Məhkəmə qərarları › İş №2-1(112)-3335/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3335/2025

29.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3335/2025 29.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (adi cəlbetmə qaydasında üçüncü şəxs X9) qarşı “protokoldan çıxarışın ləğv edilməsi” (birinci iş) və iddiaçı X6 cavabdeh Bakı şəhəri Cavabdehnə (adi cəlbetmə qaydasında üçüncü şəxs İddiaçı Frhad oğlu) qarşı “qərarın etibarsız hesab edilməsi” (ikinci iş) iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ :

1. Birinci iş üzrə İddiaçı xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Nərimanov rayon Nərimanov Bələdiyyəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, xx.xx.2024-cü il tarixli 11 saylı protokoldan çıxarışının (inzibati aktın) ləğv edilməsi və Nərimanov Bələdiyyəsinin üzərinə İddiaçı ilə bağlanmış icarə müqaviləsinin bərpa edilməsi tələbini irəli sürmüşdür (iş № 2-1(112)-3335/2025; hakim Günel Sevdimalıyeva).

2. İkinci iş üzrə iddiaçı X9 xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Nərimanov rayonu, X1 rayonu, Ə.Rəcəbli küçəsi 38 ünvanında yerləşən 930 kv.m torpaq sahəsinin İddiaçı adına verilməsi barədə qərarın etibarsız sayılması tələbini irəli sürmüşdür (iş № 2-1(112)-5139/2025; hakim Bəhlul Cəlalov).

3. Hazırki işlər üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə 2-1(112)-5139/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatı 2-1(112)-3335/2025 nömrəli iş üzrə məhkəmə icraatına birləşdirilmiş və 2-1(112)-5139/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına 2-1(112)-3335/2025 nömrəli iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilmişdir.

4. Birinci iş üzrə tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində İddiaçı və Nərimanov Bələdiyyəsi arasında torpaq sahəsinin icarəyə verilməsinə dair 21 saylı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən Əhməd Rəcəbli küçəsi 38A ünvanında yerləşən 930 kv.m qeyri yaşayış torpaq sahəsini Nərimanov Bələddiyyəsi İddiaçı icarəyə verməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixində torpaq icarə müqaviləsinin uzadılmasına dair 08 saylı yeni müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən xx.xx.2023-cü il tarixli 21 saylı müqavilənin müddəti daha 3 il, yəni xx.xx.2027-ci ilə qədər uzadılmışdır. Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov rayon Nərimanov Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 11 saylı protokoldan çıxarışına əsasən iddiaçı ilə həmin torpaq icarə müqaviləsinə xitam verilmişdir. Əsas kimi qeyd edilmişdir ki, icarə müqavilənsinin şərtləri bəzi icarəçilər tərəfindən pozulmuşdur və həmin torpaq sahəsi İddiaçı istifadəsində deyil, X6 istifadəsindədir. Halbuki faktiki olaraq həmin torpaq sahəsi hələ 2000-ci illərdən İddiaçı istifadəsində olmuşdur.

5. İkinci iş üzrə tələb onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin icarəyə verilməsinə dair Bakı şəhəri Nərimanov Rayonu, Nərimanov Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 2 saylı müqaviləsinə əsasən Nərimanov rayonu,Ə.Rəcəbli küçəsi 38 ünvanında yerləşən 672 kv.m torpaq sahəsi 30 il müddətinə iddiaçı X7 icarəyə verilmişdir və hal hazırda onun istifadəsindədir. Bundan başqa Bakı şəhəri Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 38a (yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən və iddiaçının xüsusi mülkiyyətində olan 640.20 kv.m qeyri yaşayış sahəsi istifadəsindədir və sözügedən torpaq sahəsi bilavasitə həmin obyektin qarşısında yerləşməklə ona bitişikdi, həmçinin obyektin giriş-çıxış qapıları həmin torpaq sahəsinə açılır. Bakı şəhəri Nərimanov rayonu, Nərimanov Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 11 saylı protokoluna əsasən Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 38 ünvanında yerləşən 930 kv.m torpaq sahəsi X6 istifadəsində olduğundan İddiaçı adına uzadılmış xx.xx.2024-cü il tarixli 21 saylı torpaq icarə müqaviləsinin 2.5-ci maddəsinə görə xitam verilmişdir. Göründüyü kimi, ünvan 6 ünvanında yerləşən torpaq səhəsi Nərimanov Bələdiyyəsi tərəfindən daha əvvəl iddiaçı X7 icarəyə verilmiş və bu günə kimi də onun istifadəsindədir.

6. İddiaçı münasibətdə müvafiq sənədlər müəyyən edilmişdir: - AN-İ ******* nömrəli xx.xx.2007-ci il tarixli Qeyri-yaşayış sahəsinin alqı-satqı Müqaviləsinə əsasən satıcı (X10) Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən 7 №-li reyestr kitabının, 29 səhifədə, 004582 qeydiyyatı olan, xx.xx.2005-ci il tarixdə verilmiş Mülkiyyət hüququ haqqında Şədadətnaməyə əsasən ünvan 7 ünvanda yerləşən, ümumi sahəsi 640,2 kv.m olan 5 saylı mağazanı alıcının (İddiaçı) mülkiyyətinə vermişdir. - Torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.2024-cü il tarixli 08 nömrəli Müqaviləyə əsasən İcarəyəverən (Nərimanov rayon Nərimanov Bələdiyyəsi) icarə əsasında sahəsi Əhməd Rəcəbli küçəsi, 38A olan gələcəkdə “sahə” adlanan 930 kv.m ərazini icarəçiyə (İddiaçı) 3 il (xx.xx.2027-ci il tarixinə kimi) müddətinə istifadə vermiş, icarəçi (İddiaçı) isə qəbul etmişdir. - Cavabdeh Bələdiyyə iclasının xx.xx.2024-cü il tarixli 11 saylı Protokolundan Çıxarışa əsasən Nərimanov bələdiyyəsinin inzibati ərazisində bağlanmış torpaq icarə müqaviləsinin şərtləri bəzi içarəçilər tərəfindən pozulmuşdur. Ə.Rəcəbli küç 38 ünvanında 930 kv.m torpaq sahəsinə görə İddiaçı adına 15 avqust 2024-cü il tarixli 21 saylı uzadılmış torpaq icarə müqaviləsinə xitam verilməsi zərurəti yaranmışdır.Həmin torpaq sahəsi X6 istifadəsində olduğu müəyyən edilmişdir. Nərimanov rayonu Ə.Rəcəbli küç 38 ünvanında yerləşən 930 kv.m torpağa görə İddiaçı adına uzadılmış 15 avqust 2024-cü il tarixli 21 saylı torpaq icarə müqaviləsinin 2.5-ci maddəsinə görə xitam verilmişdir.

7. İddiaçı X7 münasibətdə müvafiq sənədlər müəyyən edilmişdir: - Torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.2005-cü il tarixli 02 nömrəli Müqaviləyə əsasən İcarəyəverən (Nərimanov rayon Nərimanov Bələdiyyəsi) icarə əsasında sahəsi Əhməd Rəcəbli küçəsi, 38 olan gələcəkdə “sahə” adlanan 672 kv.m ərazini icarəçiyə (X7) 30 il (xx.xx.2035-ci il tarixinə kimi) müddətinə istifadə vermiş, icarəçi (X9) isə qəbul etmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 38a (Yeni qaydalarla: AZ1052, ünvan 9 ünvanında yerləşən 640,20 kv.m torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ X4 adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. - Reyestrdə 4Ə-908 nömrə ilə qeyd olunan xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı X8 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 38a (Yeni qaydalarla: AZ1052, ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 640,2 kv.m olan qeyri-yaşayış sahəsini alıcı X6 mülkiyyətinə vermişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 38a (Yeni qaydalarla: AZ1052, ünvan 9 ünvanında yerləşən 640,20 kv.m torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ X6 adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.

8. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və bildirdi ki, torpaq sahəsi hazırda iddiaçılar İddiaçı və X6 istifadəsində deyil.

II. İddiaların növü və mümkünlüyü

9. İddialar mümkündür.

III. Məhkəmənin mövqeyi

10. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

11. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...

13. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, hər iki iddia tələbi üzrə mübahisələndirilən ərazi ümumilikdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 38A ünvanında yerləşir. İddiaçı məxsus sahənin ölçüsünün 930 kv.m (Torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.2024-cü il tarixli 08 nömrəli Müqaviləyə əsasən), iddiaçı X7 məxsus sahənin ölçüsünün 672 kv.m (Torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.2005-cü il tarixli 02 nömrəli Müqaviləyə əsasən) olduğu və hər iki iddiaçı tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 38A ünvanında yerləşən torpaq sahələrindən icarə müqavilələri əsasında istifadə olunduğu iddia edilmişdir.

14. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçılar tərəfindən mübahisələndirilən əraziyə dair icarə müqavilələri təqdim edilsə də (İddiaçı 930 kv.m əraziyə dair ilkin icarə müqaviləsinin 2023-cü ildə bağlandığını qeyd etsə də, müvafiq müqaviləni məhkəməyə təqdim etməmişdir), torpaq sahələrinə dair miqyas, koordinatlar və istinad nöqtələrindən məsafəni əks etdirən cizgi/plan/sxem mövcud olmaması səbəbindən sözügedən müqavilələrlə iddiaçılara ayrılmış torpaq sahələrinin coğrafi yerləşmə yerini dəqiqliklə müəyyən etmək mümkün deyil.

15. İddiaçıların təqdim etdiyi əsaslandırma (eyni torpağın fərqli şəxslərə məxsus olması) etibarlı cizgi olmadan yetərsizdir. Belə ki, iddiaçılar İddiaçı və X7 ayrılmış torpaq sahələrinin, ümumiyyətlə, yerləşmə mövqeyini göstərən cizgisi (miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafə göstərilməklə) mövcud olmadığından əsaslı şübhə yeri olmadan göstərilən torpaq sahələrinin müqavilə əsasında onlara ayrıldığı və ya iddiaçılara məxsus torpaq sahələrinin üst-üstə düşdüyü qənaətinə gəlmək olmaz.

16. Məhkəmə eyni zamanda nəzərə alır ki, iddiaçılar İddiaçı və X9 Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 38A ünvanında yerləşən qeyri-yaşayış sahələrinə dair mülkiyyət/icarə hüquqlarını mübahisələndirsələr də, müvafiq ərazi hazırda faktiki olaraq iddiaçıların istifadəsində deyil və iddiaçılar həmin ərazi üzərində istifadə/mülkiyyət/sərəncam hüquqlarını realizə etmək imkanına malik deyillər.

17. Belə ki, KİV məlumatlarından, ictimaiyyətə açıq olan mənbələrdən və informasiya resurslarından aydın olur ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 38A ünvanında yerləşən qeyri-yaşayış sahələri artıq sökülmüş, ərazi hasara alınmışdır. Bu fakt geniş ictimaiyyətə məlum olduğu kimi iddiaçılar tərəfindən təkzib edilməsi ağlabatan deyil (İddiaçı nümayəndəsi (vəkili) məhkəmə iclasında iştirak edərkən müvafiq ərazinin iddiaçıların istifadəsində olmadığını təsdiq etmişdir).

18. Odur ki, müvafiq ərazi hazırda iddiaçıların sahibliyində və istifadəsində olmadığından (qeyd edilən hal hazırda mümkün deyil) yekun qərar hər hansı hüquqi nəticə yaratmır.

19. X14 Məhkəməsinin presedent hüququna əsasən: -"Mübahisə" sözü (Fransız dilində "contestation") formal mənada deyil, daha çox maddi mənada başa düşülməlidir (Le Compte, Van Leuven və X12rşı, § 45). İstifadə edilən xarici formanın və dilin çərçivəsindən kənara çıxmaq və hər bir məhkəmə işinin hallarına uyğun olaraq, diqqəti faktiki vəziyyətə yönəltmək lazımdır (Gorou Yunanıstana qarşı (№. 2) [BP], § 29; və Boulois Luksemburqa qarşı [BP], § 92). 6-cı Maddə qarşı tərəflərin olmadığı və hüquqlarla bağlı hər hansı bir mübahisəli vəziyyətin mövcud olmadığı hallarda, çəkişmə prinsipinə əsaslanmayan və birtərəfli qaydada aparılan prosedura tətbiq olunmur (Alaverdyan Ermənistana qarşı, (qərardad), § 35). -"Mübahisə" real və ciddi olmalıdır (Sporrong və Lönnroth İsveçə qarşı, § 81). - Mübahisə təkcə hüququn faktiki mövcudluğu ilə deyil, onun tətbiq sahəsi və ya həyata keçirilmə qaydası ilə də əlaqəli ola bilər (Benthem Hollandiyaya qarşı, § 32). O, həmçinin fakt məsələləri ilə bağlı ola bilər. - Məhkəmə prosesinin nəticəsi sözügedən hüquq üçün bilavasitə həlledici olmalıdır (məsələn, Ulyanov Ukraynaya qarşı (qərardad)). Nəticə etibarilə, zəif əlaqə və ya uzaq nəticələrin olması 6 § 1 Maddənin tətbiq olunması üçün kifayət deyil (Boulois Luksemburqa qarşı [BP], § 90). -Mülki "hüquq" un mövcud olub-olmadığını və məhdudiyyətin maddi və ya prosessual kimi təsnifləndirildiyini müəyyən edərkən, ilk növbədə milli qanunvericiliyin müvafiq müddəalarına və yerli məhkəmələr tərəfindən bu müddəların necə şərh edildiyinə baxılmalıdır (Masson və X11rşı, § 49). Zahiri formadan kənara çıxmaq, milli qanunvericiliyin müəyyən məhdudiyyəti necə təsnifləndirdiyini araşdırmaq və faktiki hallar üzərində dayanmaq lazımdır (X3rşı, § 38). -Məhkəmə yerli qanunvericiliyə əsasən "ictimai hüquq" sahəsinə daxil olan və nəticəsi fərdi hüquq və vəzifələr baxımından həlledici olan məhkəmə proseslərinin, 6 § 1 Maddənin əhatə dairəsinə düşdüyünü hesab edir. - 6-cı maddənin redaksiyası (1) (maddə 6-1), daha genişdir; Fransız ifadəsi "contestations sur (des) droits et obligations de caractère sivil" nəticəsi şəxsi hüquq və öhdəliklər üçün həlledici olan bütün prosesləri əhatə edir. İngilis dilindəki "... mülki hüquqlarının və vəzifələrin müəyyən edilməsi" mətni bu şərhi təsdiqləyir. Buna görə də məsələnin necə tənzimlənməsini müəyyən edən qanunvericiliyin xarakteri (mülki, kommersiya, inzibati hüquq və s.) və həmin məsələ ilə bağlı səlahiyyətli qurum (adi məhkəmə və ya inzibati orqan və s.) az əhəmiyyət kəsb edir (Ringeisen Avstriyaya qarşı § 94).

20. Odur ki, məhkəmə hesab edir ki, hazırki iş üzrə “real və ciddi” mübahisə mövcud deyildir. İddiaçıların hazırki vəziyyətdə iddia tələbini irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.

21. Belə olan təqdirdə iddia tələbləri mümkün sayılmamalıdır.

22. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

23. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

Birinci tələb üzrə İddiaçı iddiası mümkün sayılmasın. İkinci tələb üzrə X6 iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar