Məhkəmə qərarları › İş №2-1(112)-3353/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3353/2025

17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3353/2025 17.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, üçüncü şəxsin nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının 328 nömrəli, 18 mart 1998-ci il tarixli sərəncamı əsasında iddiaçıya ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh qurumun 22 iyul 2024-cü il tarixli, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişində yazılanlardan aydın olur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli müraciətinə baxılsa da, həmin torpaq sahəsində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İmtinanın əsası kimi aşağdaklar göstərilib. Elekron kadstr məlumatına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Qaraçuxur İNM-Qaraçuxur bloku) istifadəsinə verilmiş ərazidə, fəaliyyətdə olan (işlək) neft quyusunun mühafizə zonasında yerləşir. Təqdim edilmiş yerləşmə cizgisindəki kardinallara əsasən torpaq sahəsinin bir hissəsi digər şəxsin adına olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. İmtina məktubunda qeyd edilir ki, elekron kadstr məlumatına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Qaraçuxur İNM-Qaraçuxur bloku) istifadəsinə verilmiş ərazidə, fəaliyyətdə olan (işlək) neft quyusunun mühafizə zonasında yerləşir. Əgər belədirsə, o zaman nə üçün torpaq sahəsilə qonşuluqda yerləşən torpaq sahəsinin sahiblərinin mülkiyyət hüququ qeydiyyata alınır. Bununla bağlı çıxarışı təqdim edir. İmtina məktubunda qeyd edilir ki, təqdim edilmiş yerləşmə cizgisindəki kordinatlara əsasən torpaq sahəsinin bir hissəsi digər şəxsin adına olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üstüstə düşür. Bu qeydlər ümumiyyətlə əsassızdır və həqiqəti əks etdirmir. İddiaçının heç bir qonşu ilə mübahisəsi yoxdur və bu torpaq sahəsi digər qonşuların mülkiyyət hüquqlarının təsdiq edildiyi sahə ilə üst-üstə düşmür. Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının 328 nömrəli, 18 mart 1998-ci il tarixli sərəncamından görünür ki, Qaraçuxur qəsəbəsi, Trubnaya baza küçəsi ünvanında yaşayan vətəndaş İddiaçı fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır. Yuxarıda yazılanları nəzərə alaraq ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını bir daha cavabdeh qurumdan xahiş etsə də müraciətinə cavab verilməmişdir. Hesab edir ki, ərizənin cavabdeh qurum tərəfindən cavablandırılmaması əsassızdır. Belə olan halda hesab edir ki, Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının 328 nömrəli, 18 mart 1998-ci il tarixli sərəncamı əsasında ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması barədə qərar qəbul edilməlidir.

3. İddiaçının vəkilinin xx.xx.2025-ci il tarixli elektron ərizəsində bildirilmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs – iddiaçı ölmüşdür.

4. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iş üzrə icraata xitam verilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə üçüncü şəxsin izahatını dinləyərək, iddiaçının vəkili tərəfindən məhkəməyə ünvanlanmış ərizəni, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir.

7. Belə ki, iş materiallarında olan iddiaçının elektron sorğu sistemindən çıxarılmış şəxsi məlumatlarına əsasən İddiaçı xx.xx.2025-ci il tarixdə vəfat etmişdir.

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən: 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə;

10. Məhkəmə hesab edir ki, müvafiq qayda İnzibati Prosessual Məcəllədə müəyyən edilmədiyindən və bu həmin məcəllədə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı üçün icraata qeyd edilən əsasla xitam verilməsi məsələsinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

11. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı öldükdən sonra onun hüquq varisi müəyyən olunmadığından iş üzrə icraata xitam verilməlidir.

12. Konstitusiya Məhkəməsinin Plenumu “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 29 aprel tarixli Qərarında ifadə edilən hüquqi mövqeyi nəzərə alaraq, qanunla ayrı qayda nəzərdə tutulmadığından məhkəmə hazırki qərardaddan şikayət verilməsinin mümkünlüyünü onun nəticə hissəsində nəzərdə tutur.

13. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1, 85-ci və MPM-nin 261.0.7-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar