Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3338/2021 06.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Hacıyev Namiq Sərkar oğlunun (Bakı şəhərində qeydiyyatdadır, vəkil), cavabdehin nümayəndəsi Rüstəmli Nurani Mədəd oğlunun (Balakən rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, böyük mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı İddiaçı Mircəlil oğlunun cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Mircəlil oğlu cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyanın yenidən hesablanması və verilən pensiya məbləğinə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa 08.10.2010-cu il tarixli Qanunla edilmiş dəyişikliyə və 01.01.1993-cü ildən tətbiq edilən “Azərbaycan Respublikası məhkəmələrin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 04.11.1992-ci il tarixli, 364 nömrəli qərarının 1-ci bəndinə görə Azərbaycan Respublikasının Milli Məclisinin 06.12.1993-cü il tarixli, 766 nömrəli qərarına əsasən 1-ci ixtisas dərəcəli hakim-pensiyaçı olduğu üçün Azərbaycan Respublikasında mövcud minimum əmək haqqının 5 misli əlavə edilməklə aylıq pensiya məbləğinin yenidən hesablanaraq verilməsi və 2008-ci ilin mart ayından hal-hazıradək verilməmiş əlavə haqq üzrə yaranmış fərqin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin və hakimlər məzuniyyətə çıxdıqda onlara 2 aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə üçün verilən 2 aylıq əmək haqqı həcmində pul məbləği fərqinin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin və 01 yanvar 2021-ci ildən başlayaraq 750 manat qəsdən azaldılmış pensiya məbləğinin yenidən hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Mircəlil oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, o, 29.12.1954-cü ildə Gəncə şəhərində anadan olmuşdur və 1992-ci – 2000-ci illərdə Azərbaycan Respublikası İqtisadi Məhkəməsinin sədr müavini vəzifəsində işləmişdir. 2008-ci ilin mart ayından 2-ci qrup əlil kimi pensiyaya çıxmış və hal-hazırda Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədr müavini kimi “Məhkəmələr və hakimlər haqqında” Qanuna müvafiq olaraq pensiya alır. Pensiyasının yenidən hesablanması və verilən pensiya məbləğinə 1-ci ixtisas dərəcəli hakim-pensiyaçı olduğu üçün Azərbaycanda mövcud minimum əmək haqqının 5 misli əlavə edilməklə aylıq pensiya məbləğinin yenidən hesablanaraq verilməsi və 2008-ci ilin mart ayından hal-hazıradək verilməmiş əlavə haqq üzrə yaranmış fərqin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin və hakimlər məzuniyyətə çıxdıqda onlara 2 aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə üçün verilən 2 aylıq əmək haqqı həcmində pul məbləği fərqinin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməlidir. Ona verilən pensiya miqdarının hesablanması zamanı hansı şərtlərin əsas götürülməsi barədə arayışın ona təqdim edilməsi ilə bağlı aidiyyət üzrə göstəriş verilməsinə dair 11.02.2020-ci il tarixli ərizəsinə və dəfələrlə şəxsən əlaqə saxlamasına baxmayaraq cavab verilməmiş və arayış təqdim edilməmişdir.Bundan əlavə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə mürciət etdiyi üçün iddiaçının aldığı pensiya 01.01.2021-ci ildən başlayaraq qəsdən 750 manat azaldılmışdır.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun şərh edilməsinə dair 15.05.2020-ci il tarixli qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtı ilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar, 1-ci ixtisas dərəcəli hakim-pensiyaçı olduğu üçün mövcud minimum əmək haqqının beş misli əlavə nəzərə alına bilməz. Göstərilənlərlə yanaşı, İddiaçı 01.09.2008-31.12.2008-ci il tarixləri arasındakı dövr ərzində 319797,18 manat ümumilikdə pensiya məbləği ödənilməli olduğu halda 422835,36 manat ödənildiyi aşkar edilmişdir. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının tələblərinin bir qismi mümkünlük şərtlərinə cavab verir.İddiaçı bu tələblə cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsu N.Rüstəmli iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarına əlavə edilmiş: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1954-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. “Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin hakimlərinə ixtisas dərəcəsi verilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 06.12.1993-cü il tarixli, 766 №li qərarına əsasən iddiaçı birinci ixtisas dərəcəli hakim olmuşdur. İddiaçının pensiya işinin surətində olan sənədlərə əsasən iddiaçıya 20.02.2004-cü ildə İİ qrup əlilliyə görə pensiya təyin edilmişdir,11.04.2008-ci ildə onun pensiyasının növü dəyişdirilərək hakim kimi pensiya təyin edilmişdir, bir neçə dəfə - 01.10.2010-cu, 01.11.2010-cu, 01.12.2013-cü, 01.05.2018-ci, 01.09.2019-cu illərdə pensiyası yenidən hesablanaraq artırılmış və 07.01.2021-ci ildə pensiyasının yenidən hesablanması aparılmışdır, pensiyası hesablanarkən dövlət məvacibi, ixtisas dərəcəsinə görə əlavə, qulluq stajına görə əlavə və hakimiyyət səlahiyyətinin icrasına görə əlavələr nəzərə alınmışlar, hazırda pensiyasının məbləği 3473,55 manat təşkil edir. Cavabdehin iddiaçıya ünvanlanmış 04.02.2021-ci il tarixli, **********1 №li məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, ”Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 107-ci maddəsində göstərilən əlavələr sabiq hakimlərə deyil, hazırda hakim işləyən şəxslər üçün nəzərdə tutulmuşdur, şəxsə pensiya təyin edilərkən və pensiya yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq etdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.Odur ki, iddiaçının hakimlərə məzuniyyətə çıxarkən ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müaicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət nəzərə alınmaqla pensiyasının yenidən hesablanması barədə müraciətinin təmin edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, birinci dərəcəli məhkəmə hakimi olmuşdur, 20.02.2004-cü ildə iddiaçıya İİ qrup əlilliyə görə pensiya təyin edilmiş, 11.04.2008-ci ildə isə onun pensiyasının növü dəyişdirilərək hakim kimi pensiya təyin edilmişdir, bir neçə dəfə pensiyası yenidən hesablanaraq artırılmış və 07.01.2021-ci ildə pensiyasının yenidən hesablanması aparılmışdır, iddiaçı cavabdehə müraciət edərək iddiaçının hakimlərə məzuniyyətə çıxarkən ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə əsaslı hesab etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 107-ci maddəsinə əsasən hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.. Həmin Qanunun 109-cu maddəsinin 4-cü hissəsinə əsasən hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 04.11.1992-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası məhkəmələrinin beşinci ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının bir misli məbləğində, dördüncü ixtisas dərəcəli hakimlərinə iki misli məbləğində, üçüncü ixtisas dərəcəli hakimlərinə üç misli məbləğində, ikinci ixtisas dərəcəli hakimlərinə dörd misli məbləğində, birinci ixtisas dərəcəli hakimlərinə beş misli məbləğində, ali ixtisas dərəcəli hakimlərinə altı misli məbləğində əlavə haqq verilməsi qərara alınmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli qərarında əks olunan mövqedə göstərilir: “... göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi;əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması.Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.” İşin faktiki hallarına əsasən iddiaçının məhkəmə hakimi işlədiyi dövrlərdə ona məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı ödənilməmişdir, habelə iddiaçı birinci ixtisas dərəcəli hakim kimi minimum əmək haqqının beş misli məbləğində əlavə haqq almamışdır, beləliklə də qeyd edilən məbləğlərdən məcburi dövlət sosial sığorta haqları ödəməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının tələbinin əsası kimi göstərdiyi “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 04.11.1992-ci il tarixli Qərarı qüvvədə deyildir və hazırda işə baxılan zaman tətbiq edilə bilməz. Bundan başqa həmin haqqların iddiaçı tərəfindən alınması da sübuta yetirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddiasının heç bir hüququ əsasları mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının pensiyanın yenidən hesablanması və verilən pensiya məbləğinə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa 08.10.2010-cu il tarixli Qanunla edilmiş dəyişikliyə və 01.01.1993-cü ildən tətbiq edilən “Azərbaycan Respublikası məhkəmələrin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 04.11.1992-ci il tarixli, 364 nömrəli qərarının 1-ci bəndinə görə Azərbaycan Respublikasının Milli Məclisinin 06.12.1993-cü il tarixli, 766 nömrəli qərarına əsasən 1-ci ixtisas dərəcəli hakim-pensiyaçı olduğu üçün Azərbaycan Respublikasında mövcud minimum əmək haqqının 5 misli əlavə edilməklə aylıq pensiya məbləğinin yenidən hesablanaraq verilməsi və 2008-ci ilin mart ayından hal-hazıradək verilməmiş əlavə haqq üzrə yaranmış fərqin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin və hakimlər məzuniyyətə çıxdıqda onlara 2 aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə üçün verilən 2 aylıq əmək haqqı həcmində pul məbləği fərqinin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin və 01 yanvar 2021-ci ildən başlayaraq 750 manat qəsdən azaldılmış pensiya məbləğinin yenidən hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının iddiası 01 yanvar 2021-ci ildən başlayaraq 750 manat qəsdən azaldılmış pensiya məbləğinin yenidən hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində hazırki iş üzrə qəbul edilmiş 06 may 2021-ci il tarixli qərardadla mümkün sayılmamışdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Mircəlil oğlunun cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması və verilən pensiya məbləğinə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa 08.10.2010-cu il tarixli Qanunla edilmiş dəyişikliyə və 01.01.1993-cü ildən tətbiq edilən “Azərbaycan Respublikası məhkəmələrin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 04.11.1992-ci il tarixli, 364 nömrəli qərarının 1-ci bəndinə görə Azərbaycan Respublikasının Milli Məclisinin 06.12.1993-cü il tarixli, 766 nömrəli qərarına əsasən 1-ci ixtisas dərəcəli hakim-pensiyaçı olduğu üçün Azərbaycan Respublikasında mövcud minimum əmək haqqının 5 misli əlavə edilməklə aylıq pensiya məbləğinin yenidən hesablanaraq verilməsi və 2008-ci ilin mart ayından halhazıradək verilməmiş əlavə haqq üzrə yaranmış fərqin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin və hakimlər məzuniyyətə çıxdıqda onlara 2 aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə üçün verilən 2 aylıq əmək haqqı həcmində pul məbləği fərqinin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin və 01 yanvar 2021-ci ildən başlayaraq 750 manat qəsdən azaldılmış pensiya məbləğinin yenidən hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3338/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3338/2021
06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver