Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3346/2023 27.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi X8 iştirakı ilə, İddiaçılar İddiaçı1 və X4 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “ödənilməmiş kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və X9 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “İddiaçı1 və X4 mülkiyyətində olan Bakı şəhəri, Ak.Qarayev küçəsi, ev 29 da yerləşən yaşayış sahəsi 229.6 kv.m, yardımçı sahəsi 148.7 kv.m olan 16 otaqlı fərdi yaşayış evinin altında olan və həyatyanı torpaq sahəsinin, evin altında olan torpaq sahəsi 2000 manata hesablanmaqla kompensasiya tutulması və İddiaçı1 paylı mülkiyyət üzrə məxsus ¼ hissəsindən 20 kv.m, 2 otaqlı hissəsinə dair hesablanmış 40 000 manat pul tutulması və X4 paylı mülkiyyət üzrə məxsus ¼ hissəsindən 16.2 kv.m, 1 otaqlı hissəsinə dair hesablanmış 32 000 manat pul tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və X4 Bakı şəhəri, Ak.Qarayev küçəsi, ev 29 da yerləşən yaşayış sahəsi 229.6 kv.m, yardımçı sahəsi 148.7 kv.m olan 16 otaqlı fərdi yaşayış evi olmuşdur və həmin evin İddiaçı1 məxsus paylı mülkiyyət üzrə ¼ hissəsindən 20 kv.m, 2 otaqlı pay hissəni cavabdeh ilə AN-İ, ******* nömrəli və X5 məxsus daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə dövlət ehtiyacları üçün cavabdehə məcburi qaydada satılmışdır. Lakin bütün tikililər üçün təəssüflər olsun ki, torpağa dair kompensasiya ödənilməmişdir. Bununla bağlı cavabdehə müraciətləri nəticəsiz qalmışdır. Eyni zamanda evin altında olan torpaq sahəsi və həyatyanı torpaq sahəsi hesablanmamışdır. Qanuni istifadələrində olmuş həyətyanı torpaq sahəsi və tikililərin altında olan torpaq sahəsi qanunla dövlət tərəfindən onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzrə də kompensasiya ödənilməlidir. İddiaçılar X9 və İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət edərək bildirmişlər ki, Bakı şəhəri, Yasamal rayonu, Ak. Qarayev küçəsi, ev 29–a dövlət tərəfindən qeydə alınaraq istifadə hüquqları tanınmışdır. Dövlət ehtiyacları üçün ev satın alınmaya məruz qalmışdır. Tikiliyə görə ona kompensasiya və əlavə maddi yardım ödənilmişdir. Lakin torpağa və Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən həmin növ kompensasiyalardan məhrum edilmişlər. Qanuni istifadələrində olmuş həyətyanı torpaq sahəsi və tikililərin altında olan torpaq sahəsi qanunla dövlət tərəfindən onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzrə də kompensasiya ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsində istifadədə olan 0.04541 ha torpaq sahəsində yerləşən 2 ədəd 2 mərtəbəli, 16 otaqlı, 229.6 kv.m yaşayış, - kv.m qeyri-yaşayış, 148.7 kv.m köməkçi sahədən ibarət 29 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X1- 1/4hissədən – 1 otaq (36,4 kv.m), İddiaçı1 - 1/4 hissədən – 2 otaq (20,9 kv.m), X11 - 1/4 hissədən – 1 otaq (9,4 kv.m), X10 – 1/4 hissə, X7 - 1/4 hissə, X6 - 1/4 hissədən - qalan hissə, X2 - 1/4hissədən – 1 otaq (16,2 kv.m), X12 - 1/4 hissədən – 1 otaq (10,5 kv.m), X13- 1/4 hissədən- 1 otaq (15,3 kv.m), X14mın - 1/4 hissədən – 1 otaq (10,1 kv.m), X16 - 1/4 hissədən – 1 otaq (12,4 kv.m), X15 1/4 hissədən - qalan hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 1055 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı1 və Bakı şəhəri Cavabdeh (X24) arasında bağlanmış 29 yanvar 2020-ci il tarixli Razılaşmaya əsasən tərəflər təsdiq etmişlər ki; 1. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 39.333 kv.m olan yaşayış obyekti dövlət ehtiyacları üçün alınmış və həmin obyektə görə İddiaçı1 notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən 60 000 manat məbləğində kompensasiya ödənilmişdir. 2. İddiaçı1 ona ödənilmiş kompensasiya məbləğinə yeni yaşayış sahəsinin alınmasında çətinliklərlə üzləşdiyini bildirmiş və ona kömək məqsədilə bu razılaşmanın birinci hissəsində göstərilən kompensasiya məbləğinə əlavə olaraq maddi yardım ödənilməsini Bakı şəhəri Cavabdehndən (X24) istəmişdir. 3. Bakı şəhəri Cavabdeh (X24) yeni yaşayış sahəsinin alınmasında yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə İddiaçı1 xahişini qəbul edir və ona ödənilmiş kompensasiya məbləğinə əlavə olaraq bu razılaşmanın predmetinə dair öz aralarında imzalanmış razılaşma protokolu ilə müəyyən edilmiş qaydada hesablanan 14 886,10 manat məbləğində maddi yardım ödənilməsi və həmin vəsaitin 7 gün müddətində müvafiq notariat ofisinin müvəkkil bankda olan depozit hesabına İddiaçı1 adına köçürülməsi barədə öhdəlik götürmüşdür. 4. İddiaçı1 bəyan etmişdir ki, razılaşma protokolunda əksini tapan maddi yardımın hesablanması qaydası və ödənilməsi şərtləri ona izah edilmişdir və razıdır. 5. İddiaçı1 bu razılaşmanın 3-cü hissəsinə uyğun olaraq ona təklif edilən maddi yardımın məbləği ilə könüllü şəkildə razı olduğunu bildirmiş və bu razılaşmanın ona hər hansı kənar təsir olmadan bağlandığını bəyan etmişdir. İddiaçı1 müvafiq bankda açılmış bank hesabına 14886,10 manat vəsait köçürüldüyü andan etibarən ünvan 1 ünvanında yerləşən və dövlət ehtiyacları üçün alınanadək sahibi olduğu yaşayış obyekti ilə əlaqədar hər hansı digər tələbinin olmayacağını, həmin obyektlə bağlı məhkəmələrdə və dövlət qurumları qarşısında hər hansı iddia qaldırmayacağı və bununla bağlı dövlət orqanlarına, mətbuat orqanlarına, qeyri-hökümət təşkilatlarına və digər təşkilatlara heç bir şikayətinin olmayacağı və etməyəcəyi barədə öhdəlik götürmüşdür. 6. İddiaçı1 əlavə olaraq təsdiq etmişdir ki, dövlət ehtiyacları üçün alınanadək sahibi olduğu yaşayış obyekti və bu razılaşmanın predmeti ilə əlaqədar onun hüquqlarını müdafiə edən müvəkkillər tərəfindən də hər hansı bir iddia tələbi irəli sürülməyəcəkdir və belə tələblər irəli sürüləcəyi halda bu cür tələbin ünvanlandığı müvafiq qurumlardan həmin məsələlərə baxılmamasını xahiş etmişdir. X9 və Bakı şəhəri Cavabdeh (X24) arasında bağlanmış 03 fevral 2020-ci il tarixli razılaşmaya əsasən tərəflər təsdiq etmişlər ki; 1. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 22,91 kv.m olan yaşayış obyekti dövlət ehtiyacları üçün alınmış və həmin obyektə görə X5 notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən 36 000 manat məbləğində kompensasiya ödənilmişdir. 2. X9 ona ödənilmiş kompensasiya məbləğinə yeni yaşayış sahəsinin alınmasında çətinliklərlə üzləşdiyini bildirmiş və ona kömək məqsədilə bu razılaşmanın birinci hissəsində göstərilən kompensasiya məbləğinə əlavə olaraq maddi yardım ödənilməsini Bakı şəhəri Cavabdehndən (X24) istəmişdir. 3. Bakı şəhəri Cavabdeh (X24) yeni yaşayış sahəsinin alınmasında yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə X4 xahişini qəbul edir və ona ödənilmiş kompensasiya məbləğinə əlavə olaraq bu razılaşmanın predmetinə dair öz aralarında imzalanmış razılaşma protokolu ilə müəyyən edilmiş qaydada hesablanan 10871,80 manat məbləğində maddi yardım ödənilməsi və həmin vəsaitin 7 gün müddətində müvafiq notariat ofisinin müvəkkil bankda olan depozit hesabına İddiaçı1 adına köçürülməsi barədə öhdəlik götürmüşdür. 4. X9 bəyan etmişdir ki, razılaşma protokolunda əksini tapan maddi yardımın hesablanması qaydası və ödənilməsi şərtləri ona izah edilmişdir və razıdır. 5. X9 bu razılaşmanın 3-cü hissəsinə uyğun olaraq ona təklif edilən maddi yardımın məbləği ilə könüllü şəkildə razı olduğunu bildirmiş və bu razılaşmanın ona hər hansı kənar təsir olmadan bağlandığını bəyan etmişdir. X9 müvafiq bankda açılmış bank hesabına 10871,80 manat vəsait köçürüldüyü andan etibarən ünvan 1 ünvanında yerləşən və dövlət ehtiyacları üçün alınanadək sahibi olduğu yaşayış obyekti ilə əlaqədar hər hansı digər tələbinin olmayacağını, həmin obyektlə bağlı məhkəmələrdə və dövlət qurumları qarşısında hər hansı iddia qaldırmayacağı və bununla bağlı dövlət orqanlarına, mətbuat orqanlarına, qeyri-hökümət təşkilatlarına və digər təşkilatlara heç bir şikayətinin olmayacağı və etməyəcəyi barədə öhdəlik götürmüşdür. 6. X9 əlavə olaraq təsdiq etmişdir ki, dövlət ehtiyacları üçün alınanadək sahibi olduğu yaşayış obyekti və bu razılaşmanın predmeti ilə əlaqədar onun hüquqlarını müdafiə edən müvəkkillər tərəfindən də hər hansı bir iddia tələbi irəli sürülməyəcəkdir və belə tələblər irəli sürüləcəyi halda bu cür tələbin ünvanlandığı müvafiq qurumlardan həmin məsələlərə baxılmamasını xahiş etmişdir. X9 və Bakı şəhəri Cavabdeh (X24) arasında bağlanmış AN-İ seriyalı, ******* saylı 15 fevral 2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən X9 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 378,6 kv.m olan 16 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən ¼ hissədən 16,2 kv.m, 1 otaq Bakı şəhəri Cavabdehnə satılmışdır. İddiaçı1 və Bakı şəhəri Cavabdeh (X24) arasında bağlanmış AN-İ seriyalı, ******* saylı 23 fevral 2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən İddiaçı1 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 229,6 kv.m, yardımçı sahəsi 148,7 kv.m olan 16 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən ¼ hissədən 20,9 kv.m, 2 otaq Bakı şəhəri Cavabdehnə satılmışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsini rəhbər tutaraq iddiaçılara hüquqi yardım haqqında məktub ünvanlayaraq cavabdeh inzibati orqana müraciətini təsdiq edən sənədi, həmçinin iddia tələbinə dair subyektiv hüququnu (hüquqi marağını) təsdiq edən sənədləri, eləcə də iddia ərizəsinə əlavə edilmiş sənədlərin notariat qaydasında təsdiq edilmiş surətini məhkəməyə təqdim etməyi təklif etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra iş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, iddiaçılar iştirak etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır X21 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3) Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1) Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3) İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. (16.1) İddia ərizəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. (16.2) Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. (16.3) İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. (16.6) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçılar kompensasiya tələbi ilə bağlı subyektiv hüquqlarını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişlər. Belə ki, iddia ərizəsinə əlavə edilmiş alqı-satqı müqavilələrindən görünür ki, iddiaçıların hər biri paylı mülkiyyət hüququ ilə onlara məxsus olan əmlakın özlərinə məxsus hissəsini cavabdeh orqana satmışlar. Belə olan halda məhkəmə hesab edir ki, artıq həmin əmlakların mülkiyyətçiləri olmadıqlarından iddiaçıların həmin əmlakın sökülməsi ilə əlaqədar kompensasiya tələb etmək hüququları da yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçılar cavabdehə müraciətlərində kompensasiyanın məbləğini də dəqiq göstərməmişlər. Yuxarıda sadalanan hallar barədə məhkəmə tərəfindən iddiaçılara hüquqi yardım göstərilmiş, lakin iddiaçılar məhkəmə iclasında iştirak etməmiş, cavabdeh inzibati orqana müraciətini təsdiq edən sənədi, həmçinin iddia tələbinə dair subyektiv hüquqlarını (hüquqi marağı) təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişlər. Belə olan halda cavabdehin iddiaçıların hansı hüquqlarını və qanunla qorunan mənafelərini pozması aydın deyil. Odur ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-3346/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3346/2023
27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver