Məhkəmə qərarları › İş №2-1(112)-332/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-332/2024

04.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-332/2024 04.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndələri X4 və Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi:

1. İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən növbədənkənar səyyar vergi yoxlaması əsasında “X3” MMC barəsində tərtib edilmiş **********147925 saylı səyyar vergi yoxlaması aktının ləğv edilməsini xahiş etmişdir.

2. xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən "X5" MMC barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********160037 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi qərarının ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-10784/2022 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, iddia tələbi “xx.xx.2022-ci il tarixli №**********160037 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi qərarının ləğv edilməsi” kimi göstərilmişdir.

4. İddia tələbi bununla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2021 tarixli, № **********147879 qərarla müəssisədə "X5" MMC-də (VÖEN **********) növbədənkənar səyyar vergi yoxlaması başlanmış, yoxlama xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan fəaliyyət dövrünü əhatə etmiş və xx.xx.2022-ci il tarixdə yekunlaşaraq **********147925 saylı səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Səyyar vergi yoxlaması aktına əsasən müəssisə tərəfindən guya yoxlama dövrü üzrə 334000 (üç yüz otuz dörd min) manat məbləğdə vergidən yayındırılmış məbləğ müəyyən edilmişdir. Sözügedən yoxlama aktı tamamilə əsassız və qanunsuz olaraq tərtib edilmişdir. Belə ki, qeyd olunan növbədən kənar vergi yoxlaması zamanı yoxlama dövrü üzrə ödənilməmiş vergilərin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə qaydalara əsasən hesablanmışdır. Qeyd edilən qaydalara əsasən mənfəətin hesablanması yalnız o halda həmin qaydalara uyğun aparıla bilər ki, vergi ödəyicisinin gəlirini müəyyən etmək mümkünsüz olsun. Lakin yoxlama zamanı iddiaçı tərəfindən vergi orqanına müəssisənin yoxlama dövrünə aid mənfəətinin müəyyən edilməsi üçün bütün sənədlər təqdim edilmiş və həmin sənədlərə əsasən müəssisənin mənfəətinin hesablanması mümkün olsa da, vergi orqanı əsassız olaraq Vergi Məcəlləsinin 83.9-cu maddəsini tətbiq eməklə mənfəətin hesablanmasını yuxarıda qeyd edilən qaydalara uyğun aparmışdır.

5. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında bildirmişdir ki, əvvəla, vergi ödəyicisi ilkin olaraq inzibati akt hesab olunmayan səyyar vergi yoxlaması aktını mübahisələndirmiş və bununla əlaqədar cavabdeh Baş İdarə tərəfindən iddianın mümkün sayılmaması barədə vəsatət təqdim olunmuşdur. Etiraza əlavə edilmiş “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”dan görünür ki, cavabdeh vergi ödəyicisinə elektron kabinet vasitəsilə göndərilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" xx.xx.2022-ci il tarixli **********160037 saylı qərar xx.xx.2022-ci il tarixdə oxunaraq əldə olunmuşdur. Buna baxmayaraq, cavabdeh tərəfindən əsassız olaraq ilkin iddianın verilməsindən 3 aya yaxın müddət sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, həmin məsuliyyət qərarı mübahisələndirilmişdir. Həmçinin iddia ərizəsində qeyd edilənlərlə bağlı aşağıdakıları qeyd edilməsi zəruri hesab olunur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********147879 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı MMCdə (VÖEN **********) Vergi Məcəlləsinin 38.3.5-cı maddəsinə əsasən səyyar vergi yoxlaması (yoxlanılan dövr: iyul 2018 - aprel 2021) təyin edilmiş, yoxlamaya xx.xx.2021-ci il tarixdə başlanılmış və yoxlama xx.xx.2022-ci il tarixdə başa çatdırılmışdır. Aparılan səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2022-ci il tarixli **********147925 nömrəli aktla rəsmiləşdirilmişdir. Akta uyğun olaraq, "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmişdir.

6. İddiaçının nümayəndəsi məhkəməyə prosessual müddətin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə təqdim etmiş, ərizədə “X5'' MMC-nin xx.xx.2022-ci il tarixdə vəkillə müqavilə bağladığı və həmin tarixdə də məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verildiyi bildirilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-10784/2022 nömrəli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş, iddia mümkün sayılmamışdır.

8. Sözügedən qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti baxılması üçün işlə birlikdə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-968/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin olunmuş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-10784/2022 nömrəli qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. 10.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. 11.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək onun rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

12. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

13. Belə ki, iş materiallarında olan səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********147879 nömrəli qərardan görünür ki, "X5” Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə iyul 2018-aprel 2021 vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi qərara alınmışdır.

14. xx.xx.2021-ci il tarixli, KY211588881 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yuxarıda qeyd edilən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə məlumat xx.xx.2021-ci il tarixdə reyestrə daxil edilmiş, yoxlamanın təyin edilməsi üçün əsas kimi vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi, Vergi Məcəlləsi, maddə 38.3.5, yoxlanılan dövr xx.xx.2018-xx.xx.2021-ci il göstərilmişdir.

15. xx.xx.2022-ci il tarixli, **********147925 nöməli səyyar vergi yoxlaması aktından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********147879 saylı qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi Auditi İdarəsinin Ticarət sahəsi üzrə şöbəsinin baş dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X2 tərəfindən İddiaçı üzrə siyahısı verilən tədiyyə və dövrlərdə Vergilər Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Akta əsasən: 1.1. Yoxlama xx.xx.2021-ci il tarixdə başlamış, xx.xx.2022-ci il tarixdə başa çatdırılmışdır. -1.9.1. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2021-ci il tarixli **********148446 nömrəli Tələbnamə verilmiş, müəssisə tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə vergilərin hesablanması ilə bağlı olan ilkin mühasibat sənədləri yoxlamaya qismən təqdim olunmuşdur. lakin vergi ödəyicisi yoxlanılan dövr üzrə Tələbnamədə göstərilən sənədlərdən heç birini yoxlamaya təqdim etməmiş və Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən Sənədlərin təqdim olunmasından imtina barədə xx.xx.2020-ci il tarixli akt tərtib olunmuşdur. -1.9.2. Vergi ödəyicisinin əmlakının inventarizasiyası keçirilməmişdir. - 1.9.4. Ekspertiza aparılmadı. - 1.9.5. Mütəxəssis dəvət edilmədi. - 1.11. Müəssisədə gəlir və xərclərin uçotu 2019-cu il üzrə hesablama, 2020-ci il üzrə isə kassa metoduna görə formalaşmışdır. Maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən hesabatlar yoxlama gününədək müəssisə tərəfindən vergi orqanına təqdim edilmişdir.

16. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********160037 nömrəli qərarından görünür ki, İddiaçı tərəfindən vergilərin cəmi 201.017,89 manat azaldılması, 9577,54 manat artıq hesablanması müəyyən edilmiş, 143142.4 manat maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. Qərar bununla əsaslandırılmışdır ki: Mənfəət vergisi üzrə: Səyyar vergi yoxlaması ilə vergi ödəyicisinin 2019 və 2020-ci illərin mənfəət vergisi yoxlanılmışdır. Yoxlama zamanı mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləği ilə müqayisə edilərkən mənfəət vergisinin ümüumilikdə 43244.79 manat məbləğində azaldılması müəyyən olunmuşdur. Azaldılmanın səbəbi yoxlama zamanı müəssisə tərəfindən malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ümumi gəliri 1549351.50 manat müəyyən olunmuşdur. Lakin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərclərin təsdiqedici sənədləri yoxlamaya tani təqdim edilmədiyindən müəssisənin əldə etdiyi mənfəətini birbaşa müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən 2019-cu və 2020-ci illlərüzrə vergiyə cəlb edilən mənfəəti Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı və xx.xx.2003-cü il tarixli 42 saylı Qərarlarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək, vergi ödəyicisinin özünün ödədiyi vergi nəzərə alınmaqla, 2019-cu il üzrə 31815,57 manat (39154,50-7338,93) və 2020-ci il üzrə 11429,22 manat (12490,55- 1061,33) mənfəət vergisi üzrə əlavə hesablama aparılmışdır. Beləliklə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ümumilkdə 43244.79 manat azaldılmasına görə azaldılmış məbləğin 50%-i həcmində, yəni 21622.40 manat maliyyə sanksiyası tətbiq edilsin. X8 üzrə: Vergi orqanına təqdim edilmiş bəyannamələrə əsasən müəssisə tərəfindən yoxlanılan dövr üçün ümumilikdə büdcəyə 110872,85 manat ƏDV hesablanmışdır. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən X8nin 8208,99 manat azaldılması müəyyən olunmuşdur. Azaldılmanın səbəbi müəssisə tərəfindən Vergi Məcəlləsinin 166-ci maddəsinin tələbləri pozularaq vergi tutulan əməliyyatların aparıldığ vaxt düzgün müəyyən edilməməsi olmuşdur. Bundan əlavə 2020-ci ilin mart ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin “Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış elektron qaiməfakturalara görə nağdsız qaydada ödənilmiş məbləğ” sətrində 11092,44 manat göstərilməsinə baxmayaraq, əldə edilmiş elektron qaimə-fakturaları və bu fakturalar üzrə aparılmış ödənişlər barədə məlumatlar vergi ödəyicisi tərəfindən təqdim edilmədiyi üçün kameral vergi yoxlaması ilə büdcəyə 1733,40 manat ƏDV hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən əvəzləşdirilməyə təqdim edilmiş elektron qaimə-fakturalar üzrə bank hesabından 3894,74 manat və ƏDV-nin sub-uçot hesabından 701,05 manat Ödənilmiş məbləğlərin nəzərə alınmadığı müəyyən olunmuşdur. Səyyar vergi yoxlaması ilə həmin məbləğlər aidiyyatı bəyannamədə bərpa edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayri-ayn aylar üzrə azaldılmasına görə azaldılmış məbləğin 50%-i həcmində, yəni 8893,22 manat (17786,43 x 50%) maliyyə sanksiyası tətbiq edilsin. Eyni zamanda bank məlumatlarına əsasən yoxlama zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən yoxlamanın əhatə etdiyi dövrdə bank hesabından nağd qaydada vəsaitlər çıxarılmışdır. Yoxlama ilə həmin məbləğlər fiziki şəxslərin gəliri kimi nəzərə alınaraq, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.01.1-ci maddəsinə əsasən 31385,99 manat məbləğində “X8” bəyannaməsi tərkibində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Yoxlama ilə azaldılmış 31385,99 manat aidiyyatı bəyannamələr üzrə bərpa edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə azaldılmış məbləğin 50%-i həcmində, yəni 15693,0 manat (31385,99 x 50%) maliyyə sanksiyası tətbiq edilsin. Sadələşdirilmiş vergi üzrə: Yoxlama zamnı vergi ödəyicisi tərəfindən sadələşdirilmiş verginin 161,09 manat azaldılmasına yol verildiyi müəyyən edilmişdir.Azalmanın səbəbi, Б-Qaimə faktura məlumatlarına əsasən təqdim olunmuş mallara (işlərə, xidmətlərə) görə hesablanmış vergi məbləğinin az göstərilməsi olmuşdur. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 161,09 manat azaldılmasına görə azaldılmış məbləğin 50%-i həcmində, yəni 80,55 manat (161,09 * 50%) maliyyə sanksiyası tətbiq edilsin. Bundan əlavə bank məlumatlarına əsasən yoxlama zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən yoxlamanın əhatə etdiyi dövrdə bank hesabından nağd qaydada vəsaitlər çıxarılmışdır. Yoxlama ilə həmin vəsaitlər fiziki şəxslərin gəliri kimi nəzərə alınaraq, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən 9376,05 manat məbləğində “Sadələşdirilmiş vergi” bəyannaməsi tərkibində olan muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi hesablandı. Yoxlama ilə azaldılmış 9376,05 manat aidiyyatı bəyannamələr üzrə bərpa edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə azaldılmış məbləğin 50%-i həcmində, yəni 4688,03 manat (9376,05 x 50%) maliyyə sanksiyası tətbiq edilsin. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqları üzrə: Bank məlumatlarına əsasən yoxlama zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən bank hesabından nağd qaydada çıxarılmış vəsaitlər müəssisənin rəhbərliyi tərəfindən müəyyən olunmamış xərclərə istifadə edilmişdir. Yoxlama ilə həmin vəsaitlər fiziki şəxslərin gəliri kimi nəzərə alınaraq, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.1-ci va həmin Məcəllənin 1,4cü maddələrinə əsasən 9366,31 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqlan hesablandı. Yoxlama ilə azaldılmış 9366,31 manat aidiyyatı bəyannamələr üzrə bərpa edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə azaldılmış məbləğin 50%-i həcmində, yəni 4683,16 manat (9366,31 x 50%) maliyyə sanksiyası tətbiq edilsin. “İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər” üzrə: Bank məlumatlarına əsasən yoxlama zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən bank hesabından nağd qaydada çıxarılmış vəsaitlər müəssisənin rəhbərliyi tərəfindən müəyyən olunmamış xərclərə istifadə edilmişdir. Yoxlama ilə həmin vəsaitlər fiziki şəxslərin gəliri kimi nəzərə alınaraq, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən 44129,52 manat məcburi dövlət sosial sğorta haqqı hesablandı. Yoxlama ilə azaldılmış 44129,52 manat sığorta haqqı aidiyyatı bəyannamə üzrə bərpa edilmişdir. Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən azaldılmış məbləğin 50 % miqdarında, yəni 22064,76 manat maliyyə sanksiyası tətbiq edilsin. “Muzdla işləyənləri işə götürən sığortaedənlər” üzrə: Bank məlumatlarına əsasən yoxlama zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən bank hesabından nağd qaydada çıxarılmış vəsaitlər müəssisənin rəhbərliyi tərəfindən müəyyən olunmamış xərclərə istifadə edilmişdir. Yoxlama ilə həmin vəsaitlər fiziki şəxslərin gəliri kimi nəzərə ahnaraq, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən 42117,89 manat məcburi dövlət sosial sığorta haqqı hesablandı. Yoxlama ilə azaldılmış 42117,89 manat sığorta haqqı aidiyyatı bəyannamə üzrə bərpa edilmişdir. Vergi Məcəlləsinin 58,1 maddəsinə əsasən azaldılmış məbləğin 50 % miqdarında, yəni 21058,95 manat maliyyə sanksiyasının tətbiq edilsin. “İşsizlikdən sğorta haqqı üzrə: Yoxlama zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən bank hesabından nağd qaydada çıxarılmış vəsaitlər müəssisənin rəhbərliyi tərəfindən müəyyən olunmamış xərclərə istifadə edilmişdir. Yoxlama ilə həmin vəsaitlər fiziki şəxslərin gəliri kimi nəzərə ahnaraq, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən 1765,14 manat işsizlikdən sğorta haqqı hesablandı. Yoxlama ilə azaldılmış 1765,14 manat sğorta haqqı aidiyyatı bəyannamə üzrə bərpa edilmişdir. Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən azaldılmış məbləğin 50 % miqdarında, yəni 882,57 manat maliyyə sanksiyası tətbiq edilsin. “Muzdla işləyənləri işə götürən sğortaedənlər (işsizlik)” üzrə sığorta haqqı: Bank məlumatlarına əsasən yoxlama zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən bank hesabından nağd qaydada çıxarılmış vəsaitlər müəssisənin rəhbərliyi tərəfindən müəyyən olunmamış xərclərə istifadə edilmişdir. Yoxlama ilə həmin vəsaitlər fiziki şəxslərin gəliri kimi nəzərə alınaraq, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4cü maddəsinə əsasən 1684,68 manat işsizlikdən sğorta haqqı hesablandı. Yoxlama ilə azaldılmış 1684,68 manat sğorta haqqı aidiyyatı bəyannamə üzrə bərpa edilmişdir. Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən azaldılmış məbləğin 50 % miqdarında, yəni 842,34 manat maliyyə sanksiyası tətbiq edilsin. Eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6-ci maddəsinə əsasən vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 %-i miqdarında, yəni 13053,42 manat məbləğində maliyyə sanksiyası tətbiq edilsin. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə Qanun pozulmaqla aparılan əməliyyatın, yəni 295800,0 manat ümumi məbləğin təqvim ili ərzində belə hala birinci dəfə yol verildiyi üçün, məbləğin 10% miqdarında, yəni 29580,0 manat maliyyə sanksiyası tətbiq edilsin.

17. “Vergi borcunun, icbari tibbi sığorrta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********006200 saylı tələbnamədən görünür ki, İddiaçındən büdcəyə ödənilməli olan 334582.75 AZN məbləğində vəsaitin 5 gün müddətində yerli xəzinə orqanlarının hesabına ödənilməsi tələb olunmuşdur.

18. İddiaçı hazırda onun barəsində qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********160037 nömrəli qərarın ləğv edilməsini xahiş edir.

19. Məhkəmə hesab edir ki, aşağıdakılara görə iddia tələbi əsaslıdır.

20. 2019-cu ilin mənfəət vergisi üzrə Cavabdeh iddiaçıya 2019-cu il üzrə əlavə mənfəət vergisi hesablayarkən göstərmişdir ki, müəssisənin 2019-cu il üzrə təqdim etdiyi "Mənfəət vergisi” bəyannaməsində ümumi gəliri 1131862,22 manat göstərilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 329526,56 manat (yerli işçilər üzrə əmək haqı 329526,56 manat), sosial sığorta haqları 13330,24 manat, malın dəyəri 741.059,44 manat, icarə haqqı 5592,0 manat, bank xidməti üzrə xərclər 5659,31 manat, ümumilikdə gəlirdən çıxılan xərclər 1095167,55 manat təşkil etmişdir. Vergitutma məqsədləri üçün mənfəəti 36694,67 manat olmaqla 20% dərəcə ilə 7338,93 manat vergi məbləği hesablanmışdır. Yoxlama zamanı vergi orqanında olan uçot baza məlumatlarına, bank əməliyyatları barədə məlumatlara, vergilərin hesablanması üçün zəruri olan digər sənədlərə və yoxlanılan dövr ərzində vergi orqanlarına təqdim olunmuş "Mənfəət vergisi" bəyannaməsinin (2019-cu il) düzgünlüyü yoxlanıldı və yoxlamanın nəticəsi kimi verginin hesabatda-göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləği ilə müqayisə edilərkən mənfəət vergisi 31815,57 manat məbləğində azaldılmışdır. Belə ki, yoxlama zamanı müəssisə tərəfindən malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ümumi gəliri 2019-cu ildə 1174635,03 manat müəyyən olunmuşdur. Lakin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərclərin təsdiqedici sənədləri yoxlamaya tam təqdim edilmədiyindən müəssisənin əldə etdiyi mənfəətini birbaşa müəyyən etmək mümkün olmamışdır. Yoxlanılan dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 67.17-ci maddəsinə əsasən bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Bu səbəbdən 2019cu il üzrə vergiyə cəlb edilən mənfəəti Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9cu maddəsinə, larına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablandı: 2019-cu il üzrə: G 1174635,03 M = -------------------- x R = --------------------- x 20 = 195772,50 manat 100+R 100 + 20 Burada: M - mənfəət, G - gəlir, R - rentabellik 2019-cu il üçün hesablanmış 195772,50 manat mənfəətdən 20% dərəcə ilə 39154,50 manat mənfəət vergisi hesablandı. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 31815,57 manat (39154,50-7338,93) azaldılmasına görə azaldılmış məbləğin 50%-i həcmində, yəni 15907,79 manat (31815,57 x 50%) maliyyə sanksiyası tətbiq edilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıya 2019-cu il üzrə mənfəət vergisi hesablayarkən onun təqdim etdiyi xərc sənədlərinin tam təqdim edilməməsinə istinad edərək, Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən mənfəətini şərti rentabellik əsasında müəyyən etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, birincisi, Vergi Məcəlləsinin (bundan sonra – VM): - 67.1-ci maddəsinə görə Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. - səyyar vergi yoxlaması keçirilən dövrdə qüvvədə olan 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir. - səyyar vergi yoxlaması keçirilən dövrdə qüvvədə olan 67.3-cü maddəsinə əsasən vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. - 67.4-cü maddəsinə görə vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. - səyyar vergi yoxlaması keçirilən dövrdə qüvvədə olan 67.14-cü maddəsinə görə Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. - səyyar vergi yoxlaması keçirilən dövrdə qüvvədə olan 83.9-cu maddəyə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar (yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı və xx.xx.2003-cü il tarixli 42 saylı Qərarı) əsasında hesablanır. Göründüyü kimi, qanunverici VM-in 83.9-cu maddəsini yalnız vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı və ardıcıllığa uyğun olaraq 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda tətbiq edilməsini mümkün hesab etmiş, cavabdeh isə həmin maddənin tətbiqinin hansı əsasla mümkün olmamasını əsaslandırmadan birbaşa 83.9-cu maddəni tətbiq etmişdir. Cavabdeh etirazında məsələ ilə bağlı Vergi Məcəlləsinin 67.17-ci maddəsinə istinad etmişdir hansı ki, həmin normaya görə Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir Məhkəmə qeyd edir ki, həmin norma xx.xx.2021-ci il tarixli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun ilə vergi Məcəlləsinə əlavə edilmiş və xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş, lakin cavabdeh həmin normanı 2019-cu il üzrə vergi dövrünə tətbiq etmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. Bundan əlavə, cavabdeh səyyar vergi yoxlaması aktında gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərclərin təsdiqedici sənədləri yoxlamaya tam təqdim edilmədiyindən müəssisənin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığını bildirmiş, məhkəmə müəssisənin təqim etdiyi həmin sənədlərin xərc sənədləri kimi qəbul edilməsinin mümkünlüyünü müəyyən etmək üçün məhkəməyə təqdim edilməsi barədə cavabdehə sorğu vermişdir. Həmin sənədlər cavabdeh tərəfindən təqdim edilməmiş, məhkəmə iclasında cavabdehin nümayəndəsi sənədlərin başlanmış cinayət işi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə təqdim edildiyini bildirmişdir. Bununla bağlı aidiyyəti üzrə həmin idarəyə müvafiq sorğu göndərilmiş, həmin sorğu cavablandırılmadığından məhkəmə tərəfindən sübutların təmin edilməsi ilə bağlı qərardad qəbul edilmiş. lakin həmin qərardad da icrasız qalmışdır. Belə ki, işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********410100 nömrəli məktubunda göstərilmişdir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsində "X5" MMC-də (VÖEN: **********) xeyli miqdarda vergilərin, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin istintaqı aparılır. Azərbaycan Respublikası CPM-nin 199-201-ci maddələri ilə konfidensiallığının qorunması nəzərdə tutulan məlumatlar və sübutlar istisna olduğundan, bundan əlavə həmin sorğuda qeyd olunan məlumatların, həmçinin prosessual qərarların və ekspert rəylərinin göndərilməsi nəzərdə tutulmadığından, həmin sənədlərin göndərilməsi mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, VM-in 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmçinin VM-in 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: - 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; - 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya VM-in 83.9-cu maddəsini tətbiq etməsi, onun xərc sənədlərini tam təqdim etməməsi ilə bağlı olsa da, cavabdeh bu halı sübuta yetirə bilməmişdir. Belə ki, mümkündür ki, iddiaçının təqdim etdiyi xərc sənədləri onun xərcini müəyyən etmək, o cümlədən özü tərəfindən bəyan edilən xərc məbləğinin düzgün olduğunu demək üçün kifayət edirdi, lakin nə qədər ki, vergi orqanı həmin sənədləri nə məhkəməyə, nə də ekspertə təqdim etməmişdir, bu halın, eyni zamanda əksinin dəqiq müəyyən edilməsi mümkünsüzdür. Bu halı sübut etmək vergi orqanının vəzifəsi olduğundan və onun tərəfinən müvafiq sübutlar təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, qeyd olunan şübhələr vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Belə olan halda isə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya 2019-cu il üzrə 31815,57 manat əlavə mənfəət vergisi və onun 50%-i həcmində, yəni 15907,79 manat maliyyə sanksiyası tətbiq edilməsi qanunsuz olmuşdur.

21. 2020-ci il vergi dövrü üzrə mənfəət vergisi Cavabdeh iddiaçıya 2020-ci il üzrə əlavə mənfəət vergisi hesablayarkən göstərmişdir ki, Müəssisənin 2020-ci il üzrə təqdim etdiyi “Mənfəət vergisi” bəyannaməsində ümumi gəliri 446243,82 manat göstərilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 61356,19 manat (yerli işçilər üzrə əmək haqı 61356,19 manat), sosial sığorta haqları 11560,21 manat, malın dəyəri 318212,70 manat, icarə haqqı 9600,0 manat, rabitə xərcləri 1931,95 manat, bank xidməti üzrə xərclər 4286,0 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 1522,68 manat, amortizasiya ayırmaları 2808,75 manat, təmir xərcləri 3129,0 manat, nəqliyyat xərcləri 10319,75 manat, digər xərclər 240,0 manat, gəlirdən çıxılan vergilər və yığımlar (əmlak vergisi) 50,0 manat, ümumilikdə gəlirdən çıxılan xərclər 425017,23 manat olmaqla, vergitutma məqsədləri üçün mənfəəti 21226,59 manat təşkil etmişdir. Mənfəət üzrə azadolmalar və güzəştlər 15919,94 manat nəzərə alınmaqla, 5306,65 manat vergiyə cəlb olunan mənfəətdən 20% dərəcə ilə 1061,33 manat vergi məbləği hesablanmışdır. Yoxlama zamanı vergi orqanında olan uçot baza məlumatlarına, bank əməliyyatları barədə məlumatlara, vergilərin hesablanması üçün zəruri olan digər sənədlərə və yoxlanılan dövr ərzində vergi orqanlarına təqdim olunmuş "Mənfəət vergisi" bəyannaməsinin (2020-cı il) düzgünlüyü yoxlanıldı və yoxlamanın nəticəsi kimi verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləği ilə müqayisə edilərkən mənfəət vergisi 11429,22 manat məbləğində azaldılmışdır. Belə ki, yoxlama zamanı müəssisə tərəfindən malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ümumi gəliri 2020-cu ildə 374716,47 manat müəyyən olunmuşdur. Lakin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərclərin təsdiqedici sənədləri yoxlamaya tam təqdim edilmədiyindən müəssisənin əldə etdiyi mənfəətini birbaşa müəyyən etmək mümkün olmamışdır. Yoxlanılan dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 67.17-ci maddəsinə əsasən bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayn halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Bu səbəbdən 2020-ci il üzrə vergiyə cəlb edilən mənfəəti Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı və xx.xx.2003-cü il tarixli 42 saylı Qərarlarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablandı: 2020-ci il üzrə: G 374716,47 M = ------------------x R = ------------------------x 20 = 62452,75 manat 100+R 100 + 20 Burada: M - mənfəət, G - gəlir, R - rentabellik 2020-ci il üçün hesablanmış 62452,75 manat mənfəətdən 20% dərəcə ilə 12490,55 manat mənfəət vergisi hesablandı. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 11429,22 manat (12490,55-1061,33) azaldılmasına görə azaldılmış məbləğin 50%-i həcmində, yəni 5714,61 manat (11429,22 x 50%) maliyyə sanksiyası tətbiq edilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıya 2020-ci il üzrə mənfəət vergisi hesablayarkən 2019-cu ildə olduğu kimi onun təqdim etdiyi xərc sənədlərinin tam təqdim edilməməsinə istinad edərək, Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən mənfəətini şərti rentabellik əsasında müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya 2020-ci il üzrə mənfəət vergisi hesablayarkən 2019-cu il üzrə eyni qaydalara istinad etdiyindən hazırkı məhkəmə qərarının 20-ci bəndində 2019-cu il üzrə vergi hesablaması ilə bağlı qeyd olunanlar həmçinin 2020-ci il üzrə hesablanmış əlavə mənfəət vergisinə də şamil edilməlidir. Belə olan halda isə aydın olur ki, cavabdeh tərəfindən iddiaçıya 2019-cu il üzrə 11429,22 manat əlavə mənfəət vergisi və onun 50%-i həcmində, yəni 5714,61 manat maliyyə sanksiyası tətbiq edilməsi də qanunsuz olmuşdur.

22. Sadələşdirilmiş vergi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqları üzrə, işsizlikdən sığorta haqqı üzrə, muzdla işləyənləri işə götürən sığortaedənlər üzrə, muzdla işləyənləri işə götürən sığortaedənlər (işsizlik) üzrə Cavabdeh iddiaçıya sadələşdirilmiş vergi, işsizlikdən sığorta haqqı, muzdla işləyənləri işə götürən sığortaedənlər (işsizlik), muzdla işləyənləri işə götürən sığortaedənlər üzrə vergi hesablayarkən göstərmişdir ki, bank məlumatlarına əsasən yoxlama zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən yoxlamanın əhatə etdiyi dövrdə bank hesabından nağd qaydada çıxarılmış vəsaitlər müəssisənin rəhbərliyi tərəfindən müəyyən olunmamış xərclərə istifadə edilmişdir. Yoxlama ilə həmin vəsaitlər fiziki şəxslərin gəliri kimi nəzərə alınmışdır. Nəticədə: 1.Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən 9376,05 manat məbləğində “Sadələşdirilmiş vergi” bəyannaməsi tərkibində olan aşağıdakı müqayisəli cədvəldə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi hesablandı. Yoxlama ilə azaldılmış 9376,05 manat aidiyyəti bəyannamələr üzrə bərpa edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə azaldılmış məbləğin 50%-i həcmində, yəni 4688,03 manat (9376,05 x 50%) maliyyə sanksiyası tətbiq edilmişdir;

2. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.1-ci və həmin Məcəllənin 1.4-cü maddələrinə əsasən 9366,31 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqları hesablandı. Yoxlama ilə azaldılmış 9366,31 manat aidiyyəti bəyannamələr üzrə bərpa edilmişdir. Vergi Məcəlləsinin 58.1 - ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə azaldılmış məbləğin 50%-i həcmində, yəni 4683,16 manat (9366,31 x 50%) maliyyə sanksiyası tətbiq edilmişdir;

3. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən 1765,14 manat işsizlikdən sığorta haqqı hesablandı. Yoxlama ilə azaldılmış 1765,14 manat sığorta haqqı aidiyyatı bəyannamə üzrə bərpa edilmişdir. Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən azaldılmış məbləğin 50 % miqdarında, yəni 882,57 manat maliyyə sanksiyası tətbiq edilmişdir;

4. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən 44129,52 manat məcburi dövlət sosial sığorta haqqı hesablandı. Yoxlama ilə azaldılmış 44129,52 manat sığorta haqqı aidiyyatı bəyannamə üzrə bərpa edilmişdir. Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən azaldılmış məbləğin 50 % miqdarında, yəni 22064,76 manat maliyyə sanksiyası tətbiq edilmişdir;

5. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən 1684,68 manat işsizlikdən sığorta haqqı hesablandı. Yoxlama ilə azaldılmış 1684,68 manat sığorta haqqı aidiyyəti bəyannamə üzrə bərpa edilmişdir. Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən azaldılmış məbləğin 50 % miqdarında, yəni 842,34 manat maliyyə sanksiyası tətbiq edilmişdir;

6. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən 42117,89 manat məcburi dövlət sosial sığorta haqqı hesablandı. Yoxlama ilə azaldılmış 42117,89 manat sığorta haqqı aidiyyəti bəyannamə üzrə bərpa edilmişdir. Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən azaldılmış məbləğin 50 % miqdarında, yəni 21058,95 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya istinad edilən əlavə vergilərin hesablanmasına səbəb yoxlamanın əhatə etdiyi dövrdə iddiaçının bank hesabından nağd qaydada çıxarılmış vəsaitlərin müəssisənin rəhbərliyi tərəfindən müəyyən olunmamış xərclərə istifadə edilməsinə istinad edərək, həmin vəsaitləri fiziki şəxslərin gəliri kimi nəzərə alması olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, VM-in 13.2.34-cü maddəsinə görə muzdlu iş əmək qanunvericiliyinə uyğun olaraq müqavilə (kontrakt) əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəaliyyətidir. Muzdlu işləyən şəxs bu Məcəllənin məqsədləri üçün «işçi», bu cür fiziki şəxsin işçi kimi göstərdiyi xidmətlərin haqqını ödəyən şəxs «işəgötürən», bu cür haqq isə «əmək haqqı» adlandırılır. VM-in 95-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. Həmin məcəllənin 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir. Vergi Məcəlləsinin 97.1-ci maddəsinə görə rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. VM-in 97.3-cü maddəsinə əsasən gəlirlərə aiddir: 97.3.1. muzdlu işlə əlaqədar əldə edilən gəlir; 97.3.2. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; 97.3.3. vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər. VM-in 98.1-ci maddəsinə görə fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Eyni zamanda səyyar vergi yoxlaması keçirilən dövrdə qüvvədə olan VM-in 150.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar: 150.1.1. muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər. Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. İstinad olunan normalardan görünür ki, muzdlu işlə əlaqədar əldə edilən gəlir fiziki şəxsin işlədiyi müəssisə tərəfindən onun fəaliyyətinə görə ödənilən əmək haqqı, yaxud bü işdən işəgötürən tərəfindən ona verilən hər hansı bir ödəmədir. Bu ödəmə müəssisə tərəfindən ödənilən könüllü ödənc olub, ödəmə mənbəyində tutulan verginin vergitutma obyektidir. İşdən görünür ki, cavabdeh iddiaçı müəssisənin rəhbəri tərəfindən nağdlaşdırılmış vəsaiti onun gəliri kimi qiymətləndirərək yuxarıda istinad olunan vergiləri hesablasa da, həmin pul müəssisə tərəfindən onun rəhbərinə könüllü olaraq yerinə yetirdiyi işlərə görə ödənilmiş məbləğ olmamış, deməli cavabdeh həmin məbləği muzdlu işlə əlaqədar əldə edilən gəlirə aid etməkdə haqlı olmamışdır.

23. X8nə münasibətdə Cavabdeh iddiaçıya X8 hesablayarkən göstərmişdir ki, Müəssisə Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni Vergilər İdarəsinə təqdim etmiş və **********5 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişini almış və bildiriş xx.xx.2019-cu il tarixdən qüvvəyə minmişdir. Yoxlanılan dövrdə müəssisə X8nin ödəyicisi olmuşdur. Cədvəl məlumatlarından göründüyü kimi, Vergi orqanına təqdim edilmiş bəyannamələrə əsasən müəssisə tərəfindən yoxlanılan dövr üçün ümumilikdə büdcəyə 110872,85 manat ƏDV hesablanmışdır. Yoxlama zamanı Vergi Məcəlləsinin 166cı maddəsinə əsasən xx.xx.2018-cı il tarixdən xx.xx.2021-cı il tarixədək olan dövr üzrə vergi orqanına təqdim olunmuş “X8’’ bəyannamələrinin düzgünlüyü yoxlanıldı və verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləği ilə müqayisə edilərkən büdcəyə 119081,84 manat hesablanaraq, nəticədə 8208,99 manat kənarlaşma aşkar edildi. Belə ki, kənarlaşmanın səbəbi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə müəssisə “X7” MMC-yə elektron qaimə-fakturalarla mal təqdim etdiyi və müəssisənin bank hesabına 185770,0 manat mədaxil olunduğu, ƏDV-nin subuçot hesabına 33438,60 manat ƏDV məbləğinin ödənildiyi, bu məbləğdən (xx.xx.2020-ci il tarixdə bankda olan hesablaşma hesabına ödənilən) 48810,0 manat (ƏDV-si 8785,80 manat) məbləğin 2020-ci ilin may ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində daxil olmuş məbləğ olaraq bəyan edilmədiyi və müəssisə tərəfindən vergi tutulan əməliyyatların aparıldığı vaxt düzgün müəyyən edilməməsi olmuşdur. Bundan əlavə 2020-ci ilin mart ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin “Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalara görə nağdsız qaydada ödənilmiş məbləğ" sətrində 11092,44 manat göstərilməsinə baxmayaraq, əldə edilmiş elektron qaimə-fakturaları və bu fakturalar üzrə aparılmış ödənişlər barədə məlumatlar vergi ödəyicisi tərəfindən təqdim edilmədiyi üçün kameral vergi yoxlaması ilə büdcəyə 1733,40 manat ƏDV hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən əvəzləşdirilməyə təqdim edilmiş elektron qaimə-fakturalar üzrə bank hesabından 3894,74 manat və ƏDV-nin sub- uçot hesabından 701,05 manat ödənilmiş məbləğlərin nəzərə alınmadığı müəyyən olunmuşdur. Səyyar vergi yoxlaması ilə həmin məbləğlər aidiyyəti bəyannamədə bərpa edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə azaldılmasına görə azaldılmış məbləğin 50%-i həcmində, yəni 8893,22 manat (17786,43 x 50%) maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda bank məlumatlarına əsasən yoxlama zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən yoxlamanın əhatə etdiyi dövrdə bank hesabından nağd qaydada çıxarılmış vəsaitlər müəssisənin rəhbərliyi tərəfindən müəyyən olunmamış xərclərə istifadə edilmişdir. Yoxlama ilə həmin vəsaitlər fiziki şəxslərin gəliri kimi nəzərə alınaraq, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən 31385,99 manat məbləğində “X8” bəyannaməsi tərkibində olan aşağıdakı müqayisəli cədvəldə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi hesablandı. Yoxlama ilə azaldılmış 31385,99 manat aidiyyəti bəyannamələr üzrə bərpa edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə azaldılmış məbləğin 50%-i həcmində, yəni 15693,0 manat (31385,99 x 50%) maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə cavabdehin bu hesablaması ilə bağlı qeyd edir ki, iddiaçının vergi öhdəliyinin müəyyən edilməsi ilə bağlı iş üzrə xx.xx.2023-cü il tarixli qərardad ilə məhkəmə mühasibatlıq eksertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1.İş materiallarında olan sənədlər əsasında İddiaçı 2018, 2019, 2020 və 2021-ci ilin birinci rübü üzrə üzrə malların (iş və xidmətlərin) təqdim edilməsindən əldə olunan gəliri və gəlirdən çıxılan xərcləri nə qədər olmuşdur (hər bir il üzrə ayrılıqda göstərilməklə)?

2. İş materiallarında olan sənədlər əsasında İddiaçı xx.xx.2018-xx.xx.2021-ci illər üzrə mənfəət vergisi, X8, sadələşdirilmiş vergi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari sığorta üzrə öhdəliyi nə qədər olmuşdur (hər bir vergi növü üzrə hesabat dövrünə uyğun olaraq ayrılıqda və ətraflı göstərilməklə)? İddiaçı həmin vergi öhdəliyini hansı hissədə icra etmiş, nə qədər kənarlaşma olmuşdur?

3. Yoxlanılan dövr (xx.xx.2018-xx.xx.2021-ci illər) üzrə İddiaçı gəlirin əldə edilməsi ilə bağlı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırmı? Tapırsa, bu sənədlər hansılardır (həmin sənədlərin növü, adı, rekvizitləri göstərilməklə)?

4. Gəlirin əldə edilməsi ilə bağlı İddiaçı hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədləri hansı vergi ödəyiciləri təqdim (tərtib) etmişdir, həmin sənədlərin hər birinin əks etdirdiyi təsərrüfat əməliyyatının məzmunu nədən ibarətdir və həmin sənədlərə əsasən gəlirin əldə edilməsi ilə bağlı xərcin məbləği nə qədərdir?

5. Gəlirin əldə edilməsi ilə bağlı İddiaçı hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması iddiaçının tətbiq etdiyi kassa və ya hesablama metodunun tələblərinə uyğundurmu? Məhkəmənin qərardadının icrası məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş 26 fevral 2024-cü il tarixli, 9/889 nömrəli ekspert rəyində göstərilmişdir ki, “ekspertizaya təqdim edilmiş iş materiallarında olan mövcud sənədlər əsasında İddiaçı 2018, 2019, 2020 və 2021-ci ilin birinci rübü üzrə üzrə malların (iş və xidmətlərin) təqdim edilməsindən əldə olunan gəliri və gəlirdən çıxılan xərcləri tam olaraq öz əksini tapmamışdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********147925 nömrəli Səyyar vergi yoxlaması aktında, eyni zamanda vergi ödəyicisinin bəyannamə məlumatlarında göstrərilən cəmi 1578106,04 manat gəliri (o cümlədən 2019-cü il üzrə 1131862,22 manat, 2020-ci il üzrə 446243,82 manat) və gəlirin əldə edilməsi ilə bağlı cəmi xərcləri 1520184,78 manat (o cümlədən 2019-cü il üzrə 1095167,55 manat, 2020- ci il üzrə 425017,23 manat) göstərilmişdir. Qeyd edilir ki, yoxlanılan dövr (xx.xx.2018-xx.xx.2021-ci illər) üzrə “X5" Məhdud Məsuliyyətli Cəmiyyətinin gəlirin əldə edilməsi ilə bağlı xərcləri iş materiallarında olan ƏDV sub-uçot hesabından çıxarış, EHVF və s.fcild 2, c.i.v. 3-76, 144-202, 236-259) sənədlərindən ibarətdir. Lakin qeyd edilən xərc sənədləri (o cümlədən əmək haqqı xərcləri və s.) təqdim edilmiş iş materiallarında tam olaraq öz əksini tapmamışdır”. Buna görə də rəyin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, yuxarıda göstərilən səbəblərdən xx.xx.2022-ci il tarixli, **********147925 nömrəli səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara görə əlavə olaraq hesablanmalı olan cəmi vergilərin və məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları MDSS və işsizlikdən sığorta haqlarının mövcud iş materialları ilə konkret hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmadı. Göründüyü kimi, cavabdehin iddiaçıya hesabladığı verginin düzgünlüyünün müəyyən edilməsi üçün iş üzrə ekspertiza təyin edilmiş, lakin cavabdeh sənədləri tam təqdim etmədiyindən həmin hesablamanın düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-1053 nömrəli məktubundan görünür ki, rəyə əsasən iş materiallarında olan xx.xx.2022-ci il tarixdə tərtib olunmuş “Cinayət tərkibi yaradan borcların araşdırılmasının nəticəsinə dair” Aktda öz əksini tapmış cari bəyannamələr üzrə "X5" MMC-nin borc məbləği aşağıdakı kimidir: 2022-ci il iyun ayı üzrə ƏDV – 1902, 95 manat; 2022-ci il 2-ci rüb üzrə MDSS – 5811, 57 manat; 2022-ci il 2-ci rüb üzrə Vahid İTS – 1130,00 manat.

24. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

25. Beləliklə, hazırkı halda cavabdehin mübahisəli aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməkdən yayındığını, həmçinin yuxarıda göstərilənlərı nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin qəbul etdiyi akt qanunsuz və əsasız olmuş, iddiaçı barəsində əlavə öhdəlik yaratmışdır. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli və cavabdehin 14 iyul 2022-ci il tarixli qərarı ləğv edilməlidir.

26. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********160037 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilsin. İş üzrə 100 (bir yüzi) manat məhkəmə ekspertizası xərci cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq dövlət büdcəsinə (X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar