Məhkəmə qərarları › İş №2-1(112)-3315/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3315/2023

12.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3315/2023 12.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 191900,00 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 191900 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” barədə iddiа tələbinə dаir işə məhkəmənin binаsındа аçıq məhkəmə iclаsındа bахaraq, MÜƏYYƏN ЕTDİ: İ. Mübahisənin predmeti

1. İddiаçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 191900,00 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 191900 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması bаrədə iddia ərizəsi ilə məhkəməyə müraciət еtmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2021 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx/xx/2021 tarixə yaranan 445545.62 manat borcuna görə 191900 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2021 tarixli **********8 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx/xx/2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2021 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 191900.00 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.

İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.

5. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini iştirakını təmin etməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi -əmlakların siyahıya alınmasına səbəb olmuş vergi borcun hesablanması üçün əsas olan inzibati akt məhkəmə qərarı əsasında ləğv edildiyini bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİİ. Tədqiq edilmiş sənədlər

Hüquqi şəxs haqqında məlumata əsasən, cavabdeh xx.xx.2016-cı il tarixdə verilmiş ********** nömrəli VÖEN-lə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır, əsas fəaliyyət növü – ixtisaslaşdırılmamış topdansatış, hal-hazırda fəaliyyəti aktivdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Əmlakın siyahıya alınması haqqında” **********8 №-li, xx.xx.2021-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Cavabdeh (VÖEN **********) məxsus əmlakların siyahıya alınması qərara alınmışdır. “Əmlakın siyahıya alınması haqqında” **********8 nömrəli, xx.xx.2021-ci il tarixli protokola əsasən, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən anbarda 1 vahidin qiyməti 2500 azn olan 28 ton lobya, 1 vahidin qiyməti 1000 azn olan 8 ton düyü, 1 vahidin qiyməti 1000 azn olan 10 ton bulqur, 1 vahidin qiyməti 1200 azn olan 8 ton mərcimək, 1 vahidin qiyməti 1500 azn olan 40 ton noxud, 1 vahidin qiyməti 1100 azn olan 5 ton popkorn, 1 vahidin qiyməti 1900 azn olan 4 ton lobya (Nigeriya), 1 vahidin qiyməti 1200 azn olan 1 ton popkorn, 1 vahidin qiyməti 10000 azn olan 1 ədəd Ford Tranzit **-JL- *** qeydiyyat nömrəli yük avtomobili, 1 vahidin qiyməti 10000 azn olan Ford Tranzit **-JB- *** qeydiyyat nömrəli yük avtomobili siyahıya alınmış əmlakların sırasına daxildir. “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlamaya verilməsi haqqında” xx.xx.2021-ci il tarixli aktına əsasən, məsul saxlamaya almış şəxs Cavabdeh MMC siyahıya alınmış əmlak barəsində sərəncam vermək hüququndan məhrum edildiyi, həmin əmlaka sahiblik və ondan istifadə edilməsinin yalnız vergi orqanının nəzarəti ilə həyata keçirilə biləcəyi, habelə bu əmlaka dair onun bağladığı əqdlərin etibarsız hesab ediləcəyi və siyahıya alınmış əmlakın israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edildi. Cavabdeh tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixə olan Cavabdeh MMC (VÖEN: **********) şəxsi hesab vərəqəsi təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)9667/2021 saylı işi üzrə (iddiaçı Cavabdeh MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbi üzrə”) qəbul etdiyi xx.xx.2021-ci il tarixli Qərarı ilə, iddianın qismən təmin edilməsi, iddiaçı Cavabdeh MMC barəsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qəbul etdiyi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********148527 saylı xx.xx.2021-ci il tarixli qərarı qismən, cəmiyyətə mənfəət vergisi üzrə 117.677,97 manat vergi hesablanması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən həmin məbləğin 50%-i miqdarında, yəni 58.838,99 manat maliyyə sanksiyasının tətbiq olunması; əlavə dəyər vergisi üzrə 221.507,81 manat vergi hesablanması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən həmin məbləğin 50%-i miqdarında, yəni 110.753,91 manat maliyyə sanksiyasının tətbiq olunması hissələrində ləğv edilməsi, iddianın qalan hissədə təmin olunmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1073/2022 saylı işi üzrə (iddiaçı Cavabdeh MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, e-2-1(112)-9667/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə) qəbul etdiyi xx.xx.2022-ci il tarixli Qərarı ilə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, e-2-1(112)- 9667/2021 saylı qərarı yoxlanılan hissədə dəyişdirilmədən qüvvədə saxlanılması, apellyasiya icraatı ilə bağlı prosessual xərclər cavabdehə aid edilməsi, cavabdehdən 100 (bir yüz) manat ekspertiza xərci tutularaq müvafiq hesaba (Az.MEM, VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAAZ22) ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 837/2023 saylı işi üzrə (iddiaçı Cavabdeh MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2-1(103)- 1073/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə) qəbul etdiyi xx.xx.2023-cü il tarixli Qərarı ilə, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2-1(103)-1073/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Məhkəmə sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********084000 nömrəli “Müraciətə baxılması barədə” sorğuya cavab məktubunda bildirilmişdir ki, Cavabdeh MMC-nin (VÖEN:**********) **********05 nömrəli icraat vərəqəsi üzrə 22749,34 manat ödənilməmiş borcu vardır. Qoşma olaraq əlavə sənədlər təqdim edilmişdir.

İV. Məhkəmənin mövqeyi

6. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

7. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

8. Аzərbаycаn Rеspublikаsının Vеrgi Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.6-cı maddəsinə əsasən müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən, əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. Həmin Məcəllənin 89.10-ci maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkili ilə birlikdə protokola əlavə edilir. Həmin Məcəllənin 89.12-ci maddəsinə əsasən əmlakın siyahıya alınması haqqında qərar qanunla müəyyən edilmiş qaydada ləğv edildiyi andan, yaxud vergi öhdəliyinin yerinə yetirildiyi andan öz qüvvəsini itirir. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər.

9. İşin faktiki hallarına əsasən ********** VÖEN-lə vergi orqanında uçota alınmış cavabdeh Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə xx/xx/2021-ci il tarixiə 445545.62 manat məbləğində vergi borcu yaranmış, lakin cavabdeh yaranmış borc məbləğinin büdcəyə ödənilməsini təmin etməmiş və ona görə də, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx/xx/2021 tarixə yaranan 445545.62 manat borcuna görə 191900 dəyərində əmlakları siyahıya alınmış və bu barədə protokol tərtib edilmiş, eyni zamanda həmin tarixdə siyahıya alınmış əmlakın məsul saxlanmaya verilməsi haqqında akt imzalanmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, hazırda ödənilməsi tələb olunan 191900 manat vergi borcu, iddiaçı- vergi orqanın cavabdeh barəsində qəbul etdiyi xx.xx.2021-ci il tarixli, **********148527 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar əsasında hesablanılmışdır. İş materiallarında olan məhkəmə qərarlarından göründüyü kimi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh barəsində qəbul etdiyi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********148527 saylı xx.xx.2021ci il tarixli qərarı- mənfəət vergisi üzrə 117677.97 manat verqi hesablanması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən həmin məbləğin 50% miqdarında, yəni 58838.99 manat maliyyə sanksiyası;əlavə dəyər vergisi üzrə 221507.81 manat vergi hesablanması, həmin məbləğə hesablanmış 50% miqdarında, yəni 110753.91 manat maliyyə sanksiyasının tətbiq olunması hissələrində ləğv edilməsi qərara alınmışdır.

10. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

11. Məhkəmə müəyyən etdi ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan 445545.62 manat vergi borcu onun hesablanması üçün əsas olmuş inzibati qərar məhkəmə qərarı əsasında ləğv edildiyindən, cavabdehin qeyd olunan tarixə vergi borcu ödəmək öhdəliyi mövcud deyil.

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

13. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 191900,00 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 191900 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə iddia tələbi təmin edilməməlidir.

14. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 68, 69, 85 və 110cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan apelyasiya şikayəti qərar tam formada təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar