Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3350/2023 23.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasınakı Nümayəndəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə qarşı “minik avtomobilinin üzərinə qoyulmuş həbsin götürülməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək BB149873 saylı, xx.xx.2021-ci il qeydiyyat tarixli şəhadətnaməyə əsasən mülkiyyətində olan 2006-cı il buraxılışlı, boz göy metallik rəngli, Opel markalı, Astra modelli,W0L0AHL********** ban nömrəli, ******* mühərrik nömrəli, ** MA *** dövlət nömrə nişanlı minik avtomobilinin üzərinə qoyulmuş həbsin götürülməsini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı BB149873 saylı, xx.xx.2021-ci il qeydiyyat tarixli şəhadətnaməyə əsasən mülkiyyətində olan 2006-cı il buraxlışlı, boz göy metalik rəngli, Opel markalı, Astra modeli i, W0L0AHL********** ban nömrəli, ******* mühərrik nömrəli, ** MA *** dövlət nömrə nişanli minik avtomobilimi ƏN-İ 918866 saylı, 30 mart 2022-ci il tarixli etibarnamə ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nəqliyyat vasitəsini idarə etmək hüquqiu ilə istifadəsinə vermişdir. "xxxx" MMC nəqliyyat vasitəsini xx.xx.2022 çıxış tarixli, xx.xx.2022-ci il dönüş tarixli yol vərəqəsi ilə, BA seriyalı, 031679 saylı, sürücülük vəsiqəsinə əsasən sürücülük hüququna malik olan X1 idarə etməsinə vermişdir. X2 nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixdə, 12:02 saatda idarə edərkən yol hərəkəti qaydasını pozmuşdur. Ona yol patrul xidməti tərəfindən Üzeyir Hacıbəyov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yol hərəkəti qaydasını pozmasına görə onun haqqında İPX4610715 saylı inzibati protokol tərtib edilmişdir. Protokol xx.xx.2022-ci il tarixdə hüquqi qüvvəsini almışdır. Bununlada T.N.Heydərov inzibati qaydada 600 (altı yüz) manat cərimə olunmuşdur. Cərimə vaxtında ödənilmədiyinə görə cərimə üzərinə 270 (iki yüz yetmiş ) manat dəbbə pulu hesablanmışdır. 18 oktyabır 2022-ci il tarixə olan ümumi borc 870 (səkkiz yüz yetmiş) manat təşkil edir. X1 hərəkətlərinə görə tərtib olunmuş inzibati protokolun vaxtında icra edilməməsinə görə onun mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. İddiaçı DYP-nə müraciət edərək bu halı aradan qaldırmaqla, cərimənin inzibati xətanı törədmiş şəxsin üzərində olmasını əsas tutaraq ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Lakin 18 oktyabr 2022- ci il tarixədək mülkiyyətin üzərindən həbs götürülməmişdir. İddiaçı cavabdeh təşkilatın hərəkətsizliyi və BB149873 saylı xx.xx.2021-ci il qeydiyyat tarixli - şəhadətnaməyə əsasən mülkiyyətində olan, 2006-cı il buraxlışlı, boz göy metalik rəngli, Opel markalı, Astra modelli, W0L0AHL********** ban nömrəli, ******* mühərrik nömrəli, ** MA *** dövlət nömrə nişanli minik avtomobilinin üzərinə qoyulmuş həbsin götürülməsinə görə hüquqlarının müdafiə edilməsi üçün məhkəməyə müractiət etməyi qərara almışdır.
3. BB149873 nömrəli texniki pasporta əsasən **-MA-*** qeydiyyat nişanlı Opel Astra markalı nəqliyyat vastiəsinin mülkiyyətçisi İddiaçıdur.
4. İddiaçı həmin nəqliyyat vasitəsinin idarə edilməsi hüququna dair "xxxx" MMC-yə etibarnamə vermişdir.
5. İş materiallarında olan xx.xx.2022 çıxış tarixli xx.xx.2022-ci il dönüş tarixli yol vərəqəsinə əsasən iddiaçı nəqliyyat vasitəsini BA seriyalı 031679 saylı sürücülük vəsiqəsinə əsasən sürücülük hüququna malik olan X1 idarə etməsinə vermişdir.
6. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin 06 dekabr 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, məhkəmə orqanları tərəfindən "OPEL ASTRA" markalı **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması barədə Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyildir. Lakin "OPEL ASTRA" markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı yol hərəkəti qayda pozuntularına yol verildiyinə görə vət. X5 barəsində İXP4610715, İXP4993197, vət. X6 barəsində BNA2237529, BNA2228032, vət. X7 barəsində BNA2169466 nömrəli elektron qərarlar çıxarılmışdır. Göstərilən qərarlar üzrə cərimələrin ödənilməsinə dair BDYPİ-nin mərkəzi informasiya sistemində məlumat mövcud deyildir.
7. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə mobil tətbiqində BB149873 nömrəli texniki pasporta əsasən ona məxsus X13 markalı nəqliyyat vasitəsinin üzərində məhdudiyyət olduğunu qeyd edilmişdir.
8. İş materiallarında olan İnzibati Xətalar haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli inzibati protokola əsasən X2 yol hərəkəti qaydasını pozduğuna görə barəsində inzibati protokol tərtib edilmişdir.
9. İş materiallarında olan İnzibati Xətalar haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli inzibati protokola əsasən X2na 600 manat məbləğində cərimə edilmə növündə tənbeh növü tətbiq edilmişdir.
10. Məhkəmənin hazırlıq icraatı üzrə (mümkünlük) iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbini müdafiə etdi.
II. İddianın mümkünlüyü
11. Məhkəmə hesab edir ki, hazırki iddia polisin inzibati xətalara dair işlər üzrə fəaliyyətindən irəli gəldiyi üçün mümkün deyil. İddia tələbinə əsasən, məhkəmə müəyyən edir ki, iddiaçı faktiki olaraq polisin inzibati xətalara dair işlər üzrə fəaliyyətindən irəli gəlir.
12. İnzibati Xətalar Məcəlləsinin 97.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsi dayanma və durma qaydalarının pozulduğuna görə, inzibati cərimənin müəyyən edilmiş müddətdə ödənilməməsinə görə tətbiq edilən nəqliyyat vasitəsinin saxlanılması barədə qərara əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilmişdirsə, nəqliyyat vasitəsinin sahibi və ya inzibati xətanı törətmiş şəxs inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) və nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqqı həmin yerdə plastik kart və ya internet vasitəsilə ödəyə bilər. Bu halda sürücüyə müvafiq inzibati xəta haqqında protokolun, inzibati tənbeh tətbiq etmə haqqında qərarın surəti verilir və saxlanılmış nəqliyyat vasitəsi dərhal sahibinə qaytarılır. Nəqliyyat vasitəsi onun saxlanılması barədə qərara əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilmişdirsə, bu qərarın surəti də sürücüyə verilir. Sürücü inzibati cəriməni nəqliyyat vasitəsinin gətirildiyi yerdə ödəməkdən imtina etdikdə, inzibati xəta haqqında iş üzrə icraat bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
13. Belə ki, inzibati cərimənin müəyyən edilmiş müddətdə ödənilməməsinə görə tətbiq edilən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar polisin inzibati xətalara dair işlər üzrə fəaliyyətindən irəli gəlir.
14. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
15. “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.
16. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı, № 05, 17-ci bənd).
17. Odur ki, iddiaçıya müvafiq tələblə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunur.
18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
19. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva