Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3350/2025 24.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 7-ci blokunun 1-ci mərtəbəsində yerləşən 625 saylı mənzilin (Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, 7-ci Alatava "xxxx" bina 92K, mənzil 3, yeni qaydalarla) dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdeh orqan - DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı (nümayəndəsi və vəkili vasitəsilə) xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Alatava 7 küçəsi, 86 saylı evin 7-ci blokunun 1-cü mərtəbəsində yerləşən 625 saylı mənzilə (Yeni qaydalarla: Bakı şəhəri, ünvan 7 dair İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evi, blok 7, mərtəbə 1, 625 saylı mənzilini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən ("xxxx" MMC) əldə etmişdir. Aralarında mübahisə yarandığına görə tərəfindən "xxxx" MMC-yə qarşı məhkəmədə iddia qaldırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)-1376/2014 saylı qətnaməsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evi, blok 7, mərtəbə 1, 625 saylı mənzilinin ona, yəni İddiaçı verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-2694/2014 saylı qətnaməsi ilə "xxxx" MMC-nin şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)-1376/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya Məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh tərəf kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(102)-3 899/2014 saylı qərarına əsasən, "xxxx" MMC-nin şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-2694/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonradan "xxxx"xxxx"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) yerinə yetirmişdir. Ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 7-ci blokunun 1-ci mərtəbəsində yerləşən 625 saylı mənzilin (Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, 7-ci Alatava "xxxx" bina 92K, mənzil 3, yeni qaydalarla) dövlət qeydiyyatına alınmasına və bu barədə çıxarışın verilməsinə dair tərəfindən cavabeh orqana dəfələrlə müraciətlər olunmuş, müraciətləri təmin edilməmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ünvana texniki baxış keçirilən zaman müvafiq mənzilin faktiki olaraq Bakı şəhəri Yasamal rayonu, 7-ci Alatava küçəsi 92 saylı binada (yeni qaydalarla: giriş 104-106) yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli, RR/02-463 saylı məktubu ilə "xxxx" MMC-yə məxsus Bakı şəhəri Yasamal rayonu, 7-ci Alatava 82, 84, 86, 90, 92 saylı bütövlükdə 4 ədəd 1 girişli , 1 ədəd 2 girişli yüksəkmərtəbəli yaşayış binalarındakı 551 mənzili (9 ədəd mənzil istisna olmaqla) qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının dövlət mülkiyyətinə əvəzsiz olaraq verilmişdir. Həmçinin "xxxx" MTK tərəfindən İdarəyə daxil olmuş 08 saylı, xx.xx.2020-ci il tarixli məktubunda qeyd olunan 9 mənzilin siyahısında Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən yaşayış binasının 625 saylı mənzili qeyd edilməmişdir. Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən yaşayış binasının 625 saylı mənzilinə dair ərizənizə əlavə olunmuş hüquqmüəyyənedici sənədlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təsdiq edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış zamanı məlum olmuşdur ki, mənzil 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşməklə ümumi sahəsinin faktiki ölçüsü 62.0 kv.m-dır. Yuxarıda qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ. İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə bağlanmış 74.08 saylı müqavilənin surətindən müəyyən olunur ki, icraçı "xxxx" MMC və alıcı İddiaçı öz aralarında Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasıın 7-ci blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 92 kv. metr olan izolə olunmuş 2 otaqlı 625 №-li saylı mənzilin tikintisi ilə əlaqədar pay barədə müqavilə bağlanmışdır. Müqavilənin 1.5-ci bəndində qeyd olunmuşdur ki, yekun sənədləşmə komleks tikinti olduğu üçün "xxxx" MMC tərəfindən həyata keçiriləcəkdir. "xxxx" MMC tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş 74.08 №-li “Maliyyə arayışı”nda qeyd olunmuşdur ki, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa olunan yaşayış binası "xxxx" MMC və "xxxx" MMC-yə məxsusdur. Bu binanın giriş “7”, “1” mərtəbəsində, ümumi sahəsi “92” kv.metr olan 2 otaqlı, 625 saylı mənzilin ümumi tam məbləği ödənilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(102)-3899/2014 saylı qərarının surətindən müəyyən olunur ki; - İddiaçı "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 74.08 saylı müqavilədə göstərilmiş - Bakı şəhəri, Yeni Yasamal yaşayış massivindəki yaşayış evinin 7-ci blokunun 1-ci mərtəbəsində yerləşən və ümumi yaşayış sahəsi 92 kv.m. olan 625-ci mənzilin ona təhvil verilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulmasına dair qətnamə çıxarımasını xahiş etmişdir. - Məhkəmə baxışının gedişində "xxxx" MMC İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış Yeni Yasamal yaşayış massivindəki binanın 7-ci blokunun 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kv. metr olan izolə olunmuş 2 otaqlı, 625 saylı mənzilə dair xx.xx.2008-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)- 1376/2014 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində yerləşən evin 7-ci blokunun 1-ci mərtəbəsində və ümumi yaşayış sahəsi 92 kv.metr olan 625-ci mənzilin İddiaçı təhvil verilməsinin "xxxx" MMC-yə həvalə edilməsi və qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinin təmin edilməməsi qət edilmişdir. - Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasım xahiş etmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(103)-2694/2014 saylı qətnaməsilə "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməməsi və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)4376/2014 saylı iş üzrə 31 yanvar 2014-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Cavabdeh apellyasiya instansiyası məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)- 2694/2014 saylı qətnaməsindən kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(102)-3899/2014 saylı qərarı ilə cavabdeh "xxxx" MMC-nin kassasiya şikayətinin təmin edilməməsi və iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2014-cü il tarixli, 2(103)-2694/2014 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)- 4167/2018 saylı qərardadının surətindən müəyyən olunur ki; - xx.xx.2018-ci il tarixdə maraqlı şəxs "xxxx" MMC-nin direktoru X10 iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 376/2014 saylı iş üzrə 31 yanvar 2014-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və "xxxx" MMC-nin direktoru Q.Rəhimovla İddiaçı arasında Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində tikilən binanın 7-ci giriş, 1 -ci mərtəbəsində yerləşən ümumi sahəsi 92 kv. metr olan 625 saylı 2 otaqlı mənzilinə dair bağlanmış 11 fevral 2008-ci il tarixli müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsini xahiş etmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)- 4167/2018 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1376/2014 saylı iş üzrə 31 yanvar 2014-cü il tarixli qətnaməsindən maraqlı şəxs "xxxx" MMC-nin direktoru X10 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 1376/2014 saylı məktubunda göstərilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi 2(001)-1376/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi xx.xx.2014-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 2434/2024 saylı qətnaməsində qeyd olunmuşdur ki; - İddiaçı X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı cəlb edilməklə cavabdeh "xxxx" MTK-ya qarşı “mənzilə dair cavabdehlə müqavilənin bağlanılması və müvafiq maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. - Yəni həmin mənzilin hüquqi və faktiki baxımdan İddiaçı məxsus olması mübahisəsizdir. - İddiaçı əgər həmin mənzilin dəyərini təkid altında İddiaçı valideynlərinə ödəmişdirsə də, bu xüsusat hazırki iddia tələbinin təmin edilməsinə əsas ola bilməz. Yəni, iddiaçı ilə müvafiq mənzilə münasibətdə MTK arasında hər hansı hüquq münasibətlərinin yaranması müəyyən edilmir. Hüquq münasibəti xx.xx.2008-ci il tarixdə İddiaçı ilə "xxxx" MMC arasında həmin mənzilə dair 7408 nömrəli podrat müqaviləsi əsasında yaranmışdır. - Hüquq münasibəti mövcud olmadığı halda hüququn yaranması istisna edilir. Ümumiyyətlə hazırki iddia tələbi üzrə "xxxx" MTK-nın cavabdeh ola bilməsinə dair hər hansı hüquqi sənədlər mövcud deyildir, iddiaçı bu barədə sübutlar təqdim etməmişdir. Belə ki, müqavilə üzrə podrat münasibətləri "xxxx" MTK ilə deyil, "xxxx" MMC ilə yaranmışdır. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 2434/2024 saylı qətnaməsi ilə iddiaçı X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı cəlb edilməklə cavabdeh "xxxx" MTK-ya qarşı “mənzilə dair cavabdehlə müqavilənin bağlanılması və müvafiq maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 2956/2024 saylı qətnaməsində qeyd olunmuşdur ki; - İddiaçı cavabdehlər X3, X8 və X9 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1, X6 və X7 ona məxsus: Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evi, blok 7, mərtəbə 1, 625 saylı mənzildən (yeni qaydada: Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 7-ci Alatava "xxxx" bina 92K, 3 saylı mənzildən) çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1376/14 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1376/14 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi xx.xx.2014-cü il tarixdə qanuni qüvvəsini almışdır. - İş materiallarında olan xx.xx.2017-ci il tarixli Aktdan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1376/14 saylı, xx.xx.2014-cü il tarixli icra sənədində göstərilən tələbin təmin edilməsi məqsədilə Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində yerləşən evin 7-ci blokunun 1-ci mərtəbəsində olan mənzil təmirsiz və boş vəziyyətdə tələbkar İddiaçı təhvil verilmişdir. - İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2434/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı cəlb edilməklə cavabdeh "xxxx" MTK-ya qarşı “mənzilə dair cavabdehlə müqavilənin bağlanması və müvafiq maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. - Qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1376/14 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən göründüyü kimi, mübahisəli mənzil iddiaçıya məxsusdur, həmin mənzil cavabdehlərin qanunsuz sahibliyində və istifadəsindədir. İddiaçı hazırda ona məxsus mənzildən istifadə edə bilmir, iddiaçı bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehlərin bu hərəkəti nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. - Məhkəmə qeyd edir ki, cavabdehlərin hazırda hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan özünə məxsus əşyalarla birlikdə mübahisəli mənzildən istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalıdır. - Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər X4, X12 və X13 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evinin 7-ci bloku, 1-ci mərtəbəsində yerləşən 625 saylı mənzildən (yeni qaydada: Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 7-ci Alatava "xxxx" bina 92K, 3 saylı mənzil) çıxarılmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 2956/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər X4, X12 və X13 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evinin 7-ci bloku, 1-ci mərtəbəsində yerləşən 625 saylı mənzildən (yeni qaydada: Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 7-ci Alatava "xxxx" bina 92K, 3 saylı mənzil) çıxarılması qət edilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubunda qeyd olunmuşdur ki, “ ... Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilmiş yaşayış binasının 625 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2024-cü il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman müvafiq mənzilin faktiki olaraq Bakı şəhəri Yasamal rayonu, 7-ci Alatava küçəsi 92 saylı binada (yeni qaydalarla: giriş 104-106) yerləşdiyi müəyyən edilmişdir. İdarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün mənzilə baxış keçirilməsinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli, RR/02-463 saylı məktubu ilə "xxxx" MMC-yə məxsus Bakı şəhəri Yasamal rayonu, 7-ci Alatava 82, 84, 86, 90, 92 saylı bütövlükdə 4 ədəd 1 girişli , 1 ədəd 2 girişli yüksəkmərtəbəli yaşayış binalarındakı 551 mənzili (9 ədəd mənzil istisna olmaqla) qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının dövlət mülkiyyətinə əvəzsiz olaraq verilmişdir. Həmçinin "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən İdarəyə daxil olmuş 08 saylı, xx.xx.2020-ci il tarixli məktubunda qeyd olunan 9 mənzilin siyahısında Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən yaşayış binasının 625 saylı mənzili qeyd edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən yaşayış binasının 625 saylı mənzilinə dair ərizəyə əlavə olunmuş hüquqmüəyyənedici sənədlər "xxxx" MMC tərəfindən təsdiq edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “ Məhkəmənin müvafiq sorğusuna əsasən: Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2024-cü il tarixli, 3-35/2-6830/2024 №-li məktubu ilə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus yaşayış binasının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq verilmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-ci il tarixli 013 nömrəli istismara icazə sənədinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 1376/2014 saylı cavab məktubunda göstərilmişdir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi və ya ödənilmiş pulun qaytarılması” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001 )-1376/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi xx.xx.2014-cü il tarixdə qanuni qüvvəsini almışdır. Məktubla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1376/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2694/2014 saylı, xx.xx.2014- cü il tarixli qətnaməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-3899/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4167/2018 saylı, xx.xx.2018- ci il tarixli qərardadının surəti məhkəməyə təqdim edilmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********63 saylı cavab məktubu ilə "xxxx" MMC-yə məxsus Bakı şəhəri Yasamal rayonu, 7-ci Alatava 82, 84, 86, 90, 92 saylı bütövlükdə 4 ədəd 1 girişli , 1 ədəd 2 girişli yüksəkmərtəbəli yaşayış binalarındakı qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının dövlət mülkiyyətinə əvəzsiz olaraq verilmiş 551 mənzildən 9 ədəd mənzillərdən 4 ədəd mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair hüquqmüəyyənedici sənədlər təqdim edilmişdir. xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixdə “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən 625 saylı mənzil hüquqmüəyyənedici və faktiki olaraq 2 otaqdan ibarətdir. Yaşayış sahəsi 25.5 kv.metr və köməkçi sahəsi 36.5 kv.metr olmaqla ümumillikdə faktiki olaraq 62.0 kv.metr təşkil edir. Hüquqmüəyyənedici sənəd üzrə mənzilin ümumi sahəsi 92.0 kv.metr təşkil edir. Mənzil 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir və mənzil layihəyə uyğun tərtib edilmişdir. Qapı: 3, giriş 1. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-2638/2025 saylı və xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-6012/2025 saylı cavab məktublarında göstərilmişdir ki, ünvan 6əşən çoxmərtəbəli yaşayış binasına "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Abdulla Qarayev küçəsi, “104”, “106” giriş nömrələri təyin edilmişdir. Qeyd edirik ki, sözügedən yaşayış binası "xxxx" MMC tərəfindən inşa edilmiş və kooperativ tərəfindən yaşayış binasının tərkibində yerləşən mənzil sahələrinə şərti nömrələr təyin edilmişdir.Sonradan Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli RR/02-463 saylı məktubu ilə "xxxx" MMC-yə məxsus Bakı şəhəri Yasamal rayonu, 7-ci Alatava küçəsi 82, 84, 86, 90, 92 saylı olmaqla bütövlükdə 4 ədəd 1 girişli , 1 ədəd 2 girişli yüksəkmərtəbəli yaşayış binalarındakı 551 mənzili (9 ədəd mənzil istisna olmaqla) qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının dövlət mülkiyyətinə əvəzsiz olaraq verilmişdir. Həmçinin "xxxx" MTK tərəfindən İdarəyə daxil olmuş 08 saylı, xx.xx.2020-ci il tarixli müraciətində göstərilmiş qeyd olunan 9 mənzilin siyahısında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən yaşayış binasının 625 saylı mənzili barədə heç bir məlumat qeyd olunmamışdır. Ərazidə mühəndis tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, soruşulan mənzil sahəsi əvvəlki ünvanı ünvan 4ə, 1-ci mərtəbədə yerləşməklə yeni qaydalarla ünvanı ünvan 5 ki, ünvan 6əşən 2 girişli yaşayış binasının bir girişi kooperativ tərəfindən şərti olaraq “92K” kimi işarələnmişdir. Mübahisəli mənzil sahəsi kooperativin şərti izah etdiyi “92K” girişində yerləşir, həmin girişin 1- ci mərtəbəsində daha 5 mənzil sahəsi mövcuddur. Mənzillərin nömrələri 1-dən başlayaraq 6-a kimi nömrələnib. Kooperativ tərəfindən şərti təyin edilən Bakı şəhəri Yasamal rayonu, 7-ci Alatava küçəsi, 92K girişinin tərkibindəki ümümi mənzillərin sıra sayı 1-dən 74-ə kimi nömrələnmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi: ... Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. ... Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 178.3. Əgər daşqın, torpağın səpələnməsi və ya yerdəyişməsi, çayın yatağının və ya səviyyəsinin dəyişməsi nəticəsində, yaxud başqa şəkildə yeni ərazi meydana gəlmişsə, o, bitişik torpaq sahəsində birləşdirilir. 178.4. Torpağın bir torpaq sahəsindən digərinə yerdəyişməsi sahələrin hüdudlarının dəyişməsinə səbəb olmur. 178.5. Əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. 178.6. Əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. 178.7. Sahibsiz daşınmaz əşyalar, habelə ictimai sular və becərilməyə yararsız torpaqlar, məsələn, qayalar, yüksək dağlar və onlardan çağlayan bulaqlar, habelə faydalı qazıntılar dövlətə mənsubdur. 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir Azərbaycan Respublikası Mənzil Məcəlləsi: ... - 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. - 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeydolunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. - 113.2-ci maddəsinə əsasən Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); .... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: ... 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; ... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi:
Maddə 75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. ... Maddə 101. Tikinti obyektinin istismarına icazənin məqsədi 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. 101.2. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. ... Maddə 102. Tikinti obyektinin istismarına icazə verilməsi 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ... Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; … Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Xidmət) dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində (bundan sonra – müvafiq sahə) dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur. 2.0. Xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.7. ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək.
3. Xidmətin vəzifələri. ... 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; ... 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; ... 3.0.25-ci bəndinə əsasən ünvan reyestrini tərtib etmək və aparmaq, həmçinin ünvan reyestrinin məlumatlarını Ünvan Reyestri İnformasiya Sisteminə daxil etmək və onun aparılmasını təmin etmək, daşınmaz əmlak obyektlərinə ünvan vermək, ünvan reyestrində saxlanılan və açıq hesab edilən məlumatları internet saytında yerləşdirmək; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir.
MƏHKƏMƏNİN MÖVQEYİ
Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Alatava 7 küçəsi, 86 saylı evin 7-ci blokunun 1-ci mərtəbəsində yerləşən 625 saylı mənzil (Yeni qaydalarla: Bakı şəhəri, ünvan 7 üzərində xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. Məhkəmə qeyd edir ki, hazırki iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6cı və Mənzil Məcəlləsinin 112-ci maddələri təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklənəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqakooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 178.1 və 178.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8 maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010- cu il tarixli qərarında kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar göstərilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. İddiaçı yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən əmlakın dəyərini tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə payçıya təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, üzv tərəfindən əmlakın dəyərinin tam ödənilməsi, ona sahənin təhvil verilməsi iddiaçının dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarından biri-mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 8.0.9 və 8.0.9.2-cı maddələrinə əsasən isə Azərbaycan Respublikaısnın Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minədək (2013-cü il yanvarın 1dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə-topqa sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmıış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin,məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeyriyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüququ əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Normanın məzmunundan göründüyü kimi mülki qanunverici kooperativ üzvünün əmlakına münasibətdə onun üzərində mülkiyyət hüququnun yaranmasını daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı halda da iddiaçı onun üçün nəzərdə tutulmuş yaşayış sahəsinin yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MTK ilə bağlınmış müqaviləyə əsasən, iddiaçı yuxarıda qeyd edilən yaşayış sahəsinin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoyması müvafiq kassa mədaxil qəbzi ilə yanaşı həmçinin, maliyyə arayışı ilə təsdiq olunur. Bu səbəbdən də Məhkəmə hesab edir ki, tərəfindən verilmiş müqavilə və maliyyə arayışın mötəbərliyi hər hansı şübhə doğurmur. Belə olan halda Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinə əsasən iddiaçının iddia etdiyi yaşayış sahəsinə münasibətdə mülkiyyət hüquqlarının yaranması təsdiq olunur. Məhkəmə cavabdehin imtina əsasına münasibətində məhkəmə qeyd edir ki, mübahisə predmenti olan mənzilin yerləşdiyi çoxmərtəbəli yaşayış binasının qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının dövlət mülkiyyətinə əvəzsiz olaraq verilməsi işin təkzib olunmaz hallarına aiddir. Lakin qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 9 mənzili "xxxx" MTK tərəfindən müstəqil qaydada başqa şəxslərlə özəlləşdirilməsinə icazə verilmiş və həmin mənzillərin siyahında mübahisə predmeti olan mənzil qeyd olunmamışdır. Bu konteksdə qeyd edilməlidir ki, iş materiallarına əlavə olunmuş məhkəmə aktlarından müəyyən olunur ki, İddiaçı mübahisəli mənzilə dair qanunla qorunan sahiblik və istifadə hüquqları müəyyən edilmişdir.
Məhkəmə qərarının məcburiliyinin icrası ilə bağlı məhkəmə aşağıdakiları diqqətə çatdırır. Belə ki, Azərbaycan Respublikası Konstisusiyasının 129-cu maddəsinə əsasən: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5ci maddəsinə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. AR MPM-nin: 15.1. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 15.4. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. 419.4. Kassasiya instansiya məhkəməsinin qərarı qəbul edildiyi andan qüvvəyə minir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında qeyd olunmuşdur ki, “Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra – qərarlar) çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır.” Yuxarıda göstərilən qanunvericiliyin müddəalarının təməl prinsipi odur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Həmçinin normaların mənası ona da əhatə edir ki, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları inzibati və cinayət məsuliyyətinə səbəb ola bilər. Hətta belə, təqsirkar şəxsin cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi onun məhkəmə aktını icra etmək vəzifəsindən azad etmir. Nəzərə alınmalıdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Belə olduqda məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı və Mənzil Məcəlləsinin 112-ci maddələrində təsbit olunmuş hüquqmüəyyənedici sənədlərə malik olduğundan, nın Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Alatava 7 küçəsi, 86 saylı evin 7-ci blokunun 1-cü mərtəbəsində yerləşən 625 saylı mənzilə (Yeni qaydalarla: Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun yuxarıda istinad edilən normalarının tələbindən göründüyü kimi, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair - tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” xx.xx.2012-ci il tarixli 392-İVQ nömrəli Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Məcəllənin bu Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş müddəaları istisna olmaqla, Şəhərsalma və Tikinti Məcəlləsi 2013-cü il yanvarın 1-dən qüvvəyə minir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlanılmış və başa çatdırılmamış obyektlərin tikintisinə Məcəllənin yalnız XVİ- XVİİİ fəsillərində nəzərdə tutulmuş müddəalar şamil olunur. Şəhərsalma və Tikinti Məcəlləsinin 18-ci fəslinə aid 101-ci maddəsinin yuxarıda istinad edilən müddəalarının tələbindən göründüyü kimi, Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlanılmış və başa çatdırılmamış obyektlərin tikintisinə Məcəllənin həmçinin 101-ci maddəsinin müddəaları tətbiq olunduğundan, iddiaçıya məxsus daşınmaz əmlakın tikintisi 2013-cü il yanvarın 1-dən sonra başa çatdığından Məcəllənin 101-ci maddəsinin müddəalarına əsasən həmin tikinti obyektinin istismarına icazə alınmalıdır. Belə ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ödənilməli olan şərtlər yuxarıda qeyd edilən müvafiq qanunvericilikdə (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu) konkret olaraq müəyyənləşdirilmiş, müvafiq normalarına əsasən, çoxmənzilli yaşayış binasının mənzilinə münasibətdə hüquqların dövlət qeydiyyatına alınması üçün “istismara qəbul aktı” və ya “istismara hazırlıq aktı” və “istismara icazə”sinin mövcudluğu imperativ şərt olaraq müəyyən edilmişdir. İstismara icazə sənədinin anlayışı Mənzil Məcəlləsinin 101.1-ci (Tikinti obyektinin istismarına icazənin məqsədi) maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin normasına əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.6-cı maddəsinə əsasən, sifarişçi tikintiyə texniki və müəllif nəzarətinin həyata keçirilməsini təmin edir, tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, reklam qurğusunun tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma müraciət edir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən, sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Məhkəmə qeyd edir ki, çoxmənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiqi kimi qiymətləndirir. Məhkəmə həmçinin ona diqqət çəkir ki, hazırkı mübahisənin həlli baxımından tikintiyə icazə sənədi icraatının özünün gedişatı deyil, həmin icraat nəticəsində olmasa tikintinin həyata keçirilməsində inzibati akt kimi həlledici əhəmiyyət daşıyır. Belə ki, inzibati orqanın apardığı inzibati icraat mahiyyət etibarilə hakimiyyət iradəsinin formalaşması və həmin iradənin ifadə olunduğu inzibati aktın qəbulu məqsədlərinə xidmət edir. İnzibati icraatın gedişində yol verilmiş pozuntular icraatı aparan inzibati orqanın məsuliyyət sferasına aiddir və buna səlahiyyəti olmayan digər orqanlar, o cümlədən cavabdeh tərəfindən təftiş edilə və mübahisələndirilə bilməz. Belə ki, məhkəmə araşdırma zamanı Azərbaycan Respubliaksını Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2024-cü il tarixli, 3-35/2-6830/2024 №-li məktubu ilə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus yaşayış binasının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq verilmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-ci il tarixli 013 nömrəli istismara icazə sənədinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Beləliklə, cavabdehin imtinasında və iddia tələbinə dair yazılı etirazda istinad etdiyi əsaslarla bağlı məhkəmə qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydalarının 23-cü bəndinin (Bina və qurğularla bağlı xüsusi məlumatların daxil edilməsi) müddəalarına görə, İ fəslin “İnventar nömrəsi” və “Liter" qrafalarında bina və qurğuların texniki uçot pasportlarındakı müvafiq eyniləşdirmə nömrələri göstərilir (23.1). İ fəslin “Mərtəbə” və “Yeraltı mərtəbə” qrafalarında müvafiq olaraq bina və qurğuların mərtəbələrinin və zirzəmidəki səviyyələrin sayı göstərilir. Bundan başqa, “Mərtəbə” qrafasında müvafiq sahənin (mənzilin) yerləşdiyi mərtəbənin (mərtəbələrin) nömrəsi qeyd edilir (23.2). İ fəslin “Mərtəbələr üzrə plandakı nömrələr” qrafası yalnız binanın və ya qurğunun mərtəbələr üzrə planındakı nömrələrindən başqa, heç bir ayrı nömrəsi olmayan sahələrə olan hüquqların qeydiyyatı zamanı doldurulur (23.3). Daşınmaz əmlak obyektində əsaslı dəyişikliklər (yenidənqurma işləri, obyektin birləşməsi, bölünməsi, ayrılması) aparılmadığı hallarda, obyektin mülkiyyətçisi, icarəçisi və ya istifadəçisi dəyişdirildikdə daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka yeni yaranan hüquqların dövlət qeydiyyatı yeni texniki pasport tərtib edilmədən, mövcud texniki pasportun göstəriciləri nəzərə alınmaqla aparılır. Daşınmaz əmlak obyektinin texniki pasportu dövlət texniki inventarlaşdırma orqanları tərəfindən verilir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamışdır, cavabdehin imtinası qanunazidd oluş və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur, imtina mövcud inzibati praktikaya uyğun olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Alatava 7 küçəsi, 86 saylı evin 7-ci blokunun 1-ci mərtəbəsində yerləşən 625 saylı mənzil (Yeni qaydalarla: Bakı şəhəri, ünvan 7 üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev