Məhkəmə qərarları › İş №2-1(112)-3316/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3316/2021

29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3316/2021 29.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, onun vəkili X1 və cavabdehin nümayəndələləri X2 və X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı istifadə edilməmiş məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinin 1-ci bəndinin axırıncı abzasına, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 120-ci maddəsinin axırıncı abzasına və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 121-ci maddəsinin ikinci hissəsini nəzərə almaqla istifadə etmədiyi məzuniyyət əvəzinə pul kompensasiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 217 nömrəli, 28 sentyabr 2012-ci il tarixli qərarının tələblərinə müvafiq olaraq hesablanaraq birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən təxris məsələlərini həll etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş 90 (doxsan) gün növbəti məzuniyyətin N0 (otuz) gününü istifadə etdiyini, beləliklə istifadə etmədiyi qalan 60 (altmış) günə görə ona birdəfəlik pul kompensasiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 217 nömrəli, 28 sentyabr 2012-ci il tarixli qərarına müvafiq olaraq ödənilməsinin cavabdehə (Dövlət Sərhəd Xidməti) həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrdə təqvimi 18 ildən artıq, ümumilkdə 24 il 5 ay müddətdə xidmət etmişdir. DSXnin Sahil mühafizəsindən (xidmət etdiyi müddətdə N nömrəli hərbi hissə) hərbi hissə komandirinin müvafiq əmri ilə bölmə rəisi vəzifəsindən azad olmaqla N1 may 2009-cu il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlarından çıxarılmaqla X12 xəstəliyə görə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinin 1-ci maddəsinin axrıncı abzasına və “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinin axrıncı abzasına uyğun olaraq hərbi hissədən tərxis olunarkən ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün müəyyən olunmuş növbəti məzuniyyət verilməmişdir. Bununla bağlı Dövlət Sərhəd Xidmətinə (ünvana çatma 19.11.2020-ci il) ərizə təqdim etmişdir. İnzibati orqanın imtina qərarı və əsasları: cavab məktubunda DSX-nin Maliyyə Plan İdarəsi (27.11.2020-ci il tarixli, № 1N9, ünvanına çatma 16.12.2020-ci il) DSX-nin rəisi - XN 16 fevral 2009-cu il tarixli N nömrəli əmri və hərbi hissə komandirinin N nömrəli əmrinə əsasən N1 may 2009-cu il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmağını əsas gətirmiş və qeyd olunan tarixləri nəzərə alaraq hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyətdən istifadə edildiyi bildirilmişdir. Həmin müddətlərdə o, məzuniyyətdə yox (16 fevral 2009 - N1 may 2009-cu il), hərbi xidmət vəzifələrini icra etmişdir. Ona görə də hesab etmişdir ki, inzibati orqanın imtinaya bərabər dəlilləri qanunsuz (işin hallarına uyğun gəlməməsi) və əsassızdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X5 və X7 iddia tələbi ilə bağlı verdikləri izahatlarında bildirdilər ki, İddiaçı Dövlət Sərhəd Xidmətinin rəisi-X6 16 fevral 2009-cu il tarixli, N nömrəli əmri əsas götürülərək hərbi hissə komandirinin N nömrəli əmrinə əsasən N1 may 2009-cu il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılmışdır. Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissə komandirinin N.01.2009-cu il tarixli əmri ilə iddiaçıya N0 gün müddətində məzuniyyət verilmişdir. İddiaçının istifadə etmədiyi məzuniyyət günü 15 gündür və həmin müddət üzrə tərəflərindən iddiaçıya pul ödənilməmişdir. Digər 45 gün müddət isə əmrdə nəzərdə tutulmadığından icra edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etdilər. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti N saylı hərbi hissə komandirinin N №-li, N yanvar 2009-cu il tarixli nizami hissə üzrə əmrindən çıxarışın surətindən görünür ki, maliyyə bölməsinin rəisi polkovnik-leytenant İddiaçı növbəti məzuniyyətə N0 (otuz) gün, N.01.2009-cu il tarixdən - 05.02.2009-cu il tarixədək buraxılmış hesab edilməsi, «Hərbi qulluqçuların statusu haqda» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 7-ci bəndinə əsasən məzuniyyətə çıxması ilə əlaqədar bir vəzifə maaşı məbləğində müavinat ödənilməsi əmr edilmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisi – X8 16.02.2009-cu il tarixli, 101 ş/h №-li əmrindən çıxarışın surətindən görünür ki, Sahil Mühafizəsi (N saylı h/h) üzrə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin “b” bəndinə (xəstəliyə görə) müvafiq olaraq polkovnik-leytenant İddiaçı maliyyə bölməsinin rəisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən istefaya buraxılması, hərbi qeydiyyata götürülmək üçün Xətai rayon hərbi komissarlığına göndərilməsi əmr edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti N saylı hərbi hissə komandirinin N №-li, N0-N1 may 2009-cu il tarixli nizami hissə üzrə əmrindən çıxarışın surətindən görünür ki, Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin “b” bəndinə (xəstəliyə görə) müvafiq olaraq maliyyə bölməsinin rəisi polkovnikleytenant İddiaçı vəzifəsindən azad olunmaqla N1 may 2009-cu il tarixdən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən istefaya buraxılması, hərbi qeydiyyata götürülmək üçün Səbail rayon Hərbi Komissarlığına göndərilməsi əmr edilmişdir. Polkovnik-leytenant İddiaçı 2009-cu il üçün nəzərdə tutulmuş məzuniyyətindən istifadə etmiş, məzuniyyət müavinəti və maddi yardım almışdır. 01 yanvar 2009-cu il tarixdən N1 may 2009-cu il tarixə qədərki xidmət dövrü üçün birdəfəlik pul mükafatı tam həcmdə -100 % almağa layiq olmuşdur. Əsas: Dövlət Sərhəd Xidməti rəisi – X6 16 fevral 2009-cu il tarixli, 101 ş/h saylı əmri. - Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan Dövlət Sərhəd Xidmətinin 22.07.2009-cu il tarixli, 000126 №-li məlumat vərəqinin surətindən görünür ki, İddiaçı cəmi xidmət illəri 24 il 5 ay 1 gün olmaqla xəstəliyə görə N1.05.2009-cu ildə ehtiyata buraxılmışdır. - Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissənin maliyyə bölməsi rəisi vəzifəsinin təhvil-təslimi barədə 27.04.2009-cu il tarixli aktından görünür ki, N saylı hərbi hissənin maliyyə bölməsinin rəisi polkovnik-leytenant İddiaçı Silahlı Qüvvələrin ehtiyyatına buraxılması ilə əlaqədar təftiş komissiyasının sədri polkovnik-leytenant V.Vəliyevin iştirakı ilə maliyyə bölməsi rəisinin vəzifələrinin təhvil-təslimi aparılmışdır. Təhvil-təslim zamanı nəğd pul vəsaitləri, ciddi hesabat blankları, xidməti qeydiyyat kitabları və əmlaklar təhvil verilmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 10/1N9 №-li, 27.11.2020-ci il tarixli məktubdan görünür ki, Dövlət Sərhəd Xidmətinə ünvanlandığı müraciətə Maliyyə-Plan İdarəsində baxılmışdır. Məlumat üçün bildirilir ki, xidmət etdiyi hərbi hissəyə sorğu verilmiş və sorğu nəticəsində müəyyən olunmuşdur ki, Dövlət Sərhəd Xidmətinin rəisi-X6 16 fevral 2009-cu il tarixli N nömrəli əmri əsas götürülərək hərbi hissə komandirinin N nömrəli əmrinə əsasən N1 may 2009-cu il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılmışdır. Qeyd olunan tarixləri nəzərə alaraq bildirilmişdir ki, hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyətdən tam istifadə etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin maliyyə bölməsinin rəisi vəzifəsində işləmiş, hərbi hissə komandirinin N №-li, N yanvar 2009-cu il tarixli əmri ilə növbəti məzuniyyətə N0 (otuz) gün, N.01.2009-cu il tarixdən-05.02.2009-cu il tarixə kimi buraxılmışdır. X8 16.02.2009-cu il tarixli, 101 ş/h №-li əmrinə əsasən “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin “b” bəndinə (xəstəliyə görə) müvafiq olaraq polkovnik-leytenant İddiaçı maliyyə bölməsinin rəisi vəzifəsindən azad olunmuş, N saylı hərbi hissə komandirinin N №-li, N0-N1 may 2009-cu il tarixli əmri ilə isə N1 may 2009-cu il tarixdən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. N saylı hərbi hissə komandirinin N №-li, N0-N1 may 2009-cu il tarixli əmrdə iddiaçının 2009-cu il üçün nəzərdə tutulmuş məzuniyyətindən istifadə etməsi, məzuniyyət müavinəti və maddi yardım alması qeyd olunsa da iddiaçı istifadə etmədiyi qalan 60 (altmış) günə görə ona birdəfəlik pul kompensasiyasının ödənilməsini cavabdeh inzibati orqandan tələb edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət N ay müddətində verilir. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Azərbaycan Respublikasının 1997-ci il tarixli N oktyabr tarixli, N77-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: - 115-ci maddəsinə əsasən hərbi qulluqçulara məzuniyyət vermək hüququ hərbi hissə komandirinə (əmr vermək hüququ olan tabor (N-cü dərəcəli gəmi) komandirinin intizam hakimiyyətindən istifadə edən əlahiddə hissə komandirindən, onlara bərabər və onlardan yuxarı olanlara) aiddir. Məzuniyyətə getmək və məzuniyyətdən qayıtmaq hərbi hissə üzrə əmrlə elan olunur. - 120-ci maddəsinə əsasən Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət N ay müddətində verilir. - 121-ci maddəsinin tələblərinə görə növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Təhsil almaq və xidmət müddəti müəyyən edilmiş yerlərdən dəyişilmək üçün namizədlikləri təsdiq edilmiş hərbi qulluqçulara növbəti məzuniyyət elə hesabla verilir ki, onlar yola düşənə qədər həmin məzuniyyətdən bütünlüklə istifadə edə bilsinlər. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. 2N dekabr 2011-ci il tarixədək qüvvədə olmuş “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin “b” bəndinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatan və ya hərbi-həkim komissiyaları tərəfindən səhhətinə görə həqiqi hərbi xidmətə yararsız sayılan hərbi qulluqçular həqiqi həqiqi hərbi xidmətdən xəstəliyə görə— hərbi-həkim komissiyaları tərəfindən həqiqi hərbi xidmətə yararsız sayılaraq hərbi uçotdan çıxarıldıqda istefaya buraxılırlar: "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 42.0.2-ci maddəsinə əsasən hərbi qulluqçular xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldıqda həqiqi hərbi xidmətdən istefaya buraxılırlar. “Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 217 nömrəli, 28 sentyabr 2012-ci il tarixli Qərarının 1-ci hissəsinə əsasən hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (N0,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur. Məhkəmə araşdırması zamanı işin mübahisələndirilməyən hallarından müəyyən olunmuşdur ki, İddiaçı xəstəliyə görə həqiqi hərbi xidmətdən 24 il 5 ay 1 gün xidmət illəri olmaqla istefaya buraxılmışdır. "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun və "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin yuxarıda qeyd olunan tələblərinə əsasən iddiaçıya N ay müddətində növbəti məzuniyyət verilməli idi. Lakin işin araşdırılan hallarından iddiaçıya 2009-cu il üzrə N0 gün müddətində məzuniyyətin verilməsi ilə bağlı əmrin olması müəyyən edilsə də İddiaçı qalan 60 gün müddəti üçün məzuniyyət verilməsi və onun həmin məzuniyyətdən istifadə etməsi barədə sübutlar inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmiş, eləcə də cavabdeh inzibati orqan tərəfindən iddiaya qarşı yazılı münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı istifadə etmədiyi 60 (altmış) gün məzuniyyətə görə birdəfəlik pul kompensasiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 217 nömrəli, 28 sentyabr 2012-ci il tarixli qərarına müvafiq olaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı istifadə etmədiyi 60 (altmış) gün məzuniyyətə görə birdəfəlik pul kompensasiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 217 nömrəli, 28 sentyabr 2012-ci il tarixli qərarına müvafiq olaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N0 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar