Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3327/2023 16.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın ləğv edilməsi və dəymiş mənəvi zərərin əvəzi ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehin xx.xx.2022-ci il tarixli, 4 nömrəli “Məişət zorakılığı haqqında iş üzrə” qərarın ləğv edilməsi və dəymiş mənəvi zərərin əvəzi olaraq 5.000 manat məbləğində pulun cavabdehdən tutularaq, ona ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, yəni İddiaçı xx.xx.2014-cü il tarixdə Belarus Respublikasının vətəndaşı X6 ilə rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladları- X8 və X7 dünyaya gəlmişdir. xx.xx.2022-ci ildə arvadı hər iki övladını götürmüş və ondan xəbərsiz evi tərk etmişdir. Sonra o, arvadı ilə görüşüb söhbət etmişdir. X3 bildirmişdir ki, onunla yaşamaq istəmir, ayrılmaq istəyir. Onun X6 ilə heç bir narahatçılığı yoxdur. Onu, Əliyeva İnhanın yaşayış yeri olmadığına görə uşaqların taleyi maraqlandırır. Uşaqların harada yaşaması, nə yeyib, nə içdikləri, məktəbə gedib-getməmələri onu narahat edir. Ona görə də tez-tez uşaqların məktəbinə gedib, dərsdən sonra onlarla maraqlanır. Əliyeva İnha əsassız olaraq hər yerə şikayət yazaraq bildirmişdir ki, o, uşaqları qaçırmaq istəyir, uşaqlara təzyiq göstərir. Lakin o uşaqları qaçırmaq istəmir, əksinə qanuni şəkildə uşaqları ila görüşmək üçün Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. O, övladlarının saxlanma şəraitindən xəbərsiz olduğundan və bilərəkdən təhsildən yayındırılmasından narahat olaraq Nərimanov rayonu İcra Hakimiyyətinin qəyyumluq şöbəsinə elektron poçt vasitəsilə müraciət etmişdir. Bundan sonra iki dəfə komissiya üzvləri tərəfindən icra hakimiyyətinə çağırılmış, iştirak etdiyi hər iki komissiya prosesində şəxsinə bir çox haqsızlıqlar görmüşdür. Dəfələrlə övladlarının saxlanma şəraitinin yoxlanmasını xahiş etsə də, müraciətinə baxılmamışdır və əksinə olaraq dərs çıxışında övladlarımı görməyə cəhd göstərməməsi barəsində komissiya üzvləri tərəfindən xəbərdarlıq olunmuşam. xx.xx.2022-ci il tarixdə ona 30 gün olmaqla qısamüddətli mühafizə orderi verilmişdir. Mühafizə orderində qarşı tərəfin əsassız, böhtan xarakterli şikayətlərini əsas götürülmüşdür. Guya o, mütəmadi olaraq ailəsinə psixoloji zorakılıq tətbiq etmiş, uşaqları əlindən alacağı ilə hədələyərək uşaqların təhsil almasına mane törətmişdir. Lakin bu halların heç biri araşdırılmamışdır. Hesab edir ki, ona qarşı “Mühafizə orderi”nin verilməsi tamamilə qanunsuz və ədalətsiz bir qərardır. Ona görə də Cavabdehin xx.xx.2022-ci il tarixli, 4 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, məhkəmənin eyni tarixli sərəncamı ilə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilərək, cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, tərəflər və üçüncü şəxs işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin məhkəməyə daxil olmuş iddia tələbinə yazılı münasibətdə göstərilmişdir ki, məişət zorakılığı ilə bağlı Cavabdehdə araşdırma aparılmış, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 11.2ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli qərarla İ.Əliyevaya qısa müddətli order verilmiş, iddiaçıya isə xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən ona mənəvi zərərin vurulması ilə bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş tərəflər və üçüncü şəxs müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə işə tərəflərin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddianın mümkün sayılmaqla, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş X6 iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. İş materiallarında olan: Bakı şəhər Cavabdeh başçısının aparatının “Məişət zorakılığı haqqında iş üzrə” xx.xx.2022-ci il tarixli, 4 nömrəli qərarının surətindən görünür ki, İddiaçı cinayət və inzibati məsuliyyəti izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq olunması və X4 30 gün olmaqla qısamüddətli mühafizə orderi verilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli, 4 nömrəli “Qısa müddətli mühafizə orderi”nin surətindən müəyyən olunur ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, məişət zorakılığını törətmiş İddiaçı məişət zorakılığına məruz qalmış X2rşı Qanunda məişət zorakılığının qarşısının alınması üçün nəzərdə tutulmuş bəzi hərəkətlərin edilməsi qadağan edilmişdir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanunu: - 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 59.1-ci maddəsinə müvafiq olaraq yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. İPM-nin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. məişət zorakılığı - yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması; 1.0.2. məişət zorakılığından zərər çəkmiş şəxs (bundan sonra - zərər çəkmiş şəxs) - bir yerdə yaşadığı ailə üzvünün, yaxın qohumunun, qanuni nikahda olmadığı və ya əvvəllər birgə yaşadığı şəxsin ona qarşı qəsdən törətdiyi bu Qanunun 1.0.3-1.0.6-cı maddələrində nəzərdə tutulmuş hərəkətlər nəticəsində fiziki və ya mənəvi zərər çəkmiş şəxs. 5.2. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayətə müvafiq icra hakimiyyəti orqanları tərəfindən baxılır. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətlərə baxılma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 9.0. Məişət zorakılığı barədə şikayətlərə bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılmasının nəticələrindən asılı olaraq aşağıdakı qərarlardan biri qəbul olunur: 9.0.1. məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsə qanunvericiliklə müəyyən olunmuş məsuliyyət izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi; 10.1. Bu Qanuna uyğun olaraq zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər. 10.2. Qısamüddətli mühafizə orderində məişət zorakılığını törətmiş şəxsə aşağıdakılar qadağan edilə bilər: 10.2.1. məişət zorakılığının təkrar törədilməsi; 10.2.2. zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması; 10.2.3. zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nın V bəndində qeyd olunmuşdur ki, Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər bu təsnifata daxildir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi qərar inzibati orqanın inzibati aktı (qərarı) kimi şərh edilə edilə bilməz, bu cür şərh əsassız və qanunsuzdur. Həmin qərar ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilməmiş və ünvanlandığı fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.4 və 2.3cü bəndlərinə görə, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını...qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını...yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. İPM-nin 35.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, inzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafıq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qaışı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Bununla yanaşı məhkəmə onu da qeyd etməyu zəruri hesab edir ki, İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Hazırki halda İddiaçı tərəfindən verilmiş iddia üzrə tələb inzibati məhkəmə icraatı qaydasında baxılmalı işlərə aid olmadığından və İPM-nin 13-cü maddəsinin tələblərinə müvafiq olaraq, ona göstəriləcək hüquqi yardım nəticəsində də mümkünlük şərtləri ödənilməyəcəyindən, məhkəmə tərəfindən sonuncuya qeyd olunan maddədə sadalananqaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələbinin dəqiqləşdirilməsi, yanlış iddia növünün münasibi ilə əvəz olunması təklif olunmamışdır. İddiaçının dəymiş mənəvi zərərin əvəzi olaraq 5.000 manat məbləğində pulun cavabdehdən tutularaq, ona ödənilməsi tələbinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İPM-nin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunan zaman hazırkı tələblə, yəni cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində onlara vurulmuş mənəvi zərərə görə 5.000 manat pulun tutulması ilə bağlı cavabdeh orqanlara müraciət olunmamışdır. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə rəsmi qaydada müraciət etmədiyindən, müraciətdən imtina olunması barədə yazılı məlumatı almadığından iddiaçının qeyd olunan tələbi üzrə də iddiasına mövcud vəziyyətdə baxıla bilməz. Yuxarıda qeyd edilənlərə əsasən, hazırki iddia mümkün sayıla bilməz. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və İPM-nin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın ləğv edilməsi və dəymiş mənəvi zərərin əvəzi ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3327/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3327/2023
16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver