Məhkəmə qərarları › İş №2-1(112)-3330/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3330/2021

25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3330/2021 25.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı, Saatlı rayonu X5 Hüquqi Şəxsi üçüncü şəxs qismində cəlb olunmaqla, “iddiaçının himayəsində olan Şahbazlı Ayan Elçin qızına sağlamlıq imkanları məhdud olması səbəbindən əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddia tələbi üzrə inzibati işə açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının himayəsində olan 18 iyun 2015-ci ildə anadan olmuş Şahbazlı Ayan Elçin qızına sağlamlıq imkanları məhdud olması səbəbindən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı 18 iyun 2015-ci il təvəllüdlü Şahbazlı Ayan Elçin qızının doğma anasıdır. X15 Elçin qızı yetkinlik yaşına çatmamışdır, azyaşlıdır, bu səbəbdən də iddia tələbi onun valideyni kimi iddiaçı tərəfindən qaldırılmışdır. 18.10.2015ci il təvəllüdlü Şahbazlı Ayan Elçin qızı anadangəlmə “Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, Bronxial astma orta ağır gedişli, tez-tez residiv verən atopik forma” diaqnozu ilə (Xəstəliyin kod göstəricisi J45.0) xəstəliyindən əziyyət çəkir. Bu diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və saglamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 3.1.10-cu bəndinin tələblərinə tam uyğundur və sağlamlıq imkanları məhdud olan uşağına əlillik dərəcəsinin təyin edilməsini təsdiq edir. Bronxial astma xəstəsi olan azyaşlı uşağı dəfələrlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İxtisaslaşdırılmış Tibb Müəssisələrində müayinə və müalicə olunmuşdur. Bütün bunlardan başqa uşağı 08 iyun 2019-cu il tarixə qədər Naxçıvan MR X1 “Allergik bronxit” diaqnozu ilə Speleoterapiya müalicə kursunda olmuşdur. Daima asta xəstəsi olaraq azyaşlı uşağı Bakı şəhəri 6 nömrəli X6 qeydiyyatdadır. Uşağın ümumi vəziyyəti ağırdır. İddia ərizəsində qeyd etdikləri Forma 88 və digər tibbi sənədlərdə öz təsdiqini tapır. Xəstə və sağlamlıq imkanları məhdud olan uşağına əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı iddiaçı Saatlı MRX-nın Həkim Məsləhət Komissiyasının 09.11.2020-ci il tarixli 0309003A AL6P saylı (Forma 88) elektron göndərişlə cavabdeh orqana müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibb-Sosial Ekspertiza komissiyaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə 11 noyabr 2016-cı il tarixli 446 nömrəli qərarına əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəsssisəsinin göndərişi əsasında TSEK tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. 09.11.2020-ci il tarixli 0309003AAL6P saylı elektron göndəriş əsasında müraciətinə cavabdeh orqan tərəfindən sağlamlıq imkanları məhdud olan və ağır xəstəlikdən əziyyət çəkən uşağına əlillik dərəcəsinin təyin edilməməsinə dair 07.12.2020ci il tarixli əsassız və qanunsuz imtina cavabı verilmişdir. İmtinaya guya “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması kimi, diqnozun guya əlillik əlaməti təyin etmir” kimi absurd səbəblər göstərilmişdir. Cavabdeh orqanın imtina cavabı tam olaraq qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunsa da, cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Məhkəmənin 2-1(112)-3330/2021 saylı 25.02.2021-ci il tarixli qərardadı ilə Saatlı Rayon X5 hüquqi şəxs üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı məhkəmə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, yekun məhkəmə aktının qəbul edilməsini məhkəmədən xahiş etmiş, üçüncü şəxsin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3cü maddəsinə əsasən iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki: - Saatlı Rayon X5 hüquqi şəxs tərəfindən verilmiş 0309003AAL6P saylı göndərişdən görünür ki, Şahbazlı Ayan Elçin qızı 22.01.2018-ci il tarixdən həmin xəstəxanada tibbi nəzarətdədir və 09.11.2020-ci il tarixli göndərişi əsasında əsas: “Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma; Bronxial astma, orta ağır gedişli, tez-tez residiv verən atipik forma”, yanaşı xəstəliklər: “Dəqiqləşdirilməmiş kəskin bronxit; Kəskin bronxit (Bronxozpazm)” diaqnozları ilə TSEK-ə göndərilir. Şahbazlı Ayan Elçin qızı 05.06.2020-ci il tarixdən orta ağır ağırlıq dərəcəli xroniki xəstədir. Xəstəliyi ilə əlaqədar “6 saylı X11”nda 21.12.2019-cu il tarixdən 27.12.2019-cu il tarixədək (6 gün); 05.02.2020-ci il tarixdən 18.02.2020-ci il tarixədək (13 gün) “Dəqiqləşdirilməmiş kəskin bronxit”; 29.04.2020-ci il tarixdən 09.05.2020-ci il tarixədək (10 gün) “Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma” diaqnozları ilə “Saatlı rayon Mərkəzi xəstəxanası”nda stasionar, 22.01.2018-ci il; 10.08.2018-ci il tarixlərdə “Dəqiqləşdirilməmiş kəskin bronxit”; 09.12.2019-cu il və 05.02.2020-ci il tarixlərdə isə “Dəqiqləşdirilməmiş astma” diaqnozu ilə ambulator müayinə və müalicələrdə olmuşdur. TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti ağırdır. Auskultasiyada ürəyin zirvə nöktəsində zəif, sistolik, diastolik küy eşidilir. Qaraciyərin ölçüsü 2sm böyüyüyb. Auskultasiyada ağciyərlər üzərində sərt tənəffıis fonunda quru və yaş xırıltılar eşidilir. Xəstə yaz, payız aylarında öşkürəkdən, təngnəfəslikdən, tez-tez boğulma tutmalarından şikayətlənir. Tutma vaxtı tənəffüsün sayı dəqiqədə 31 vurğu. Xəstəyə tutmalar vaxtı Eufıllin, Prednizalon, Aerazol, Salbutamol, Lukastin, Palmaline və inqalyasiya aparatından ARDİ-. 02.11.2020-ci il tarixdə qanın ümumi analizində: Hb-100q/l; Leyk- 9,8; Rəng göst.-4,0; EÇS-17mm/saat. 06.11.2020-ci il tarixdə döş qəfəsinin Rentgenskopiyasında: “Bronxopnevmaniya”. Bəlğəmin bakterioskopik müayinəsində: “Vərəm çöpləri neqativ, epitellər neqativ”. Sidiyin ümumi analizində: Hb-110q/l; Erit- 4,5; Leyk-5,6; EÇS-12mm.cv.st. Pediatrın müayinəsi: “Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma; Bronxial astma, orta ağır gedişli, teztez residiv verən atopik forma. -DAVAMİ- istifadə edir. Xəstə “6 saylı ŞKX”-da daimi olaraq ambulator və stasionar müalicələr alır. X10 Elçin qızına “Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma. Bronxial astma orta ağır gedişi, tez-tez residiv verən atopik forma” (J45.0) əsas və “Dəqiqləşdirilməmiş kəskin bronxit. Kəskin bronxit (Bronxozpazm)” (J20.9) yanaşı xəstəliklər diaqnozu qoyulmuşdur. - Sonuncu müayinə dair məlumatın verilməsi barədə altsistemdən çıxarışdan görünür ki, Şahbazlı Ayan Elçin qızının 0309003AA6P saylı göndəriş əsasında dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması, diaqnozun əlillik əlaməti təyin etməməsinə görə sağlamlıq imkanları məhdud olması səbəbindən əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. - “6 saylı X11”nda tərtib edilmiş “Stasionar kitabçadan çıxarış”ın kserosurətindən görünür ki, Şahbazlı Ayan Elçin qızı 21.12.2019-cu il tarixdən 27.12.2019-cu il tarixədək, 05.02.2020-ci il tarixdən 13.02.2020-ci il tarixədək “Kəskin bronxit (Bronxozpazm)” diaqnozu ilə, 29.04.2020-ci il tarixdən 09.05.2020-ci il tarixədək “Bronxial astma, orta ağır gedişli, tez-tez residiv verən atopik forma” diaqnozu ilə xəstəxanada stasionar müayinə və müalicədə olmuşdur. - X2 arayışından görünür ki, Şahbazlı Ayan Elçin qızı 08 iyun 2019-cu il tarixdən 17 iyun 2019-cu il tarixə qədər Naxçıvan MR X1 “Allergik, bronxit, Allergik rimit” diaqnozu ilə speleoterepiya müalicə kursunda olmuşdur. - Azərbaycan Rəspublikası Saatlı rayon Hakimiyyəti başçısının Saatlı şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 11 dekabr 2020-ci il tarixli 2776 saylı arayışından görünür ki, iddiaçı Azərbaycan Respublikası ünvan 1 ünvanında yaşayır. - Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X9 və X3 arasında 22.01.2013-cu il tarixdə nikah qeydiyyata alınmışdır. - Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(112)-3330/2021 saylı, 27.04.2021-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, aparılmış tədqiqatın nəticəsi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X12 16.06.2021-ci il tarixli, 492/KEŞ nömrəli ekspert rəyinin nəticəvi hissəsində göstərilmişdir ki, 2015-ci il təvəllüdlü Şahbazlı Ayan Elçin qızının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmətibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:

1. Şahbazlı Ayan Elçin qızının məhkəmə-tibbi ekspertizası zamanı və Bakı şəhər “6 saylı X11”nda aparılmış müvafiq müayinələr, həmçinin mütəxəssis araşdırmalarına əsasən, onda hal-hazırda 0309003AAL6P saylı göndərişdə qeyd olunan xəstəliyin remissiya (sakit dövr) mərhələsində olduğu müəyyən edildi.

2. Şahbazlı Ayan Elçin qızına təyin edilmiş diaqnoz aparılmış müvafiq müayinələr əsasında müəyyən edilmişdir.

3. Şahbazlı Ayan Elçin qızına əlillik dərəcəsinin verilməsi haqqında qərar aidiyyatı üzrə müvafiq komissiya tərəfindən təyin oluna bilər. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyanın (2 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Fakültativ Protokoluna müvafiq bəyanatla qoşulmuşdur) 28-ci maddəsində qeyd edilmişdir ki, İştirakçı dövlətlər əlillərin və onların ailələrinin yetərli qidalanma, geyim və yaşayış yeri daxil edilməklə qənaətbəxş həyat səviyyəsinə, həyat şəraitinin daim yaxşılaşdırılmasına olan hüququnu tanıyır və əlillik əlamətinə görə diskriminasiyaya yol vermədən bu hüququn təmin və təşviq edilməsi üçün zəruri tədbirləri görür. O cümlədən, əlillərin pensiya müavinətlərindən və proqramlarından istifadə etmək imkanının təmin edilməsi üçün zəruri tədbirləri görür. Quberina (Guberina) Xorvatiyaya qarşı (CASE OF GUBERİNA v. CROATİA 22/03/2016 http://hudoc.echr.coe.int/eng?i=001-171698) işdə Avropa Məhkəməsi qeyd etdi ki, müvafiq qanunvericilik normalarında ümumi ifadələrdən istifadə edilsə də, digər qanunvericilik müddəalarında əlil şəxslərin tələbatlarının nəzərə alınması üçün zəruri tələblərə dair müəyyən istiqamətləndirici göstərişlər vardı. Bundan başqa, Əlillərin hüquqları haqqında BMT Konvensiyasını ratifikasiya etməklə cavabdeh dövlət cəmiyyətin həyatının bütün aspektlərində əlillərin tam və bərabərhüquqlu iştirakı ilə bağlı müvafiq prinsipləri, məsələn, əlillərin ağlabatan mənzil təminatı, hərəkət imkanları və ayrı-seçkiliyə məruz qalmaması kimi məsələləri nəzərə almağı öhdəsinə götürmüşdü. Çam (Çam) Türkiyəyə qarşı (CASE OF ÇAM v. TURKEY, ərizə № 51500/08 http://hudoc.echr.coe.int/eng?i=001-171664, 23.2.2016) işidə məhkəmə hesab etdi ki, əlilliyə əsaslanan ayrı-seçkilik bu insanlar üçün ağlabatan şəraitin yaradılmasından imtina edildiyi bütün hallara aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırki iddia mahiyyətcə iddiaçının publik hüququnun təmin edilməsi - himayəsində olan Şahbazlı Ayan Elçin qızının sağlamlıq imkanları məhdud olması səbəbindən əlillik dərəcəsinin təyin edilməsinin cavabdehə həvalə edilməsindən ibarətdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna əsasən: 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bənd. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bənd. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 3.1-ci bənd Uşaqların sağlamlıq imkanlarının məhdudluğu aşağıdakı hallarda müəyyən edilir: 3.1.10. ağır gedişli bronxial astma (J45-J45.9). 4.4-cü bənd bu Əsasnamənin 3.1.1. – 3.1.22-ci bəndlərində göstərilən hallarda 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşından yuxarı olmamaqla 3 (üç) il müddətinə, qalan hallarda isə 18 yaşınadək müəyyən olunur. 18 yaşının tamam olmasına 6 (altı) ay və ondan daha az qalan uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşınadək müəyyən edilir. İşin araşdırılan hallarından görünür ki, iddiaçının qızı 18 iyun 2015-ci ildə anadan olmuşdur. “Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma. Bronxial astma orta ağır gedişi, tez-tez residiv verən atopik forma” əsas və “Dəqiqləşdirilməmiş kəskin bronxit. Kəskin bronxit (Bronxozpazm)” yanaşı xəstəliklər diaqnozu ilə “Saatlı Rayon Mərkəzi Xəstəxanası”ndə dispanser qeydiyyatdadır. Şahbazlı Ayan Elçin qızının saglamlıq imkanlarının məhdudluğu vəziyyətinin qiymətləndirilməsi üçün “Saatlı Rayon Mərkəzi Xəstəxanası” tərəfindən cavabdehə elektron qaydada göndəriş ünvanlanmışdır. Qiymətləndirməyə əsas verən 0309003AAL6P saylı göndərişin təhlili göstərir ki, Şahbazlı Ayan Elçin qızı 22.01.2018-ci il tarixdən həmin xəstəxanada tibbi nəzarətdədir və 09.11.2020-ci il tarixli göndərişə əsas: “Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma; Bronxial astma, orta ağır gedişli, tez-tez residiv verən atipik forma”, yanaşı xəstəliklər: “Dəqiqləşdirilməmiş kəskin bronxit; Kəskin bronxit (Bronxozpazm)” diaqnozları ilə TSEK-ə göndərilir. Şahbazlı Ayan Elçin qızı 05.06.2020-ci il tarixdən orta ağır ağırlıq dərəcəli xroniki xəstədir. Xəstəliyi ilə əlaqədar “6 saylı X11”nda 21.12.2019-cu il tarixdən 27.12.2019-cu il tarixədək (6 gün); 05.02.2020-ci il tarixdən 18.02.2020-ci il tarixədək (13 gün) “Dəqiqləşdirilməmiş kəskin bronxit”; 29.04.2020-ci il tarixdən 09.05.2020-ci il tarixədək (10 gün) “Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma” diaqnozları ilə “Saatlı rayon Mərkəzi xəstəxanası”nda stasionar, 22.01.2018-ci il; 10.08.2018-ci il tarixlərdə “Dəqiqləşdirilməmiş kəskin bronxit”; 09.12.2019-cu il və 05.02.2020-ci il tarixlərdə isə “Dəqiqləşdirilməmiş astma” diaqnozu ilə ambulator müayinə və müalicələrdə olmuşdur. TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti ağırdır. Auskultasiyada ürəyin zirvə nöktəsində zəif, sistolik, diastolik küy eşidilir. Qaraciyərin ölçüsü 2sm böyüyüyb. Auskultasiyada ağciyərlər üzərində sərt tənəffıis fonunda quru və yaş xırıltılar eşidilir. Xəstə yaz, payız aylarında öşkürəkdən, təngnəfəslikdən, tez-tez boğulma tutmalarından şikayətlənir. Tutma vaxtı tənəffüsün sayı dəqiqədə 31 vurğu. Xəstəyə tutmalar vaxtı Eufıllin, Prednizalon, Aerazol, Salbutamol, Lukastin, Palmaline və inqalyasiya aparatından ARDİ-. 02.11.2020-ci il tarixdə qanın ümumi analizində: Hb- 100q/l; Leyk- 9,8; Rəng göst.-4,0; EÇS-17mm/saat. 06.11.2020-ci il tarixdə döş qəfəsinin Rentgenskopiyasında: “Bronxopnevmaniya”. Bəlğəmin bakterioskopik müayinəsində: “Vərəm çöpləri neqativ, epitellər neqativ”. Sidiyin ümumi analizində: Hb-110q/l; Erit- 4,5; Leyk-5,6; EÇS-12mm.cv.st. Pediatrın müayinəsi: “Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma; Bronxial astma, orta ağır gedişli, tez-tez residiv verən atopik forma. -DAVAMİ- istifadə edir. Xəstə “6 saylı ŞKX”-da daimi olaraq ambulator və stasionar müalicələr alır. X10 Elçin qızına “Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma. Uşagın saglamlıq imkanları məhdudluğu vəziyyəti dövlət səhiyyə müəssisəsinin göndərişi əsasında 07.12.2020-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. xəstəlik xx.xx.2003-cü ildə, yəni anadangəlmə başlamışdır. Həmin göndərişdə nevropatoloqun rəyi epilepsiyanı təsdiq etmir, həmçinin epilepsiya köməkçi diaqnostik müayinə ilə, yəni EEQ müayinəsi ilə təsdiq edilmir. Həmçinin, göndərişin "Funksional pozğunluğu" və "xəstəliyin ekspertiza üçün əhəmiyyətli xüsusiyyətləri" bölməsində sol tərəfli hemiparez təsdiq edən müayinələr - sümüküstlüyü vətər refleksləri, əzələ gücü barədə məlumatlar qeyd edilməmişdir. Eləcə də göndərişdə son illərdə xəstənin hansı müayinə və müalicələr keçməsi barədə məlumatlar göstərilməmişdir. Buna görə də sağlamlıq imkanları məhdudluğu təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq göndərişin natamam doldurulması barədə qərar verilmişdir Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, azyaşlı övladının sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması üçün iddiaçının müraciətinə 0309003AA6P saylı göndəriş əsasında dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması, diaqnozun əlillik əlaməti təyin etməməsinə görə imtina edilmişdir. Halbuki, məhkəmə araşdırması zamanı azyaşlıda “Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma. Bronxial astma orta ağır gedişli, tez-tez residiv verən atopik forma” (J45.0) diaqnozu öz təsdiqini tapmışdır. Belə ki, Şahbazlı Ayan Elçin qızının məhkəmə-tibbi ekspertizası zamanı və Bakı şəhər “6 saylı X11”nda aparılmış müvafiq müayinələr, həmçinin mütəxəssis araşdırmalarına əsasən, onda hal-hazırda 0309003AAL6P saylı göndərişdə qeyd olunan xəstəliyin remissiya (sakit dövr) mərhələsində olduğu müəyyən edilmişdir. Belə olan halda, 0309003AAL6P saylı göndərişdə göstərilən xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 3.1.10-ci bəndində təsbit edildiyindən cavabdehin göndərişin “natamam doldurulması, diaqnozun əlillik əlaməti təyin etməməsi” kimi formal mülahizələrə əsaslanması qanunsuz və əsassız olmuşdur. Belə ki, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Eyni zamanda iddiaçının övladının saglamlıq imkanının məhdudlugunun qiymətləndirilməsi ilə bağlı cavabdehin qəbul etdiyi inzibati akta münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1-ci maddəsində qeyd edilən hallar mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin gəldiyi qənaətə görə cavabdehin Şahbazlı Ayan Elçin qızının sağlamlıq imkanlarının məhdud hesab edilməsindən imtinasının heç bir hüquqi və qanuni əsasları mövcud deyildir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı himayəsində olan 18 iyun 2015-ci ildə anadan olmuş Şahbazlı Ayan Elçin qızına sağlamlıq imkanları məhdud olması səbəbindən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85,110-cu maddələrini rəhbər tutaraq

QƏRARA A L D İ:

İddia tələbi təmin edilsin. İddiaçı himayəsində olan 18 iyun 2015-ci ildə anadan olmuş Şahbazlı Ayan Elçin qızına sağlamlıq imkanları məhdud olması səbəbindən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar