Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3341/2020 18.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirаkı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx N965-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuşdur. Məlum səbəblərə görə (ermənilərin etnik təmizləmə planı nəticəsində) N988-ci ildə Ermənistan Respublikasından Azərbaycan Respublikasına gələrək və ailəsi ilə burada müxtəlif bölgələrdə yaşamağa başlamış. N99N-ci ilin mart ayınadək Goranboy rayonunda həqiqi hərbi xidmət keçmiş. N99N-ci ildə Qarabağ torpaqları uğrunda döyüşlərdə iştirak etmək üçün o, könüllü olaraq hərbi xidmətə yollanmışdır. O, zamankı, dövrdə məlum səbəblərə görə könüllü hərbi xidmətə gedənlər hərbi komissarlıqda qeydiyyata alınmırdı. O, könüllü olaraq hərbi xidmətə N99N-ci ilin aprel ayında Goranboy rayonunda yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində başlamış və döyüşlərdə iştirak etmiş. Onun döyüşlərdə iştirak etməyini onunla döyüşlərdə iştirak edən yoldaşları da təsdiq edə bilərlər. Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən «müharibə veteranı» adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İşdə olan iddiaçıya məxsus hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı Goranboy ərazi özünümüdafiə batalyonu nəzdindəki çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq atıcı qismində həqiqi hərbi xidmətə çağırılmış, 0Naprel N992-ci il tarixdən 0Nsentyabr N992-ci il tarixə qədər Goranboy, Ağdərə bölgələrində Goranboy batalyonunda döyüşlərdə iştirak etmişdir. Müdafiə Nazirliyi Mərkəzi Arxivinin Sabunçu rayon Hərbi Komissarlığı tərəfindən ünvanlanmış məktubuna cavab olaraq, İddiaçı N (GƏÖMB) saylı hərbi hissədə xidməti barədə komandirin xx xxxxx N992-ci il tarixli N №-li, xx xxxxxx N992-ci il tarixli 8 №-li, xx xxxxxx N994-cü il tarixli N №-li və dekabr N994-cü il tarixli 274 №-li əmrlərindən çıxarışları göndərilmişdir. N (GƏÖMB) №-li hərbi hissə komandirinin 0N aprel N №-li əmrindən çıxarışından görünür ki, N992-ci ildə sıravi İddiaçı sapyor (mühəndis işləri ilə məşxul olan hərbi qulluqçu) olmuşdur. N57 №-li Hərbi Hissə Komandirinin xx xxxxxx N992-ci il tarixli 8 №-li əmrindən çıxarışından görünür ki, Goranboy şəhərində özünümüdafiə 2-ci batalyonu yaradılmış və atıcı sıravi İddiaçı həmin tərkibə daxil edilmişdir. N57 nömrəli hərbi hissə komandirinin N №-li N994-cü il tarixli əmrdən çıxarışından görünür ki, gizir İddiaçı xx xxxxxx N994-cü il tarixdən Sumqayıt şəhərinə ezamiyyətə buraxılıb. N57 №-li Hərbi Hissə Komandirinin xx xxxxxx N994-cü il tarixli 274 №-li əmrinə əsasən, gizir İddiaçı hərbi hissəyə qayıtmış və öz xidməti vəzifələrinin icrasına başlanmış hesab edilib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxx 20N7-ci il tarixli N/M-4524 nömrəli vətəndaş İddiaçı ünvanlanmış məktubun sürətindən görünür ki, arxiv arayışına əsasən N57 nömrəli hərbi hissədə xidməti tam təsdiqlənmədiyindən və ezamiyyətdə olmağı atəşkəs dövrünə təsadüf etdiyindən müharibə veteranı adının və vəsiqəsinin verilməsinə imtina edilmişdir. xx xxxx N999-cu il tarixli 50N08 nömrəli vəsiqənin sürətindən görünür ki, İddiaçı Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin üzvüdür. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsiyyət Baş İdarəsinin xx xxxxxx 20N9-cu il NNM-N8988 nömrəli məktubunun surətindən görünür ki, vətəndaş X3 müraciətinə cavab olaraq təkrar bildirilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N7-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Arxiv arayışına əsasən N57 nömrəli hərbi hissədə xidməti tam təsdiqlənmədiyindən və ezamiyyətdə olmağı atəşkəs dövrünə (xx.xx.N994-cü ilə) təsadüf etdiyindən “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab olunmamışdır. Məhkəmə tərəfindən göndərilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 tərəfindən xx xxxxx 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.N965-ci ildə doğulmuş İddiaçı cinayət təqibi və məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən ünvanlanmış xx xxx 2020ci il tarixli (məhkəməyə xx xxx 2020-ci il tarixdə daxil olmuş) sorğuya cavab məktubundan görünür ki, vətəndaş İddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin xx xxxxx 2020ci il tarixli N222 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx xxxxx N992-ci il tarixdə yazılan nizami hissə üzrə əmr kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinə təhvil verildiyi üçün İddiaçı xx.xx.N992-ci il tarixdə Goranboy rayonunda gedən döyüşlərdə iştirak edib-etməməsi barəsində hərbi hissədə məlumatın olmadığı qeyd edilmişdir. Məhkəmə işin hallarının araşdırılması zamanı müəyyən olunmuş faktları əsas götürərək bildirir ki, hazırki iddia tələbinin əsasını «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunu təşkil edir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3cüabzasında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşəməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişiklikləredilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli FərmanınınN.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılarauyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşəməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyataalınmasını təmin etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli, 2N6 nömrəliqərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranıadlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»yə görə, AzərbaycanRespublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dəkerməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində –Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində,habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam,Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən,Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı,Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüşəməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmişşəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmətkeçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüştapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezamolunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmətkeçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlıezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüşəməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara– müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AzərbaycanRespublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və HərbiXidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi DövlətMühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxivarayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaqhaqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerliicra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edənsənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakısübut edən başqa sənədlər əsasında «Müharibə veteranı» adı verilir. Həmin Əsasnamənin birinci hissəsinin on birinci abzasdan sonra əlavə edilmiş«Qeyd»ə əsasən, bu qayda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi iləəlaqədar əlil olmuş şəxslər istisna olunmaqla, Azərbaycan Respublikasının ərazibütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmətyerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş(2000-ci ilin sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 42-cimaddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və yabarələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiyaaktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, «Veteranlar haqqında» AzərbaycanRespublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur». İş üzrə iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli2N6 №li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndində qeyd olunan hərbi xidmət keçməsini tam sübut edən hərbi hissələrin nizami hissə üzrə bütün əmrləri və ya arxiv arayışlarını məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərlə əlaqədar Məhkəmə hesab edir ki, qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunannormanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir və hərbi xidmət keçmədedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyataburaxılmasıdır. Göründüyü kimi, şəxsə «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan vənəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: N) şəxsin hərbixidmət keçməsi və 2) bunun müvafiq sənədlərdə əks edilməsi.Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirininmüvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sonaçatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdətutulur.Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə bu zamanzəruri sənədlər məfumuna Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeydolunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizamihissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən Məhkəmə hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən, nizami hissə üzrə əmrlərdə onun xidməti barədə məlumat olmadığından, iddiaçının belə bir mötəbər sübut kimi istinad etdiyi hərbi biletdə əks olunan məlumatlar AR Müdafiə Nazirliyinin Mərkəzi arxivinin və xidmət etdiyini irəli sürdüyü hərbi hissənin sair rəsmi aktları ilə dəstəklənmədiyindən, iddia sübüta yetirilmiş sayıla bilməz. Beləliklə, Məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının ona müharibə veteranı statusunun verilməsi barədə arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-N4.3), bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.N). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə görəinzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həminaktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsiiddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunukonkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, beləşərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi iləbağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.N-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbuledir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının özmülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.N, 52, 58, 68-69, 75.4 və 85.N-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-3341/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3341/2020
18.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver