc olub-olmamasına baxılmışdır. Vergi orqanı tərəfindən keçirilmiş səyyar vergi yoxlaması nəticəsində 17.02.2015-ci il tarixli **********864337 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar əsasında 20111,58 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd edilən məbləğin şəxsi hesab vərəqəsinə işlənilən tarixə vergi ödəyicisinin 6.671,51 manat artıq ödəməsi olmuş və nəticədə artıq ödəmə məbləği nəzərə alınmaqla, vergi ödəyicisinin 13 440,07 manat maliyyə sanksiyası üzrə borcu qalmışdır. Sonradan vergi ödəyicisi tərəfindən edilmiş ödənişlər (28.04.2015-ci il tarixdə 500,0 manat, 31.01.2017-ci il tarixdə 2000,0 manat, 01.02.2017-ci il tarixdə 1000,0 manat), AR 30.12.2016-cı il tarixli 474-VQ nömrəli Qanunu (ms) əsasən silinmiş 234,23 manat maliyyə sanksiyası, 26.09.2020-ci il və 30.12.2020-ci il tarixlərində Vergi Məcəlləsinin 85.4-cü və 93.1.1-ci maddələrinə əsasən müvafiq olaraq silinmiş 2231,61 manat və 3119,99 manat maliyyə sanksiyası məbləğləri nəzərə alınmaqla, İddiaçı (VÖEN **********) 17.02.2015-ci il tarixli **********864337 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar” əsasında hesablanmış maliyyə sanksiyası üzrə yaranmasından 5 (beş) illik müddət keçmiş silinməmiş borcu yoxdur. Vergi Məcəlləsinin 93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.3 qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. Qeyd olunur ki, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-2(82)586/2017 nömrəli 08.08.2017-ci il tarixli qiyabi qətnamə ilə İddiaçı dövlət büdcəsinə olan 3670.0 manat borcunun ödənilməsinin təmin olunması məqsədi ilə 3670.0 manat məbləğində siyahıya alınmış əmlakın açıq ixtisaslaşdırılmış hərracda satılması qət edilmişdir. Qeyd olunan qərar qanuni qüvvəsini almışdır. Əlavə olaraq, vergi ödəyicisinin iddia qaldırılan tarixinə Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən tələbetmə müddəti bitmiş vergi borcu mövcud olmamış, qeyd edilən borc məbləğinin 5 il tələbetmə müddəti keçməmişdir. Vergi Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq vergilər üzrə yaranmış borc yaranma tarixi ardıcıllığı ilə hesablanmış vergilərin məbləği, hesablanmış faizlərin məbləği və tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği sıra qaydasında ödənililir. Belə olan halda ötən müddət ərzində İddiaçı tərəfindən büdcəyə edilən ödənişlər ilk növbədə yaranma tarix ardıcıllığı ilə cəmiyyətin əsas vergi borclarının bağlanmasına yönəldiyində faktiki olaraq 5 il tələbetmə müddəti keçmiş əsas vergi borcunun yaranmaması ilə nəticələnir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********864337 saylı, 17 fevral 2015-ci il tarixli qərarından görünür ki, İddiaçı üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında 17.02.2015-ci il tarixli, **********852662 saylı aktına baxaraq vergi ödəyicisinin sadələşdirilmiş vergi, ödəmə mənbəyindən tutulan vergi, MÖMV üzrə kənarlaşma müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23-cü və 49-cu maddələrinə əsasən İddiaçı 2885,22 manat sadələşdirilmiş vergi üzrə maliyyə sanksiyası, 17.003,00 manat ödəmə mənbəyindən tutma vergisi üzrə maliyyə sanksiyası, 143,36 manat muzdlu işlərlə əlaqədar ödəmə mənbəyindən tutma vergisi üzrə maliyyə sanksiyası hesablanmış, habelə vergi ödəyicisinə vergi hesabatını vaxtında vermədiyinə görə 80,00 manat olmaqla, cəmi 20111,58 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İşdə olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-586/2017 saylı, 08 avqust 2017-ci il tarixli qiyabi qətnaməsindən görünür ki, iddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin iddia tələbi təmin olunaraq, cavabdeh İddiaçı dövlət büdcəsinə olan 3670 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 3670 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması qət edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış müraciətə baxılması barədə məktubdan görünür ki, iddiaçının borcun silinməsi ilə 14.09.2020-ci il tarixli müraciətinə baxılmışı və bildirilmişdir ki, vergi orqanı tərəfindən 26.09.2020-ci il tarixdə dövlət büdcəsinə olan 2231,61 manat borc məbləğinin Vergi Məcəlləsinin 85.4-cü və 93.1.1-ci maddələrinə əsasən silinməsi təmin edilmişdir. Silinmədən sonra vergilər üzrə 44804,78 manat, əmlaka yönəldilən məbləğ üzrə 3838,52 manat, inzibati cərimə üzrə 40 manat, məcburi dövlət sosial sığorta haqqı üzrə 1473,30 manat, işsizlikdən sığorta haqqı üzrə isə 79,54 manat ödənilməmiş borcu qalmışdır ki, qeyd edilən borcun da aidiyyatı üzrə ödənilməsi tövsiyyə olunmuşdur. İddiaçı hazırki mübahisə üzrə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********864337 saylı, 17 fevral 2015-ci il tarixli qərarı üzrə ona tətbiq edilmiş maliyyə sanksiyasının 2014-cü il üzrə hesablandığını, sözügedən maliyyə sanksiyaların hesablanmasından və tutulmalı olmasından 5 ildən artıq müddət keçdiyinə görə, həmin borc ümidsiz borc hesab edilərək onun şəxsi vərəqəsindən silinməsi tələb edir. Məhkəmə iddiaçının tələbinin əsası kimi göstərdiyi maliyyə sanksiyasının ümidsiz borc kimi müəyyən edilərək, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardığı üçün silinməli olduğu ilə bağlı göstərdiyi dəlilləri aşağıda göstərilənlərə əsasən əsassız hesab edir. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı vergi ödəyicisi kimi ********** VÖEN nömrəsi ilə vergi uçotuna alınmış fiziki şəxsdir. Vergi orqanı tərəfindən keçirilmiş səyyar vergi yoxlaması nəticəsində 17.02.2015-ci il tarixli **********864337 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar” əsasında ona 20111,58 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə tərəfindən iddiaçının adına olan vergilər vərəqəsi üzrə faiz hesablanmasının açıqlanmasına və şəxsi vərəqəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, vergi orqanı tərəfindən keçirilmiş səyyar vergi yoxlaması nəticəsində 17.02.2015-ci il tarixli **********864337 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar” əsasında 20111,58 manat maliyyə sanksiyası iddiaçının şəxsi hesab vərəqəsinə işlənilən tarixə iddiaçının 6671,51 manat artıq ödəməsi olmuş və nəticədə artıq ödəmə məbləği nəzərə alınmaqla, vergi ödəyicisinin 13440,07 manat maliyyə sanksiyası şəxsi hesab vərəqəsinə işlənmişdir. Sonradan vergi ödəyicisi tərəfindən edilmiş ödənişlər 28.04.2015-ci il tarixdə 500 manat, 31.01.2017-ci il tarixdə 2000 manat, 01.02.2017-ci il tarixdə 1000 manat, 01.01.2017-ci il tarixdə(30.12.2016-cı il tarixli 474-VQ nömrəli Azərbaycan Respublikası Qanunu (ms) əsasən dürüstləşmə üzrə silinmiş) 234,23 manat maliyyə sanksiyası onun şəxsi hesab vərəqəsindən silinmişdir. Həmçinin 26 sentyabr 2020-ci il tarixində 2231,61 manat və 31 dekabr 2020-ci il tarixdə 3119,99 manat olmaqla, ümumilikdə tələbetmə müddəti keçmiş 5351,60 manat məbləğ iddiaçının şəxsi hesab vərəqəsindən silinmişdir. Sonradan vergi ödəyicisi tərəfindən ödənilən vəsaitlər Azərbaycan Respublikası Vergi Məcəlləsinin 88-ci maddəsinin tələbi baxımından xronoloji ardıcıllıq qaydasında iddiaçının dövlət büdcəsinə olan borclarına aid edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir; 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə; 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 88.1-ci maddəsinə əsasən vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir; 88.1.1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; 88.1.2. hesablanmış faizlərin məbləği; 88.1.3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. 88.2. Məcburi dövlət sosial sığorta üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir: 88.2.1. cari rüb üzrə borc; 88.2.2. cari rübdən geriyə doğru (daha əvvəl yaranan borclar üzrə) yaranan borclar ardıcıl olaraq; 88.2.3. yaranma tarixi ardıcıllığı ilə hesablanmış faizlərin məbləği; 88.2.4. yaranma tarixi ardıcıllığı ilə tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. 88.3. cari rüb üzrə borc ödənildikdən sonra sığortaedənin artıq vəsaiti qaldığı təqdirdə, həmin vəsait bu Məcəllənin 88.2.2 – 88.2.4-cü maddələrində göstərilən qaydada əvvəlki borcların ödənilməsinə aid edilir. Göründüyü kimi, qüvvədə olan qanunvericilik dövlət büdcəsinə yaranmış borcların ödənilməsi zamanı daha əvvəl yaranmış borc məbləğlərinin ödənilmə ardıcıllığında üstünlüyünü birbaşa olaraq müəyyən etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir ki, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunun qeyd olunan normalarından görünür ki, iddiaçı tərəfindən mütəmadi olaraq ödənilmiş məbləğlər onun dövlət büdcəsinə olan borclarının ödənilməsinə aid edilir. Qanunvericilik dövlət büdcəsinə yaranmış borcların ödənilməsi zamanı daha əvvəl yaranmış borc məbləğlərinin ödənilmə ardıcıllığını tənzimlədiyindən, məhkəmə qeyd olunan prinsipdən irəli gələrək iddiaçı tərəfindən ödənilən cari vəsaitlərin cavabdeh tərəfindən iddiaçının əvvəl yaranmış borclarına yönəldilməkdə haqlı olması qənaətinə gəlməyə əsas verir. Belə olan halda iddiaçının vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********864337 saylı, 17 fevral 2015-ci il tarixli qərarı üzrə ona tətbiq edilmiş maliyyə sanksiyasının 2014-cü il üzrə hesablandığı, sözügedən maliyyə sanksiyaların hesablanmasından və tutulmalı olmasından 5 ildən artıq müddət keçdiyinə görə həmin borc ümidsiz borc hesab edilərək onun şəxsi vərəqəsindən silinməsi barədə tələbi əsassızdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Tədqiq edilən iş materialları ilə iddiaçının 23 dekabr 2020-ci il tarixə, yəni müraciət tarixinə son 5 il ərzində vergi orqanına ödənilmiş məbləğlər nəzərə alınmaqla hər hansı məbləğ üzrə tələbetmə müddətinin keçməsi müəyyən edilməmişdir. Beləliklə, iddiaçının iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasənmüəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasənqəbul edilməsi gözlənilən inzibati akta qarşı qabaqlayıcı (preventiv) iddianın qaldırılmasına yalnız obyektiv səbəblərdən irəli gələn müstəsna hallarda (şəxsin hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilənin qarşısını almağın xüsusilə zəruri olduğu hallarda) yol verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34.1-ci, 52-ci, 58-ci, 68-69-cu, 73-cü və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar