Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3356/2020 02.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh (üçüncü şəxslər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və 2 saylı Bakı ASAN Xidmət Mərkəzinə) qarşı doğum haqqında təkrar şəhadətnamənin alınaraq ona təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh (üçüncü şəxslər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və 2 saylı Bakı ASAN Xidmət Mərkəzinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş Himayə Sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyat alınması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun 03 aprel 1940-cı ildə Gürcüstan SSR, Dmanisi rayon Kirov kənd sovetliyi tərəfindən 03 (04) aprel 1940-cı il tarixdə 24 nömrəli akt qeydi əsasında doğum faktının qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Gürcüstan Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsinin təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı Novruzova (Alməmmədova) Səltənət Həsən qızı 03 aprel 1940-cı ildə Gürcüstan SSR-nin Dmanisi rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. Elə həmin ildə də Dmanisi rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. Elə həmin ildə də Dmanisi rayonu Kirov kənd nümayəndəliyi tərəfindən doğum haqqında şəhadətnaməni itirdiyi üçün 13 iyul 1985-ci il tarixdə Dmanisi rayonu Kirov kənd nümayəndəliyi tərəfindən Vİİ-TN № 261007 saylı doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilmişdir. İbtidai təhsilini X1 adı ilə 1948-1952-ci illərdə Dmanisi rayon Qızılhacılı kənd orta məktəbində almışdır. 1952-ci ildə həmin məktəbin 4-cü sinfini bitirdikdən sonra təhsilini Dmanisi rayonu Saja kənd orta məktəbində davam etdirmişdir. 1956-cı ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir. 8-ci sinfi bitirdikdən sonra təhsilini davam etdirməmişdir. 27 avqust 1961-ci ildə X2 ilə nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra ona ərinin soyadına uyğun olaraq “Novruzova” soyadı verildi. Sonuncu dəfə xx.xx.1990-cı il tarixdə Gürcüstan SSR Dmanisi rayon X9 tərəfindən SSRİ nümunəli pasportla təmin edilmişdir.1990-cı ildə daimi yaşamaq məqsədilə ərini X2 ilə Azərbaycan Respublikasına gəlmiş, həmin vaxtdan da daimi olaraq Azərbaycan Respublikasının ərazisində yaşayır. Lakin 1990-cı ildən Azərbaycan Respublikasının ərazisində yaşasa da, Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilməmiş, Gürcüstan Respublikasının vətəndaşlığını isə itirmişdir.O, Azərbaycana gələndə Gürcüstan dövləti tərəfindən verilmiş SSRİ nümunəli pasportla gəlmişdir. 2005-ci ildən SSRİ nümunəli pasportlar qüvvədən düşdüyü üçün hazırda onun şəxsiyyətini təsdiq edən etibarlı sənədi yoxdur. Vətəndaşlığını və şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün vətəndaşlığı olmayan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədir. Onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-5704/2019 saylı qətnaməsi əsasında təsdiq olunmuşdur. Həmin qətnamə əsasında o, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət etmiş və Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq məqsədilə təqdim etdiyi sənədlər xx.xx.2019-cu il tarixdə DMX tərəfindən qəbul edilmişdir.Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdən sonra o, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ona doğum haqqında şəhadətnaməsi əsasında verilə bilər. Lakin o, doğum haqqında şəhadətnaməsini naməlum şəraitdə itirmişdir. Buna görə də hazırda onun doğum haqqında təkrar şəhadətnamə ilə təmin olunması zərurəti yaranıb.Lakin şəxsiyyətini təsdiq edən sərhədkeçməyə əsas verən sənədi olmadığı üçün Gürcüstan Respublikasına gedib həmin sənədi ala bilmir.Bu səbəbdən də o, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Cavabdehnə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş Himayə Sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun xx.xx.1940-cı ildə Gürcüstan SSR, Dmanisi rayon Kirov kənd sovetliyi tərəfindən doğum faktının qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Gürcüstan Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Cavabdeh onun müraciətinə xx.xx.2020-ci il tarixli məktubla aşağıdakı məzmunda cavab vermişdir:"Bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 31oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyat Qaydası”nın 9.7ci maddəsinə əsasən 16 yaşına çatmış şəxslərə onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə aparılır. Həmin Qaydaların 1.14-cü maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamələr əsasında digər şəxslərə verilə bilər.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.8-ci bəndinə əsasən qeydiyyat şöbəsinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 gün müddətində icra olunur.Yuxarıda göstərilənləri nəzərə alaraq doğum haqqında şəhadətnamənin Gürcüstan Respublikasından gətirilməsinə dair müraciət etmək üçün şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsi zəruridir.Hal-hazırda şəxsiyyətini təsdiq edən sənədin olmamasını nəzərə alaraq, doğum haqqında təkrar şəhadətnamənin gətirilərək məhz şəxsiyyət vəsiqəsini təqdim edə bilən şəxsə verilməsi barədə qərarın qəbul edilməsi üçün məhkəməyə müraciət etməyi məsləhət görülür. Hesab edir ki, Bakı şəhəri Cavabdeh bu cavabı əsassızdır. Belə ki, yuxarıda da qeyd etdiyi kimi, o, Azərbaycana Gürcüstan SSR tərəfindən verilmiş SSRİ nümunəli pasportla gəlmişdir. Uzun müddətdir ki, Azərbaycanda yaşamasına baxmayaraq, Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməmiş, Gürcüstan Respublikasının vətəndaşlığını isə itirmişdir. Hazırda o, vətəndaşlığı olmayan şəxsdir, vətəndaşlığı olmayan şəxs kimi statusu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-5704/2019 saylı qətnaməsi ilə təsdiq edilir. Vətəndaşlığı olmayan şəxs olduğu üçün BMT QAK-ın himayəsindədir və BMT QAK tərəfindən Himayə Sənədi ilə təmin edilmişdir. Bu səbəbdən də ərizəsinə şəxsiyyət vəsiqəsi əvəzinə Himayə Sənədini, SSRİ nümunəli pasportu və eyni zamanda Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması barədə DMX tərəfindən verilmiş arayışı əlavə etmişdir. Onun şəxsiyyətini, yəni onun kim olması artıq dövlət qurumları tərəfindən tanınıb. Belə ki, BMT QAK-ın Himayə Sənədi əsasında o, DMX tərəfindən Bakı şəhəri Xətai rayonunun ərazisində olduğu yer üzrə qeydiyyata alınmışdr. Göründüyü kimi, onun şəxsiyyətini BMT QAK-ın verdiyi Himayə Sənədindən müəyyən edilir. Belə ki, DMX onun şəxsiyyətini ona BMT QAK tərəfindən verilmiş Himayə Sənədi əsasında müəyyən edib, əks təqdirdə onu həmin sənəd əsasında Azərbaycan Respublikasının ərasizində olduğu yer üzrə qeydiyyata almazdı. Bununla əlaqədar Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.6-cı maddəsinə əsasən, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Nümayəndəliyin məlumatları (Himayə Sənədi) əsasında aparılır. Qeyd edir ki, BMT QAK-ın verdiyi məlumatlar əsasında olduğu yer üzrə qeydiyyatın aparılması şəxsiyyətin müəyyən edilməsinin dolayı üsullarından biridir. Müvafiq səlahiyyətli dövlət qurumu olmaqla DMX həmin məlumatlar əsasında şəxsin olduğu yer üzrə qeydiyyatını aparmaqla onun şəxsiyyətini müəyyən etmiş olur. Belə ki, yalnız şəxsiyyəti, yəni kim olması müəyyən edilmiş şəxsin olduğu yer üzrə qeydiyyatı aparıla bilər. Bununla da DMX onu olduğu yer üzrə qeydiyyata almaqla şəxsiyyətini müəyyən edib. Yuxarıda göstərilənlərdən də görünür ki, onun şəxsiyyətini artıq bir rəsmi dövlət qurumu tərəfindən müəyyənləşdirilib. Bununla əlaqədar olaraq digər dövlət qurumunun onun müəyyən edilmiş şəxsiyyətini mübahisələndirməyə əsası yoxdur. Bakı şəhəri Cavabdeh Himayə Sənədi əsasında Gürcüstan Respublikasından onun üçün doğum haqqında təkrar şəhadətnamə alınması məqsədilə onun sənədləri üzrə uyğun prosedur aparmaqdan imtina etməsi dövlət hakimiyyət orqanlarının hərəkətlərində ziddiyyət təşkil edir, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində göstərilən etimad hüququnun qorunması prinsipini pozur. Bundan başqa, BMT QAK tərəfindən verilən Himayə Sənədi artıq bir çox dövlət orqanları tərəfindən şəxsiyyəti təsdiq edən sənədə bərabər sənəd kimi qəbul edilir. Cavabdeh Bakı şəhəri Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək göstərmişdir ki, Cavabdeh İddiaçı Bakı şəhər Cavabdehnə qarşı doğum haqqında təkrar şəhadətnamənin Gürcüstan Respublikasından istənilməsi və şəxsiyyət vəsiqəsi olmadan verilməsi iddiasında şöbəni cavabdeh kimi göstərməsinə etiraz edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinə əsasən 16 yaşına çatmış şəxslərə onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər.Həmçinin “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir və həmin qanunun 4-cü maddəsində əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, doğum haqqında şəhadətnaməsi və sair sənədlər əsasında verilir. Şəxsiyyətini təsdiq edən sənədin olmadığını nəzərə alaraq Gürcüstan Respublikasından vətəndaşın doğum haqqında şəhadətnaməsinin istənilməsi ilə bağlı ərizəsinin təmin edilməsi mümkün deyildir. Üçüncü şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti iddiaya dair yazılı münasibətini məhkəməyə ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr (arayışlar) barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş və 16 yaşına çatmış şəxslərin şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə özlərinə verilir. Şəhadətnamələr (arayışlar) notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər.Eyni zamanda MDB üzvü olan ölkələrin 22 yanvar 1993-cü ildə Minsk şəhərində imzaladıqları “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın tələblərinə görə xarici ölkələrdə tərtib olunmuş vətəndaşlıq vəziyyəti aktlarına dair təkrar şəhadətnamələr ərizəçinin yaşadığı yerin qeydiyyat şöbəsinin sorğusuna əsasən Razılaşmış tərəflərin Ədliyyə Nazirlikləri vasitəsilə əldə edilir.“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəddir.Himayə sənədi “Qaçqınların statusu haqqında” Konvensiyada və Azərbaycan Respublikasının qanunvericiliyində qaçqının şəxsiyyətini təsdiq edən sənəd kimi müəyyən olunmamışdır.İddiaçı şəxsiyyətini təsdiq edən sənəd təqdim edə bilmədiyindən onun doğumu haqqında şəhadətnamənin Gürcüstan Respublikasından sorğu edilməklə əldə olunması mümkün olmamışdır.Həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci və 59.1.6-cı maddələrinin, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi (Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti) inzibati orqan kimi işə cəlb oluna bilmədiyindən maraqlı şəxs qismində Cavabdeh nümayəndəsinin iştirakı təmin olunacaqdır. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia ərizəsinə dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən üçüncü şəxs 2 saylı Bakı “Asan Xidmət” Mərkəzinin nümayəndəsi X4 iddianın həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İPM-in bu müddəasının tələblərini və Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tövsiyələrini nəzərə alaraq, icraat iştirakçılarına bildiriş göndərilmiş, bildirişini aldıqdan sonra 2020-ci il 01 iyul tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair yazılı mövqelərini (o cümlədən, elektron rabitə vasitələri ilə) məhkəməyə bildirmələri təklif olunmuşdur. Tərəflərin şifahi dinləmələr keçirilmədən işə baxılmasına etirazları məhkəməyə daxil olmamışdır. Göstərilənlərə əsasən məhkəmə tərəflərin iştirakı olmadan şifahi dinləmələr keçirmədən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2020-ci il tarixli, xx/xx-3247 saylı imtina məktubundan görünür ki, iddiaçının doğum haqqında təkrar şəhadətnamənin Gürcüstan Respublikasından istənilməsinə dair müraciətinə baxılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7 və 9.8-ci bəndlərinə istinad olunaraq, doğum haqqında şəhadətnamənin Gürcüstan Respublikasından gətirilməsinə dair müraciət etmək üçün şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsinin zəruri olduğu, hal-hazırda şəxsiyyətini təsdiq edən sənədinin olmamasını nəzərə alaraq, doğum haqqında təkrar şəhadətnamənin gətirilərə məhz şəxsiyyət vəsiqəsini təqdim edə bilən şəxsə verilməsi barədə qərarının qəbul edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İşdə olan Gürcüstan SSR Dmanisi rayonu Kirov kənd nümayəndəliyi tərəfindən 13 iyul 1985-ci il tarixdə verilmiş Vİİ-TN № 261007 saylı doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Səltənət Həsən qızı 03 aprel 1940-cı il tarixdə Dmanisi rayonu Qızılhacılı kəndində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 03 aprel 1940-cı il tarixdə 24 sayla qeyd edilmişdir. Atası qrafasında Alməmməd Həsən oğlu, anası qrafasında Zeynəb Elbəy qızı yazılmışdır. Həmin şəhadətnamədə doğumun qeydə alınma tarixi sonradan qələmlə 03 aprelden 04 aprel tarixinə düzəliş edilmişdir. İşdə olan Gürcüstan SSR, Dmanisi rayonu Kirov kənd soveti tərəfindən 13 iyul 1985-ci il tarixdə verilmiş İİİ-TN № 264167 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X1 arasında 27 avqust 1961-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikah aktları qeydiyyatı kitabında 27 avqust 1961-ci il tarixdəə 24 sayla qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Novruzov, arvada Novruzova soyadı verilmişdir. İşdə olan SSSR tərəfindən 26 yanvar 1990-cı il tarixdə verilmiş XVİ-TN № 722448 saylı ümumvətəndaş pasportunun kserosurətindən görünür ki, İddiaçı 03 aprel 1940-cı il tarixdə Gürcüstan SSR-nin Dmanisi rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. İşdə olan Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş 01 may 2019-cu il tarixli, 9xx-xx-00031 saylı himayə sənədindən görünür ki, İddiaçı vətəndaşlığı olmayan şəxs kimi BMT QAK-ın mandatı altında olan şəxsdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2073 saylı arayışdan görünür ki xx.xx.1940-cı il təvəllüdlü, vətəndaşlığı olmayan şəxs Saltanat Novruzova (himayə sənədi № 9xx-xx-00031) xx.xx.2019-cu il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, xx.xx.2020-ci il tarixinədək ünvan 1 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. Beləliklə iş materiallarıda olan sənədlər əsasında müəyyən edildi ki, iddiaçı 03 aprel 1940-cı il tarixdə Gürcüstan SSR Dmanisi rayonu Qızılhacılı kəndində anadan olmuşdur. Onun doğumu Gürcüstan SSR Dmanisi rayonu Kirov kənd nümayəndəliyi tərəfindən 03 aprel 1940-cı il tarixdə 24 sayla qeyd edilmişdir. Bu barədə 13 iyul 1985-ci il tarixdə verilmiş Vİİ-TN № 261007 saylı doğum haqqında şəhadətnamənin kserosurəti iş materiallarına əlavə edilmişdir. İddiaçı 27 avqust 1961-ci il tarixdə X2 ilə nikaha daxil olmuşdur. Nikah bağlandıqdan sonra ona Novruzova soyadı verilmişdir. İddiaçıya SSSR tərəfindən 26 yanvar 1990-cı il tarixdə XVİ-TN № 722448 saylı ümumvətəndaş pasportu verilmişdir. Həmin pasport əsasında da iddiaçının 03 aprel 1940-cı il tarixdə Gürcüstan SSR-nin Dmanisi rayonunun Qızılhacılı kəndində anadan olması müəyyən edilir. İddiaçı 1990-cı il tarixdən Azərbaycan Respublikasına gələrək, həmin vaxtdan burada yaşasa da, lakin Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilməmişdir. SSSR tərəfindən verilmiş pasport qüvvədən düşdüyü üçün onun hazırda şəxsiyyətini təsdiq edən etibarlı sənədi yoxdur və hazırda vətəndaşlığı olmayan şəxs kimi BMT QAK-ın himayəsindədirlər və buna dair ona 9xx-xx-00031 saylı himayə sənədi verilmişdir. İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi üçün, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməli olmasını, lakin ona məxsus doğum haqqında şəhadətnaməni naməlum şəraitdə itirdiyi üçün, təkrar doğum haqqında şəhadətnamə ilə təmin olunmasına zərurət yaranmışdır. Lakin iddiaçının doğumu Gürcüstan Respublikasında qeydə alındığından, onun şəxsiyyətini təsdiq edən sərhədkeçməyə əsas verən sənədi olmadığı üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı göstərilən tələblə cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən şəxsiyyətini təsdiq edən sənədin olmaması əsas göstərilərək, müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya imtina edilməsi əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinin İ bəndinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Konstitusiyanın 69-cu maddəsinin İİ bəndinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Azərbaycan Respublikası Qanununun2-ci maddəsinə əsasən vətəndaşlığı olmayan şəxslər - Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslərdir. Həmin Qanunun 4-cümaddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının digər qanunları və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələri ilə digər qaydalar müəyyən edilməyibsə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası vətəndaşları ilə bərabər bütün hüquqlardan və azadlıqlardan istifadə edirlər və bütün vəzifələri yerinə yetirirlər.Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının milli mənafeyinə zidd olmamalıdır. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının və digər qanunvericilik aktlarının tələblərinə riayət etməli, Azərbaycan xalqının adət və ənənələrinə hörmət etməlidirlər. Xarici dövlət onun ərazisində Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının həyata keçirilməsinə məhdudiyyət qoyduqda Azərbaycan Respublikasının qanunu ilə Azərbaycan Respublikasının ərazisində eyni məhdudiyyətlər həmin dövlətin vətəndaşları üçün müəyyən edilə bilər. Belə qanun onun qəbul edilməsinə əsas olan hallar aradan qaldırıldıqda ləğv olunur.Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların sosial və əmlak vəziyyəti, irqi və milli mənsubiyyəti, cinsi, dili, dinə münasibəti, fəaliyyətinin növü və xarakterindən və digər hallardan asılı olmayaraq Azərbaycan Respublikasında qanun və məhkəmə qarşısında bərabərdirlər. Azərbaycan Respublikası ərazisindəki əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinin ikinci hissəsində müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. Həmin Qanunun 8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası vətəndaşlığı əldə edə bilərlər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.2-ci maddəsinə əsasən vətəndaşlığı olmayan şəxs - heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). Həmin Məcəllənin 21.6-cı maddəsinə əsasən BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın 5-ci maddəsinin birinci bəndinə əsasən hüquqi yardımın göstərilməsi zamanı Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri bir-biri ilə əlaqələri, əgər bu Konvensiyada digər ünsiyyət qaydaları nəzərdə tutulmamışdırsa, öz mərkəzi, ərazi və digər orqanları vasitəsilə həyata keçirirlər. Razılığa gələn Tərəflər, bilavasitə əlaqələrin həyata keçirilməsinə səlahiyyəti olan öz mərkəzi, ərazi və digər orqanlarının siyahısını müəyyən edirlər və öz ratifikasiya fərmanlarım və ya qoşulma haqqında sənədlərini saxlanca verən zaman bu barədə depozitarini məlumatlandırırlar. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən isə Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan prosessual və digər hərəkətlərin yerinə yetirilməsi, xüsusilə də sənədlərin tərtib edilməsi, onların öz sahibinə ötürülməsi və təqdim edilməsi, baxışın, axtarışın, götürmənin həyata keçirilməsi, maddi sübutların ötürülməsi, ekspertizanın keçirilməsi, tərəflərin, üçüncü şəxslərin, şübhəli şəxslərin, təqsirləndirilənlərin, zərərçəkmişlərin, şahidlərin, mülki iddiaçıların, mülki cavabdehlərin, onların nümayəndələrinin, müqəssirlərin qanuni nümayəndələrinin, ekspertlərin dindirilməsi, tanınmaya təqdimetmə, o cümlədən videorabitə, videoçəkiliş və digər texniki vasitələrdən istifadə etməklə şəxslərin axtarışı, istintaqı aparılan cinayət işində əməliyyat-axtarış tədbirlərinin, cinayət təqibinin həyata keçirilməsi, cinayət məsuliyyətinə cəlb etmək və ya hökmün icrasını təmin etmək üçün şəxslərin verilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və əmlakın, habelə cinayətdən əldə edilən gəlirlərin axtarışı və həbsi (götürülməsi), mülki işlər, kommersiya və digər mübahisələr üzrə qərarların icra edilməsi üçün mülki cavabdehlərin əmlak və pul vəsaitlərinin axtarışı, icra qeydlərinin, mülki işlər və hökmlər üzrə məhkəmə qərarlarının tanınması və icrası yolu ilə həyata keçirirlər. Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı, eyni zamanda, ədalət mühakiməsindən və ümumilikdə cəmiyyətin maraqlarından və işin hallarından irəli gələn və Razılığa gələn Tərəflərin daxili qanunvericiliyinə uyğun olan digər qayda və üsullarla həyata keçirə bilərlər. İşdə olan sənədlərdən göründüyü kimi iddiaçı hazırda vətəndaşlığı olmayan şəxsdir və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən vətəndaşlığı olmayan şəxs himayəyə götürülmüşdür. Bu barədə ona himayə sənədi verilmiş və həmin himayə sənədi əsasında olduğu yer üzrə qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik aktlarında vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd kimi himayə sənədi müəyyən olunmasa da Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində həmin sənəd şəxsin şəxsiyyətini müəyyən edilməklə yaşadığı yer üzrə qeydə alınması üçün əsas hesab olunmuş və iddiaçıya verilmiş himayə sənədi Azərbaycan Respublikası dövlət orqanı tərəfindən qəbul edilmişdir. Digər tərəfdən iddiaçı Azərbaycan Respublikasına gəldiyi zaman qanuni əsaslarla, yəni ona məxsus SSSR nümunəli pasportla gəlmiş, sadəcə həmin sənəd sonradan baş vermiş dəyişikliklər əsasında qüvvəsini itirmişdir. Lakin hər bir halda bu cür dəyişiklik şəxsin hüquqlarının məhdudlaşdırılmasına əsas verməməlidir. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası qanunvericiliyində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə, Azərbaycan Respublikası vətəndaşları arasında heç birr ayrı-seçkilik qoyulmamış, Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırılması müəyyənləşdirilmişdir. Hazırkı işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş 01 may 2019-cu il tarixli, 9xx-xx-00031 saylı himayə sənədi əsasında şəxsin müraciəti təmin edilməlidir. Bele ki, qeyd edildiyi kimi, iddiaçı ona məxsus sənədlərlə doğumun qeydə alındığı ölkəyə gedə bilmir və lazımı sənədləri əldə edə bilmir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti həmin himayə sənədi əsasında onun vətəndaşlığı olmayan şəxs kimi statusunu tanıyaraq, ünvan 1 ünvanına qeydiyyata almışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıdan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş Himayə Sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyat alınması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun 03 aprel 1940-cı ildə Gürcüstan SSR, Dmanisi rayon Kirov kənd sovetliyi tərəfindən 03 (04) aprel 1940-cı il tarixdə 24 nömrəli akt qeydi əsasında doğum faktının qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Gürcüstan Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsinin təmin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş Himayə Sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyat alınması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun 03 aprel 1940-cı ildə Gürcüstan SSR, Dmanisi rayon Kirov kənd sovetliyi tərəfindən 03 (04) aprel 1940-cı il tarixdə 24 nömrəli akt qeydi əsasında doğum faktının qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Gürcüstan Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsinin təmin edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3356/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3356/2020
02.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver