Məhkəmə qərarları › İş №2-1(112)-335/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-335/2023

28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-335/2023 28.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı fərdi yaşayış evinin eskiz layihəsinin təsdiq edilməsi öhdəliyinin qoyulması barədə iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia qaldıraraq iddiaçının Bakı şəhəri Mərdəkan bələdiyyəsi tərəfindən 27 may 2016-ci il tarixdə istifadəsinə ayrılmış torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin ilkin rəsmiləşdirilməsi ilə bağlı fərdi yaşayış evinin mövcud vəziyyətinə dair sərəncam verilməsi və eskiz layihəsinin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, uzun müddətdir ünvan 1 ünvanda 2012-ci ildə inşa etdiyi evində yaşayır. Həmin evin sənədləşdirilməsi ilə bağlı xx.xx.2016-cı ildə Mərdəkan bələdiyyəsinə müraciət edərək, torpaq sahəsinin və onun üzərində inşa etdiyi evin sənədləşdirilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. Bununla əlaqədar bələdiyyə Cavabdehnə müraciət edərək həmin torpaq sahəsini və onun üzərində inşa etdiyi evin sənədləşdirilməsinə razılıq verilməsi barədə rəy verilməsini xahiş etmişdir. Cavabdeh də bələdiyyənin müraciətini müsbət cavablandıraraq istifadəsində olan torpaq sahəsini mülkiyyətinə verilməsinə xx.xx.2016-cı il tarixli cavab məktubu ilə etiraz etməmişdir. Bundan sonra o evinin sənədlərini toplayaraq ilkin qeydiyyata alınması üçün Cavabdehnə müraciət etmiş və fərdi yaşyış evinin eskiz layihəsinin təsdiq edilməsini və ilkin mövcud vəziyyətə uyğun qeydiyyata alınması ilə bağlı sərəncam verilməsini xahiş etmişdir. Lakin, Cavabdeh evin qeydə alınması ilə bağlı sərəncam vermək və eskiz layihəsini təsdiqləməkdən imtina etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-8198/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini, inzibati işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3130/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı həmin qərardadan kassasiya şikayəti vermişdir və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 817/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-3130/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qərardadı iddia tələbinin eskiz layihəsinin təsdiq edilməsinin mümkün sayılmaması hissəsində ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. İşə təkrar apellyasiya qaydasında işə baxılarkən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-2451/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayətini qismən təmin etmiş,Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli. 2-1(112)-8198/2021 saylı qərardadı ləğv edilmiş, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra cavabdeh Bakı şəhəri Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı fərdi yaşayış evini inşa edərkən qanunvericiliyin tələblərinə əməl etməmiş, məlumatlandırma icraatı qaydasında vaxtında RİH-ə məlumat verməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı xx.xx.2021-ci ildə cavabdehə müraciət edərək inşa etdiyi və yaşadığı evin layihəsinin təsdiq edilməsini, istismar aktını və ilkin qeydiyyata alınması ilə bağlı sərəncam verilməsini xahiş etmişdir, cavabdeh xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edərək sənədləri toplayaraq DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməyi tövsiyyə etmişdir, odur ki, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, eskiz layihəsinin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə iddia tələbini təsdiq edən sübut qismində şəxsiyyət vəsiqəsinin surəti, Mərdəkan bələdiyyəsinin 07 saylı, xx.xx.2016-cı il tarixli iclas protokolundan çıxarışı, Mərdəkan bələdiyyəsinin xəritəsindən çıxarışı, cavabdehin 754 nömrəli, xx.xx.2016-cı il tarixli məktubu, Mərdəkan qəsəbə nümayəndəsinin arayışı, cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubu,fərdi yaşayış evinin eskiz layihəsi təqdim edilmişdir. Məhkəmə təqdim edilmiş iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, ünvan 1 ünvanda 2012-ci ildə inşa etdiyi evində yaşayır,həmin evin eskiz layihəsinin təsdiq edilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, lakin müraciəti təmin edilmədiyi üçün məhkəmədə hazırki iddianı cavabdehə qarşı irəli sürmüşdür. Məhkəmə iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsaslı hesab etmir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsindəki (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.4-ci maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 80.5-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. İddiaçının təqdim etdiyi eskiz layihəyə əsasən onun inşa etdiyi yaşayş evi ölçülərinə görə məlumatlandırma icraatına aiddir və bununla əlaqədar yuxarıda qeyd edilən qanun normalarına əsasən məlumatlandırma icraatının həyata keçirilməsi üçün iddiaçıdan tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini cavabdehə təqdim etmək tələb olunur. İnzibati iş materiallarından göründüyü kimi iddiaçı üzərində fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsinin mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədləri məhkəməyə, o cümlədən də cavabdehə müraciət edən zaman təqdim etməmişdir. İddiaçının təqdim etdiyi Mərdəkan bələdiyyəsinin 07 saylı, xx.xx.2016-cı il tarixli iclas protokolundan çıxarış isə torpaqdan istifadə, icarə və ya mülkiyyət hüququnu təsdiq edən sənəd deyildir. Belə ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 4.0-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək;4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək..; Həmin Qanunun 6.1-ci madəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir; Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur; Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər; Həmin Qanunun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Məhkəmə onu da qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normalarından göründüyü kimi bələdiyyə torpaqları üzərində hüquqlar yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.Lakin iddiaçının istinad etdiyi protokol açıq torpaq hərracı və ya müsabiqəsi protokolu deyildir. İddiaçının istinad etdiyi protokolda göstərilmişdir ki, “Mərdəkan qəsəbəsi ərazisində yerləşən 274 kv metr torpaq sahəsi Mərdəkan bələdiyyəsinin mülkiyyətində olduğundan müvafiq qaydalara uyğun olaraq sənədləşdirilmə proseduruna başlanılması üçün yerli icra hakimiyyətindən müsbət rəy alındıqdan sonra Bakı şəhəri İcra Hakimiyyətindən rəy alınması üçün müraciət olunması üçün nəzərdə tutulsun” və qeyd edilən protokol torpaq üzərində iddiaçının istifadə, icarə, mülkiyyət hüquqlarının olmasını təsdiq edən sübut qismində qəbul edilə bilməz. Beləliklə, məhkəmə araşdırılması ilə müəyyən olundu ki, iddiaçı 2012-ci ildə inşa etdiyi fərdi evinin layihəsinin təsdiq edilməsi tələbi ilə cavabdehə müraciət edərkən qanunvericiliyin tələblərini nəzərə almamışdır: evin layihəsinin təsdiqi barədə müraciəti tikintiyə başlamazdan əvvəl deyil, tikinti başa çatdıqdan 8 il sonra edilmiş; evin altında olan torpaq sahəsinin iddiaçıya mülkiyyət, icarə və ya istifadə hüququ ilə məxsus olması barədə sənəd mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddiaçının Bakı şəhəri Mərdəkan bələdiyyəsi tərəfindən 27 may 2016-ci il tarixdə istifadəsinə ayrılmış torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin eskiz layihəsinin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırki iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardad ilə iddiaçının Bakı şəhəri Mərdəkan bələdiyyəsi tərəfindən 27 may 2016-ci il tarixdə istifadəsinə ayrılmış torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin ilkin rəsmiləşdirilməsi ilə bağlı fərdi yaşayış evinin mövcud vəziyyətinə dair sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iddia mümkün sayılmamışdır. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 33, 34, 68 – 69-cu, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddiaçının Bakı şəhəri Mərdəkan bələdiyyəsi tərəfindən 27 may 2016-ci il tarixdə istifadəsinə ayrılmış torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin eskiz layihəsinin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar