Məhkəmə qərarları › İş №2-1(112)-3358/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3358/2021

25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3358/2021 25.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu) “əmrlərin ləğv olunması və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1976-cı ildən başlayaraq 1980-ci ildən isə fasiləsiz olaraq dövlət orqanında, 2005-ci ildən isə dövlət qulluğu vəzifəsində işlədiyini nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən işdən azad olunması və müəyyən müddətdən sonra “ştatdankənar işçi" kimi 600 manat əmək haqqı ilə işə qəbul olunması Azərbaycan Respublikasının Konstitusiyasının, Əmək Məcəlləsinin tələblərinin kobud surətdə pozulması ilə aparıldığı üçün onun xx xxxxxx 2020-cı il tarixdən “ştatdankənar işçi" kimi təyin olunması və xx.xx.2020-ci il tarixli əmr ilə işdən azad olunması barədə əmrlərin ləğv olunaraq müddətsiz müqavilə ilə ən azı mütəxəssis vəzifəsinə təyin olunması, göstərilən tarixdən əmək haqqı arasındakı fərqin ödənilməsi, Nazirliyin əmrinə əsasən xx.xx.2020-ci il tarixdən işdən azad olunması və Fondun əmrinə əsasən xx.xx.2020-ci il tarixdən işə başlaması nəzərdə tutulsa da, faktiki olaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi işə çıxdığı üçün həmin müddətin əmək haqqını mütəxəssis vəzifəsi üçün nəzərdə tutulan əmək haqqı ilə ödənilməsi ohdəliklərinın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx xxx 1959-cu il təvəllüdlüdür, 1976-cı il tarixdə orta məktəbi bitirmişdir. Həmin ilin noyabr ayında Xaçmaz Rayon İctimai Təminat Şöbəsınə (son olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsi, xx.xx.2020-ci ıl tarixdən isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Xaçmaz rayon xidmət nümayəndəliyi adlanır) işə qəbul olunmuş, 1977-ci ildə Bakı Maliyyə-Kredit texnikumuna daxıl olmuş, 1977-1979-cu illərdə hərbi xidmətdə olmuşdur. 1981-ci ildə texnikumun «Dövlət büdcəsi» fakultəsini maliyyəçi ixtisası üzrə bitirmişdir. Hərbi xidmətdən sonra 1980-ci ildən əvvəlki iş yerinə bərpa olaraq hal-hazıra kimi işləmişdir. Onun işlədiyi illərdə təxminən bir il mühasib, sonra isə bütün müddəti pensiya üzrə mütəxəssis vəzifəsində çalışmışdır. Əmək fəaliyyəti müddətində təxminən 44 il ümumi sığorta stajı olmaqla 40 il fasiləsiz olaraq eyni təşkilatda eyni vəzifədə işləmişdir. İşlədiyi müddətdə dəfələrlə aparılan struktur dəyişiklikləri ilə əlaqədar işlədiyi idarənin və tutduğu vəzifənin adı dəyişdirilmişdir. 2005-ci ildən 2020-ci ilin avqust ayına kimi dövlət qulluqçusu statusunda fəaliyyət göstərmişdir. Dövlət qulluğu vəzifəsinə qəbul olunmaq üçün ali təhsil tələb olunmasına baxmayaraq, həmin qanuna kimi işləməsi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Əmək Məcəlləsinın tələblərinə uyğun olaraq işləmiş və onun əmək fəaliyyətinə maneçilik törədilməmişdir. Təxminən 2020-ci ilin may ayından onlara problemlər yaradılmağa başlamışdır. Əvvəl ona bildirilmişdir ki, dövlət qulluğu statusuna xitam veriləcək, onun işlədiyi təşkilat X6ə çevriləcək və nəticədə orta ixtisas təhsilli kadrların işinə xitam veriləcəkdir. Sonradan isə məlumat verilmişdir ki, əvvəl əməkdaşların peşəkar biliklərinin yoxlanılması aparılacaq və keçid balı toplamış şəxslər ştata uyğun olaraq işlə təmin olunacaq. Təxminən 2020-ci ilin iyun ayının sonları (xx.xx.2020 xx.xx.2020-ci il) Fonddan öz arzusu ilə işdən azad olunması və yeni işlə təmin olunması barədə yazmalı olduğu ərizələrin nümunələri göndərilmiş və həmin ərizələrin tərtib olunması üçün təzyiqlər etmişlər. Ərizələrdə tərtib olunma tarixi göstərilməmiş və o da ərizəni yazarkən tarix qoymamışdır. Nəticədə ərizəni yazmalı olmuşdur. Halbuki Əmək Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən əmək şəraitinin şərtləri və mülkiyyətçi dəyişdikdə əvvəlki mülkiyyətçi ilə bağlanmış müqavilə dəyişdirilmədən saxlanılaraq davam etdirilməlidir. İşdən çıxarılma barədə ərizə formaları əvvəl adi məzmunda göndərilsə də, sonradan işçilərin bütün hüquqlarının məhdudlaşdırılması üçün ərizənin məzmununa “1 (bir) ay xəbərdarlıq müddətini gözləmədən” sözü əlavə olunmuşdur. Eyni zamanda Fonddan onlara bildirilmişdir ki, keçid balını toplamış əməkdaşlara problem yaradılmayacaq. Beləliklə, 23-xx xxxx 2020-ci il tarixdə şöbədə əməkdaşların peşəkar biliklərinin yoxlanılması aparılmış, eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 yerlərdə müvafiq idarələrinin yaradılması barədə **********68 nömrəli xx.xx.2020-ci il tarixli qərarı daxil olmuşdur. Peşəkar biliklərinin yoxlanılması zamanı o, pensiya mütəxəssisi kimi 54 keçid balına qarşı 81 bal toplamışdır. Göstərdiyi nəticə şöbələrində birinci, aldığı məlumata görə Respublikada dördüncü nəticə olmuşdur. Əldə etdiyi nəticəyə əsasən ştatda nəzərdə tutulan müvafiq daimi işlə təmin olunacağını gözlədiyi halda, xx xxxx 2020-ci il tarixdə ona Fondun bütün yerli şöbələrinin əməkdaşlarının xx xxxx 2020-cı il tarixdən öz xahişləri ilə işdən azad olunmaqları barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********6 nömrəli xx xxxx 2020-ci il tarixli əmri daxıl olmuşdur. Nazirliyin əmrindən belə çıxır ki, bütün ölkə üzrə yerli orqanların işçiləri nə baş verdisə, eyni vaxtda öz xahişləri ilə, ozü də müddət gözləmədən işdən çıxmağa qərar veriblər. Nazirliyin məqsədi belə görünür ki, əslində keçid balı toplamamış ixtisar ilə əlaqədar işdən azad olunmalı əməkdaşları işsizliyə görə müavinət almaq hüququndan məhrum etmək olmuşdur. Həmçinin peşəkar biliklərin yoxlanılmasının nəticələri barədə topladığı balın nəticəsi bütün sahələr üzrə göstərilən keçid balına qarşı yüksək olmuşdursa da, cədvəldə işlədiyi və imtahan verdiyi sahəni bilərəkdən mühasibatlıq kimi göstərmişlər ki, son nəticədə Xaçmaz rayon şöbəsində mühasibatlığın ləğv olunduğunu bildirsinlər.xx.xx.2020ci il tarixdə bir ay sınaq müddəti olmaqla uç aylıq müqavilə ilə əməkdaşların xx xxxxxx 2020-ci il tarixdən işə qəbul edilməsi barədə Fondun **********6 nömrəli xx xxxxxx 2020-ci il tarixli əmri daxil olmuş və onun bütün əməkdaşlardan çox 81 bal toplamasına baxmayaraq, guya orta ixtisas təhsilli olduğu üçün (şıfahi verilən məlumata əsasən) özlərindən “ştatdankənar işçi” vəzifəsi ixtira edərək 600 manat əmək haqqı ilə həmin vəzifəyə təyin etmişlər. Dövlət idarəsində elə bir "ştatdankənar işçi' vəzifəsi olmasa da, onun əmək haqqını da əvvəlki əmək haqqından aşağı müəyyən edərək ştat ilə texniki işçiyə müəyyən edilən əmək haqqı həddində müəyyən etmişlər. Əmək Məcəlləsinin 45 və 47-ci maddələrinə əsasən müddətli əmək müqaviləsi mövsümü işlərə və ilk dəfə işə götürülənlərlə bağlanılır. O, hamıdan çox bal topladığı və əvvəldən işlədiyi üçün Əmək Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən müddətsiz müqavilə bağlanmalı idi. Ştatların az olmasını da bəhanə gətirə bilməzlər. Çünki Xaçmaz rayonu xidmət nümayəndəliyi olaraq Quba rayonunda yaradılmış 2 saylı regional ərazi filialına tabedir. Xidmət nümayəndəliyində 14 ştat, 2 saylı regional ərazi filialında isə ilkin olaraq 41 ştat nəzərdə tutulmuş, sonradan 42 ədəd ştat da əlavə edilmişdir. Ən aşağı maaş isə mütəxəssis vəzifəsi üçün nümayəndəlikdə 1000 (min), regionda isə 1100 (min yüz) manat müəyyən edilmişdir. Belə ki, orta ixtisas təhsilli olduğu üçun ən pis halda ali təhsilliləri regional ərazi filialına təyin etməklə onu xidmət nümayəndəliyində, yaxud regionda işlə təmin etməli idilər. «X6 haqqında» Azərbaycan Respublikasının Qanununda və Xidmət nümayəndəliyinin əsasnaməsində işə qəbul zamanı ali təhsilin tələb olunması nəzərdə tutulmamışdır. Eyni zamanda onları xx xxxx 2020-ci il tarixdən işdən azad edərək xx xxxxxx 2020-ci il tarixdən işə qəbul etmişlər və arada olan müddət üçün əmək haqqı hesablanmamışdır. Deməli, həmin müddətdə idarə tamam bağlı olmuş və pensiyaçılara xidmət göstərilməmişdir. Həmin müddətdə əməkdaşlar işləmiş və bunu işə davamiyyət jurnalında olan imzalar, həmin müddətdə elektron qaydada idarədən çıxan və daxıl olan yazışmalar da sübut edir. Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən işçi işə başladığı gündən əmək müqaviləsi bağlanmış hesab olunur və ən geci üç gün müddətində yazılı əmək müqaviləsi tərtib olunmalıdır. Yuxarı təşkilatda qanunların tələblərinə o dərəcədə laqeyd yanaşırlar ki, onlara hətta yazılı müqavilə də bağlanması təklif olunmamışdır. Ancaq oktyabr ayının 30-da müqavilələrin imza olunması üçün göndəriləcəyi barədə və imza olunmalı sonuncu vərəq (nümunə kimi) elektron məlumat qaydasında daxil olmuşdur. Müqavilələr imzalanmaq üçün onlara x xxxxxx 2020-ci il tarixdə təqdim olunmuş və o, imza etmədən “ştatdankənar işçi" kimi təsdiq olunmağının səbəbi barədə rəsmi məlumat verilməsi barədə qeyd edərək geri qaytarmışdır. Qanunvericiliyin tələblərinə əsasən müqavilə 2 nüsxədə tərtib olunaraq 1 nüsxəsi işçidə qalmalı olduğu halda, məlumatda müqavilənin 2 nüsxədə tərtib olunacağı tam təsdiq olunmur. Faktiki müqavilə 2 nüsxədə təqdim olunub və qanunvericiliyin tələbləri pozularaq heç bir nüsxəsi işçidə saxlanılmamışdır. O, elektron qaydada iş yeri barədə məlumatı araşdırarkən onun vəzifəsinin mütəxəssis kimi qeyd edilməsini aşkar etmişdir. Deməli, onun işə qəbul olunmağı rəsmiləşdirilərkən vəzifəsi sənəddə qanunvericiliyə uyğun olmayaraq "ştatdankənar işçi", elektron məlumatda isə düzgün olaraq “mütəxəssis" kimi qeyd olunmuş və həmin müddətdə əmək haqqı 1000 manat əvəzinə 600 manat məbləğində ödənilmişdir. xx xxxxxx 2020-ci il tarixdə isə müqavilənin müddətinin bitməsi ilə əlaqədar işinə xitam veriləcəyi barədə elektron qaydada xəbərdarlıq göndərilmişdir. Həmin tarixdə yenidən elektron qaydada göndərilən əlavə məlumatda əməkdaşların qiymətləndirmədə əldə etdiyi nəticələrinin nəzərə alınacağı bildirilmişdir. xx xxxxxx 2020-ci il tarixdə isə xəbərdarlığı yalnız orta təhsili olan (orta ixtisas yox) əməkdaşların imzalamalı olması barədə məlumat daxıl olmuş, xx.xx.2020-ci il tarixdə imzalamadığı müqavilənin müddətinin qurtarması ilə əlaqədar xx.xx.2020-ci il tarixdən xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli **********8 nömrəli əmr daxil olmuşdur. Nəticədə ona qarşı edilmiş qanunsuz hərəkətlərə son verilmişdir. Burda da Əmək Məcəlləsinın tələbləri pozulmuşdur. Belə kı, işdən çıxma əmrində tarix xx.xx.2020-ci il göstərilmiş və əmr xx.xx.2020-ci il tarixdə elektron qaydada göndərilmiş, lakın xx.xx.2020-ci il tarixdə əmək haqlarının hesablanması üçün tabel tələb olunduqda ştatdankənar işçilərin məsələsinin hələ tam bilinmədiyi və əmrləşmə aparılmadığı barədə məlumat daxıl olmuşdur. Yeni qurumda mütəxəssis kimi işləmək üçün alı təhsil tələb olunsa da, dəyişiklikdən əvvəl işlədiyi üçün həmin tələb ona aid ola bilməz, çünki Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən fiziki şəxslərin vəziyyətinin pisləşməsinə səbəb olan normativ hüquqi aktlar geri şamil olunmur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında əlavə olaraq qeyd etdi ki, cavabdeh inzibati orqandır, mübahisələndirdiyi aktlar isə inzibati aktdır. Hesab edir ki, onun tələbinə inzibati məhkəmədə baxılmalıdır. İddia tələbini müdafiə edir və iddianın təmin edilməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X2 izahatında bildirdi ki, iddiaçı dövlət qulluqçusu deyil, o, işdən çıxarılmış və dövlət qulluğuna xitam verilmişdir. Sonra iddiaçı ilə 3 aylıq əmək müqaviləsi imzalanmış, müqavilənin müddəti bitdikdən sonra əmək münasibətlərinə xitam verilmişdir. İddia tələbi əmək müqaviləsi üzrə münasibətlərdən irəli gəldiyi üçün hazırki iddia tələbinə ümumi məhkəmə tərəfindən baxılmalıdır, inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Prezidentinin «Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» xx.xx.2019-cu il tarixli 912 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində aşağıdakı X6lər yaradılmışdır: 1.1. Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin əsasında Dövlət Məşğulluq Agentliyi; 1.2. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu; 1.3. Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi; 1.4. Sosial Xidmətlər Agentliyi. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin: 1.1-ci bəndinə əsasən Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən X6dir; 4.2-ci bəndinə əsasən Fondun idarəetmə orqanı İdarə Heyətidir; 4.11.11-ci bəndinə əsasən X3 bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun: 2.5-ci maddəsinə əsasən bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir; 33.1-ci maddəsinə əsasən dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli bölmələrinin işçilərinin dövlət qulluğuna xitam verilməsi barədə» xx.xx.2020-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli bölmələrinin işçilərinin 2020-ci il 29 iyul tarixdən öz arzuları ilə tutduqları vəzifələrdən azad edilmələri və müvafiq olaraq onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi əmr edilmişdir. Əmrə əlavə edilmiş siyahıda İddiaçı da adı qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 «Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun regional ərazi filiallarında, şəhər və rayon xidmət nümayəndəliklərində müvafiq vəzifələrə təyinatların aparılması haqqında» xx.xx.2020-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə, 47-ci maddəsinin «f» bəndinə və 51-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq bu əmrə əlavə olunan 1 nömrəli siyahıda adları qeyd edilən şəxslərin 2020-ci il 17 avqust tarixindən tərəflərin razılı ilə 1 ay sınaq müddəti müəyyən edilməklə 3 ay müddətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun regional ərazi filiallarında, şəhər və rayon xidmət nümayəndəliklərində müvafiq vəzifələrə təyin edilməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə və 47-ci maddəsinin «f» bəndinə uyğun olaraq bu əmrə əlavə olunan 2 nömrəli siyahıda adları qeyd edilən şəxslərin 2020-ci il 17 avqust tarixindən tərəflərin razılı ilə 3 ay müddətinə Fondun regional ərazi filiallarında, şəhər və rayon xidmət nümayəndəliklərində müvafiq vəzifələrə təyin edilməsi əmr edilmişdir. Əmrə əlavə edilmiş siyahıda İddiaçı da adı qeyd olunmuşdur. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 X3 ilə İddiaçı Yənha oğlu (işçi) arasında bağlanmış əmək müqaviləsindən görünür ki, işçi əsas iş yeri üzrə Xaçmaz rayon xidmət nümayəndəliyinə ştatdankənar işçi vəzifəsinə işə qəbul edilmişdir, əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin «f» bəndinə əsasən xx.xx.2020-ci il tarixdən 3 ay müddətinə bağlanmışdır, işin birinci 1 ayı sınaq müddətli hesab edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun «Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrində çalışan bir sıra işçilərin tutduqları vəzifədən azad edilmələri haqqında» xx.xx.2020-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrində çalışan adları siyahıda qeyd olunan bir sıra işçilərin müddətli əmək müqavilələrinin müddəti qurtardığına görə tutduqları vəzifədən azad edilmələri və onlarla bağlanmış 2020-ci il 14 avqust tarixli əmək müqavilələrinə 2020-ci il 20 noyabr tarixində xitam verilməsi əmr edilmişdir. Əmrə əlavə edilmiş siyahıda İddiaçı da adı qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının dövlət qulluğuna xitam verilmişdir və xx.xx.2020-ci il tarixdə onunla 3 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı onun xx xxxxxx 2020-cı il tarixdən “ştatdankənar işçi" kimi təyin olunması və xx.xx.2020-ci il tarixli əmr ilə işdən azad olunması barədə əmrlərin ləğv olunaraq müddətsiz müqavilə ilə ən azı mütəxəssis vəzifəsinə təyin olunması, göstərilən tarixdən əmək haqqı arasındakı fərqin ödənilməsi, Nazirliyin əmrinə əsasən xx.xx.2020-ci il tarixdən işdən azad olunması və Fondun əmrinə əsasən xx.xx.2020-ci il tarixdən işə başlaması nəzərdə tutulsa da, faktiki olaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi işə çıxdığı üçün həmin müddətin əmək haqqını mütəxəssis vəzifəsi üçün nəzərdə tutulan əmək haqqı ilə ödənilməsi ohdəliklərinın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavabdeh qismində, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu üçüncü şəxs kimi göstərilsə də, iddia tələbi həm Nazirliyə, həm də Dövlət Sosial Müdafiə Fonduna qarşı yönəlmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 46-cı maddəsi ilə müəyyən edilmiş iddia ərizəsinin məzmununa aid tələblərə əməl edilməmişdir. Bundan başqa, iddia tələbləri iddiaçı ilə Dövlət Sosial Müdafiə Fondu arasında olan əmək münasibətlərinə aid olan tələblər olsa da, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddia ərizəsində cavabdeh qismində göstərilmiş və həmin tələblər ona qarşı irəli sürülmüşdür. Göründüyü kimi, iddia tələbi iddiaya cavab verməli olmayan inzibati orqana qarşı yönəldilmişdir. Qeyd olunan halların aradan qaldırılması iddiaçıya izah edilsə də, həmin nöqsanlar aradan qaldırılmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia tələbləri iddiaçı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 arasında olan əmək münasibətlərindən irəli gəlir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 912 nömrəli Fərmanından göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 yaradılmışdır. «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin: 1.1-ci bəndinə əsasən Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən X6dir. Dövlət Sosial Müdafiə Fondu X6 olduğundan iddiaçı ilə Dövlət Sosial Müdafiə Fondu arasında yaranan hazırki mübahisə xüsusi hüquq sahəsindən irəli gələn mübahisədir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 №-li Qərarının 2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Dövlət Sosial Müdafiə Fondu X6dir, iddiaçı ilə Fond arasında əmək münasibətləri mövcud olmuşdur və onlar arasında münasibətlər əmək qanunvericiliyi ilə tənzimlənir. Belə olan halda hazırki mübahisənin araşdırılması ümumi məhkəmələrin səlahiyyətlərinə aiddir, həmin məsələlər mülki məhkəmə icraatı qaydasında araşdırılmalıdır. Göstərilənlərə əsasən hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17-ci bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar