Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3333/2025 03.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə ştirakı ilə, İddiaçı cavabdehlər “Dövlət Sosial Müdafiə” publik hüquqi şəxsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə qarşı (üçüncü şəxs X4) “şəhid ailəsi statusunun ləğv edilməsi və nikah haqqında şəhadətnamənin dublikatının verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər “Dövlət Sosial Müdafiə” publik hüquqi şəxsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh inzibati orqanlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli 317-1/2-İ-203348/2024 saylı və Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-15İ-15 saylı inzibati aktları və hərəkətlərinin qanunsuz hesab edilməsi, habelə müraciətlərində tələb olunanların qanuni və əsaslı olduğundan anası X2 şəhid ailəsi statusunun ləğv edilməsi və sonuncunun atası xx.xx.1963-cü il təvəllüdlü X7 arasında bağlanmış 704 saylı nikah haqqında akt qeydi haqqında məlumatları özündə əks etdirən nikah haqqında şəhadətnamənin dublikat verilməsi vəzifəsinin aidiyyəti üzrə hər iki cavabdeh inzibati orqanın üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, anası X2, atası X7 ilə nikahlarının olmadığına baxmayaraq, o Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən qanunsuz olaraq verilmiş sənəd əsasında şəhid ailəsi statusu əldə edərək dövlət büdcəsindən xeyli miqdarda vəsaiti ələ keçirmişdir. Belə ki, Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, xx/xx-1899-05/69 nömrəli arayışdan görünür ki, X4 xx.xx.2008-ci il tarixli, 704 saylı akt qeydi ilə Xətai rayon Qeydiyyat şöbəsində X7 ilə nikaha daxil olmuşdur. Həmçinin həmin arayışda qeyd olunur ki, xx.xx.1992-ci il tarixli 585 saylı ölüm haqqında akt qeydinə əsasən X7 vəfat etmişdir. Eyni zamanda Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-l-№ 429210 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, anam X2 atası X7 ilə xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuşlar. Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli ölüm haqqında şəhadətnamədə atası X5 ölümünün səbəbi kimi yayılmış peritonit qeyd edilmişdir. Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-l-№ 870691 nömrəli, xx.xx.2007-ci il tarixli digər ölüm haqqında şəhadətnamədə isə atası X5 ölümünün səbəbi kimi sol tərəfi keçib deşən qüllə yarası qeyd edilmişdir. Yuxarıda qeyd olunan Xətai rayon Qeyd iyyat şöbəsi tərəfindən verilmiş sənədlər atasının həqiqətəndə anam X4 ilə nikada olmasını və atam X5 şəhid olmasını şübhə altına salır. Həmçinin sual yaranır X4 xx.xx.1992-ci ildə vəfat etmiş şəxslə xx.xx.2008-ci il tarixdə hansı əsaslarla nikaha daxil olmuş və şəhid ailəsi statusu əldə etmişdir? Buna görə də, göstərilənlərin nəzər alınmasını, X2 barəsində zəruri qanuni tədbir görülməsini və onun şəhid ailəsi statusunun ləğv edilməsi haqqında cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət olunmuşdur. Həmçinin anası xx.xx.1966-cı il təvəllüdlü X4 ilə atası xx.xx.1963-cü il təvəllüdlü X7 arasında bağalanmış 704 saylı nikah haqqında akt qeydi haqqında məlumatları özündə əks etdirən nikah haqqında şəhadətnamədən dublikat verilməsini digər cavabdeh inzibati orqan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsindən xahiş etmişdir. Hər iki cavabdeh inzibati orqanlar tərəfindən onun müraciətlərinin təmin edilməsindən əsassız olaraq imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli 317-1/2-1- 203348/2024 saylı inizbati aktında müraciətində qeyd olunanların guya araşdırıldığı, qanunvericiliyin tələblərinə uyğun qiymətləndirildiyi, lakin araşdırmanın nəticələri ilə bağlı “İnformasiya əldə etmək haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Ruyğun olaraq, fərdi məlumatlar konfıdensial hesab olunur və şəxsin yazılı razılığı olmadığı halda bu barədə məlumatlar 3-cü şəxslər verilməz qeyd edilərək müraciətinin təmin edilməsindən əsassız olaraq imtina olunmuşdur. Eyni zamanda Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-15İ- 15 saylı inzibati aktında həmin cavabdeh inzibati orqana ünvanlanmış müraciətində tələb olunan təkrar nikah haqqında şəhadətnamənin verilməsi üçün anası X2 və ya onun etibarnamə üzrə nümayəndəsinin razılığı ilə alınmasının mümkün olduğu qeyd edilərək müraciətimin təmin edilməsindən əsasız olaraq imtina olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı, cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi iddiaya etiraz edərək iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı X2 şəhid ailəsi statusunun ləğv edilməsi və sonuncunun atası xx.xx.1963-cü il təvəllüdlü X7 arasında bağlanmış 704 saylı nikah haqqında akt qeydi haqqında məlumatları özündə əks etdirən nikah haqqında şəhadətnamənin dublikat verilməsini xahiş edir. Cavabdeh qismində Dövlət Sosial Müdafiə” publik hüquqi şəxsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsini qeyd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı işdə iddiaçı iki tələb irəli sürmüşdür: 1) X2 şəhid ailəsi statusunun ləğv edilməsi və 2) X2 xx.xx.1963-cü il təvəllüdlü X7 arasında bağlanmış 704 saylı nikah haqqında akt qeydi haqqında məlumatları özündə əks etdirən nikah haqqında şəhadətnamənin dublikat verilməsi. Məhkəmə qeyd edir ki, hər iki iddia tələbi üzrə iddiaçının subyektiv hüququ yoxdur. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası” 1.1. Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. ... 1.14. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti akt tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Qanunvericiliyini yuxarıda qeyd olunan müddəlarından göründüyü kimi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr yalnız notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında verilə bilər. İddiaçı isə üçüncü şəxs X2 ona səlahiyyətlərini verməsini təsdiq edən etibarnəməsi təqdim etməmişdir. Bundan başqa iddiaçı iddia tələbləri üzrə birgə cavabdehler kimi DMSF və Xətai rayon qeydiyyat şöbəsini göstərmisiniz. Hər iki tələb üzrə hər iki cavabdehə qarşı ayrl-ayrı tələblərin bir iddiada baxılmasının mümkünlüyünü əsaslandırmamışdır. Digər tərəfdən iddiaçının şəhid ailəsi statsunun ləğv edilməsi ilə bağlı tələbi hansı səbəbdən qeyd olunan cavabdehlərə qarşı yönəltməsi aydın deyil. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli Qərarına əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, Strateji Obyektlərin X3 kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-3333/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3333/2025
03.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver