Məhkəmə qərarları › İş №2-1(112)-3358/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3358/2023

23.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3358/2023 23.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın hərrac vasitəsilə satılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 4259,80 manat və Dövlət Sosial Müdafiə Fonduna 3460,97 manat məbləğində borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində (mağaza) fərqləndirici əlaməti Alman istehsalı olan 1 vahidinin qiyməti 550 manat olan 2 ədəd benzil nasosu (Mercedes Viano), Alman istehsalı olan 1 vahidinin qiyməti 285 manat olan 1 ədəd mühərriki idarə edən ölçü cihazı (Mercedes Viano), Alman istehsalı olan 1 vahidinin qiyməti 620 manat olan 2 ədəd disel nasosu (Mercedes Viano), Alman istehsalı olan 1 vahidinin qiyməti 150 manat olan 2 ədəd əyləc diski (Mercedes Viano), 1 vahidinin qiyməti 185 manat olan 2 ədəd amartizator (Mercedes Viano), 1 vahidinin qiyməti 300 manat olan 1 ədəd soyuducu radiatoru (Mercedes Viano), 1 vahidinin qiyməti 200 manat olan 8 ədəd yan orta şüşəsi (Mercedes Viano), 1 vahidinin qiyməti 200 manat olan 6 ədəd yan arxa şüşəsi (Mercedes Viano), 1 vahidinin qiyməti 510 manat olan 2 ədəd şüşə qaldırma mexanizmi (Mercedes Viano), 1 vahidinin qiyməti 420 manat olan 1 ədəd mühərriki hərəkətə gətirən val (Mercedes Viano), 1 vahidinin qiyməti 40 manat olan 14 mühərrik prokladkası (Mercedes Viano) olmaqla, ümumilikdə 8395 manat məbləğində siyahıya alınmış əmlaklarının ticarət şəbəkəsində satılması barədə Qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Həmçinin, Vergi Məcəllləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin elmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli Qərarlar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə yaranan dövlət büdcəsinə 4559,8 manat və Dövlət Sosial Müdafiə Fonduna 3460,97 manat borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində (mağaza) fərqləndirici əlaməti Alman istehsalı olan 1 vahidinin qiyməti 550 manat olan 2 ədəd benzil nasosu (Mercedes Viano), Alman istehsalı olan 1 vahidinin qiyməti 285 manat olan 1 ədəd mühərriki idarə edən ölçü cihazı (Mercedes Viano), Alman istehsalı olan 1 vahidinin qiyməti 620 manat olan 2 ədəd disel nasosu (Mercedes Viano), Alman istehsalı olan 1 vahidinin qiyməti 150 manat olan 2 ədəd əyləc diski (Mercedes Viano), 1 vahidinin qiyməti 185 manat olan 2 ədəd amartizator (Mercedes Viano), 1 vahidinin qiyməti 300 manat olan 1 ədəd soyuducu radiatoru (Mercedes Viano), 1 vahidinin qiyməti 200 manat olan 8 ədəd yan orta şüşəsi (Mercedes Viano), 1 vahidinin qiyməti 200 manat olan 6 ədəd yan arxa şüşəsi (Mercedes Viano), 1 vahidinin qiyməti 510 manat olan 2 ədəd şüşə qaldırma mexanizmi (Mercedes Viano), 1 vahidinin qiyməti 420 manat olan 1 ədəd mühərriki hərəkətə gətirən val (Mercedes Viano), 1 vahidinin qiyməti 40 manat olan 14 mühərrik prokladkası (Mercedes Viano) olmaqla, ümumilikdə 8395 məbləğində əmlakları siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********0 və **********8 saylı Protokollar tərtib edilmişdir. Protokollara siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və DSMFna ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 4259,80 manat və Dövlət Sosial Müdafiə Fonduna 3460,97 manat ödənilməmiş borcu qalmışdır. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmaıım ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vcrgilutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət yergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşmar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən eldiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşmar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. VM-in 52.1-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafiq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyalarını bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında alır. VM-in 52.3-cü maddəsinə əsasən məhkəmənin maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarının icrası qanımla müəyyən edilmiş qaydada həyata keçirilir. VM-in 77.1-ci maddəsinə əsasən vergi Ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. VM-in 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. VM-in 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Eyni zamanda həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Bu da, Azərbaycan Respublikasının ən ali qanunu olan Azərbaycan Respublikasının Konstitusiyasında konstitusion vəzifə kimi təsbit olunmuşdur, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən “Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur”. VM-in 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi Ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 i Г ərzində tutmaq hüququna malikdirlər. Hazırkı mübahisə üzrə iddiaçı inzibati orqan, mübahisənin predmeti dövlətin müstəsna maraq və nəzarətində olan vergi-hüquq münasibətləri İlə bağlı, iddia tələbi vergi borclarının ödənilməsi məqsədilə vergi ödəyicisinin siyahıya alnımış əmlakının satılınası, mübahisəyə tətbiq olunan hüquq ümumi hüquqdur ki, bu qəbildən münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən publik hüququn agenti qismində çıxış edərək, ümumi hüququn nizamasalma predmelinə aid hüquq və vəzifələri həyata keçirməklə, qarşı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur.

3. xx.xx.2022-ci il tarixində vergi borclarını ödəməyən Cavabdeh (VÖEN:**********) əmlakının siyahıya alınması barədə **********0 və **********8 nömrəli qərarlar qəbul edilmişdir.

4. Əmlakın siyahıya alınması haqqında xx.xx.2022-ci il tarixli **********0 və **********8 nömrəli protokollara əsasən, ünvan 1 ünvanında fərqləndirici əlaməti Alman istehsalı olan 2 ədəd benzil nasosu (Mercedes Viano) 1100 manat, Alman istehsalı olan 1 ədəd mühərriki idarə edən ölçü cihazı (Mercedes Viano) 285 manat, Alman istehsalı olan 2 ədəd disel nasosu (Mercedes Viano) 1240 manat, Alman istehsalı olan 2 ədəd əyləc diski (Mercedes Viano) 300 manat, 1 vahidinin qiyməti 185 manat olan 2 ədəd amartizator (Mercedes Viano), 1 ədəd soyuducu radiatoru (Mercedes Viano) 300 manat, 8 ədəd yan orta şüşəsi (Mercedes Viano) 1600 manat, 6 ədəd yan arxa şüşəsi (Mercedes Viano) 1200 manat, 2 ədəd şüşə qaldırma mexanizmi (Mercedes Viano) 1020 manat, 1 ədəd mühərriki hərəkətə gətirən val (Mercedes Viano) 420 manat, 14 mühərrik prokladkası (Mercedes Viano) 560 manat məbləğində siyahıya alınmış, fotoşəkilləri siyahıya əlavə edilmişdir.

5. Vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli qərar əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixdə əmlakların siyahıya alınması haqqında protokolları və digər sənədləri vergi ödəyicisi imzalamış, həmin sənədlərin bir nüsxəsi ona təqdim edilmiş və eyni tarixli aktlarla siyahıya alınmış əmlaklar vergi ödəyicisinə məsul saxlanmaya verilmişdir.

6. X2 əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə vergilər üzrə 4.226,79 manat, xx.xx.2023-cü il tarixə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 967,50 manat və icbari tibbi sığorta üzrə 154,80 manat borcu olmuşdur.

7. Məhkəmənin sorğusuna cavab olaraq iddiaçı tərəfindən ünvanlanan məlumatın təqdim edilməsi barədə məktuba əsasən Cavabdeh (VÖEN: **********) xx.xx.2022-ci il tarixli **********8 saylı qərar üzrə dövlət büdcəsinə 4259,80 manat, **********0 saylı qərar üzrə sosial sığorta ödənişinə 353,96 manat borcu vardır.

8. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etmir və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir.

II. İddianın növü və mümkünlüyü

10. Məhkəmə hesab edir ki, tələb inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə uyğundur. Belə ki, inzibati orqanla vətəndaş arasındakı münasibətlər inzibati orqanın publik hüquqdan irəli gələn vəzifələrinin icrası ilə bağlıdır və tərəflər bu münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etmir.

11. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. İddia mümkündür.

II. Məhkəmənin mövqeyi

13. Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir.

14. Məhkəmə hesab edir ki, qeyd edilən tələb üzrə məhkəmənin araşdırmalı olduğu məsələ borcun mübahisəsiz olaraq mövcudluğunun, həmin əmlakın vergi ödəyicisinə məxsusluğunun və borcun siyahıya alınmış əmlakın dəyərinə mütənasibliyinin müəyyən edilməsidir.

15. Beləliklə, məhkəmə müəyyən edir ki, vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə vergilər üzrə 4.226,79 manat, xx.xx.2023-cü il tarixə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 967,50 manat və icbari tibbi sığorta üzrə 154,80 manat borcu var. Odur ki, qeyd edilən borcun ödənməsi məqsədilə iddia tələbinin təmin edilməsi yolverilən hesab edilməlidir. Məhkəmə bu qənaəti yuxarıda qeyd edilən yanaşmaya uyğun hesab edir (borc mövcuddur, əmlak vergi ödəyicisinə məxsusdur (özünə məsul saxlanmaya verilib və sonuncu tərəfindən qəbul edilib) və borc siyahıya alınmış əmlakın dəyərinə mütənasibdir).

16. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

17. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti Alman istehsalı olan 1 vahidinin qiyməti 550 manat olan 2 ədəd benzil nasosu (Mercedes Viano), Alman istehsalı olan 1 vahidinin qiyməti 285 manat olan 1 ədəd mühərriki idarə edən ölçü cihazı (Mercedes Viano), Alman istehsalı olan 1 vahidinin qiyməti 620 manat olan 2 ədəd dizel nasosu (Mercedes Viano), Alman istehsalı olan 1 vahidinin qiyməti 150 manat olan 2 ədəd əyləc diski (Mercedes Viano), 1 vahidinin qiyməti 185 manat olan 2 ədəd amartizator (Mercedes Viano), 1 vahidinin qiyməti 300 manat olan 1 ədəd soyuducu radiatoru (Mercedes Viano), 1 vahidinin qiyməti 200 manat olan 8 ədəd yan orta şüşəsi (Mercedes Viano), 1 vahidinin qiyməti 200 manat olan 6 ədəd yan arxa şüşəsi (Mercedes Viano), 1 vahidinin qiyməti 510 manat olan 2 ədəd şüşə qaldırma mexanizmi (Mercedes Viano), 1 vahidinin qiyməti 420 manat olan 1 ədəd mühərriki hərəkətə gətirən val (Mercedes Viano), 1 vahidinin qiyməti 40 manat olan 14 mühərrik prokladkası (Mercedes Viano) olmaqla ümumilikdə 8395 manat məbləğində siyahıya alınmış əmlakları ticarət şəbəkələrində satılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar