Məhkəmə qərarları › İş №2-1(112)-3330/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3330/2020

19.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3330/2020 19.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Bakı şəhər Cavabdehnə qarşı Bakı şəhəri, Binəqədi qəsəbəsi, Ə.Qarayev küçəsi,ev 80 ünvanına qeyddiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılariddia tələbini onunla əsaslandırmışlar ki, ünvan 2 ünvanında yaşayırdılar. İddiaçı1 oğlu X1 27 dekabr 2019-cu il tarixli AN-1 ******* nömrəli “Daşınmaz əmlakın alqısatqı müqaviləsi”əsasında həmin evi satmışdır. Hal-hazırda iddiaçılar ünvan 3 ünvanında 10 ildən artıqdır ki yaşayırlar. İddiaçıların "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Elmi- Tədqiqat və Layihə İnstitutunun Binəqədi rayonu fərdi yaşayış evlərinin qazlaşdırılması ilə bağlı sənəd, X2 İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, V.1-19312-2 nömrəli texniki şərtləri, razılaşdırma və sxemi var. Binəqədi rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.2009-cu il 114 nömrəli arayışda iddiaçıların həmin ünvanda yaşadıqlarına dair məlumat qeyd olunub. İddiaçılar yaşadıqları ev üçün bütün mənzil- kommunal ödənişlər etmişdirlər.”Azərsu” ASC-nin su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair müqavilə, 35 smart-kart tipli su sayğacının quraşdırılması barədə 12094547 nömrəli müqavilə,”Bakı Elektrikşəbəkə”ASCnin iddiaçıların evinə dair tərtib etdiyi 665312 nömrəli protokol,050821 nömrəli xx.xx.2012 tarixli müqavilə, R128742 nömrəli 26 yanvar 2009-cu il tarixli akt, Məişət tullantılarının daşınması barədə 827650 nömrəli xx.xx.2019-cu il tarixli telefon qovşağından ödənilməsi barədə qəbz və Catel şirkəti tərəfindən təqdim edilmiş sənədlər mövcud olduğu halda cavabdeh iddiaçıları onların yaşadıqları ünvanına qeydiyyata alınmasından imtina etmişdir. İddiaçılar cavabdehin imtinanı qanunsuz hesab edərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə iddiaya dair etirazın tələb edilməsinə baxmayaraq cavabdeh Bakı şəhər Cavabdeh iddia tələbinə etirazını məhkəməyə bildirməmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı və cаvаbdеh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəbini məhkəməyə bildirməmişlər, cavabdeh isə məhkəməyə təqdim etdiyi məktubunda işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.Оdur ki, məhkəmə işə iddiaçının və cаvаbdеhin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək hesab edir ki,iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçılar tərəfindən iddia tələblərini təsdiq edən sübut qismində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətləri, Binəqədi qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.2009-cu il 114 nömrəli arayışı, "xxxx" QSC-nin Elmi- Tədqiqat və Layihə İnstitutunun ”Binəqədi rayonu fərdi yaşayış evlərinin qazlaşdırılması ilə bağlı izahat və cizgilər”, Bakı şəhəri Qaz İstismar İdarəsi X2 İdarəsinin xx.xx.2009-cu il tarixli, V.1-19312-2 nömrəli texniki şərtləri, razılaşdırma və sxemin, ”Azərsu” ASC-nin “Su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair” müqavilənin, 35 smart-kart tipli su sayğacının quraşdırılması barədə 12094547 nömrəli müqavilənin,”Bakı Elektrikşəbəkə”ASC-nin 665312 nömrəli protokolunun,050821 nömrəli xx.xx.2012 tarixli müqavilənin, R128742 nömrəli 26 yanvar 2009-cu il tarixli aktının, məişət tullantılarının daşınması xidmətinə görə 827650 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş qəbzinin, telefon xidmətinə görə ödəniş qəbzinin, Catel şirkəti ilə müqavilənin surətləri, cavabdehin 03 fevral 2020-ci il tarixli, 0595438-S 3220 nömrəli məktubu təqdim edilmişdir. Məhkəmə iş mateiallarından müəyyən etdi ki, iddiaçılar Bakı şəhəri, Binəqədi qəsəbəsi, Ə.Qarayev küçəsi, ev 80 ünvanına qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıların müraciətini təmin etməmişdir.Hazırda iddiaçılar həmin ünvana qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə aşagıdak qeyd edilənlərə əsasən iddiaçıların iddialarını əsassız hesab edir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır.Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi qanunverici qeydiyyata alınmanın hansı sənədlər əsasında həyata keçirilməli olduğunu dəqiq müəyyən etmişdir və qanunun qeyd edilən maddəsinin mənasından görünür ki, şəxs, üç əsasla: mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş başqa sənəd təqdim etdikdə həmin sənədlərdə qeyd edilən ünvana qeydiyyata alına bilər. İşin faktiki hallarına əsasən iddiaçıların Bakı şəhəri, Binəqədi qəsəbəsi, Ə.Qarayev küçəsi, ev 80-də qeydiyyata alınması üçün həmin evlə bağlı mülkiyyət hüququ, icarə (və ya kirayə) müqaviləsi, nə də digər qanuni əsasları mövcud deyildir və bunun nəticəsi olaraq o cavabdeh orqana qanunla tələb olunan sənədləri təqdim edə bilməmişlər. Azərbaycan Respublikasının İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Bakı şəhər Cavabdehnə qarşı Bakı şəhəri, Binəqədi qəsəbəsi, Ə.Qarayev küçəsi,ev 80 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdeh Bakı şəhər Cavabdeh üzərinə qoyulması barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 68-69-cu, 85-ci,110-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Bakı şəhər Cavabdehnə qarşı Bakı şəhəri, Binəqədi qəsəbəsi, Ə.Qarayev küçəsi,ev 80 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdeh Bakı şəhər Cavabdeh üzərinə qoyulması barədə iddia tələbi rədd edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar