Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3359/2021 06.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X3 kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-mühasib.) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı “İddiaçı adının Fazil-dən Fəzail-ə dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə ərizəsi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı İddiaçı adının Fazil-dən Fəzail-ə dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hаqqındа qərаr qəbul еdilməsini хаhiş еtmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, o xx.xx.1963-cü il təvəllüdlüdür. O, Səbail rayon Məhkəməsinə müraciət edərək, Zəngilan rayonu Alıbəyli icra nümayəndəliyi tərəfindən 4 aprel 1963-cü il tarixdə tərtib edilmiş 27 saylı doğum haqqında aktda qeyd olunan İddiaçı ilə ASAN3 tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində qeyd olunan X4 eyni adam olduğunun müəyyən edilməsi, doğum haqqında təkrar şəhadətnamə verilməsininin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Doğum haqqında şəhadətnamədə İddiaçı kimi qeydə alınsada, şəxsiyyət vəsiqəsində və digər sənədlərdə X2 yazılmışdır. Həmin dövrdə başqa sənədlərdə adı “Fəzail” kimi qeyd edildiyinə görə doğum haqqında şəhadətnaməni qaralayaraq “Fazil” adını “Fəzail” adı etmişdilər. İddiaçının doğum haqqında şəhadətnaməsi qaralandığından düzəliş aşkar şəkildə seçilir. Bununla bağlı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinə ərizə ilə müraciət edərək doğum haqqında təkrar şəhadətnamənin (arayışın) verilməsini xahiş etmişdir. Reyestr xidməti iddiaçıya təkrar doğum haqqmda şəhadətnamənin verilməsini mümkün saymayaraq bildirmişdir ki, Zəngilan rayon, Alıbəyli kənd nümayəndəliyində 4 aprel 1963-cü il tarixdə tərtib edilmiş 27 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən İddiaçı adının təqdim olunan "sənəddə göstərildiyi kimi “Fəzail” deyil, “Fazil” kimi qeyd olunduğu müəyyən edilmişdir. Bu səbəbdəndə doğum haqqında təkrar şəhadətnamənin (arayışın) verilməsi mümkün olmamışdır. Sonradan Səbail Rayon Məhkəməsinin 2(009)-2456/2014 saylı 31.07.2014-cü il tarixli qətnaməsi əsasında ərizəsi təmin edilmişdir. Lakin, övladlarına aid sənədlərdə “ata adı” qrafalarında bəzilərində “Fazil” bəzilərində isə “Fəzail” yazılmışdır. Bu isə iddiaçının övladlarının müəyyən sahələrdə sənədləşmə işlərində problemlərə yol açır. Adının yenidən dəyişdirilərək “Fəzail” olaraq yazılması üçün Səbail Rayon Qeydiyyat Şöbəsinə müraciət edilsədə, cavabdehin 16.12.2020-ci il tarixli 05/12-1161/15 saylı imtina məktubu ilə müraciəti təmin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi iddiaya dair etirazının bildirilməsi cavabdehdən tələb edilsə də Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi iddiaya dair etirazını məhkəməyə təqdim etməmişdir. İnzibati-Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Odur ki, məhkəmə cavabdehin iştirakı olmadan işə baxmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iddiaçının izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə, iddiaçının iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1963-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. Səbail Rayon Məhkəməsinin 2(009)-2456/2014 saylı 31.07.2014-cü il tarixli qətnaməsi ilə iddiaçının ərizəsi təmin edilərək, Zəngilan rayon, Alıbəyli icra nümayəndəliyi tərəfindən 4 aprel 1963-cü il tarixdə tərtib edilmiş 27 saylı doğum haqqında şəhadətnamədə qeyd olunan İddiaçı ilə 09 iyun 2014-cü tarixdə ASAN3 tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının seriya AZE 14719441 saylı şəxsiyyət vəsiqəsində qeyd olunan İddiaçı eyni adam olması müəyyən edilmiş və X5 adı “Fazil” göstərilən doğum haqqında şəhadətnamənin təkrar verilməsi Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsinə həvalə edilmişdir. Cavabdehin məhkəməyə ünvanladığı 15.01.2021-ci tarixli, 05/Q-45/13 nömrəli cavab məktubunda Səbail Rayon Məhkəməsinin 2(009)-2456/2014 saylı 01.08.2014-cü il tarixli qətnaməsinə əsasən vətəndaşın adının Fazil-dən Fəzail-ə dəyişdirildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanan 19.01.2021-ci il tarixli, 012-806- 1221 nömrəli cavab məktubunda bildirilmişdir ki, Daxili İşlər Nazirliyinin müvafiq uçotlarında xx.xx.1963-cü il tarixdə Zəngilan rayonunda doğulmuş X1 rayon Xalq Məhkəməsinin 07.03.2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1. və 129.1. maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuş və Azərbaycan Respublikası Milli Məclisinin 01.02.2001-ci il tarixli «Amnistiya» Qərarına əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanan 19.01.2021-ci il tarixli, 02/03 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı digər ölkələrdən deportasiya olunması barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyildir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanan 03.02.2021-ci il tarixli, 33/342 nömrəli cavab məktubunda bildirilmişdir ki , İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır. Cavabdehin iddiaçıya ünvanlanmış 05/12-1161/15 nömrəli, 16.12.2020-ci il tarixli məktubuna əsasən Səbail Rayon Məhkəməsinin 2(009)-2456/2014 saylı 31.07.2014-cü il tarixli qətnaməsinə əssən iddiaçının adının Fəzail-dən Fazil-ə dəyişdirildiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiqlənmiş “Adın ata adının və soyadın dəyişdirilməsi” qaydalarının 6.3 bəndində göstərildiyi kimi adın ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilmədiyi üçün cavabdeh iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, ilkin doğum haqqında akt qeydində adı “Fəzail”, göstərilsə də onun müraciəti əsasında adı “Fəzail”dən “Fazil”ə, dəyişdirilmişdir, sonradan o yenidən cavabdehə müraciət edərək adının “Fəzail”dan “Fazil”ə dəyişdirilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir və iddiasının əsası kimi onu göstərmişdir ki, onun “Fazil” adında olması övladlarının müəyyən sahələrdə sənədləşmə işlərində problemlərə yol açır. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 79 nömrəli qərarı iıə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.3-cü maddəsinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Həmin Qaydaların 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Həmin Qaydaların 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Həmin Qaydaların 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Həmin Qaydaların 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi ad və soyadın dəyişdirilməsi məsələsi qanunvericilikdə dəqiq tənzimlənmişdir. Belə ki, 18 yaşına çatmış hər bir vətəndaşa yalnız bir dəfə olmaqla ad və soyadın dəyişdirilməsi hüququ tanınmış, növbəti dəfə dəyişdirilməsinə isə yalnız ərarvaddan biri soyadını dəyişdirdikdə, yetkinlik yaşına çatan şəxsin atasının öz adını dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqların hər iki valideynin razılığı ilə valideynlərdən birinin soyadı dəyişdirdikdə, yetkinlik yaşına çatmış övladın valideynlərdən birinin və ya hər ikisinin soyadı dəyişdirildikdə imkan verilir. Lakin iddiaçı tərəfindən yuxarıda qeyd edilən əsasların mövcud olması məhkəməyə bildirilməmiş və həmin əsaslara dair dəlillər təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)- 1763/2020 nömrəli iş üzrə 29.09.2020-ci il tarixli qərarında hazırki mübahisə ilə oxşar olan mübahisə üzrə öz mövqeyiAni göstərərək qeyd etmişdir: “25. Apelyasiya instansiyası məhkəməsi də bununla bağlı haqlı olaraq qeyd etmişdir ki, qanunvericilikdə adın, ata adının və soyadın ikinci dəfə dəyişdirilməsi üçün konkret əsaslar mövcuddur və hazırki iş üzrə qanunla nəzərdə tutulmuş əsaslara iddiaçı əsaslanmadığı üçün iddia təmin edilə bilməz...27. Qeyd edilənlərə əsasən Ali Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, qanuni və ədalətli qərar qəbul etmişdir”. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə yuxarıda qeyd edilən halları və qanunvericilik normalarını rəhbər tutaraq hеsаb еdir ki, iddiаçı İddiaçı hazırki iş üzrə qanunla nəzərdə tutulmuş əsaslara əsaslanmadığı üçün onun cavabdeh Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsinə qаrşı İddiaçı adının Fazil-dən Fəzail-ə dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hаqqında iddiası təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsinə qаrşı İddiaçı adının Fazil-dən Fəzail-ə dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hаqqında iddiası təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеlyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-3359/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3359/2021
06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver