Məhkəmə qərarları › İş №2-1(112)-3334/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3334/2022

31.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3334/2022 31.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X11 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona peşə xəstəliyi səbəbi ilə əlillik təyinatına hüququ yarandığı xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixinə qədər "xxxx" X12 Cəmiyyətinin “Metalkonstruksiya və mancanaq dəzgahlarının yığma sexi”ndə elektrik qaynaqçısı peşəsində işləmiş və həmin müəssisədə işlədiyi müddətdə sağlamlığını itirərək peşə xəstəliyinə düçar olmuşdur. "xxxx" X12 Cəmiyyətinin “Metalkonstruksiya və mancanaq dəzgahlarının yığma sexi”ndə elektrik qaynaqçısı kimi işə başlamazdan əvvəl, daha dəqiq, xx.xx.2006-cı il tarixdə yaşadığı ərazi üzrə Bakı şəhəri, Binə qəsəbəsi ünvanında yerləşən 29 saylı Birləşmiş Şəhər Xəstəxanasının Poliklinika şöbəsində işəgötürən müəssisənin göndərişinə əsasən tam tibbi müayinədən keçmiş və sağlamlığını təsdiqləyən müvafiq arayışı "xxxx" TASC-уə təqdim edəndən sonra işə başlamışdır. Yuxarıda qeyd olunan müəssisədə elektrik qaynaqçısı peşəsində işlədiyi müddətdə ağ ciyərlərində səhhəti ilə bağlı ciddi problem yarandığından və bu problemin işlədiyi qaynaqçı peşəsi ilə əlaqəli olmasına, yəni peşə xəstəliyi olmasına əsaslı şübhələr yarandığından 29 saylı Birləşmiş Şəhər Xəstəxanası rəhbərliyinin Bakı şəhəri Sabunçu Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə müvafiq məktubuna əsasən Bakı şəhəri Sabunçu Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən onun işlədiyi iş yeri xx.xx.2012-ci il tarixdə müayinə olunmuş və müvafiq olaraq iş yerinin geniş sosialtexniki təhlükəsizliyinin təsvirini özündə əks etdirən xx.xx.2012-ci il tarixli, 05/396 saylı sənəd tərtib olunmuşdur. Həmin sənəddə qaynaqçı olaraq onun gördüyü iş prosesi təsvir olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən onun işlədiyi iş yeri müayinə olunandan və iş yerinin sanitargigiyenik xarakteristikası barədə xx.xx.2012-ci il tarixli, 05/396 saylı sənəd tərtib olunandan sonra 29 saylı Birləşmiş Şəhər Xəstəxanası ona müayinə və müalicə olunmaq üçün AR Səhiyyə Nazirliyinin V.Y.Axundov adına X3 X4 Klinikasına göndəriş vermişdir. Uzun müddət X5 müayinə və müalicə olunandan sonra 19 noyabr 2012-ci il tarixdə onun əsas xəstəliyinin işlədiyi elektrik qaynaqçısı peşəsi ilə əlaqəli olduğu, yəni peşə yönümlü olması müəyyən edilmiş və xəstəliyinin klinik diaqnozu “Xroniki toksiki bronxit, astmoidli komponentlə. Ağ ciyərlərin emfizeması. Tənəffüs çatmamazlığı İİ dərəcə: Yanaşı: ÜİX: gərginlik stenokardiyası (f.S.İİ), ipoxondrik sindrom” kimi müəyyən edilmiş, sahə həkiminə göndərilərək onun HSEK-na göndərilməsi tövsiyə edilmişdir Daha sonra isə 8 ay da həkim nəzarətində qalaraq yuxarıda qeyd olunmuş diaqnozlarla 2 dəfə xx.xx.2013-xx.xx.2013 və xx.xx.2013-xx.xx.2013-cü il tarixlərdə 3 saylı Şəhər Kliniki Xəstəxanasının terapiya şöbəsində stasionar müalicə alandan sonra ilk dəfə olaraq 24 iyul 2013-cü il tarixdən başlayaraq Bakı şəhəri, Xəzər rayon 9 nömrəli Tibbi- Sosial Ekspert Komissiyasının xx.xx.2013-cü il tarixli, 1090 saylı müayinə aktına əsasən ona peşə xəstəliyi səbəbi ilə 3-cü dərəcəli əlillik qrupu və 60 % əmək qabiliyyətinin itirilməsi müəyyən edilmişdir. Sonuncu dəfə əlillik müddəti 27 iyul 2016-cı il tarixdə 5 il müddətinə uzadılmış və növbəti müayinə xx.xx.2021-ci il tarixə təyin olunmuşdur. 27 iyul 2016-cı il tarixdə onun əlilliyi 5 il müddətinə uzadılandan bu günə qədər hər il bir dəfə olmaqla yuxarıda qeyd olunmuş diaqnozlarla xəstəxanalarda stasionar olaraq ixtisaslı müalicələr almışdır. 11 avqust 2021-ci il tarixində 29 saylı BŞX-nın Poliklinika şöbəsi ona əlillik təyinatı ilə əlaqədar 0053003AAEYM nömrəli forma 88-i elektron sənəd formatında TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərmişdir. 14 avqust 2021-ci il tarixdə TSERAS təqdim edilən tibbi sənədlərin ona əlillik təyin etmək üçün yetərli olmadığını və əlavə ixtisaslaşmış müalicəyə ehtiyacın olduğunu əsas gətirərək ona əlillik təyinatından imtina etmişdir. 17 avqust 2021-ci il tarixdə 29 saylı BŞX-nın Poliklinika şöbəsi ixtisaslı stasionar müalicə almaq üçün ona V.Axundov adına X3 X4 Klinikasına göndəriş vermiş və həmin göndərişə əsasən, X5 17 avqust 2021-ci il tarixdən 02 sentyabr 2021-ci il tarixə qədər stasionar olaraq ixtisaslı müalicə almış və bununla əlaqədar X10 tərəfindən ona verilmiş 02 sentyabr 2021-ci il tarixli, 30/2021 saylı xəstəlik tarixindən çıxarışın əslini də sahə həkiminə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, İddiaçı əlillik vəziyyətinə Elmi tədqiqat hematalogiya və transfuziya institutunun xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Əmək zədəsi; X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J95-J99 - Tənəffüs orqanlarının digər xəstəlikləri => J99* - Başqa rubrikalarda təsnif edilən xəstəliklər zamanı rast gəlinən respirator pozğunluqlar => J99....; Diaqnozun mətni: Xr. bronxit-astmatik.Xr. toksiki bronxit.ÜİX.Gərginlik stenokardiyası 2 fs.Hipertoniya x-yi 2m.Ağ ciyərlərin emfizeması.Ağ ciyər fibrozu; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: ÜİX.Ağ ciyərlərin emfizeması” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2015-ci il tarixli 0053003AABHH saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Peşə xəstəliyi: X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J44 - Digər xroniki obstruktiv ağciyər xəstəliyi => J44.0 - Ağciyərin xroniki obstruktiv xəstəli...; Diaqnozun mətni: Digər xroniki obstruktiv ağciyər xəstəliyi, Xroniki toksiki bronxit asmatik komponentlə, uzanmış gedişli tez-tez fəsadlaşma.Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, Tənəffüs çatmamazlıgı İİ dərəcə.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Peşə xəstəliyi; X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40- J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J44 - Digər xroniki obstruktiv ağciyər xəstəliyi => J44.0 - Ağciyərin xroniki obstruktiv xəstəli...; Diaqnozun mətni: Digər xroniki obstruktiv ağciyər xəstəliyi, Xroniki toksiki bronxit asmatik komponentlə, uzanmış gedişli tez-tez fəsadlaşma.Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, Tənəffüs çatmamazlığı İİ dərəcə.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2019-cu il tarixli 0053003AAEYM saylı göndərişi əsasında baxılmış və “X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J60-J70 - Xarici amillərin təsirindən törənən ağciyər xəstəlikləri => J68 - Kimyəvi maddələr, qazlar, tüstülər və buxarlar tərəfindən törədilən respirator...; Diaqnozun mətni: Kimyəvi maddələr, qazlar, tüstülər və buxarların təsirindən yaranan xroniki respirator hallar, Xroniki toksiki bronxit, astmatoidli komponentlə uzanmış gedişli, tez-tez boğulma tutmaları ilə Ağırlaşma J17* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı müşahidə edilən pnevmoniyalar, Ağciyərlərin fibrozu.Diffuz pnevmaskleroz. Ağırlaşma J96 Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, Tənəffüs çatmamazlığı İİ dərəcə Ağırlaşma J43 Emfizema, Ağciyərlərin enfizeması Yanaşı xəstəliklər M42 Onurğanın osteoxondrozu. Bel fəqərələrinin osteoxondrozu, fonunda davamlı ağrı sindromu, tez-tez fəsadlaşan xroniki bel-oma radikulopatiyası. İpoxondrik sindrom; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması- Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Bakı 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0053003AAE66 saylı göndərişi əsasında baxılmış və “X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J60-J70 - Xarici amillərin təsirindən törənən ağciyər xəstəlikləri => J68 - Kimyəvi maddələr, qazlar, tüstülər və buxarlar tərəfindən törədilən respirator ...; Diaqnozun mətni: Kimyəvi maddələr, qazlar, tüstülər və buxarların təsirindən yaranan xroniki respirator hallar, Xroniki toksiki bronxit, astmatoidli komponentlə uzanmış gedişli, tez-tez boğulma tutmaları ilə Ağırlaşma J96 Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, Tənəffüs çatmamazlığı İİ dərəcə Ağırlaşma J17* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı müşahidə edilən pnevmoniyalar, Ağciyərlərin fibrozu.Diffuz pnevmaskleroz. Stenokardiyanın digər formaları, ÜİX.Gərginlik stenokardiyası f.s.ll Yanaşı xəstəliklər M42 Onurğanın osteoxondrozu, Bel fəqərələrinin osteoxondrozu, fonunda davamlı ağrı sindromu, tez-tez fəsadlaşan xroniki bel-oma radikulopatiyası. İpoxondrik sindrom; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son 5 (beş) ildə stasionar müayinə və müalicə yetərli deyil. Diaqnozda qeyd edilən yanaşı xəstəliklər və ağırlaşmalarla bağlı ixtisaslaşmış müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır; 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5-ci bəndinə əsasən, Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir; 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3.-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.5-ci bəndinə əsasən, TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır; 2.6-cı bəndinə əsasən, Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İşin faktiki hallarına əsasən, iddiaçının əlillik vəziyyəti Elmi tədqiqat hematalogiya və transfuziya institutunun xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Əmək zədəsi; X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J95-J99 - Tənəffüs orqanlarının digər xəstəlikləri => J99* - Başqa rubrikalarda təsnif edilən xəstəliklər zamanı rast gəlinən respirator pozğunluqlar => J99....; Diaqnozun mətni: Xr. bronxit-astmatik.Xr. toksiki bronxit.ÜİX.Gərginlik stenokardiyası 2 fs.Hipertoniya x-yi 2m.Ağ ciyərlərin emfizeması.Ağ ciyər fibrozu; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: ÜİX.Ağ ciyərlərin emfizeması” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra Bakı 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2015-ci il tarixli 0053003AABHH saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Peşə xəstəliyi: X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J44 - Digər xroniki obstruktiv ağciyər xəstəliyi => J44.0 - Ağciyərin xroniki obstruktiv xəstəli...; Diaqnozun mətni: Digər xroniki obstruktiv ağciyər xəstəliyi, Xroniki toksiki bronxit asmatik komponentlə, uzanmış gedişli tez-tez fəsadlaşma.Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, Tənəffüs çatmamazlıgı İİ dərəcə.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Peşə xəstəliyi; X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40- J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J44 - Digər xroniki obstruktiv ağciyər xəstəliyi => J44.0 - Ağciyərin xroniki obstruktiv xəstəli...; Diaqnozun mətni: Digər xroniki obstruktiv ağciyər xəstəliyi, Xroniki toksiki bronxit asmatik komponentlə, uzanmış gedişli tez-tez fəsadlaşma.Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, Tənəffüs çatmamazlığı İİ dərəcə.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sonuncu dəfə Bakı 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0053003AAE66 saylı göndərişi əsasında baxılmış və “X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J60-J70 - Xarici amillərin təsirindən törənən ağciyər xəstəlikləri => J68 - Kimyəvi maddələr, qazlar, tüstülər və buxarlar tərəfindən törədilən respirator ...; Diaqnozun mətni: Kimyəvi maddələr, qazlar, tüstülər və buxarların təsirindən yaranan xroniki respirator hallar, Xroniki toksiki bronxit, astmatoidli komponentlə uzanmış gedişli, tez-tez boğulma tutmaları ilə Ağırlaşma J96 Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, Tənəffüs çatmamazlığı İİ dərəcə Ağırlaşma J17* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı müşahidə edilən pnevmoniyalar, Ağciyərlərin fibrozu.Diffuz pnevmaskleroz. Stenokardiyanın digər formaları, ÜİX.Gərginlik stenokardiyası f.s.ll Yanaşı xəstəliklər M42 Onurğanın osteoxondrozu, Bel fəqərələrinin osteoxondrozu, fonunda davamlı ağrı sindromu, tez-tez fəsadlaşan xroniki bel-oma radikulopatiyası. İpoxondrik sindrom; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son 5 (beş) ildə stasionar müayinə və müalicə yetərli deyil. Diaqnozda qeyd edilən yanaşı xəstəliklər və ağırlaşmalarla bağlı ixtisaslaşmış müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 həvalə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş, T 73/2022 saylı ekspert rəyinə əsasən, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün 29 nömrəli Birləşmiş şəhər xəstəxanası tərəfindən verilmiş 0053003AAEYM saylı və 0053003AAE66 saylı göndərişində onun səhhətini əks etdirən diaqnoz aparılmış kliniki, laborator və instrumental müayinələrin əsasında müəyyən edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə əyani müayinəsi zamanı X1 institutuna göndərilmiş, ona kliniki və instrumental müayinələr əsasında “peşə xəstəliyi, restruktiv tipli mötədil ventilyasiya pozğunluğu, Y20-xroniki bronxit, ağciyərlərin fibrozu” diaqnozu müəyyən edilmişdir. Həmin xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd edilən xəstəliklərin əhatə dairəsinə düşmür. Peşə xəstəlikləri zərərli istehsal faktorlarına məruz qalma nəticəsində yaranan xəstəliklərdir. Onlar insan orqanizminə istehsalat mühitinin zərərverici faktorlarının (kimyəvi, fiziki, bioloji, tozların və fiziki gərginlik faktorları) uzun müddətli təsir nəticəsində yaranırlar. Həmin xəstəliklərin tam reabilitasiyası mümkün olmadıqda aparılmış müalicədən sonra müəyyən müddətə remissiya əldə etmək mümkündür. Məhkəmə icraatı zamanı 12 may 2022-ci il tarixli qərardadla İddiaçı mövcud olan xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsində olub-olmaması ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının canlı müayinəsinin aparılması üçün cavabdehə müddət təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı “Peşə xəstəliyi ilə əlaqədar” səbəbindən xx.xx.2022-ci ildə Agentliyin müvafiq Tibbi-Sosial Ekspert Komissiyasında nəzarət qaydasında əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə, tibbi sənədlərində əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Kimyəvi maddələr, qazlar, tüstülər və buxarların təsirindən yaranan xroniki respirator hallar. Xroniki toksiki bronxit, astmatoid komponentlə, uzanmış gedişli, tez-tez boğulma tutmaları ilə. Tənəffüs çatışmazlığı İİ dərəcə. Ağciyərlərin fibrozu, diffuz pnevmoskleroz” diaqnozu-öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Göründüyü kimi, ekspert rəyi ilə də iddiaçı barəsində tərtib edilmiş göndərişin onun kliniki, laborator və instrumental diaqnostik müayinələri əsasında müəyyən edildiyi, şəxsin əyani müayinəsi zamanı həmin xəstəliklər əlillik əlamətləri təyin etmədiyindən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşmədiyi qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı diaqnozu onun əlillik təyinatına imkan vermədiyindən, başqa sözlə göstərilən diaqnoz üzrə xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də göstərilən xəstəliklərin əhatə dairəsinə düşmədiyindən əlillik təyinatının aparılmasından imtina əsaslı olmuşdur. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar