Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3336/2021 31.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə əmrin ləğv olunması və əmək haqqının ödənilməsi tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,onun 1979-cu ildən başlayaraq 1994-ci ildən isə fasiləsiz olaraq dövlət orqanında, 2005-cı üdən isə dövlət qulluğu vəzifəsində işləməsini nəzərə alaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən işdən azad olunması və müəyyən müddətdən sonra “ştatdankənar işçi" kimi 600 manat əmək haqqı ilə işə qəbul olunması Azərbycan Respublikasının Konstitusiyasının, Əmək Məcəlləsinin tələblərinin kobud surətdə pozulması ilə aparıldığı üçün onun xx xxxxxx 2020-cı ıl tarixdən "ştatdankənar işçi” kimi təyin olunmağı və 20 11 2020-ci il tarixli əmr ilə işdən azad olunması barədə əmrlərin ləğv olunaraq müddətsiz müqavilə ilə ən azı mütəxəssis vəzifəsinə təyin olunması, göstərilən tarixdən əmək haqqı arasındakı fərqin ödənilməsi; Nazirliyin əmrinə əsasən xx.xx.2020-ci ıl tarixdən işdən azad olunmasına və Fondun əmrinə əsasən xx.xx.2020-ci il tarixdən işə başlaması nəzərdə tutulsa da faktiki olaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi işə çixdığı üçün həmin müddətin əmək haqqını mütəxəssis vəzifəsi üçün nəzərdə tutulan əmək haqqı ilə ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1962-ci il təvəllüdlü olub 1994-cu ildən Xaçmaz rayon Əhalinin Sosial Müdafiə Mərkəzində isə qəbul olunmuşdur və hal-hazırda işləyir.1980-1982-ci illərdə Bakı Maliyyə-Kredit texnikomunun “Hüquqşünaslıq” fakültəsində təhsil alaraq hüquqşünas ixtisası üzrə bitirmişdir. Həmin idarədə işlədiyi illərdə Güzəştlər üzrə mütəxəssis, Direktor müavini-Pensiya və müavinətlər üzrə şöbə müdiri pensiya təyinatı sektorunun müdiri, Baş məsləhətçi və işdən çıxanadək pensiya üzrə müətəxssis vəzifəsində çalışmışdır. Əmək fəaliyyəti müddətində təxminən 40 il ümumi sığorta stajı olmaqla, 26 il fasilsiz olaraq eyni təşkilatda işləyir. İşlədiyi müddətdə dəfələrlə aparılan struktur dəyişiklikləri ilə əlaqədar işlədiyi idarənin və tutduğu vəzifənin adı dəyişdirilmişdir. 2005-ci ildən 2020-ci ilin avqust ayına kimi dövlət qulluqçusu statusunda fəaliyyət göstərmişdir. Təxminən 2020-ilin iyun ayının sonları, yəni xx.xx.2020-ci il tarixdə işdən sonra təcili olaraq Fonddan öz arzusu ilə işdən azad olunmaqları və yeni işlə təmin olunmaqları barədə yazmalı olduqları ərizələrin nümunələri göndərilmişdir və həmin ərizələrin tərtib olunması üçün təzyiqlər edilmişdir. 23-xx xxxx 2020-ci iltarixdə şöbələrində əməkdaşlarının peşəkar biliklərinin yoxlanılması aparılmışdır. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin yerlərdə müvafiq idarələrin yaradılması barədə **********68 nömrəli xx.xx.2020-ci il tarixli qərarı daxil olmuşdur. Peşəkar biliklərinin yoxlanılması zamanı pensiya mütəxəssisi kimi 54 bal keçid balına qarşı 68 bal toplamışdır. Göstərdiyi nəticə şöbənin ümumi nəticəsinə əsasən yüksək olmuşdur. Əldə etdiyi nəticəyə əsasən ştatda nəzərdə tutulan müvafiq işlə təmin olunacağını gözlədiyi halda, xx xxxx 2020-ci il tarixdə onlara Fondun bütün yerli şöbələrinin əməkdaşlarının xx xxxx 2020-ci il tarixdən öz xahişləri ilə işdən azad olunmaqları barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin **********6 nömrəli xx xxxx 2020-ci il tarixli əmri daxil olmuşdur. Onları xx xxxx 2020-ci il tarixdən işdən azad edərək xx xxxxxx 2020-ci il tarixdən işə qəbul edilmişdirlər və arada olan müddət üçün əmək haqqı hesablanmamışdır. Onun işə qəbul olunmağı rəsmiləşdirilərkən vəzifəsi sənəddə qanunvericiliyə uyğun olaraq “ştatdankənar işçi”, elektron məlumata isə düzgün olaraq “müətəxəssis” kimi qeyd olunmuşdur və həmin müddətdə əmək haqqı 1.000 manat əvəzinə 6.000 manat məbləğ ödənilib. xx xxxxxx 2020-ci il tarixdə isə müddətin bitməsi ilə əlaqədar işinə xitam veriləcəyi barədə elektron qaydada xəbərdarlıq göndərimişdir. Həmin tarixdə yenidən elektron qaydada göndərilən əlavə məlumatda əməkdaşların qiymətləndirmə əldə etdiyi nəticələrin nəzərə alınacağı bildirilib. xx xxxxxx 2020-ci il tarixdə isə xəbərdarlığı yalnız orta təhsil olan əməkdaşların intizamlı olması barədə məlumat daxil olub. xx.xx.2020-ci il tarixdə imzaladığı müqavilənin müddətinin qurtarması ilə əlaqədar xx.xx.2020-ci il tarixdən **********28 nömrəli xx.xx.2020-ci il tarixli əmrlə işinə xitam verilmişdir. Nəticədə ona qarşı edilmiş qanunsuz hərəkətlərə son verilmiş olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş və cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya dair yazılı etirazları məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 məhkəmə iclsında verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın əsassız olduğu üçün təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı işə ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Elekron Məhkəmə Sistemindən” çıxarılmış iddiaçıya məxsus AZE seriyalı ******* №li şəxsiyyət vəsiqəsi barədə məlumatdan və iddia ərizəsindən müəyyən olunur ki, xx.xx.1962-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanda yaşayır. Məhkəmə hesab edir ki, iddiaçının şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat və yaşayış ünvanı Xaçmaz şəhəri və hazırki mübahisə üzrə iddia dövlət qulluqçusu kimi iddiaçı ilə inzibati orqan arasında əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı olduğundan işə aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Xaçmaz şəhəri Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. İPM-nin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 hazırki inzibati işin aidiyyatı üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsinə etiaz etmədiklərini bildirdilər. İPM-nin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3, 8.5, 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə əmrin ləğv olunması və əmək haqqının ödənilməsi tələbinə dair 2-1(112)- 3336/2021 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3336/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3336/2021
31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver