Məhkəmə qərarları › İş №2-1(112)-3320/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3320/2020

18.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3320/2020 18.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon Şöbəsinə qarşı “01 sentyabr 2008-ci il tarixindən təqaüdün verilməsi” tələbinə barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə hazırlıq icraatı iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətinin qarşısının alınması və Prezident təqaüdünə görə ödənilən təqaüdün 01 sentyabr 2008-ci ildən, yəni Prezident təqaüdü təsis edildiyi tarixdən başlayaraq hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmişdir. Cavabdehin 10 mart 2020-ci il tarixli, **********5 saylı etiraz ərizəsi məhkəməyə 17 mart 2020-ci il tarixdə daxil olmuşdur. Cavabdeh yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı 21 nömrəli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 06 mart 2007-ci il tarixdən “Hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar” əlillik təyin ediilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 19 avqust 2013-cü il tarixli Qərarına əsasən, İddiaçı 2 nömrəli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 30 sentyabr 2013-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilmişdir. Təqdim olunan sənədlərə əsasən vətandaşa 30 sentyabr 2013-cü il tarixdən – 31 mart 2014-cü il tarixədək 85 (səksən beş) manat, 01 aprel 2014-cü il tarixdən – 31 yanvar 2016-cı il tarixədək 130 (yüz otuz) manat, 01 fevral 2016-cı il tarixdən – 28 fevral 2018-ci il tarixədək 143 (yüz qırx üç) manat, 01 mart 2018-ci il tarixdən – 31 mart 2019-cu il tarixədək 158 (yüz əlli səkkiz) manat, 01 aprel 2019-cu il tarixdən - ömürlük 230 (iki yüz otuz) manat Prezident təqaüdü təyin olunmuşdur. Bununla yanaşı vətandaşa Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 oktyabr 2019-cu il tarixli , 2-1(102)-2681/2019 nömrəli Qərarına əsasən 30 sentyabr 2010-cu il tarixdən – 29 sentyabr 2013-cü il tarixədək 2.679 manat 17 qəpik məbləğində müharibə əlillərinə verilən Prezident təqaüdü hesablanaraq ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, cavabdeh İddiaçı iddia tələbini mümkünsüz hesab edilməsi xahiş etdi. İş üzrə məhkəmə hazırlıq icraatının iclası 18 mart 2020-ci il tarixə təyin edilmiş, iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz hərəkətinin qarşısının alınması və iddiaçıya 30 sentyabr 2013-cu il tarixdən verilən Prezident təqaüdünə görə ödənilən təqaüdün 01 sentyabr 2008-ci il tarixdən, yəni Prezident təqaüdü təsis edildiyi tarixdən başlayaraq hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-955/2019 saylı, 27 fevral 2019-cu il tarixli qərarı ilə, iddiaçının iddiası qismən təmin edilmiş, Azərbaycan Respublikası Prezidentinin 823 nömrəli, 09.09.2008-ci il tarixli Fərmanı ilə 2-ci qrup müharibə əlilləri üçün nəzərdə tutulmuş Prezident təqaüdünün 30.09.2010-cu il tarixdən 30.09.2013-cü il tarixədək olan müddət üçün hesablanaraq İddiaçı ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon Şöbəsinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2019-cü il tarixli, 2-1(102)-2681/2019 saylı qərarın təsviri hissəsindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 may 2019-cü il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.02.2019-cu il tarixli, 2-1(82)-955/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin Qərarın əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, Məhkəmə iddiaçının 01.01.2008-ci il tarixdən təqaüd almaq hüququ yarandığını hesab etsə də, iddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-965/2019 saylı iş üzrə qəbul etdiyi 27 fevral 2019-cu il tarixli qərarından apellyasiya şikayəti vermədiyindən, iddianın rədd edilmiş hissəsi, yəni 01.01.2008-ci ildən 30.09.2010-cu ilədək Azərbaycan Respublikası Prezidentinin 823 nömrəli, 09.09.2008-ci il tarixli Fərmanı ilə 2-ci qrup müharibə əlilləri üçün nəzərdə tutulmuş Prezident təqaüdünün verilməsinə dair iddianın təmin edilməməsi hissəsində qərar iddiaçıya münasibətdə qüvvəyə minmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2019-cü il tarixli, 2-1(102)-2681/2019 saylı qərarı ilə Bakı Apelyyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 may 2019-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirdiyi məsələ, yəni iddiaçıya 01.09.2008-ci il tarixdən təqaüdün verilməsi ilə bağlı məsələ artıq mübahisələndirilmiş və iddiaçının həmin tələbi üzrə yekun qərar qəbul edilmişdir. Bundan savayi isə, sözügedən qərar qanuni qüvvəsini almışdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İnzibati Prosessual Məcəlləsində hazırlıq icraatında iddia ərizəsinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəmənin qanuni qüvvəyə minmiş qərarın olduğu halda məhkəmə tərəfindən hansı prosessual hərəkətin edilməli olduğu nəzərdə tutulmadığından Məhkəmə hesab edir ki, hazırki halda işə Mülki Prosessual Məcəllənin normalarına uyğun olaraq baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilməlidir. Şərh olunan maddədə göstərilən əsasla işin icraatına xitam verilməsi üçün a) məhkəmənin qətnaməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair iş üzrə çıxarılmalıdır; b) həmin qərar qanuni qüvvəyə minməlidir. Yuxarıda göstərilənləri və işin faktiki hallarını nəzərə alaraq Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırki iddia tələbi ilə mübahisələndirdiyi məsələyə baxıldıqdan, həmçinin bununla bağlı qanuni qüvvəsini almış qərar olduğundan, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 170.2 və 261.0.2-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon Şöbəsinə qarşı “01 sentyabr 2008-ci il tarixindən təqaüdün verilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar