Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3332/2020 06.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı – adın dəyişdirilməsi barədə iddia tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı onun doğum haqqında şəhadətnamədə qeyd olunan adının “Süsən”-dən dəyişdirilərək “Süsənnə” kimi qeyd edilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, doğum haqqında şəhadətnamədə dəyişiklik edilməsi ilə bağlı Bakı şəhəri Cavabdehnə müraciət edərək bildirmişdir ki, xx.xx.2019-cu il tarixində tərtib edilmiş 341 saylı təkrar verilmiş doğum haqqında şəhadətnaməsində onun adı düzgün qeyd edilməyib və qeyd olunan “Süsən” adının, “Süsənnə” adına düzəliş edilərək ona təkrar doğum haqqında şəhadətnaməsində dəyişiklik edilsin. Bakı şəhəri Cavabdeh qanunsuz və əsassız olaraq xx.xx.2020-ci il tarixli, 05/15- 372 saylı məktubu ilə cavab verərək bildirmişdir ki, dəyişiklik edilməsi üçün kifayət qədər əsas olmadığı üçün dəyişiklik edilməsi qeydiyyat şöbəsi tərəfindən mümkün deyil və məhkəməyə müraicət edilməsi tövsiyyə edilmişdir. Onun təkrar verilən doğum haqqında şəhadətnaməsindən başqa hüquqi əhəmiyyət kəsb edən hər bir sənədində “Süsənnə” adı qeyd olunub. Onun AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsində, C03180038 nömrəli xarici pasportunda, nikah haqqında şəhadətnamədə və uşaqlarının doğum haqqında şəhadətnamələrində adı “Süsənnə” adı kimi qeyd olunub. Qeyd etdiyi sənədlərin surətlərini iddia ərizəsinə əlavə edir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”-a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklilər edilməsindən imtina edir. Belə ki, kifayət qədər əsasın olmaması səbəbindən doğum haqqında akt qeydində “Süsən” adının “Süsənnə”-yə dəyişiklik edilməsi qeydiyyat şöbəsi tərəfindən mümkün deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq iş yükünün çox olması ilə əlaqədar işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdə, İmişli rayonunda anadan olmuşdur. İşdə olan digər iddiaçıya məxsus sənədlərdən görünür ki, həmin sənədlərdə iddiaçının adı “Süsənnə” kimi qeyd edilmişdir. İşdə olan iddiaçıya məxsus AZ-İ seriyalı, 008665 nömrəli təkrar doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1989-cu il tarixdə, İmişli rayonunda anadan olmuşdur. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş, xx.xx.2020-ci il tarixli, 05/15-372 nömrəli imtina məktubunun surətindən görünür ki, İmişli rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış xx.xx.1989-cu il tarixində tərtib edilmiş 341 saylı doğum haqqında akt qeydində soyadı, adı və atasının adı “X2r”, lakin şəxsiyyət vəsiqəsində adı “Süsənnə” qeyd edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyən edən Əsas müddəalar”-a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklilər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Ərizəsində göstərilən dəyişiklik edilməsi üçün kifayət qədər əsasın olmaması səbəbindən doğum haqqında akt qeydinə düzəliş edilməsi barədə ərizənin şöbə tərəfindən icra edilməsi mümkün deyildir. İşdə olan məhkəmənin sorğusuna əsasən İmişli rayon Qeydiyyat Şöbəsi tərəfindən təqdim edilmiş doğum haqqında arayışdan görünür ki, X3 xx.xx.1989-cu ildə İmişli şəhərində anadan olmuşdur. Bu barədə 14 iyun 1989-cu il tarixdə İmişli rayon Qeydiyyat Şöbəsi tərəfindən 341 nörməli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Məhkəmə aşağıda göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Yuxarıda qeyd edilən qanunvericiliyin normalarından göründüyü kimi, fiziki şəxsin adının və soyadının, atasının adının verilməsi, dəyişdirilməsi (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı) müvafiq qaydalarla müəyyənləşdirilir. Qanunvericilikdə nəzərdə tutulmuş həmin Qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”-dır ki, həmin Qaydaların 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddiaçının şəxsiyyət vəsiqəsində, ona məxsus bütün sənədlərdə onun adı “Süsənnə” kimi qeyd edildiyindən, o, ona məxsus doğum haqqında şəhadətnamədə və akt qeydlərində adının “Süsən”-dən “Süsənnə”-yə dəyişdirilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60.2-ci maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraqməhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı ona məxsus doğum haqqında şəhadətnamədə qeyd olunan adının “Süsən”dən “Süsənnə”-yə dəyişdirilməsi öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. HakimAygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3332/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3332/2020
06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver