Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3315/2020 23.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, Cavabdehin nümayəndəsi X2 (Bakı şəhərində ünvanında qeydiyyatdadır, ixtisası hüquqşünas, vəzifəsi hüquqşünas) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X5 İdarəsinə qarşı “iddiaçının xx.xx.1992-ci il tarixdə xx.xx.1996-cı il tarixinədək olan müddətdə cəbhə bölgəsində Ağdam rayonunda yerləşən Azərbaycan Respublikası Daxili Qoşunlarının N saylı hərbi hissəsində xidmət etməyi faktına əsasən ona Qarabağ müharibəsi veteranı adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi üzrə inzibаti işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X5 İdarəsinə qarşı “iddiaçının xx.xx.1992-ci il tarixdə xx.xx.1996-cı il tarixinədək olan müddətdə cəbhə bölgəsində Ağdam rayonunda yerləşən Azərbaycan Respublikası Daxili Qoşunlarının N saylı hərbi hissəsində xidmət etməyi faktına əsasən ona Qarabağ müharibəsi veteranı adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, xx.xx.1973-cü ildə Şamaxı rayonunda anadan olmuş və xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Daxili Qoşunlarının N saylı hərbi hissəsində hərbi xidmətə başlamışdır. Daha sonra hərbi hissə Ağdam rayonuna ezam olunmuşdur. Ağdam rayonunda isə N saylı hərbi hissə kimi fəaliyyət göstərmişdir. 1993-cü ilin avqust ayında, hərbi hissə Füzuli rayonuna köçürülmüşdür. O, 13 dekabr 1996-cı ildə ordu sıralarından tərxis olunmuşdur. İddiaçı ona Qarabağ veteranı adının verilməsi barədə Daxili İşlər Nazirliyinin X5 İdarəsinə müraciət etmiş, lakin cavabdeh orqan xx.xx.2020-ci il tarixli cavab məktubu ilə onun hərbi biletinin surətində və arxiv arayışında döyüş əməliyyatlarında olmağı barədə məlumatın olmadığını bildirmişdir. O, Ağdam və Fizuli rayonları uğrunda gedən döyüşlərdə iştirak etmiş və hərbi biletinin 7-ci səhifəsində xüsusi qeyd aparılmışdır. İddiaçı göstərilən səbəblərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş sərəncama əsasən cavabdeh iddia tələbinə dair etirazını təqdim edərək göstərmişdir ki, iddia tələbi əsassız olduğundan, rədd olunmalıdır. Belə ki, Daxili Qoşunların Baş İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 308 nömrəli arxiv arayışına əsasən iddiaçının 3645(25032) saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 9 nömrəli əmri ilə hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi, lakin həmin əmrin hərbi hissənin komandanlığı tərəfindən imzalanmaması, həmçinin əmrdə adının “İddiaçı A”. kimi qeyd edilməsi və xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan müddətdə hərbi xidməti barədə hər hansı məlumatın olmaması müəyyən edilmişdir. Eyni zamanda iddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 217 nömrəli əmrilə fərari hesab edilmişdir. Həmçinin, arxiv arayışında iddiaçının Azərbaycan Respublikası azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı barədə hər hansı qeydiyyat aşkar olunmamışdır. Bundan əlavə, oxşar məsələ ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edib-etməməsinin əhəmiyyətliliyi və bu halın məhkəmələr tərəfindən hüquqi cəhətdən araşdırılmasının zəruriliyi xüsusi olaraq qeyd edilmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışındа iştirak etməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclаsındа cavabdehin nümayəndəsi A.Bağışov iddiаya etirazına uyğun izаhаt vеrərək iddiаnın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izаhаtını dinləyərək, təqdim еdilmiş sənədləri tədqiq edərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi əsаssızdır. İş materiallarında olan: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X5 İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli 074-2132/271-3220 nömrəli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, Daxili Qoşunların Baş İdarəsindən təqdim olunmuş arxiv arayışında və hərbi biletinin surətində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı faktı müəyyən edilmədiyindən iddiaçının xahişinin müsbət həlli imkan xaricindədir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2019-cu il tarixli, **********519 nömrəli elektron arayışına əsasən, Şamaxı rayonu, Meysəri kəndində yaşayan, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1992 - xx.xx.1996-cı il tarixlərində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2019-cu il tarixli, ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, İddiaçı xx.xx.1973cü il tarixdə ünvan 1 ünvanında 25 dekabr 2010-cu ildən bəri qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli, Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatında İddiaçı xx.xx.2017-ci il tarixdən birinci dərəcəli əlil kimi qeydiyyata alınmışdır. İddiaçıya aid olan, HЗ ******* nömrəli hərbi biletinin dublikatından görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixə qədər hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, 308 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, sıravi İddiaçı 3645 (25032) saylı və dislokasiya yerləri Ağdam, Füzuli rayonları-döyüş bölgələri olmuş N saylı hərbi hissələrin tərkibində müddətli həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar bunlardır: 1. N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 9 nömrəli əmrilə Şamaxı RHK-dan gəlmiş çağırışçıların siyahısında “sıravi” hərbi rütbəsi verilməklə, hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilərək təlim məntəqəsinin atıcısı təyin edilmişdir (hissə üzrə barəsində yeganə məlumatdır. Əmr hərbi hissə komandanlığı tərəfindən imzalanmayıb, əmrdə adı İddiaçı A. kimi qeyd edilmişdir. 15 may 1992-ci il tarixdən 31 iyul 1993-cü il tarixədək olan müddətlərdə barəsində hər hansı məlumat aşkar olunmadı).; 2. N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 163 nömrəli əmrilə məzuniyyətə getdiyinə görə hissənin qazan təminatından çıxarılmışdır (hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi barədə əmr aşkar olunmadı, hissə üzrə barəsində ilk məlumat olduğu üçün verilir); 3. N saylı hərbi hissə komandirinin xx.xx.1994cü il tarixli, 183 nömrəli əmrilə 2-ci taborda atıcı vəzifəsinə təyin edilmişdir; 4. N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 187 nömrəli əmrilə 06 iyul 1995-ci il tarixdən 16 iyul 1995-ci il tarixədək ailə vəziyyəti ilə əlaqədar məzuniyyətə getmiş hesab edilmişdir; 5. N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 217 nömrəli əmrilə məzuniyyətdən gecikdiyinə görə fərari hesab edilmişdir; 6.N saylı hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli, N nömrəli əmrilə hərbi hissədən fərarilik etmiş əsgərlərin siyahısında MN-in xx.xx.1996-cı il tarixli, 9 nömrəli əmrinə əsasən 13 fevral 1996-cı il tarixdən hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır (Şamaxı rayonu üzrə 7ci sıra nömrəsi ilə qeydə alınmışdır, hərbi bilet nömrə 6156340); 7. N saylı hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli, 167 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılmış fərari əsgərlərin siyahısından 15 iyun 1996-cı il tarixdən şəxsi heyətin siyahısına salınaraq ştatdan kənarda saxlanılmışdır; 8. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli, 501 nömrəli Fərmanına əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli, 350 nömrəli əmrilə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılıb, Silahlı Qüvvələrə ehtiyyata buraxılaraq Şamaxı RHK-ın sərəncamına göndərilmişdir. Beləliklə, iş materiallarına əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Azərbaycan Respublikasının Daxili Qoşunlarında xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixə qədər hərbi xidmət etmişdir. İddiaçı cavabdehə müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə müraciət etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddiaçını iddia tələbində haqlı hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərəmüdafiə, daxili işlər, milli təhlükəsizlik orqan və hərbi hissələri tərəfindən verilmiş arayışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunundan göründüyü kimi “Müharibə veteranı” adının verilməsi üçün şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi əsas sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bölməsinə əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir:.. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında... Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. İşin faktiki hallarına əsasən iddiaçının 15 may 1992-ci ildən 31 iyul 1993-cü ilədək xidməti barəsndə heç bir məlumat yoxdur, N saylı hərbi hissə komandirinin xx.xx.1996-ci il tarixli, N nömrəli əmrilə fərarilik etmiş əsgərlərin siyahısına daxil edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya veteran adının verilməsi üçün əsas yoxdur, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən hərbi döyüşlərdə iştirakı iş materialları ilə sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X5 İdarəsinə qarşı “iddiaçının xx.xx.1992-ci il tarixdə xx.xx.1996-cı il tarixinədək olan müddətdə cəbhə bölgəsində Ağdam rayinunda yerləşən Azərbaycan Respublikası Daxili Qoşunlarının N saylı hərbi hissəsində xidmət etməyi faktına əsasən ona Qarabağ müharibəsi veteranı adının verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassızdır və rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X5 İdarəsinə qarşı “iddiaçının xx.xx.1992-ci il tarixdə xx.xx.1996-cı il tarixinədək olan müddətdə cəbhə bölgəsində Ağdam rayinunda yerləşən Azərbaycan Respublikası Daxili Qoşunlarının N saylı hərbi hissəsində xidmət etməyi faktına əsasən ona Qarabağ müharibəsi veteranı adının verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Qərardan apelyasiya şikayəti qərar tam formada təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3315/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3315/2020
23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver