Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3359/2020 27.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçı Əhmədiyyə oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi xidmət dövrü istifadə edilməmiş növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ü Ə Y Y Ə N ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi xidmət dövrü istifadə edilməmiş növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq icraatına başlanmışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2019-cu il tarixli, 11/4835 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının hərbi xidmət dövründə istifadə edilmədiyi növbəti məzuniyyət günlərinə görə pul kompensasiyası 05 oktyabr 2020-ci il tarixdə ona ödənildiyindən (bank hesabına köçürülüb) və artıq mübahisə predmeti olmadıgından iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı Əhmədiyyə oğlu Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən onun hərbi xidmət dövründə istifadə edilmədiyi növbəti məzuniyyət günlərinə görə pul kompensasiyası ona ödənildiyindən (bank hesabına köçürülüb) və artıq mübahisə predmeti olmadıgından iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Məhkəmə, iddiaçını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. İnzibati Prosessual Məcəllənin 39.3-cü maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 67.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında mübahisə mövcud olmadığı üçün hazırki vəziyyətdə işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi xidmət dövrü istifadə edilməmiş növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Bu qərardaddan şikayət verilə bilməz. HAKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-3359/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3359/2020
27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver