Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3315/2025 27.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: KY242142419 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”da İddiaçı aid Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi 46C, səyyar siqaret satışı təsərrüfat subyektində (obyektində) malların Vergi Məcəlləsinin 58.8ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxıli yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi; aksiz markaları ilə markalanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcdarmda), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi məqsədi ilə plandankənar (növbədənkənar) operativ vergi nəzarətinin xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərdə keçirilməsi, plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas olaraq vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar, Vergi Məcəlləsi, maddə 50.2.2 qeydiyyata alınmışdır. Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin (bundan sonra - Baş İdarə) “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********9004 qərar ilə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qainıə-faklura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və electron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2024 il tarixdən xx.xx.2024 il tarixədək (xx.xx.2024 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2024-cü il tarixdə saat 14:21-də İddiaçı aid Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi 46C, səyyar siqaret satışı təsərrüfat subyektində aksiz markası ilə markalanmalı olan, lakin markalanmamış 1465 qutu alış dəyəri 7812,30 manat, satış dəyəri 12196,50 manat olan tütün məmulatlarının satış məqsədilə saxlanılması aşkar olunmuş və xx.xx.2024-cü il tarixli DVX seriyalı 102151 nömrəli akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli DVX seriyalı 102151 nömrəli akt vergi ödəyicisi İddiaçı, müşahidəçilər X8, X2 və vergi orqanının vəzifəli şəxsləri tərəfindən imzalanmışdır.Vergi ödəyicisi aktın surətini alması barədə aktda imzası ilə qeydiyyat aparmışdır. xx.xx.2024-cü il tarixli seriya DVX № 000052 nömrəli “Markalanmamış (nişanlanmamış) və ya saxta markalarla markalanmış (saxta məcburi nişanlanma ilə nişanlanmış) malların, habelə dini məzmunlu mal və məlumatların Siyahısı”nda göstərilir ki, “Siyahıya alındı malların miqdarı-1465, alış qiyməti-7812.30, satış qiyməti-12196.50, qiymətlər İddiaçı tərəfindən təqtim edildi.” Siyahı vergi ödəyicisi İddiaçı, müşahidəçilər X8, X2 və vergi orqanının vəzifəli şəxsləri tərəfindən imzalanmışdır. Vergi ödəyicisi siyahının surətini alması barədə siyahıda imzası ilə qeydiyyat aparmışdır. Markalanmamış (nişanlanmamış) və ya saxta markalarla markalanmış (saxta məcburi nişanlanma ilə nişanlanmış) malların, habelə dini məzmunlu mal və məmulatların Siyahısında (Əlavədə) malların adları, miqdarı, alış və satış qiymətləri ayrı-ayrılıqda, yekunda isə yekun məbləğ olaraq malların alış qiyməti-7812.3 manat, satış qiyməti-12196.5 manat göstərilmişdir. Siyahı (Əlavə) vergi ödəyicisi İddiaçı, müşahidəçilər X8, X2 və vergi orqanının vəzifəli şəxsləri tərəfindən imzalanmışdır. Vergi ödəyicisi siyahının surətini alması barədə siyahıda imzası ilə qeydiyyat aparmışdır. Akt və operativ vergi nəzarəti tədbiri zamanı toplanmış materiallar əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********2807 nömrəli qərar ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.14-cü maddəsinə əsasən aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlama ilə nişanlanmalı malların məcburi nişanlama ilə nişanlanmadan satılmasına, satış məqsədi ilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına təqvim ili ərzində iki və daha çox dəfə yol verdiyinə görə 15624,60 manat məbləğində vegi məsuliyyətinə cəlb edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********0388 nömrəli qərar ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.14-cü maddəsinə əsasən aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlama ilə nişanlanmalı malların məcburi nişanlama ilə nişanlanmadan satılmasına, satış məqsədi ilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 143.30 manat məbləğində vegi məsuliyyətinə cəlb edilmişdir. İddia tələbi və iddianın əsaslandırması: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı barəsində tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə xx.xx.2024-cü il tarixli **********2807 nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı gözdən birinci dərəcə əlildir. Görmə dərəcəsi əlillik dərəcəsinə uyğun olaraq çox zəifdir. Gözü ilə bağlı mütəmadi olaraq ağrıları, periodik olaraq görmə qabiliyyətini tam itirdiyi anlar yaşayır. Həmin günlərin biri xx.xx.2024-cü il tarixdə olmuşdur. Belə ki, həmin gün ona məxsus avtomobildə əyləşərkən gözündə kəskin ağrılar yaranmış, görmə qabiliyyəti tamamilə dayanmışdır. Özünü pis etdiyi üçün kənar şəxslərin fiziki köməkliyi ilə avtomobilindən kənarda günəş şüasının olmadığı yerə aparılmışdır. Həmin vaxt müvəqqəti olaraq kənar şəxslərdən qonşuluqda olan X3 avtomobilini nəzarətsiz qoymamasını xahiş etmişdir. Bir müddət sonra görmə qabiliyyəti az da olsa düzəldiyindən və ağrıları azaldığından yenidən avtomobilinin yanına getmişdir. Həmin vaxtı avtomobilin ətrafında vergi orqanının əməkdaşlarının olduğunu görmüş və nə baş verdiyini anlamağa çalışmışdır. Şifahi qaydada sualları nəticəsində məlum olmuşdur ki, avtomobilin ətrafında olan bu şəxslərin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin əməkdaşları olduğu, avtomobilində aksiz markalı ilə markalanmalı olan siqaret məhsullarının olduğu, bunların markalanmadığı və bu halın hüquq pozuntusu olduğu və maliyyə sanskiyasının tətbiq edilməli olduğu bildirilərək sonrakı mərhələdə onu xx.xx.2024-cü il tarixli **********2807 nömrəli qərar ilə 15624.60 manat məbləğində maliyyə məsuliyyətinə cəlb etmişdilər. Sözügedən qərar əsassızdır. Belə ki, ilkin olaraq birinci dərəcə olmaqla gözdən əlildir. Gözdən əlil olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 55.1.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunun vergi ödəyicisi - fiziki şəxs tərəfindən xəstə halı ilə əlaqədar olaraq öz hərəkətlərinə nəzarət (özünə hesabat verməyi) və rəhbərlik etməyi bacarmadığı vəziyyətdə törədilməsi vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallardan biridir. Səhhətinin pis vəziyyətdə olduğu, avtomobilin yanında olmadığı və geri qayıtdıqdan sonra yoxlama prosesinin artıq yekunlaşdığını sadəcə onu imza üçün gözlədiklərini, onun isə görmə qabiliyyətli olmadığı halda imza tələbinin və məcburiyyətinin vergi orqanının əməkdaşları tərəfindən qarşısına qoyulmuş, o, da əlil olduğundan hədə-qorxulara tab gətirə bilməyərək, (oxuya bilmədiyi) təqdim olunan sənədi imzalamışdır. Adına yazılan mətn tərəfindən yazılmamış, çəkilən qol hansı ifadələr əsasında edildiyindən məumatı yoxdur. Bundan başqa, o, avtomobilə qayıtdıqdan sonra X6 ona hədə-qorxu gələrək vergi orqanlarının əməkdaşları ona evinə daxil olduqlarını, orada əlavə malları aşkarladıqlarını və müsadirə etdiklərini bildirmişdilər. Bunun dövlət orqanı tərəfindən edilməsinin heç bir əsası yoxdur. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Belə ki, vergi orqanı onlar üçün guya sübut xarakterli malları müsadirə edərkən evə daxil olmanı onun iştirakı və məhkəmə qərarı olmadan həyata keçirmişdir. Bu həm hüquq pozuntusundur, həm də, cəmiyyətin ən toxunulmaz yeri olan ailə dəyərlərinə hörmətsizlikdir. Qeyd olunanlardan başqa, şahidlərin yanında vergi orqanlarının əməkdaşı Azər bəy, Səbuhi bəy və özünü sürücüsü olaraq təqdim edən şəxs ona qeyd olunan sənədləri imzaladığı halda sonradan həll edəcəklərini söz vermişdilər, ancaq daha sonra bunun mümkün olmadığı deyilərək, gözdən əlil vətəndaş olaraq onun aciz vəziyyətindən istifadə edərə, aldatmışdılar. İddia tələbinə etirazın əsasları: Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda göstərilmişdir ki, uçot-baza məlumatlarına əsasən İddiaçı xx.xx.2009-cu il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı “yeməklərin satışı ilə əlaqədar sair xidmətlərin göstərilməsi” fəaliyyəti ilə məşğul olduğu görünür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal- İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli **********9004 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarlar ilə fiziki şəxs İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi 46C səyyar siqaret satışı təsərrüfat subyektində (obyektindən) aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və video materialların, mal və məlumatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalamaqla satılması, satış məzsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından çıxarılması faktlarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024-cü il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2024-cü il tarixdə saat 14:21-də Baş İdarə tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi 46C səyyar siqaret satışı təsərrüfat subyektində aksiz markası ilə markalanmalı olan, lakin markalanmamış 1465 qutu alış dəyəri 7812,30 manat, satış dəyəri 12196,50 manat olan tütün məmulatlarının satış məqsədilə saxlanılması aşkar olunmuş və xx.xx.2024-cü il tarixli DVX seriyalı 102151 nömrəli akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli DVX seriyalı 102151 nömrəli akt İddiaçı və müşahidəçi kimi iştirak edən X8 və X2 tərəfindən imzalanmışdır. Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********2807 nömrəli qərarı ilə İddiaçı Vergi Məcəlləsinin 58.14-cü maddəsinə əsasən aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan satış məqsədi ilə saxlanılmasına təqvim ili ərzində iki və daha çox dəfə yol verdiyinə görə 15624,60 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı operativ vergi nəzarəti zamanı təqdim etdiyi izahatında qeyd olunan aksiz markası ilə markalanmamış 1465 qutu tütün məmulatlarının ona məxsus oluduğunu, satış məqsədi ilə ona məxsus olan obyektdə saxladığını və həmin malların bir neçə tanımadığı şəxslərdən müxtəlif vaxtlarda aldığını etiraf etmişdir. Həmçinin, iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərlə qanunvericiliyin tələbini pozduğunu etiraf etmişdir. Belə ki, idda ərizəsində iddiaçı 1-ci dərəcəli əlil olduğunu və bu səbəbdən Vergi Məcəlləsinin 55.1.2-ci maddəsinə əsasən təqsirinin olmadığını bildirməklə qanunvericiliyin tələbini pozduğunu etiraf etmişdir. Həmçinin, iddiaçı iddia ərizəsində vergi orqanının əməkdaşlarının onun evinə daxil olduğunu və orada əlavə mallar aşkar etdiklərini və müsadirə etdiyini bildirir. İddiaçının bu dəlili əsassızdır, özünü müdafiə xarakteri daşımaqla malların ona məxsuz olduğunu etiraf edir. Belə ki, icraat materiallarından və məhkəməyə təqdim edilən şəkillərdən görünür ki, vergi orqanının əməkdaşları operativ vergi nəzarətini qanunvericiliyin tələbinə uyğun formada həyata keçirmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, evdə aşkar edilmiş malları da yavaşyavaş satacaqdır. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, X6 ilə bibioğlu-dayıoğludur. Azər ona demişdir ki, Nərimanov rayonuna gəlsin. O, gələndə görmüşdür ki, Azər ordadır. İş görmüş, həmdə Azərə kömək etmişdir. Birdən 5-6 vergi əməkdaşı onlara yaxınlaşmışdır. İddiaçı xəbər etmək istəmişdir. Telefonu əlindən almışdılar. Hikmət yanında deyildi. Ona demişdilər ki, sən işləmirsənsə kənarda dayan. Azəri maşına mindirib uzaqlaşmışdılar. Şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, İddiaçı bibisinin yoldaşıdır. Hikmət ona demişdir ki, sən burada qal, o, evə gedib-qayıdacaqdır. Həmin zaman Bahəddin də yanında olmuşdur. Vergi orqanının əməkdaşları gəlmişdir. Ona demişdilər ki, səni tanıyırlar və malları evdə saxladığını bilirlər. Sonra demişdilər ki, gedib malları gətirsinlər. Telefonla zəng etməyə imkan verməmişdilər. Bir yerdə gedib malları götürüb gətirmişdilər. Malları gətirmək üçün ancaq onu aparmışdılar. Yaxınlıqda kirayədə qaldığı üçün malları onlarda saxlayırdılar. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia mümkündür. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: ... 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39–49cu maddələrinin müddəaları tətbiq edilir. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.14. Aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlama ilə nişanlanmalı malların məcburi nişanlama ilə nişanlanmadan satılmasına, satış məqsədi ilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin malların bazar qiyməti ilə dəyərinin 1 misli, təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə 2 misli məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materialları ilə müəyyən edilir ki, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərar ilə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qainıə-faklura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və electron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2024 il tarixdən xx.xx.2024 il tarixədək (xx.xx.2024 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmış, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2024-cü il tarixdə saat 14:21-də İddiaçı aid Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi 46C, səyyar siqaret satışı təsərrüfat subyektində aksiz markası ilə markalanmalı olan, lakin markalanmamış 1465 qutu alış dəyəri 7812,30 manat, satış dəyəri 12196,50 manat olan tütün məmulatlarının satış məqsədilə saxlanılması aşkar olunmuş və xx.xx.2024-cü il tarixli DVX seriyalı 102151 nömrəli akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli DVX seriyalı 102151 nömrəli akt vergi ödəyicisi İddiaçı, müşahidəçilər X8, X2 və vergi orqanının vəzifəli şəxsləri tərəfindən imzalanmışdır.Vergi ödəyicisi aktın surətini alması barədə aktda imzası ilə qeydiyyat aparmışdır. xx.xx.2024-cü il tarixli seriya DVX № 000052 nömrəli “Markalanmamış (nişanlanmamış) və ya saxta markalarla markalanmış (saxta məcburi nişanlanma ilə nişanlanmış) malların, habelə dini məzmunlu mal və məlumatların Siyahısı”nda göstərilir ki, “Siyahıya alındı malların miqdarı-1465, alış qiyməti- 7812.30, satış qiyməti-12196.50, qiymətlər İddiaçı tərəfindən təqtim edildi.” Siyahı vergi ödəyicisi İddiaçı, müşahidəçilər X8, X2 və vergi orqanının vəzifəli şəxsləri tərəfindən imzalanmışdır. Vergi ödəyicisi siyahının surətini alması barədə siyahıda imzası ilə qeydiyyat aparmışdır. Markalanmamış (nişanlanmamış) və ya saxta markalarla markalanmış (saxta məcburi nişanlanma ilə nişanlanmış) malların, habelə dini məzmunlu mal və məmulatların Siyahısında (Əlavədə) malların adları, miqdarı, alış və satış qiymətləri ayrı-ayrılıqda, yekunda isə yekun məbləğ olaraq malların alış qiyməti-7812.3 manat, satış qiyməti-12196.5 manat göstərilmişdir. Siyahı (Əlavə) vergi ödəyicisi İddiaçı, müşahidəçilər X8, X2 və vergi orqanının vəzifəli şəxsləri tərəfindən imzalanmışdır. Vergi ödəyicisi siyahının surətini alması barədə siyahıda imzası ilə qeydiyyat aparmışdır. Akt və operativ vergi nəzarəti tədbiri zamanı toplanmış materiallar əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********2807 nömrəli qərar ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.14-cü maddəsinə əsasən aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlama ilə nişanlanmalı malların məcburi nişanlama ilə nişanlanmadan satılmasına, satış məqsədi ilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına təqvim ili ərzində iki və daha çox dəfə yol verdiyinə görə 15624,60 manat məbləğində vegi məsuliyyətinə cəlb edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə yazılı izahat vermiş və həmin izahatda o, göstərmişdir ki, “Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi, ev 46 C saylı ünvanda yerləşən səyyar satış obyektində xx.xx.2024-cü il tarixdə keçirilən operativ vergi yoxlaması zamanı aşkar edilmiş aksiz markası ilə markalanmamış 1465 qutu alış dəyəri 7812,30 manat, satış dəyəri isə 12196,50 manat olan tütün məlumatları ona məxsusdur. Bu malları satış məqsədi ilə bir neçə tanımadığı şəxslərdən müxtəlif vaxtlarda almışdır. Aşkar olunmuş aksiz markası olmayan tütün məlumatları onun iştirakı ilə sayıldı, sıyahıya alındı və qablaşdırılaraq götürüldü. Aksiz markası olmayan tütün məlumatlarının alış və satış qiymətləri onun tərəfindən təqdim edilmişdir. İzahat onun sözləri ilə X4 tərəfindən (gözdən 1-ci qrup əlil olduğuna görə) yazıldı, mətn ona ucadan oxundu, heç bir əlavəsi yoxdur və doğrululuğunu imzası ilə təsdiq edir.” İmza: var. İddiaçı, Tarix: xx.xx.2024”. Məhkəmə iddiaçının tələbinin əsaslılığı ilə bağlı gətirdiyi dəlillərə (iddia ərizəsində göstərilən) münasibətdə bildirir ki, iddiaçı tərəfindən gətirilən dəlillər sübuta yetirilməmiş, əksinə işin araşdırılması zamanı mübahisələndirilən inzibati aktın ləğvinə əsas ola biləcək hal aşkar edilməmişdir. Məhkəmə iddiaçının “vergi orqanının əməkdaşlarının onun evinə daxil olduğunu və orada əlavə mallar aşkar etmələri və müsadirə etmələri” ilə bağlı mövqeyinə münasibətdə bildirir ki, iş materiallarına əlavə edilmiş yoxlama zamanı çəkilən fotoşəkillərdən vergi orqanının əməkdaşları tərəfindən yoxlamanın vergi ödəyicisinin yaşayış binasına (sahəsinə) daxil olaraq həyata keçirmədikləri müəyyən olunur. Şahidlərin ifadələrinə münasibətdə isə məhkəmə bildirir ki, onları sübut kimi qəbul etmir. Belə ki, onların qeyd etdikləri digər sübutlarla təsdiqini tapmır və özləri tərəfindən də sübuta yetirilmir. Həmçinin, bu zaman məhkəmə onların iddiaçı ilə münasibətlərini (qohumluq və s.) də nəzər alır. Beləliklə, məhkəmə qeyd edir ki, vergi orqanı iddiaçıya maliyyə sanksiyası tətbiq edərkən qanunauyğun davranış sərgiləmiş, iddiaçıya münasibətdə qanun pozuntusuna yol verilməmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X10
Məhkəmə qərarları › İş №2-1(112)-3315/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3315/2025
27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver