Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3318/2022 27.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və nümayəndəsi (vəkili) X5, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X24 üzrə Baş İdarəsinin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X24 üzrə Baş İdarəsininə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********9384 nömrəli qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X24 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********9311 saylı, xx.xx.2021-ci il tarixli **********9384 saylı və xx.xx.2021-ci il tarixli **********9462 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarların ləğv olunması iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X24 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli **********7430 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Binəqədi şossesi, “Zəngəzur” şadlıq evinin arxasında yerləşən mebel sexində operativ vergi nəzarəti tədbiri keçirilmiş, onun etiraz etməyinə baxmayaraq vergi əməkdaşları tərəfindən öz istəklərinə uyğun şəkildə əsassız xx.xx.2021ci il tarixli, 007958 saylı, xx.xx.2021-ci il tarixli, 004054 saylı və xx.xx.2021-ci il tarixli, 002108 saylı aktlar tərtib olunmuşdur və bundan sonra xx.xx.2021-ci il tarixli **********9311 saylı, xx.xx.2021-ci il tarixli **********9384 saylı və xx.xx.2021-ci il tarixli **********9462 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarlar qəbul olunmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixli **********9311 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarda qeyd olunmuşdur ki, guya o əhali ilə nəğd pul hesablaşmalarının aparılması qaydasını pozub və buna görə də 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilib qərara alınmışdır. Halbuki, nəinki operativ vergi nəzarəti aparılan günü, heç ondan əvvəlki aylarda da pandemiya ilə əlaqədar “Dülgər sexində” ümumiyyətlə satış olmamış və bu səbəbdən də NKA istifadə olunmamışdır. Vergi əməkdaşları isə akta bildirirlər ki, guya NKA nasaz olmuş və buna görə də çek çap edə bilməmişlər. Ona görə də hesab edirəm ki, həmin qərar əsassızdır. Bundan əlavə, xx.xx.2021-ci il tarixli **********9384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarda qeyd olunmuşdur ki, guya mən 10 nəfər fiziki şəxsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişəm və buna görə də 20 000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməm qərara alınmışdır. Qeyd edirəm fiziki şəxslərin sayının aktda 11 nəfər, qərarda isə 10 nəfər olduğu göstərilmişdir. Halbuki onların sayı 9 nəfər olmuş və onu əlavə məsuliyyətə cəlb etmək məqsədilə fiziki şəxslərin sayı artırılmışdır. Hətta həmin gün onun yanına gələn dostunu da onlar işə cəlb olunmuş fiziki şəxslərin sırasına qatmışlar. Hesab edir ki, vergi orqanının bu hərəkəti də qanunsuzdur. Çünki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinin tələblərinə əməl olunması vəziyyətinin yoxlanılmasını ehtimal xarakterli hərəkətlərlə yox, qanunvericiliyin vergi orqanlarının əməkdaşlarına imkan verdiyi operativ və real üsullardan istifadə etməklə həyata keçirilməlidir. Buna baxmayaraq vergi orqanı real faktlar əsasında yoxlamanı həyata keçirməmiş və mənim müdafiəmi təşkil etmək cəhdlərimi mümkünsüz hala gətirmiş, vergi orqanı tərəfindən əlavə heç bir araşdırma aparılmadan hüquqlarımın təmin olunması da məhdudlaşdırmışdır. Həmçinin xx.xx.2021-ci il tarixli **********9462 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarda qeyd olunmuşdur ki, guya “Dülgər sexində” olan malların alış qiyməti 76360 manat dəyərində qiymətləndirilmiş və buna görə də 7 636 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməm qərara alınmışdır. Halbuki aşkar olunmuş bütün malların alış sənədləri, qaimələri və meşə məhsullarına dair buraxılış orderləri vergi əməkdaşlarına təqdim olunarkən onlar bu sənədlər əsasında malların qiymətini hesablamaqdan imtina etmişlər və bildirmişlər ki biz bu malları öz metodumuzla hesablayacıq və əlavə məsuliyyət yaratmaq üçün qiymətləri şişirdilmiş qaydada hesablamışlar. Ona görə də hesab edir ki, həmin qərar əsassızdır.
3. Məhkəmənin hazırki iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X24 üzrə Baş İdarəsinə qarşı «Dövlət Vergi Xidmətinin Bakı şəhəri X24 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.20210-ci il tarixli **********9311 saylı, xx.xx.2021-ci il tarixli **********9384 saylı və xx.xx.2021-ci il tarixli **********9462 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarlarının ləğvi” tələbindən İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X24 üzrə Baş İdarəsinə qarşı “Dövlət Vergi Xidmətinin Bakı şəhəri X24 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********9384 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğvi” üzrə icraat və xx.xx.2021-ci il tarixli **********9462 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğvi” üzrə icraat ayrılmışdır.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X24 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********7430 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2021-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Binəqədi şossesi, “Zəngəzur” şadlıq evinin arxasında yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10(oni) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 004054 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə dair aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsini qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş idarə tərəfindən xx.xx.2021-ci il tarixli **********9384 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul olunaraq vergi ödəyicisinə 20000 (iyirmi min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamənin vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 14:56:39-da oxunduğu müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, işçilərin sayı aktda 11 nəfər, qərarda isə 10 nəfər göstərilmişdir. Halbuki onların sayı 9 nəfər olmuşdur. 1 nəfər yanıma gələn dostum olmuş və məni əlavə məsuliyyətə cəlb etmək üçün fiziki şəxslərin sayı artırılmışdır. İddia ərizəsində göstərilənin əksinə iddiaçı xx.xx.2021-ci il tarixli öz etirafedici izahatında qeyd etmişdir ki, obyektdə tərəfindən işə götürülən 10 nəfər işçi işləyir və onlarla əmək və ya xidməti müqavilə bağlanılmamışdır. Həmçinin onlarla qısa zamanda əmək müqaviləsinin bağlanılmasının təmin ediləcəyi bildirilmişdir. İddiaçı daha sonra izahatda qeyd etmişdir ki, 7 nəfər şəxslə əmək müqaviləsi bağlanmayıb, 3 nəfər şəxs (X22, X16, X6) isə onun yanına gəlmişdilər. Göründüyü kimi şəxsin iddia ərizəsi ilə izahatı arasında ziddiyyət yaranmışdır. Bu hal bir daha göstərir ki, iddiaçı dürüst olmayan məlumatlar verməklə məhkəmənin ədalətli araşdırmasına maneə yaratmağa çalışmaqdadır. İddiaçının ərizəsində qeyd etdiyi işçilərin sayının aktda 11 nəfər, qərarda 10 nəfər göstərilməsi ilə bağlı fikri isə tamamilə əsassızdır. Həm xx.xx.2021-ci il tarixli DVX seriyalı 004054 nömrəli aktda, həm də xx.xx.2021-ci il tarixli **********9384 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarda əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə cəlb olunan işçilərin sayı 10 (on) nəfər qeyd edilmişdir. X3 xx.xx.2021-ci il tarixli etirafedici izahatında İddiaçı tərəfindən 1 aydır ki, işə götürüldüyünü, maşın sürücüsü kimi daşıma xidməti göstərdiyini və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X4 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixindən etibarən İddiaçı tərəfindən boyaçı vəzifəsinə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X11 xx.xx.2021-ci il tarixli etirafedici izahatında 1 gündür ki, İddiaçı tərəfindən işə götürüldüyünü və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X2 xx.xx.2021-ci il tarixli etirafedici izahatında 2 gündür ki, İddiaçı tərəfindən fəhlə vəzifəsinə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X1 xx.xx.2021-ci il tarixli etirafedici izahatında İddiaçı tərəfindən 7 gün əvvəl işə götürüldüyünü və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. Digər 4 nəfər işçi oxşar məzmunlu izahat verərək onlarla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, 1 nəfər (X22) heç bir əsas göstərmədən izahat verməkdən imtina etmişdir. Bildirilmişdir ki, ƏƏSMN-nin bildiriş bazasından alınmış məlumata əsasən İddiaçı ilə izahat verməkdən imtina etmiş X10 xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində, X7 ilə xx.xx.2020-xx.xx.2021-ci il tarixlərində əmək müqaviləsi olmuşdur. Operativ vergi nəzarətinin keçirilməsindən sonra İddiaçı xx.xx.2021-ci il tarixində X14, X17 ilə, xx.xx.2021-ci il tarixində isə X8 ilə əmək müqaviləsi bağlamışdır. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti zamanı həyata keçirilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
5. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********9384 nömrəli qərarına əsasən fərdi sahibkar İddiaçı (VÖEN: **********) Bakı şəhəri X24 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********7430 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən vergi ödəyicisi barəsində operativ vergi nəzarəti tədbiri təyin olunmuş, vergi ödəyicisinin iştirakı ilə, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Binəqədi şossesi, “Zəngəzur” şadlıq evinin arxasında yerləşən mebel sexində keçirilən operativ vergi nəzarət tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 (on) nəfər fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək nəticəsi xx.xx.2021-ci il tarixli DVX seriyalı 004054 nömrəli aktla rəsmiləşdirilmiş və akt vergi ödəyicisi tərəfindən imzalanmışdır. Vergi ödəyicisi tərəfindən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş 9 (doqquz) nəfərin yazılı izahatları alınmış, həmin şəxslər öz izahatlarında əmək müqaviləsi və ya xidmət müqaviləsi bağlanılmadığını etiraf etmişlər. 1 (bir) nəfər fiziki şəxs heç bir əsaslı səbəb göstərmədən izahat verməkdən imtina etmişdir. Vergi Məcəlləsinin 58.10-cu maddəsində və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmuşdur. İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 20000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir.
6. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında 25 fevral 2022-ci il tarixli qərarın 2-ci bəndinə əsasən, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı məxsus olan sexdə 08 sentyabr 2021-ci il tarixdə aparılmış vergi yoxlaması zamanı aşkar olunanlarla bağlı Azərbaycan Respublikas CM-in 162-1-ci və 213-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətləri müəyyən olunmadığından həmin xüsusatlarla bağlı Azərbaycan Respublikası CM-in 39.1.2-ci maddəsinə əsasən, İddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda qeyd edilir: “Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus sexdə aparılmış vergi yoxlaması zamanı tərtib edilmiş aktda həmin sexdə 10 nəfər şəxsin əmək müqaviləsi olmadan işləmələri qeyd olunsa da, həmin xüsusatla bağlı faktiki olaraq Dövlət Vergi Xidməti əməkdaşları tərəfindən 9 nəfərin izahatı alınmış və izahatı alınmış şəxslərdən biri (Məzahir Əliyev) verdiyi izahatında İddiaçı sexində işləmədiyini, özünün fərdi əmək fəaliyyəti ilə məşğul olduğunu göstərmişdir. Qeyd olunan xüsusat istintaq zamanı yoxlanılarkən alınmış şahid ifadələri Dövlət Vergi Xidməti əməkdaşları tərəfindən tərtib edilmiş 08 sentyabr 2021-ci il tarixli DVX seriyalı 004054 nömrəli aktda qeyd olunmuş 10 nəfər şəxsdən 4-nün (Qasım Babayev, Məzahir Əliyev, Toğrul Əliyev və İbrahim Əhmədov) İddiaçı sexində işləmədikləri tam şəkildə təsdiqini tapmışdır.”
7. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçı, onun nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, qeyd edilən şəxslərlə əmək münasibəti olmayıb. Müxtəlif səbəblərdən həmin vaxt sexdə olublar. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarda qeyd edilən hallar araşdırılmı və qiymət verilmişdir.
8. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
9. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərarlar inzibati aktdır.
11. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.
13. Mübahisələndirilən qərar (inzibati akt) iddiaçıya münasibətdə hüquqi nəticə yaradır, iddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
14. Vergi Məcəlləsindən: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
15. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən, AZ1054, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Binəqədi şossesi, Zəngəzurun arxasındakı fəaliyyət növü taxta-şalbanın kəsilməsi və yonulması, oduncağın hopdurulması olan VÖEN:********** üzrə İddiaçı məxsus dülgər sexində cavabdeh tərəfindən operativ vergi nəzarətinin təyinatı üçün əsas olaraq Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qeyd edilən məlumat qismində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Dövlət Vergi Xidmətinə göndərilən müraciət olmuşdur. Həmin müraciət iş materiallarına əlavə olunmuşdur. Odur ki, məhkəmə operativ vergi nəzarətinin təyin edilməsi zamanı vergi orqanı tərəfindən hüquqlarından sui-istifadə halını müəyyən etmir.
16. İddiaçıya aid sexdə aparılmış vergi yoxlaması zamanı tərtib edilmiş aktda həmin sexdə 10 nəfər şəxsin əmək müqaviləsi olmadan işləmələri qeyd olunsa da, həmin xüsusatla bağlı faktiki olaraq Dövlət Vergi Xidməti əməkdaşları tərəfindən 9 nəfərin izahatı alınmışdır.
17. Məhkəmə qeyd edir ki, həmin izahatların hər birində izahat verən şəxslər iddiaçı ilə əmək münasibətlərində olmasını təsdiq etmişlər: -X16 verdiyi izahatında bir aydır ki, dülgər sexində sürücü olaraq işlədiyini, iş vaxtının Qalid müəllimin sifarişi əsasında olduğunu, hər daşıma üzrə 10 manat haqq aldığını; -X6 verdiyi izahatında yeddi gün əvvəl iddiaçı tərəfindən şkurka edən (izahatında şikulkaçı qeyd olunub) vəzifəsinə təyin olunduğunu, iş vaxtının qeyri-müntəzəm olduğunu, həftənin bir neçə günü işdə olduğunu, əmək haqqının gündəlik 10 AZN təşkil etiyini, əmək haqqını nağd şəkildə İddiaçı aldığını, həftədə iki gün işlədiyini; -X17 verdiyi izahatında İddiaçı tərəfindən dülgər sexinə xx.xx.2021-ci il tarixdən boyaçı vəzifəsinə təyin edildiyini, iş vaxtının saat 11:00-dan 14:00-adək, həftənin 3 günü olduğunu, əmək haqqını 15 manat nağd şəkildə aldığını; -X25 verdiyi izahatında İddiaçı tərəfindən bir gündür şkurka edən (izahatında şkulkaçı qeyd olunub) vəzifəsinə götürüldüyünü, iş vaxtının saat 09:00-dan 18:00-adək olduğunu, əmək haqqının gündəlik 15 manat nağd şəkildə Qalid müəllim tərəfindən verildiyini; -X13 verdiyi izahatında 2 gündür ki, fəhlə vəzifəsinə işə götürüldüyünü, iş vaxtının 10:00dan 18:00-a qədər, əmək haqqının gündəlik 10 manat nağd şəkildə Qalid müəllimdən aldığını; - X14 verdiyi izahatında İddiaçı tərəfindən 5 gün əvvəl usta vəzifəsinə götürüldüyünü, iş vaxtının saat 10:00-dan 18:00-a qədər oluğunu, əmək haqqının aylıq 400 manat olduğunu, nağd şəkildə Qalid müəllimdən aldığını; - X8 verdiyi izahatında on dörd gün olar ki, İddiaçı məxsus mebel sexində xadimə vəzifəsinə işə qəbul ediliyini, həftədə üç gün olmaqla səhər saat 10:00-dan axşam saat 18:00-adək, əmək haqqının həftəlik 10 manat olmaqla Qalid müəllimdəm nağd qaydada aldığını; -X9 verdiyi izahatında xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən dülgər vəzifəsinə təyin olunduğunu, iş vaxtının 09:00-dan 18:00-adək müəyyən edildiyini, əmək haqqının gündəlik 5 AZN olduğunu, əmək haqqının nağd şəkildə Tural müəllimdən aldığını; - X18 verdiyi izahatında dülgər sexində taxta skurkaçısı vəzifəsində İddiaçı tərəfindən işə götürüldüyünü, iş saatının səhər saat 09:00-dan axşam saat 17:00-dək oluğunu, əmək haqqının gündəlik olaraq 20 manat təşkil etdiyini və İddiaçı tərəfindən verildiyini bildirmişlər.
18. Cavabdeh tərəfindən təqdim edilən yoxlama materiallarındakı qeyd edilən izahatlar işəgötürən qismində iddiaçı ilə işçilər arasında əmək münasibətlərinin olması qənaətinə gəlmək üçün yetərlidir. Belə ki, həmin izahatlarda şəxslərin nə vaxtdan işə başladıqları, iş saatları, əmək haqları barədə məlumatlar ətraflı şəkildə qeyd edilmişdir. Qeyd edilən şəxslərin təsadüfi şəxslərin olmadığı, cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının əmək müqaviləsi bildirişləri barədə məlumatına əsasən bəziləri ilə əvvəllər də əmək münasibətləri olduğu, bəziləri ilə sonradan əmək müqaviləsi bağlandığı müəyyən edilir. Məsələn, izahatı alınan X13 ilə xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış, xx.xx.2021-ci il tarixdə ləğv edilmiş, X8 ilə xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış, X14 ilə xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış, xx.xx.2021-ci il tarixdə ləğv edilmiş, X17 ilə xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış, xx.xx.2021-ci il tarixdə ləğv edilmiş, X6 ilə xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir.
19. İddiaçının həmin şəxslərin təsadüfən həmin vaxt onun yanına gəlmələrinə dair dəlili həmin şəxslərin qeyd edilən vaxt verdikləri izahatları ilə təkzib olunmuşdur. Məhkəmə qeyd edir ki, dərhal, yerində verilən izahatlar gözlənilməzdir, bu səbəbdən də mövcud halı təhrif edilmiş şəkildə təqdim etmə ehtimalı ağlabatan deyil. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı əldə edilmiş sübutların etibarlılığı məhkəmədə şübhə yaratmır. Həmin izahatların zor tətbiqi, hədə-qorxu ilə alındığı hər hansı şəkildə öz təsdiqini tapmır.
20. İddiaçı tərəfindən təqdim edilmiş cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarla bağlı məhkəmə qeyd edir ki, İPM-in 58.8-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, İPM-ə əsasən istintaq orqanının deyil, məhkəmənin cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
21. Qeyd edilən mövqe Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun 25 mart 2004-cü il tarixli qərarında da ifadə edilib. Həmin qərardan: ...İbtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən mülki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir.
22. Aktda adı qeyd olunan, lakin vergi yoxlaması zamanı izahatı alınmayan X15 münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının əmək müqaviləsi bildirişləri barədə məlumatda qeyd edilən adda şəxslə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək müqaviləsi olduğu müəyyən edilir, lakin həmin vaxtda onun sexdə olması özlüyündə iddiaçı ilə əmək münasibətləri olduğu qənaətinə gəlməyə əsas vermir. Həmin şəxsin izahat verməkdən imtinasına dair cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, izahatı alınmış 9 şəxsdən heç biri orada Qasım adlı şəxsin işləməsi barədə məlumat qeyd etməmişlər. İddiaçının X22 ilə qeyd edilən vaxtda faktiki olaraq əmək münasibətlərində olması halı cavabdeh qurum tərəfindən sübut edilməmişdir. Odur ki, məhkəmə qeyd edilən hissədə mübahisələndirilən qərarın əsaslılığına tənqidi yanaşır və hesab edir ki, cavabdeh həmin hissədə qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.
23. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
24. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
25. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
26. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
27. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X24 üzrə Baş İdarəsininin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********9384 nömrəli qərarı İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 (bir) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva