Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3342/2025 17.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Günəş Yusif qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 1974-2002-ci illər üçün əmək stajının nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1974-cü ildən Nəsimi rayon qaz istismarı sahəsində çilingər vəzifəsində əmək fəaliyyətinə başlamış, 2016-cı ilədək “Azəriqaz” X2 və Nərimanov rayon idarələrində müxtəlif vəzifələrdə çalışmışdır. Ümumilikdə 42 illik əmək stajı var. İşlədiyi dövrdə 2001-ci il 11 iyul tarixində Nəsimi rayon Qaz istismarı İdarəsinin inzibati binasında baş verən yanğın nəticəsində idarəyə məxsus bütün sənədlər, o cümlədən əmək kitabçası məhv olmuşdur. Buna görə də, ona əmək kitabçasının dublikatı açılaraq İdarənin rəhbərliyi tərəfindən kitabçada müvafiq qeyd aparılmış, 1974-cü ildən həmin müəssisədə işlədiyi aydın şəkildə qeyd olunmuşdur. 2016-cı ildən əmək pensiyasına çıxmışdır. Lakin, ona əmək pensiyası təyin olunarkən əmək stajı düzgün hesablanmamış, 1974-2002-ci ilər üçün əmək stajı nəyəsə cavabdeh qurum tərəfindən nəzərə alınmamışdır. Tərəfindən “Azəriqaz” İstehsalat Birliyinə ünvanladığı müraciətə əsasən cavab məktubunda Daxili İşlər Nazirliyi, Baş X3 İdarəsi İstintaq şöbəsinin 18/7-201 saylı arayışına əsasən 11 iyul 2001-ci il tarixdə baş verən yanğın faktı bir daha qeyd olunmuşdur. O, cavabdehə 1974-2002-ci illər üçün əmək stajının sosial siğorta stajına daxil edilərək hesablanması ilə bağlı dəfələrlə müraciət etmiş, lakin müraciətinə müsbət yanaşılmayıb. Hətta müraciətinə əmək kitabçasının surətini də, sübut kimi əlavə etməsinə baxmayaraq, DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı cavab məktubunda şablon cavablar vermiş və həmin dövrü nəzərə almamışdır. Odur ki, əmək kitabçasını və qeyd olunan faktları nəzərə almayan cavabdeh qurum, öz öhdəliyini icra etməkdən yayınır. Bununla bağlı cari ilin avqust ayında Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət etsə də, müraciətinin inzibati xarakterli olduğu izah edilmiş və sənədləri geri qaytarılmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı Y.X6 yaşa görə əmək pensiyasının 1974-2002-ci illər arasındakı iş stajı əsasında yenidən hesablanması ilə bağlı ərizə ilə müraciət etmişdir. Ərizəçinin müraciətinə baxılaraq bildirilmişdir ki, 1974-2002-ci illər üzrə əmək fəaliyyəti dövrü məhkəmə qaydasında təsdiq olunduqdan sonra həmin dövr sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanmasına baxıla bilər. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 7-ci maddəsinin xx.xx.2016-cı il tarixdə qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20- ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixdən 473,48 manata çatdırılmışdır. İddiaçının pensiya işinə daxil olan sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək əyani təhsil illəri, xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 6 il 7 ay 24 gün sığorta stajı, xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 14789,63 manat (2016-cı il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyanın məbləğində (473,48 manat) dəyişiklik olmamışdır. "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.1-ci yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən, Qaydaların 4.1.2-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə isə dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən müəyyən edilir. İddia ərizəsinə əlavə edilmiş ******* nömrəli əmək kitabçası xx.xx.2010-cu il tarixdə açılmışdır, yəni dublikatdır. İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-ci il tarixli qərarının 3.10-cu bəndinə əsasən əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir. İddiaçının əmək kitabçasının surətindən göründüyü kimi onun 1974-cü il tarixdə Nəsimi rayon Qaz İstismar İdarəsinə 10-cu dərəcəli rəis vəzifəsinə işə qəbul olunması ilə bağlı qeyd mövcud olsa da, işə daxilolma və işdən çıxma tarixi dəqiq göstərilməmişdir. Eyni zamanda işə daxilolma və işdən çıxma əmrlərinin nömrələri də qeyd edilməmişdir. "Azəriqaz" İB-nin iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli 14-2-2/2-Q-1xx-xx/2024 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Baş X3 İdarəsi İstintaq şöbəsinin 18/7-201 nömrəli arayışına əsasən Nəsimi rayon Qaz İstismar İdarəsində xx.xx.2001-ci il tarixdə inzibati binada baş vermiş yanğın nəticəsində idarəyə məxsus olan sənədlər yanaraq məhv olduğundan iddiaçının əməkhaqqı və iş stajı ilə bağlı arxiv arayışının verilməsi imkan xaricindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər qeyd edilmişdir. Həmin şərtlər kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında 12 aprel 2019-cu il tarixli 03 nömrəli qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. “Azəriqaz” İB tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 14-2-2/2-O-1xxxx/2024 nömrəli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş X3 İdarəsi İstintaq şöbəsinin 18/7-201 saylı arayışına əsasən, Nəsimi rayon Qaz İstismar İdarəsində, 11 iyul 2001-ci il tarixində inzibati binada baş vermiş yanğın nəticəsində idarəyə məxsus olan sənədlər yanaraq məhv olunduğundan, Onun əməkhaqqı və iş stajı ilə bağlı arxiv arayışının verilməsi imkan xaricindədir.
8. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Q-225277/2024 nömrəli məktubla imtina edilmişdir.
9. İş materiallarına notarial qaydada təsdiq edilmiş iddiaçıya məxsus əmək kitabçasının 001168 nömrəli dublikatı əlavə edilmişdir.
10. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən 6 dekabr 2024-cü il tarixli, 3-17-1/2-301281/2024 nömrəli məktubla İddiaçı pensiya ödənişinə dair sənədlərinin və inzibati icraat materiallarının təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir.
11. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən 11 mart 2025-ci il tarixli, 3-48-4/2-518/2025 nömrəli məktubla bildirilmişdir ki, sorğuda tələb olunan Nəsimi rayon Qaz İstismarı İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Eyni zamanda nəzərə çatdırırlar ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, 2006-cı il yanvarın 1-dək kargüzarlıqda icrası başa çatmış işçi heyət üzrə sənədlər 75 il, 2006-cı il yanvarın 1-dən sonra kargüzarlıqda yaranan dövlət orqanlarının, iri dövlət şirkətlərinin rəhbərlərinin, dövlət, elm və mədəniyyət xadimlərinin, dövlət təltifləri və elmi dərəcələrə malik şəxslərin işçi heyət üzrə sənədləri 75 il, digər işçi heyət üzrə sənədlər 35 il müddətinə həmin sənədlərin yaranmış olduğu dövlət idarə, müəssisə və təşkilatlarında yaradılan arxivlərdə müvəqqəti mühafizə olunur. Göstərilən müddətlər sənədlərin yarandığı vaxtdan hesablanır və həmin müddətlər başa çatdıqdan sonra arxiv fondu sənədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun daimi dövlət mühafizəsinə təhvil verilməlidir.
12. Məhkəmənin sorğusuna əsasən “Azəriqaz” İB tərəfindən 01 aprel 2025-ci il tarixli, 14- 2-2/2-1477/2025 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı 1974-cü ildən 2002-ci il tarixədək İdarədə işləməsini təsdiq edən sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş X3 İdarəsi istintaq şöbəsinin 18/7-201 saylı arayışına əsasən, Nəsimi rayon Qaz İstismar İdarəsində, 11 iyul 2001-ci il tarixində inzibati binada baş vermiş yanğın nəticəsində idarəyə məxsus olan sənədlər məhv olduğundan, həmin illər üzrə işə qəbul edilmə və işdən azad olunma barədə əmrləri təqdim etmək imkan xaricindədir. Lakin, İddiaçı 2001-2002-ci il üzrə işləməsi barədə məlumat həmin illərin arxivdə olan haqq-hesab cədvəlində öz əksini tapmışdır. Həmin cədvəli təqdim edirlər.
13. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Xidməti tərəfindən 11 aprel 2025-ci il tarixli, 3-18-4/2-953/2025 nömrəli məktubla bildirilmişdir ki, məktubda göstərilən 11 iyul 2001-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, Nəsimi rayon Qaz istismarı İdarəsinin inzibati binasında yanğın baş verməsi haqda X5 Xidmətinin Yanğınsöndürmə Qərargahının X1 Mərkəzinin "101" xidmətinə məlumat daxil olmamışdır. Baş vermiş yanğınla əlaqədar digər məlumatların əldə olunması məqsədi ilə aidiyəti üzrə Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinə müraciət etməyiniz məqsədə müvafiqdir.
14. İddiaçı tərəfindən məhkəməyə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 sentyabr tarixli 1741 nömrəli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmasına dair vəsiqənin surəti, notarial qaydada təsdiq edilmiş X4 tərəfindən verilmiş İddiaçı 1975-ci ildən 2014-cü ilə qədər onunla birlikdə Nəsimi rayon Qaz İstismar İdarəsində işləməsinə dair ərizə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
21. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır:
28. Belə ki, məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
29. İşin hallarından göründüyü kimi, iddiaçının müraciətinə əsasən pensiya işinə daxil olan sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək əyani təhsil illəri, xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 6 il 7 ay 24 gün sığorta stajı, xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 14789,63 manat (2016-cı il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış, əmək pensiyasının məbləği 473,48 manat müəyyən edilmişdir. Lakin, cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının hesablanması zamanı 1974-2002-ci illər üzrə əmək fəaliyyəti dövrü sosial sığorta stajına daxil edilməmişdir. Bununla bağlı cavabdehin dəlili ondan ibarət olmuşdur ki, iddia ərizəsinə əlavə edilmiş ******* nömrəli əmək kitabçası xx.xx.2010cu il tarixdə açılmışdır, yəni dublikatdır. İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-ci il tarixli qərarının 3.10-cu bəndinə əsasən əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir. İddiaçının əmək kitabçasının surətindən göründüyü kimi onun 1974-cü il tarixdə Nəsimi rayon Qaz İstismar İdarəsinə 10-cu dərəcəli rəis vəzifəsinə işə qəbul olunması ilə bağlı qeyd mövcud olsa da, işə daxilolma və işdən çıxma tarixi dəqiq göstərilməmişdir. Eyni zamanda işə daxilolma və işdən çıxma əmrlərinin nömrələri də qeyd edilməmişdir. "Azəriqaz" İB-nin iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli 14-2-2/2-Q-1xxxx/2024 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Baş X3 İdarəsi İstintaq şöbəsinin 18/7-201 nömrəli arayışına əsasən Nəsimi rayon Qaz İstismar İdarəsində xx.xx.2001-ci il tarixdə inzibati binada baş vermiş yanğın nəticəsində idarəyə məxsus olan sənədlər yanaraq məhv olduğundan iddiaçının əməkhaqqı və iş stajı ilə bağlı arxiv arayışının verilməsi imkan xaricindədir.
30. Məhkəmə cavabdehin dəlillinə münsibətdə qeyd etməyi zəruri hesab edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
31. İddiaçının mübahisəli əmək stajı dövrünün yarandığı vaxt qüvvədə olan “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Maddə 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Bənd 3.2. İşəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: ... İşəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır.
34. Həmçinin məhkəmə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.
33. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
34. Bu mənada, qüvvədə olan qanunvericilik normaları iddiaçının xx.xx.2006-cı il tarixədək fəaliyyətini əmək kitabçası əsasında iş stajı kimi təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tutur.
35. Eyni zamanda, hazırda qüvvədə olan və iddiaçının vəziyyətini yaxşılaşdıran Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 saylı qərarı ilə təsdiq olunmuş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir.
36. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, iddiaçının 2006-cı ilə qədər olan sığorta stajı, əmək kitabçasına, əmək kitabçası olmadıqda işəgötürənin və ya dövlət arxivinin arayışlarına əsasən hesablanır.
37. Hazırki işin hallarından göründüyü kimi, iddiaçının ******* nömrəli əmək kitabçası xx.xx.2010-cu il tarixdə açılmışdır, yəni dublikatdır. Əmək kitabçasının surətindən göründüyü kimi onun 1974-cü il tarixdə Nəsimi rayon Qaz İstismar İdarəsinə 10-cu dərəcəli rəis vəzifəsinə işə qəbul olunması ilə bağlı qeyd mövcud olsa da, işə daxilolma və işdən çıxma tarixi dəqiq göstərilməmişdir. Eyni zamanda işə daxilolma və işdən çıxma əmrlərinin nömrələri də qeyd edilməmişdir. Bu halın yaranmasına səbəb isə, Nəsimi rayon Qaz İstismar İdarəsində 11 iyul 2001ci il tarixində inzibati binada baş vermiş yanğın nəticəsində idarəyə məxsus olan sənədlərin məhv olmasıdır.
38. Məhkəmə hesab edir ki, iş materiallarında olan kifayət qədər sübutlarla (“Azəriqaz” İB tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş məktub və iddiaçı ilə birlikdə işləyən şəxs tərəfindən verilmiş notarial qaydada yazılı ifadə və digər sənədlər) iddiaçının 1974-2002-ci illərdə Nəsimi rayon Qaz İstismar İdarəsində işləməsi və ona, o cümlədən işlədiyi İdarəyə məxsus sənədlərin baş vermiş yanğın nəticəsində məhv olması işdə olan təkzib edilməz sübutlarla sübuta yetirildiyindən, qeyd edilən dövrlər mübahisəsiz olaraq iddiaçının sosial sığorta stajına daxil edilməlidir.
39. Məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının sözügedən dövrlərdə Nəsimi rayon Qaz İstismar İdarəsində işləməsi və ona məxsus sənədlərin baş vermiş yanğın nəticəsində məhv olması işdə olan kifayət qədər sübutlarla təsdiq olunduğundan cavabdehin sözügedən dövrlərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə(hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi) istinad etməsinə dair mövqeyi qanuni və əsaslı hesab edilə bilməz.
40. Göründüyü kimi, məhkəmə araşdırması zamanı 1974-2002-ci illərdə iddiaçının Nəsimi rayon Qaz İstismar İdarəsində işləməsi öz təsdiqini tapdığından iddiaçının tələbi təmin edilməklə sözügedən dövrlər onun sosial sığorta stajına daxil edilməklə əmək pensiyası məbləği yenidən hesablanmalıdır.
41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
44. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı 1974-2002-ci illərdə Nəsimi rayon Qaz İstismar İdarəsində işlədiyi dövrlər onun sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva