Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3355/2020 30.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı ərazi şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə (1 saylı Bakı ərazi şöbəsinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1971-ci il tarixdən xx xxx 1973-cü il tarixədək İlməzli Südçülük-Maldarlıq sovxozunda, xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək həqiqi hərbi xidmətdə olduğu, xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək Bakı Məişət Kondensionerləri Zavodunda, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək Qazaxıstan SSR Kustanay rayonunun “Qorki” adına sovxozunda, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Qazaxıstan SSR Şimali Kazax vilayətinin Kanrakolskiy sovxozunda, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci tarixədək Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin 2 saylı Bakı Ayaqqabı Fabrikində, xx.xx.1982-ci ildən xx.xx.1982-ci il tarixədək Qazaxıstan SSR Selininqrad şəhərinin 2 saylı İMK-da, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı 1 saylı “Taxılməsulları” Kombinatında, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin “Azərkəndtəsərrüfatkimya” (Azərselxozximiya) İB-də, xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək Bakı şəhəri, şaumyan rayon daxili işlər şöbəsində, xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Bakı Ət Məhsulları Kombinatında, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan SSR Yüngül Sənaye Nazirlinin Bakı Tekstil Ayaqqabı Fabrikində və xx.xx.1992-ci ildən xx.xx.1999-cu ilədək X6 İstehsalat Birliyində əmək fəaliyyətini və həmin müddət ücün əmək söğorta stajına malik olduğunu nəzərə alaraq, ona əmək pensiyasının təyin edilməsi və həmin pensiyanın xx.xx.2016-cı il tarixdən etibarən hesablanması barədə cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya xx.xx.2018-ci il tarixdən (63 yaş 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin (1 saylı Bakı ərazi şöbəsinin) üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı xx.xx.1954-cü il Ermənistan, Kalimimo rayonunun İlməzli kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra xx.xx.1971ci ildən xx.xx.1973-cü ilə kimi İlməzli Südculuk-Maldarlıq sovxozunda fəhlə işləmiş, xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Sovet ordusunda xidmət müddəti əmək stajı kimi hesablanır. İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilədək Bakı şəhəri 79 nömrəli texniki peşə məktəbində təhsil almışdır. Əmək fəaliyyətinə xx.xx.1976-cı ildə başlamışdır, həmin tarixdə Bakı Məişət Kondensionerləri Zavoduna fəhlə kimi işə qəbul olunmuş və burada xx.xx.1979-cu ilədək fəaliyyət göstərib işdən azad olunmuşdur. İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək Qazaxıstan SSR, Kustanay rayonunda “Qorki” adına sovxozda, xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək Qazaxıstan SSR Şimali Qazax vilayətinin Kanrakolskiy sovxozunda, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin 2 saylı Bakı Ayaqqabı Fabrikində, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək Qazaxıstan SSR Selininqrad şəhərinin 2 saylı İMK-da (PMK), xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək Bakı 1 saylı “Taxılməsullan” Kombinatında, xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilədək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin “Azərkəndtəsərrüfatkimya” (Azərselxozximiya) İB-də, xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək Baki şəhəri Şaumyan rayon daxili işlər şəbəsində, xx.xx.1985-ci ildən xx.xx.1990-cı ilə kimi Bakı Ət Məsulları Kombinatında, xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilədək Azərbaycan SSR Yüngül Sənaye Nazirlinin Bakı Tekstil Ayaqqabı Fabrikində, xx.xx.1992-ci ildən xx.xx.1999-cu ilədək X6 İstehsalat Birliyində əmək fəaliyyəti göstərmişdir. Göründüyü kimi iddiaçı orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətdə olduğu və təhsil aldığı müddət də daxil olmaqla faktiki olaraq fasiləsiz əmək fəaliyyəti göstərmiş və ümumilikdə 25 ildən artıq iş stajına malikdir. Pensiya hüququ yarandığı üçün iddiaçı pensiyanın təyin edilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh ona pensiya təyin etməkdən imtina etmiş və bu hərəkətlərini belə əsaslandırmışdır ki, yaşa görə əmək pensiyası təyinatı üçün onun tələb olunan sosial sığorta stajını yoxlamaq mümkün olmadığından (1992-1999-cu illər) iddiaçının ərizəsini təmin etmək mümkün olmamışdır. Bu hərəkətləri ilə cavabdeh üzərinə düşən öhdəliklərini icra etməkdən imtina etməklə bərəbər iddiaçının hüquqlarını kobut surətdə pozmuşdur. Hesab edir ki, imtina əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının yaşa görə əmək pensiya təyinatı ücün tələb olunan sosial sığorta stajını yoxlamaq mümkün deyildir, belə ki, 1992-1999-cu il illərdə göstərilən iş yerləri barədə məlumatlar mövcud deyildir. İddiaçı tələb olunan sosial sığorta stajına malik olmadığı üçün ona pensiya təyin edilə bilməz. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən (əslinə baxış keçirilmişdir) görünür ki, İddiaçı xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət X5 Komitəsi xx.xx.1976-cı ildə verilmiş 1160 nömrəli attestatın surətindən (əslinə baxış keçirilmişdir) görünür ki, İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilədək Bakı şəhəri 79 nömrəli texniki peşə məktəbində təhsil almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon Şöbəsi İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda qeyd olunur: yaşa görə əmək pensiya təyinatı ücün tələb olunan sosial sığorta stajınızı yoxlamaq mümkün olmadığından (1992- 1999-cu il illər) ərizənizi təmin etmək mümkün deyildir. İş materiallarında olan Abşeron rayonu «Abşeron» Kənd təsərrüfatı məhsullarının istehsalı müəssisəsinin xx.xx.2018-ci il tarixli arayışından görünür ki, Abşeron rayon X2 xx xxxx 1999-cu il tarixli 24 saylı qərarı ilə X7 İstehsalı Birliyi ləğv edilmiş, kompleksin saxlanması şərti ilə əmlakı payçılar arasında pul ifadəsində bölünmüşdür. Onun payçıları həmin tarixdən onların müəssisəsini yaratmışlar. İddiaçı da həmin qərarla birliyin ləğv edilməsi ilə əlaqədar işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlalnmış xx.xx.2020-ci il tarilxi məktubdan görünür ki, dövlət reyestrində “X4 İSTEHSALAT BİRLİYl”nin xx.xx.1995-ci il tarixdə D-708 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Həmin müəssisə 2004-cü ildən hazırki dövrədək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Abşeron rayon Donuzkökəltmə Sovxozu xx.xx.1996-ci il tarixdə D-1006 nömrə ilə dövlət qeydiyyatından keçmişdir. İş materiallarında olan İddiaçı məxsus xx.xx.1975-ci il tarilxi əmək kitabçasının surətindən (əslinə baxış keçirilmişdir) görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə Ermənistan, Kalininsk rayonu İlməzli sovxozunda tarlaçılı qismində işə qəbul edilmiş, xx.xx.1978-ci il tarixədə təhsilə getməsi ilə əlaqədar işdən azad edilmişdir. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən (tərcümə) görünür ki (əslinə baxış keçirilmişdir), iddiaçı BMKZ qəbul olana qədər 04.05.73-cü il tarixindən xx.xx.1975-ci il tarixinə qədər Sovet ordusunda xidmət etmiş, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək 79 saylı Bakı texniki peşə məktəbində təhsil almış, xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək Bakı məişət kondisionerləri zavodunda stamplama sexində ştamplayıcı, qaynaqçı vəzifələrində, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu ilədək Qorki adına Sovxozda bənna, xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək Kanrakolski Sovxozunda fəhlə, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək Ayaqqabı fabrikində çilingər, xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilədək “Azərkəndtəsərrüfatkimya” İB-də fəhlə, xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilədək Bakı tekstil və ayaqqabı fabrikində təmirçi çilingər vəzifələrində işləmişdir. İş materiallarında olan İddiaçı məxsus ET-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən (tərcümə) görünür ki (əslinə baxış keçirilmişdir), iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Qazaxıstan SSR Selininqrad şəhərinin 2 saylı İMK-da (PMK) çilingər, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı Taxılməsulları Kombinatında anbardar, sonra sex ustası, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Baki şəhəri Şaumyan rayon daxili işlər şöbəsində, xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Bakı Ət Məsulları Kombinatında, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Bakı Tekstil və Ayaqqabı fabrikində çilingər, xx.xx.1992ci il tarixdən xx.xx.1999-cu il tarixədək X4 İstehsalat Birliyində, xx.xx.1999-cu ildən xx.xx.2001-ci ilədək «Gülnarə» kiçik müəssisəsində 5-ci dərəcəli rəngsaz işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 4.1.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir: dövr xx.xx.2017 xx.xx.2018, kişilər üzrə pensiya yaşı 63 il 6 ay. Həmin Qaydaların 2 nömrəli əlavəsinin 1-ci bəndinə əsasən növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün aşağıdakı sənədlər tələb olunur: şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti; ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür. İddiaçı xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilədək Bakı şəhəri 79 nömrəli texniki peşə məktəbində təhsil almışdır. İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Ermənistan, Kalininsk rayonu İlməzli sovxozunda tarlaçılı işləmişdir. Eyni zamanda iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1979cu il tarixədək Bakı məişət kondisionerləri zavodunda stamplama sexində ştamplayıcı, qaynaqçı vəzifələrində, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu ilədək Qorki adına Sovxozda bənna, xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək Kanrakolski Sovxozunda fəhlə, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək Ayaqqabı fabrikində çilingər, xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilədək “Azərkəndtəsərrüfatkimya” İB-də fəhlə, xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilədək Bakı tekstil və ayaqqabı fabrikində təmirçi çilingər vəzifələrində işləmişdir. Həmçinin iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Qazaxıstan SSR Selininqrad şəhərinin 2 saylı İMK-da (PMK) çilingər, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı Taxılməsulları Kombinatında anbardar, sonra sex ustası, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Baki şəhəri Şaumyan rayon daxili işlər şöbəsində, xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Bakı Ət Məsulları Kombinatında, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Bakı Tekstil və Ayaqqabı fabrikində çilingər, xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək X4 İstehsalat Birliyində, xx.xx.1999-cu ildən xx.xx.2001-ci ilədək «Gülnarə» kiçik müəssisəsində işləmişdir. İddiaçının xx.xx.1954-cü il tarixdə doğulduğu nəzərə alındıqda, onun 63 yaş 6 ayının tamam olduğu vaxtdan - xx.xx.2018-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Cavabdeh yalnız 1992-1999-cu illər üzrə yaşa görə əmək pensiya təyinatı ücün tələb olunan sosial sığorta stajını yoxlamağın mümkün olmadığını qeyd etməklə iddiaçının müraciətinin təmin edilməsindən imtna etmişdir. lakin iş materiallarından görünür ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Bundan başqa, iddiaçı cavabdehin mübahisələndirdiyi dövrdə - xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək X4 İstehsalat Birliyində işləmişdir. Abşeron rayonu «Abşeron» Kənd təsərrüfatı məhsullarının istehsalı müəssisəsinin xx.xx.2018-ci il tarixli arayışına əsasən Abşeron rayon X2 xx xxxx 1999-cu il tarixli 24 saylı qərarı ilə X7 İstehsalı Birliyi ləğv edilmiş, kompleksin saxlanması şərti ilə əmlakı payçılar arasında pul ifadəsində bölünmüşdür. Habelə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlalnmış xx.xx.2020-ci il tarixli məktuba əsasən dövlət reyestrində “X4 İSTEHSALAT BİRLİYl”nin xx.xx.1995-ci il tarixdə D-708 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Abşeron rayon Donuzkökəltmə Sovxozu isə xx.xx.1996-ci il tarixdə dövlət qeydiyyatından keçmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının texniki peşə məktəbində təhsil aldığı xx.xx.1975 - xx.xx.1976-cı illər sosial sığorta stajına hesablanmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müddətlərin daxil edilməsi sadalanmış, təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulduğu isə göstərilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təhsil müddəti iş stajına daxil edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin pensiya hüququ onun qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən Vİİ. fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının texniki peşə məktəbində təhsil aldığı müddət də sosial sığorta stajına əlavə edilməlidir. Beləliklə, iddiaçıya məxsus əmək kitabçalarından görünür ki, iddiaçı hərbi xidmət və təhsil dövrü də daxil olmaqla 25 ildən artıq sığorta stajına malikdir. Göründüyü kimi, iddiaçının 63 yaş 6 ayı xx.xx.2018-ci ildə tamam olmuşdur və iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz və məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2018-ci il tarixdən (63 yaş 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı ərazi şöbəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3355/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3355/2020
30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver