Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3333/2023 20.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçının hərbi xidmətdən (ordudan) ehtiyata buraxılmasının qanunauyğun şəkildə rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı İmişli Rayon Hərbi Komissarlığı (Çağırış Komissiyası) tərəfındən hərbi xitmətə çağırılaraq 3N mart N2-ci il tarixdə hərbi hissəyə göndərilmişdir. N fevral N6-cı il tarixdə Müdallə Nazirliyinin müvafiq hərbi hissəsindən hərbi xidmətdən ehtiyata buraxılmış və İmişli Rayon Hərbi Komissarlığına göndərilmişdir. Halhazırda o, Səfərbərlik və HXÇD Xidmətinin Bakı şəhəri Nizami rayonunda hərbi qeydiyyatdadır. İddiaçı N2-ci ilin fevral ayında İmişli RHK-dan Gəncə Batalyonuna göndərilmiş və müvafiq hərbi hissədə, taborda Ağdərə ətrafında gedən döyüşlərdə, Çıldıran, X4 və Şıxkənd kəndi ərazisində gedən döyüşlərdə iştirak elmişdir. O, hərbi əməliyyatlar zamanı mərmi partlayışı nəticəsində psixoloji travma almış (beyindaxili təzyiq yaranmış), müvafiq hərbi hospitalda müayinə olunaraq müalicə almış və müalicədən sonra yenidən döyüş bölgəsinə qayıtmış, bundan sonra onun səhhətində problemlər yaranmışdır. Əvvəlcə Gəncə şəhər Hərbi Hospitalına, oradan isə Bakı şəhərində yerləşən Müdallə Nazirliyinin Baş Klinik Hospitalına göndərilmiş və müalicə almışdır. Müalicədən sonra hərbi hissəyə qayıtmışdır. İddiaçı müvafiq hərbi hissələrdə hərbi xidmət keçmişdir. Müdallə Nazirliyinə verilmiş sorğulara cavabda qeyd edilir ki, İmişli RHK-dan çağırılmış N973-cü il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin N aprel N2-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısına sə bütün növ təminatlara salınmışdır. Hərbi hissənin şəxsi heyətinin əlilba qeydiyуatı kitabında onun hərbi hissə komandirinin NN yanvar N4-cü il tarixli NN nömrəli əmri ilə şəxsi heyətinin siyahısına salınması barədə məlumat yazılmış, lakin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. Beyləqan RHK-da toplanışa çağırılmış İddiaçı müvafiq hərbi hissə komandirinin NN yanvar N4-cü il tarixli NN nömrəli əmri ilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara salınmışdır. Müdafiə Nazirliyinə verilmiş sorğulara cavabda daha sonra qeyd edilir ki, hərbi hissə komandirinin N2 yanvar N4-cü il – 3N dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat aşkar olunmamışdır. Müvafiq hərbi hissə komandirinin N2 – N6-cı illərdə nizami hissə üzrə əmrləri, aidiyyəti hərbi hospitalın və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından, İddiaçı xidməti və müalicə olması barədə araşdırma aparılması mümkün olmamışdır. Hərbi hissə komandirinin N2 – N6-cı illərdə nizami hissə üzrə əmrləri, hərbi hospitalların sənədlərinin Müdafiə Nazirlinin Mərkəzi Arxivinə daxil olmaması, onun xidməti barədə araşdırılma aparılmasını mümkünsüz etmiş, bir sıra hüquqlarının pozulmasına səbəb olmuş və ona müharibə veteranı adı və vəsiqəsinin verilməsində çətinlik yaratmışdır. Füzuli Hərbi Prokurorluğu verilmiş vəkil sorğusuna cavabında bildirir ki, İddiaçı barədə Füzuli Hərbi Prokurorluğunda təqsirləndirici material və ya cinayət işi yoxdur. Azərbavcan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak elmiş şəxslərə müharibə veteranı adının verilməsi ilə bağlı tədbirlər haqqında Azərbavcan Respublikası Prezidentinin Sərəncamında da qeyd olunur ki, Azərbavcan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı verilsin. İddiaçının döyüş əməliyyatlarında iştirak etməsi, hərbi hospitallarda müalicə almıası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin verdiyi arayışla da təsdiqini tapır. Lakin onun xidmət etdiyi hərbi hissə komandirinin N2 – N6-cı illərdə nizami hissə üzrə əmrləri, müvafiq hospitalların sənədlərinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmaması ona əsas vermir ki, qanunamüvafiq şəkildə ehtiyata buraxılmamışdır. İddiaçı ordudan ehtiyata buraxılmasını qanunamüvafiq şəkildə rəsmləşdirməklə ona müharibə veteranı adının verilməsi ilə bağlı cavabdeh AR Müdafiə Nazirliyinə rəsmi müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və bildirmişdir ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”da müvafiq sənədlərə baxılmış və onun barəsində müsbət qərar qəbul edilməmişdir, təqdim edilən sənədlər geri qaytarılır. Döyüş əməliyyatları aparılan dövrdə NN yanvar N4-cü il tarixdən sonrakı hərbi xidməti və hərbi xitmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığına görə vətəndaş İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunur. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Nəzərə alınmalıdır ki, iddiaçı hərbi hissəni özbaşına tərk etməmiş, eləcə də fərari olmamışdır, prokurorluq orqanlarında onun barəsində təqsirləndirici material və va cinayət işi voxdur. Bundan əlavə qeyd olunanları iddiaçı ilə birlikdə N2 – N6-cı illərdə xitmət etmiş dovüş yoldaşları (müharibə veteranı adı alımış) şahid qismində təsdiq edə bilərlər. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusivasının N6-cı maddəsinə, İPM-in 2, 4.N, 45, 46-cı maddələrinə əsaslanaraq, məhkəmədən iddiaçının hərbi xidmətdən (ordudan) ehtiyata buraxılması qanunauyğun şəkildə rəsmləşdirməklə ona "müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı iddia tələbinin mahiyyəti ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən ibarətdir. Müdafiə Nazirliyi hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndinə əsasən N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxıl olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam. Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən. Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və XN Xidməti, X2 Dövlət Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Göründüyü kimi, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə, şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd olur ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibatı orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: N) Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması; 2) Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddiaçının NN yanvar N4-cü il tarixdən sonrakı hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat aşkar edilməmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Göstərilənlərə və «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə, İPM-in N4.3, 38, 47, 42-ci maddələrinə əsaslanaraq, məhkəmədən İddiaçı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunur. İPM-in 54.N-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçının hərbi xidmətdən (ordudan) ehtiyata buraxılmasının qanunauyğun şəkildə rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və onun vəkili gəlmişlər, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğunu bildirdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. O, qeyd etdi ki, iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır, Məhkəmə iddiaçını və onun vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.N-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maaddəsinə əsasən şəxsin inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in N5.N-ci maddəsinə görə inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. İPM-in 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 36.N-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.3-cü maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İPM-in 36.4-cü maddəsinə görə hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmətdə olan vətəndaşlar hərbi qulluqçular, ehtiyatda xidmətdə olanlar isə hərbi vəzifəlilər adlanırlar. Hərbi qulluqçular və hərbi vəzifəlilər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əsgər, matros, kursant, çavuş, gizir, miçman və zabit kimi hərbi xidmət keçirlər. Əsasnamənin N55-ci maddəsinə görə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin N56 – N59-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər. Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin N56-cı maddəsinin «ə» bəndinə əsasən yerinə yetirilir. Əsasnamənin N56-cı maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə – hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud N2 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). Qadın hərbi qulluqçular ailə vəziyyətinə görə buraxılırlar: uşaq doğulması ilə əlaqədar öz xidməti vəzifələrini icra edə bilmədikləri halda, onların xahişi ilə; hərbi qulluqçu ilə nikaha girdikdə – əri başqa yaşayış məntəqəsinə köçürüldükdə, əgər ərinin yeni xidmət yerində qadın hərbi qulluqçu üçün vakant vəzifə yoxdursa, eləcə də əri həqiqi hərbi xidmətdən buraxılıb yeni yaşayış yerinə gedirsə; mülki şəxslə nikaha girdikdə, əri başqa yaşamaq məntəqəsinə daimi yaşayış üçün gedirsə; qadın – hərbi qulluqçunun vəzifələrini icra etməyə maneçilik törədən xüsusi üzürlü səbəblər olduqda (buraxılma üçün digər əsaslar olmadıqda); həqiqi hərbi xidmət hərbi qulluqçuları ailə vəziyyətinə görə, həqiqi hərbi xidmət keçərkən «Hərbi xidmətə çağırışın Əsasları haqqında» Azərbaycan Respublikası Qanununun N7-ci maddəsinə uyğun çağırışdan möhlət hüququ meydana çıxdıqda; e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı N0 il xidmət etmiş zabitlər. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı hazırda onun hərbi xidmətdən ehtiyata buraxılmasının qanunauyğun rəsmiləşdirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbini irəli sürsə də, onun məhkəmədə iddia qaldırmaqda məqsədi hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə sübutu təqdim etməklə ona müharibə veteranı adı və vəsiqəsi verilsin. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının məhkəmədə iddia qaldırılmamışdan əvvəl inzibati orqana müraciətinin məzmunu da məhz müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə olmuşdur. İddianın dəyişdirilməsinə gəldikdə isə, məhkəmə bu dəyişikliyin qəbulu ona görə məqsədəmüvafiq saymışdır ki, iddiaçı ona müharibə veteranı adı və vəsiqəsi verilməsi iddiasını ilkin olaraq qaldırsa da, sonradan özü iddianın uğurluğunu qiymətləndirərək iddiasını dəyişdirmiş və iradəsinin əksinə olaraq o, ilkin iddianı müdafiə etməklə çıxış etməyə məcbur oluna bilməz, məhkəmənin də belə halda ilkin iddiaya mahiyyəti üzrə baxması İPM-in N5.N-ci maddəsində təsbit olunmuş “çəkişmə prinsipi” ilə ziddiyyət təşkil edərdi. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının NN yanvar N4-cü il tarixdən N fevral N6-cı il tarixədək (iddia ərizəsinə əsasən) hərbi qulluqçu kimi xidməti, o cümlədən tərxis olunması barədə hər hansı məlumat Müdafiə Nazirliyinin aidiyyəti strukturlarında (arxiv qurumunda) aşkar olunmadığı halda, eləcə də həmin sonuncu müddətdən təxminən 27 il müddət keçdikdən sonra onun xidmətdən ehtiyata buraxılmasının rəsmiləşdirilməsi öhdəliyi qoyula bilməz və belə hal qanunvericiliklə müəyyən olunmuş hərbi xidmətkeçmənin qaydalarına ziddir. Bu halda, iddiaçının məhkəmədə hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı hazırkı iddia, yəni “məcburetmə haqqında” iddia ilə deyil, müvafiq məzmunda “müəyyən etmə və tanınma haqqında” iddia ilə çıxış etməsi daha məqsədyönlü qiymətləndirilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. İPM-in 35.N-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və İPM-in 23.N, 35, 83, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan N0 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3333/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3333/2023
20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver