Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3350/2020 02.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı nümayəndəsi, eyni zamanda vəkili Vəkil (ünvanı: Tovuz rayonu, Aşağı Quşçu kəndi; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: “Mərəndskiy və Partnyorları” Vəkil Bürosu, vəkil), cavabdehin nümayəndəsi, eyni zamanda vəkili X1 (Ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 31, mənzil 82; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: fərdi qaydada fəaliyyət göstərən vəkil) iştirakları ilə, iddiaçı -İddiaçı cavabdeh -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai Rayon Şöbəsinə qarşı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı gündən, yəni xx.xx.2013-cü il tarixdən əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. xx.xx.2020-ci il tarixli hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsi əsl olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsi ilə əvəz edilmişdir. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında cavabdehin adının “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 üzrə Mərkəzi Filialı” kimi oxunması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. xx.xx.1979-cu il tarixdən əmək fəaliyyətinə başlamışdır, müxtəlif orqan və təşkilatlarda işləmişdir. İddiaçı əmək fəaliyyətinin 15 ilə yaxın müddətində Heydər Əliyev adına Neft emalı zavodunda işləmişdir. Belə ki, o, xx.xx.1990-cı il tarixdən “texnoloji nasos maşinisti” vəzifəsinə təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən Zavodun 15-1700/8-04-00 1370 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. İddiaçı məxsus əmək kitabçasında onun işə daxil olma və işdən çıxma barədə əmrlərin tarixləri və nömrələri barədə müvafiq qeydiyyat aparılmış və qeydlər müəssisənin səlahiyyətli şəxslərinin imzaları və təşkilatın möhürü ilə təsdiq edilmişdir. Eyni zamanda AR DNŞ-nin iddiaçıya iş stajının təsdiq olunması üçün verilən arxiv arayışında həmin məlumatlar öz əksini tapmışdır. Həmin sənədlərdən məlum olur ki, İddiaçı xx.xx.2006-cı il tarixədək ümumi 23 il 3 ay 8 gün stajı olmuşdur və həmin müddətin 15 il 4 ay 4 gün müddətini güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədə işləmişdir. İddiaçı ƏƏSMN yanında DSMF-nun Xətai rayon şöbəsinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi təyin edilməsi barədə müraciət etmişdir. Cavabdeh ƏƏSMN yanında DSMF-nun Xətai rayon şöbəsinin xx.xx.2019- cu il tarixli və xx.xx.2019-cu il tarixli cavab məktubuna əsasən, İddiaçı güzəştli iş stajına malik olmadığı üçün pensiya təyin edilməsindən imtina edilmişdir. Belə ki, imtina məktubunda göstərilmişdir ki, onun işlədiyi vəzifə Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısında nəzərdə tutulmadığı üçün ərizəsini təmin etmək mümkün olmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 idarəsinin İddiaçı göndərdiyi xx.xx.2019-cu il tarixli cavab məktubunda xx.xx.1990-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində “Heydər Əliyev adına” neft emalı zavodunda işlədiyi texnoloji nasos maşinisti peşəsinin Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısında nəzərdə tutulmadığı əsas göstərilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün olmadığı qeyd edilmişdir. Göründüyü kimi, İddiaçı müraciət etdiyi vaxt kifayət qədər güzəştli iş stajı olmasına baxmayaraq cavabdeh orqan tərəfindən əmək pensiyasının təyin edilməsi ilə bağlı hüquqları pozulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsinə uyğun olaraq izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Heydər Əliyev adına X6 xx xxxxxx 2018-ci il tarixli. SOCAR**********80020123X00240 saylı güzəştli arayışına əsaslanaraq iddia edir ki, xx.xx.1990-xx.xx.2015-ci illərdə həmin zavodda çalışdığı “texnoloji nasos maşinisti” peşəsi NK-nın 12 nömrəli, xx xxxxxx 2007-ci il tarixli Qərarı ilə təsdiqlənmiş Siyahıda (b. 10.5) nəzərdə tutulub. Neftin emalı ilə bağlı sahədə “texnoloji nasos maşinisti" peşəsi NK-nin nə 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 saylı Siyahıda, nə də ki, 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahıda qeyd edilməyib. NKnin 320 nömrəli, xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahı üzrə “Texnoloji nasosların maşinisti" peşəsi 2 nömrəli Siyahıda yalnız 1 yerdə öz əksini tapıb. Bu, 2130200a—14259 kodu altında qeyd edilib. Lakin həmin kod üzrə peşə neftin emalı deyil, “Neft-qaz və qaz kondensatının hasilatı" adlanan 2-ci alt-başlığa daxildir. Dolayısı ilə, iddiaçının çalışdığı sahə ilə bağlı deyil. NK-nin 12 nömrəli, xx xxxxxx 2007-ci il tarixli Qərarı ilə təsdiqlənmiş Siyahı üzrə iddiaçı, bu Siyahının 10.5-ci bəndinə əsaslanır. Siyahıdan görünür ki, 10.5-ci bənd özü 4 alt-bəndə bölünür. İddiaçının təqdim etdiyi arayışda onun peşəsinin hansı alt-bəndə aid edildiyi qeyd edilməyib. Burada yalnız 10.5.1ci bənddə “qaz benzini və mayeləşdirilmiş qazın istehsalı üzrə texnoloji nasosların maşinistləri” adlı peşə nəzərdə tutulub. Peşənin adından görünür ki, "qaz benzini və mayeləşdirilmiş qazın istehsalı" ilə bağlı sahəyə aiddir. İddiaçının təqdim eldiyi sənədlərdən hərəkətlə onun çalışdığı maşinist peşəsinin məhz, sözügedən bənddəki peşə olmasını demək mümkün deyildir. Göründüyü kimi, iddiaçının çalışdığı peşə NK-nin məlum qərarları ilə təsdiqlənmiş siyahılarda öz əksini tapmayıb. Dolayısı ilə, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, eyni zamanda vəkili göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Şəki rayonunda anadan olmuşdur. İş materiallarından görünür ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığı tarixdən (xx.xx.2013-cü il tarixdən) təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsini tələb edir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsi iddiaçının müraciətini təmin etməkdən imtina edərək xx.xx.2019-cu il tarixli **********8 nömrəli məktubla bildirmişdir: “Ərizənizə və ona əlavə edilmiş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmlş pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsüsi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təstiq olunan siyahı üzrə müəyyən edilir. İdarəyə təqdim etdiyiniz sənədlər əsasında xx.xx.1990-05.-12.2012-ci il tarixləri arasındakı dövr ərzində “Heydər Əliyev” adına neft emalı zavodunda işlədiyiniz texnoloji nasos maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il taxirli 12 saylı Qərarı ilə təsdiq edilmiş siyahısında nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir.” İş materiallarında olan ИТ-İ seriyalı ******* nömrəli Əmək Kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək və xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Şəki çaxır zavodunda fəhlə, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Azərbaycan dəmir yolu, Şəki yol distansiyasıına operator köməkçisi, xx.xx.1990-cı il tarixdən KPSS XXİİ qurultay adına BNZ 7 nömrəli texnoloji nasosların maşinisti, xx.xx.1994-cü il tarixdən Dövlət Neft Şirkətinin Yanacaq istehsalı 2 nömrəli sahə texnoloji nasoslar maşinisti, xx.xx.2008-ci il tarixdən 7 saylı (texnoloji) sexin 701 saylı qurğusuna texnoloji qurğuların maşinisti, xx.xx.2012-ci il tarixdən həmin sexin 1 saylı sahəsinin 202 saylı qurğusuna texnoloji nasoslar maşinisti işləmişdir xx.xx.2015-ci il tarixdə əmək müqaviləsi ləğv edilib, xx.xx.2015-ci il tarixdən Heydər Əliyev adına liseyə təyin edilmişdir. İş materiallarından görünür ki, SOCAR-ın xx.xx.2018-ci il tarixli SOCAR**********0020123X00240 nömrəli Arxiv Arayışında göstərilmişdir: “xx.xx.1991-ci il tarixli 755 saylı əmrdən çıxarış: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991ci il tarixli 318 saylı Qərarına əsasən X4 Partiyasının “XXİİ qurultay” adına Bakı X6 adı “Azərneftyağ” Bakı Neft Emalı Zavodu adı ilə əvəzləndirilmişdir. xx.xx.1994-cü il tarixli 106 saylı əmrdən çıxarış: Azərbaycan Respublikası Prezidentinin xx.xx.1994-cü il tarixli 50 saylı Sərəncamına və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.1994-cü il tarixli 13 saylı əmıinə əsasən respublika neft sənayesinin rasional idarə edilməsinin təkmilləşdirilməsi və Dövlət Neft Şirkətinin yeni idarə etmə strukturunun təsis edilməsi məqsədi ilə Neft Emalı Baş İdarəsi ləğv edilərək “Azərneftyağ” BNZ-in adı “Azərneftyağ” İstehsalat Birliyi adı ilə əvəzləndirilmişdir. xx.xx.2003-cü il tarixli 122 saylı əmrdən çıxarış: Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 844 saylı Sərəncamına və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və xx.xx.2003-cü il tarixli 13 saylı əmrinə əsasən “Azərneftyağ" İstehsalat Birliyi adı “Azərneftyağ” neft emalı zavodu adı ilə əvəzləndirilmişdir. “Azərneftyağ” X6 fəaliyyətinə xitam verilməsi haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2014-cü il tarixli ARDNŞ/14-1000/01/SM-04- 000135 saylı əmrinə əsasən “Azərneftyağ” neft emalı zavodu xx.xx.2015-ci il tarixindən qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Heydər Əliyev” adına Bakı neft emalı zavoduna qoşulmaqla fəaliyyətinə xitam verilmişdir. Əmrə əsasən “Azərneftyağ” NEZ -in hüquq və vəzifələri, o cümlədən işəgötürənin öhdəlikləri xx.xx.2015-ci il tarixli Təhvil aktına uyğun olaraq hüquqi varis kimi “Heydər Əliyev” adına Bakı neft emalı zavoduna ( bundan sonra Zavod ) ötürülmüşdür. Qeydiyyatdan keçərək yeni redaksiyada verilmiş Nizamnaməyə əsasən "Heydər Əliyev” adına Bakı neft emalı zavodu, “Heydər Əliyev” adına neft emalı zavodu adlandırılmışdır. 1)xx.xx.1990- cı ildən (işə qəbul əmri 174/şh. 27 08.1990-cı il) xx.xx.2008-ci ilədək “XXİİ qurultay” adına Bakı X6 7 saylı texnoloji sexində (neftin ilkin emalı) texnoloji nasos maşinisti peşəsində işləmişdir. 2) xx.xx.2008- ci ildən (işə qəbul əmri 98/k. xx.xx.2008-ci il) xx.xx.2012-ci ilədək “Azərneftyağ” X6 7 saylı texnoloji sexin (neftin ilkin emalı) 701 saylı texnoloji (ELOU-AVT-6) qurğusunda texnoloji nasos maşinisti peşəsində işləmişdir. 3) xx.xx.2012- ci ildən (işə qəbul əmri 380/k. xx.xx.2012-ci il) xx.xx.2015-ci ilədək “Azərneftyağ” X6 7 saylı texnoloji sexin (neftin ilkin emalı) 1 saylı sahəsinin 202 saylı (ELOU-AVT-6) qurğusunda texnoloji nasos maşinisti peşəsində işləmişdir. 4) xx.xx.2015-ci il (işdən çıxma əmri SOCAR /15-1700/8 04-00 1370. xx.xx.2015- ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7O.b bəndinə əsasən işçilərin sayının ixtisar edilməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsi ləğv edilib.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli, Qərar N 12 “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5.Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı bölməsinə əsasən zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir.” Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun xx xxxxxx 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. xx xxxx 1997-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinə edilən dəyişikliyə əsasən 1997ci il avqustun 1-dən 2000-ci ilin avqustun 1-dək kişilərin güzəştli şərtlərlə əmək pensiyasına çıxması üçün yaş həddi hər il 6 ay artırılmışdır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq edilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, onun işlədiyi “texnoloji nasos maşinisti” vəzifəsi yuxarıda qeyd edilən 1 nömrəli Siyahıda “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 1100000a-1425 kodu ilə qeyd edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda 1100000a-1425 kodu ilə qeyd edilmiş “texnoloji nasos maşinisti” vəzifəsi “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin “Neft-qaz və qaz kondensatının hasilatı" adlanan 2-ci yarımbölməsinə aiddir. İş materiallarında olan Əmək kitabçasının, həmçinin SOCAR-ın xx.xx.2018-ci il tarixli SOCAR**********0020123X00240 nömrəli Arxiv Arayışında da görünür ki, iddiaçının texnoloji nasos maşinisti vəzifəsində işlədiyi müəssisə neft hasilatı sahəsində deyil neft emalı sahəsində fəaliyyət göstərir. Məhkəmə qeyd edir ki, neft emalı sahəsində olan “texnoloji nasos maşinisti” vəzifəsi yuxarıda qeyd edilən 1 nömrəli Siyahıda nəzərdə tutulmamışdır. Həmçinin, iş materiallarında olan SOCAR-ın xx.xx.2018-ci il tarixli SOCAR**********0020123X00240 nömrəli Arxiv Arayışında göstərilən iddiaçının güzəştli iş stajının müəyyən edilməsi ilə bağlı Arayışda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinə əsasən iddiaçının zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Siyahıdan görünür ki, 10.5-ci bənd özü 4 altbəndə bölünür. İddiaçının təqdim etdiyi arayışda onun peşəsinin hansı alt-bəndə aid edildiyi qeyd edilməyib. Burada yalnız 10.5.1-ci bənddə “qaz benzini və mayeləşdirilmiş qazın istehsalı üzrə texnoloji nasosların maşinistləri” adlı peşə nəzərdə tutulub. Peşənin adından görünür ki, "qaz benzini və mayeləşdirilmiş qazın istehsalı" ilə bağlı sahəyə aiddir. İddiaçının təqdim eldiyi sənədlərdən isə onun çalışdığı maşinist peşəsinin məhz, sözügedən bənddəki peşə olması öz təsdiqini tapmır. Göründüyü kimi, İddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən artıq (31 il 23 gün) ümumi iş stajına malik olsa da, onun xx.xx.2006-cı il tarixədək işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 12 il 6 aydan artıq güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının mövcud olmaması iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçıya münasibətdə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsaslanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 üzrə Mərkəzi Filialına qarşı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı gündən, yəni xx.xx.2013-cü il tarixdən əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-3350/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3350/2020
02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver