Məhkəmə qərarları › İş №2-1(112)-336/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-336/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-336/2023 02.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 3-cü şəxsin vəkili Nümayəndə2 oglunun iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı Ələsgərova Çiçək Əlixan qızı və X16 məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilməklə “sərəncamın etibarsız hesab edilməsi” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı (üçüncü şəxs Ələsgərova Çiçək Əlixan qızı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5” (9 “a”) saylı evin X5 adına sənədləşməsinə dair Bakı şəhəri Cavabdeh başçısının 29 iyun 2018-ci il tarixli, 276 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı X26 ilə 2003-cü ildə nikaha daxil olmuş, nikahları Nərimanov rayonu VVADQ şöbəsində 2003-cü il iyunun 10da bağlanmış və bu barədə 282 nömrəsi ilə qeyd aparılmışdır. Həmin vaxt iddiaçı ərinin valideynlərinin yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əbdulrəhimov küçəsi, 132 saylı evin 31 və 32-ci mənzilinə köçmüş, ailə üzvləri arasındakı razılığa əsasən orada iki otaqdan ibarət olan 32-ci mənzil iddiaçı və onun ərinin istifadəsində olmuşdur. 2006-cı ildə həmin mənzil özəlləşdirilmiş və 2007-ci ilin fevralın 08-də notariat kontorunda rəsmiləşdirilməklə (rəsmiyyətdə 48.253 manat göstərilsə də) 65.000 manata satılmış, əldə olunmuş vəsait hesabına Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsindəki 9 “a”, hazırkı 89 “c” saylı evi 42.000 manata almışlar. İddiaçı əri və azyaşlı qızı ilə birlikdə ora köçmüş, ev köhnə tikili olduğundan sökülüb yerində iki mərtəbəli, birinci mərtəbədə iki otaq, tualet və hamam, ikinci mərtəbədə üç otaq, tualet və hamam, həmçinin evin üçüncü mərtəbəsində mansard tikilmişdir. İddiaçı və ailə üzvləri sözügedən mənzildə yaşamağa başlamış, 2007-ci ildə iddiaçının əri, 2011-ci ildə özü və 2016-cı ildə isə qızı Əminə həmin evə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Sözügedən evin tikintisi tam olaraq onun və ərinin vəsaiti hesabına aparılmışdır. Ər-arvad arasındakı münasibətlər normal olmadığından iddiaçı əri tərəfindən fiziki təzyiqlərə və mənəvi təhqirlərə məruz qalmış, əri tərəfindən sözügedən mənzildən istifadə etməsinə məhdudiyyət yaradılmış, bu səbəbdən də iddiaçı qızı ilə birlikdə qohumlarının mənzilinə sığınmış, habelə iddiaçı və onun qızına məxsus bütün əmlakları mübahisə edilən evdə qalmışdır. İddiaçı ilə onun əri arasında olan nikah Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli 2(005)- 3002/18 nömrəli qətnaməsi ilə pozulmuşdur. Sonradan iddiaçıya məlum olmuşdur ki, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 276 nömrəli sərəncamı ilə birgə nikah dövründə əldə edilmiş həmin ev keçmiş ərinin bacısı Ələsgərova Çiçək Əlixan qızının adına sənədləşdirilmiş və həmin sərəncama əsasən DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən sonuncunun adına RX seriyalı, 24 avqust 2018-ci il tarixli çıxarış verilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair xx.xx.2021-ci il tarixli etirazında bildirilmişdir ki, iddiaçının mübahisəli yaşayış sahəsində pasport qeydiyyatında olması onun həmin yaşayış sahəsinə dair iddialı ola bilməsi anlamına gələ bilməz. İddiaçının mübahisəli mənzil üzərində hüquqlarının qanunvericilikdə nəzərdə tutulan qaydada qeydə alınması üçün hər-hansı sübut mövcud deyildir. Habelə, iddiaçı mübahisəli mənzil üzərində hüquqlarının yaranması ilə bağlı yalnız həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmasına istinad edir. Hesab edilir ki, mübahisəli evə dair Bakı şəhəri Cavabdeh başçısının sərəncamı iddiaçının publik hüquq sahəsinə aid qanunvericilikdən irəli gələn hər hansı hüququnu pozmamışdır. Bundan başqa, iddiaçı hüquqi əsaslar olmadan sözügedən mənzilə qeydiyyata alındığından həmin evə dair hər hansı hüquqverici sənəd qəbul edilərkən onun razılığı tələb edilmir. Sonda qeyd edilmişdir ki, iddia tələb irəli sürmək hüququna malik olmayan şəxs tərəfindən verildiyinə görə mümkünsüz hesab edilməlidir. Sonradan iddiaçının nümayəndəsi Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 5” (9 “a”) saylı evin X5 adına sənədləşməsinə dair Bakı şəhəri Cavabdeh başçısının 29 iyun 2018-ci il tarixli, 276 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəyişdirilmiş iddia icraata qəbul edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1517/2019 nömrəli, 25 iyun 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Cavabdeh başçısının 29 iyun 2018-ci il tarixli, 276 nömrəli sərəncamı etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2349/2019 nömrəli, 22 oktyabr 2019-cu il tarixli qərarı ilə cavabdeh Bakı şəhəri Cavabdehin və 3-cü şəxs Ələsgərova Çiçək Əlixan qızının apellyasiya şikayətləri təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1517/2019 nömrəli, 25 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin 2-1(102)-595/20 nömrəli, 04 fevral 2020-ci il tarixli qərarı ilə cavabdeh Bakı şəhəri Cavabdehin və 3-cü şəxs Ələsgərova Çiçək Əlixan qızının kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 2349/2019 nömrəli, 22 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1517/2019 nömrəli, 25 iyun 2019-cu il tarixli qərarı Bakı şəhəri Cavabdehin 115 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamı ilə icra olunaraq Bakı şəhəri Cavabdeh başçısının “Fərdi yaşayış evinin vətəndaş Ç.Ə. Ələsgərovanın adına sənədləşdirilməsi haqqında” 29 iyun 2018-ci il tarixli, 276 nömrəli sərəncamı etibarsız hesab edilmişdir. xx.xx.2021-ci il tarixdə X16 məhkəməyə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1517/2019 nömrəli, 25 iyun 2019-cu il tarixli qərarının ləğv edilərək onun iş üzrə məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1517/2019 nömrəli, xx.xx.2021 nömrəli qərardadı ilə X10 ərizəsi təmin edilmiş, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “Bakı şəhəri Cavabdeh Başçısının 29 iyun 2018-ci il tarixli, 276 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə” iddiası üzrə X16 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri olaraq cəlb edilmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1517/2019 nömrəli, 25 iyun 2019-cu il tarixli qərarı ləğv edilmişdir. 3-cü şəxs X16 məhkəməyə təqdim etmiş yazılı etiraza əsasən bildirmişdir ki, hazırkı inzibati iş artıq 2019-cu ildən məhkəmələrin icraatındadır və son 3 (üç) ildə xeyrinə şəraitin dəyişməsinə səbəb olan bir sıra hüquq müəyyənedici hallar baş verdiyindən, habelə iddiaçının iddia tələbinin əsassız olmaqla yanaşı sonda ona öz qanunsuz tələblərini qane edən və hüquqi nəticəyə səbəb olmayacağından qeyri-mümkün hesab olunmalıdır. Belə ki, 2019-cu ildə ona bəlli olmuşdur ki, 2006-cı ilin avqust ayında şəxsi vəsaiti hesabına vətəndaş X6 40.000 (qırx min) AZN pul verib aldığı və ilkin sənədlərlə onun həyat yoldaşı (mərhum) X22 Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirməsinə aid pasportun” baş planında qeyd olunan 337.0 kv.m torpaq sahəsinin 124.0 kv.m hissəsində (xüsusi mülkiyyətində olan torpaq sahəsində) birmərtəbəli tikilinin demontaj edərək usta və fəhlə qüvvəsi cəlb etməklə yerində 3-4 ay ərzində (damını bağlamaqla) ikimərtəbəli və mansardı olan fərdi yaşayış evi inşa etdirmişdir. Onu da qeyd edir ki, özü uzun illər inşaat sektorunda çalışmış və kifayət qədər bu sahəyə bələd adamdır. Nəzərə çatdırır ki, o uzun illər beynəlxalq “AKKORD Şirkətində” tikinti üzrə layihə meneceri, eyni zamanda tikinti briqadası olmaqla Bakı şəhərində bir neçə göydələnlərin inşasını aparmışdır. Bu müddətdə xeyli vəsait əldə etmiş və ailənin təminatını ödəmişdir. Bundan başqa adı çəkilən fərdi yaşayış evinin inşası üçün əlavə vəsaitə zərurət olduğundan qohum və tanışlarından 2006-cı ildə pul borc etmişdir. İştirakı təmin olunmayan proseslərdə Konstitusion hüquqlarının pozulması ilə qəbul edilən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X.İmanov) xx.xx.2019-cu il tarixli 2-1(82)-1517/2019 saylı qərarı və onu qüvvədə saxlayan yuxarı instansiya məhkəmələrinin qərarları üçüncü şəxs və mülkiyyətçi olaraq mənafeyinə zidd olan qanunsuz qərarlar çıxarılmışdır. Belə ki, qanunsuz əsaslarla fərdi yaşayış evinə pasport qeydiyyatına alınan (2001-2011-cü illər ərzində Neftçala rayon qeydiyyatında olmuş) iddiaçı (keçmiş qaynının keçmiş həyat yoldaşı) İddiaçı Sadiq qızı bu qanunsuzluqdan sui-istifadə edərək, subyektiv hüququ olmadığı təqdirdə belə, xüsusi mülkiyyət hüququ üzrə (A pay hüququ ilə) ona məxsus olan daşınmaz əmlak və tam mülkiyyət hüququ üzrə ona məxsus torpaq sahəsi ilə bağlı üçüncü şəxsə (Cavabdehə) qarşı iddia tələblərində çıxış etmişdir. Hazırkı iddia tələbi üzrə bundan əvvəl inzibati məhkəmələrdə işlərə baxılarkən (bax. sv. 3/7 qərar xx.xx.2019, 2-l(82)- 1517/2019), X14 iddia tələbini onunla əsaslandırmışdır ki, 2007-ci ilin fevral ayında onun keçmiş həyat yoldaşı X42 oglu anasından sonuncuya hədiyyə edilən 2 otaqlı panel (fransız layihəli) mənzilini 65 000 (altmış beş min) manata satmış və bu pula guya ünvan 1 ünvanında yerləşən evi 42.000 (qırx iki min) manata almışlar. Məlum olduğu kimi söhbət birgə nikah dövründə əldə olunan mənzildən deyil, həyat yoldaşına anası tərəfindən hədiyyə olunan (order əsasında özəlləşdirilən) mənzildən gedir. Məhkəmənin diqqətinə çatdırır ki, İddiaçı gətirdiyi dəlillər əsassızdır. Belə ki, həmin panel mənzil Bakı şəhəri 38 saylı notariat kontorunda xx.xx.2007-ci il tarixdə bağlanan bu əqd, satıcı X26 və alıcı X4 arasında (bax. alqı-satqı müqaviləsi bənd 4.) cəmi 48.253 (qırx səkkiz min iki yüz əlli üç) manata bağlanmışdır. Bu vəsait X26 borclarını ödəməyə, habelə özünün, İddiaçı və qızı Əminənin xəstəliklərinə xərcləmişdir. Belə ki, Azad Nağıyev həmin ərəfədə iki dəfə Mərkəzi Klinikada böyrək və bağırsağından ağır cərrahiyə əməliyyatları keçirmişdir. Faktiki 2001-ci ildə evləndiklərindən bir neçə ilə uşaqları olmadığından arvadı Zeynəbin müalicəsinə xərclədiyi pulları borc kimi qaytarmalı olmuşdur. Eyni zamanda qızları Əminə Nağıyeva epilepsiya xəstəsi olduğundan onun müalicəsi üçün xeyli pul xərcləməli oldular. Eyni zamanda iddia tələbi uydurma məlumatlara əsaslandığından, İddiaçı bu evi kimdən, harda və nə zaman, habelə hansı şəraitdə pul verib aldığı barədə heç bir məlumat göstərə bilməmişdir. Eyni zamanda ev ona məxsus idisə niyə görə 2001-2011-ci illər ərzində Neftçala qeydiyyatında qalırdı. Bu mübahisə birmərtəbəli evi o iddiaçının qeyd etdiyi tarixdən 6 ay öncə 2006-cı ilin avqust ayında almış və yerində inşa işləri apararaq fərdi yaşayış evi tikdirmişdir. Bu mötəbər faktı, 2006-cı ildə evini aldığı X8 oğlu X28 və digər üç nəfər şəxs birlikdə notarial qaydada təsdiq edilmiş 21 dekabr 2018-ci il (**********279) saylı ərizələrində təsdiq etmişlər. Qeyd edilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən İddiaçı Sadiq qızının cavabdeh Bakı şəhəri Cavabdehə qarşı sərəncamın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin qeyrimümkün sayılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddiaçıya yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iclasında iddiaçının tələbi ilə bağlı hüquqi maragının əsaslandırılması üçün hüquqi yardım göstərilməsinə baxmayaraq, iddiaçı bu mümkünlük şərtini əsaslandırma bilmədiyindən iddianın mümkünlüyü məsələsinə baxılmışdır. İşin hazırlıq icraatı üzrə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddianın mümkün hesab edilərək işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişlər. Əlavə olaraq məhkəmənin sualına cavab olaraq iddiaçı bildirmişdir ki, o sadəcə cavabdehin sərəncamının etibarsız hesab edilməsini istəyir ki, ərinə heç nə qalmasın. 3-cü şəxsin vəkili iddiaçının tələbi ilə bağlı hüquqi maragını əsaslandıra bilməməsi, ümumiyyətlə iddianın irəli sürülməsi üçün subyektiv hüququnun olmaması əsası ilə iddianın mümkün hesab edilməməsini məhkəmədən xahiş etmişdir. Təyin edilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etmədiyinə görə, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsi mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi (vəkilinin), 3-cü şəxsin vəkilinin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş: - Cavabdeh başçısının 29 iyun 2018-ci il tarixli 276 nömrəli sərəncamının təsdiq edilmiş surətindən müəyyən olunur ki, həmin sərəncamla Əliyar Əliyev küçəsi 9A ünvanında yerləşən fərdi yaşayış evinin, təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində Ç.Ə.Ələsgərovanın adına sənədləşdirilməsinə icazə verilməsi qərara alınmışdır. - Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-341/2019 nömrəli, 08 yanvar 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı Ələsgərova Çiçək Əlixan qızının cavabdehlər X17 və İddiaçı qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmiş, cavabdehlər X26 və İddiaçı ilkin iddia üzrə iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 9a saylı evdən yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab olunmuş, qarşılıqlı iddia üzrə İddiaçı cavabdeh Ələsgərova Çiçək Əlixan qızına qarşı “yaşayış sahəsinə köçürülmə, pasport qeydiyyatının ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-341/2019 nömrəli, 08 yanvar 2019-cu il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə İddiaçı cavabdeh Ələsgərova Çiçək Əlixan qızına qarşı “yaşayış sahəsinə köçürülmə, pasport qeydiyyatının ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin “sərəncamın və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” ilə bağlı olan hissəsi üzrə icraata xitam verilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3238/2021 nömrəli, 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 4, 125 saylı mənzil və tərəflər (X16 və Ələsgərova Çiçək Əlixan qızı) arasında paylar ½ hissə olmaqla bərabər şəkildə müəyyən edilməsi və mülkiyyət hüquqların tanınması, iddiaçının həmin əmlaklara köçürülməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. - ASAN 1 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətinə əsasən xx.xx.1979-cu il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. - ASAN 7 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətinə əsasən xx.xx.1979-cu il təvəllüdlü X14 ünvan 2 ünvanında qeydiyyatdadır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Sübhan Ələsgərov küçəsi, 1-ci döngə, ev 41 ünvanında yerləşən fərdi yaşayış evin ½ hissə və torpaq sahəsi X10 və fərdi yaşayış evin ½ hissəsi Ələsgərova Çiçək Əlixan qızının paylı mülkiyyətindədir. - X23, X31 və X18 tərəfindən ünvan 3 ünvanlanmış notarial ərizənin surətinə əsasən onlar ünvan 4 ünvanında yaşayan Ələsgərova Çiçək Əlixan qızının yaxın qonşuları olaraq o faktı təsdiq edirlər ki, Ələsgərova Çiçək Əlixan qızı yaşadığı ünvan 4 (əvvəllər 9A) saylı evin yerləşdiyi tikilini 2006-cı ildə həmin ünvanda yaşamış Şahsənəm Orucovadan faktiki alqı-satqı yolu ilə almış, həmin ildə evi söküb yerində 2 mərtəbəli mansardlı ev inşa etmiş və o vaxtdan da ailə üzvləri ilə birlikdə həmin evdən istifadə edir. Eyni zamanda bildirirlər ki, Ələsgərova Çiçək Əlixan qızına məxsus qeyd edilmiş evin 1-ci mərtəbəsində 2007-ci ilin yay aylarından 2018-ci ilədək qardaşı Azad Nağıyev həyat yoldaşı və qızı ilə birlikdə istifadə etmişlər. - 22 noyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2002-ci il tarixdə vəfat etmiş X19 vərəsəsi onun gəlini - X3, nəvəsi – X32, nəvəsi – X24 və nəvəsi – X25r və onlar ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisi və 0.0337 ha torpaq sahəsini miras əmlak kimi qəbul etmişlər. - 18 noyabr 2022-ci il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin surətinə əsasən xx.xx.2002-ci il tarixdə vəfat etmiş X19 vərəsəsi qızı – Orucova Hicran Rəsul qızıdır və o miras əmlakdan - ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisi və torpaq sahəsini 1/3 hissədə pay almalıdır. - 19 noyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqinda şəhadətnamənin surətinə əsasən xx.xx.2002-ci il tarixdə vəfat etmiş X19 vərəsəsi X11, nəvəsi X20, nəvəsi X15 şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 89 “c ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisi və 0.0337 ha torpaq sahəsini miras əmlak kimi qəbul etmişlər. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 89 C ünvanında yerləşən fərdi ev və 0.021297 ha torpaq sahəsi X12, X20, X15, X3, X24, X33, X32 və Orucova Hicran Rəsul qızının paylı mülkiyyətindədir. -********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 89 C ünvanında yerləşən fərdi ev və 0.021297 ha torpaq sahəsi X12, X20, X15, X3, X24, X33, X32 və Orucova Hicran Rəsul qızının paylı mülkiyyətindədir. -********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 89 C ünvanında yerləşən fərdi ev və 0.021297 ha torpaq sahəsi X12, X20, X15, X3, X24, X33, X32 və Orucova Hicran Rəsul qızının paylı mülkiyyətindədir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 6 ünvanında yerləşən fərdi evə dair xx.xx.2022-ci il tarixli texniki pasportun surətinə əsasən sənəd üzrə torpaq sahəsi 0.0337 ha, faktiki sahə 0.03967 ha, tikintialtı sahə 0.02125 ha, digər sahələr 0.01842 ha təşkil edir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Bakı şəhəri, Nərimanov rayonu, Sübhan Ələsgərov küçəsi, 1-ci döngə, ev 41 ünvanında yerləşən fərdi evə dair xx.xx.2023-cü il tarixli texniki pasportun surətinə əsasən sənəd üzrə torpaq sahəsi 0.0124 ha, faktiki sahə 0.01837 ha, tikintialtı sahə 0.01408 ha, digər sahələr 0.00429 ha təşkil edir. - AN-İ seriyalı, ******* nömrəli, 15 dekabr 2022-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə görə Orucova Hicran Rəsul qızı Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 89 C ünvanında yerləşən, ümumi sahəsi 0.0337 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus 1/3 hissə=112,33 kv.m.-dən 41,34 kv.m. sahəsini X1. - AN-İ seriyalı, ******* nömrəli, 15 dekabr 2022-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə görə X33, X24, X3 və X32 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 89 C ünvanında yerləşən, ümumi sahəsi 0.0337 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə X33 ona məxsus 1/12 hissə=28.08 kv.m.-dən 10,33 kv.m. sahəsini, X24 ona məxsus 1/12 hissə=28.08 kv.m.-dən 10,33 kv.m. sahəsini, X3 ona məxsus 1/12 hissə=28.08 kv.m.-dən 10,33 kv.m. sahəsini və X32 ona məxsus 1/12 hissə=28.08 kv.m.-dən 10,33 kv.m. sahəsini X2. - AN-İ seriyalı, ******* nömrəli, 15 dekabr 2022-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə görə X11, X15 və X20 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 89 C ünvanında yerləşən, ümumi sahəsi 0.0337 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə X11 ona məxsus 1/9 hissə=37.44 kv.m.-dən 13,78 kv.m. sahəsini, X15 ona məxsus 1/9 hissə=37.44 kv.m.-dən 13,78 kv.m. sahəsini və X20 ona məxsus 1/9 hissə=37.44 kv.m.-dən 13,78 kv.m. sahəsini X2. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-647/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X9 cavabdeh X17 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və əmlak” tələbinə dair iddiası qismən təmin edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7265/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müstəqil səbəb irəli sürməyən üçüncü şəxs Ələsgərova Çiçək Əlixan qızının apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-647/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Ali Məhkəməsinin 2(102)-3378/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7265/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (qərarın 1.1, 1.3, 1.4, 2.1, 2.3, 6.1-ci bəndləri). Mübahisə predmeti cavabdehin verdiyi xx.xx.2018-ci il tarixli, 276 saylı sərəncamıdır. İş materiallarından məlum olur ki, mübahisələndirilən sərəncamla sənədləşdirilməsinə icazə verilmiş ev işdə olan sənədlərə görə özbaşına tikili olmuşdur. Cavabdehin xx.xx.2018-ci il tarixli, 276 saylı sərəncamı ilə Əliyar Əliyev küçəsi 9A ünvanında yerləşən fərdi yaşayış evinin, təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində Ç.Ə.Ələsgərovanın adına sənədləşdirilməsinə icazə verilməsi qərara alınmışdır. Həmçinin müəyyən edilir ki, X26 ilə iddiaçı arasında olan nikah ləğv edilmiş, lakin 30 saylı mənzil kommunal istismarı sahəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 050734 saylı 2 saylı formada arayışdan müəyyən edilir ki, Ə.Əliyev küçəsində yerləşən 89c (9a) saylı evdə iddiaçı 2011-ci ildən, keçmiş əri X26 2007-ci ildən, qızı X27 2016-cı ildə, keçmiş ərinin bacısı Ç.Ə.Ələsgərova 2018-ci ildən qeydiyyatdadırlar. Məhkəmə qeyd edir ki, baxılmaqda olan işdə iddiaçı öz hüquqi maraqlarını qorumaq üçün cavabdehin sərəncamının etibarsız hesab edilməsini xahiş etmişdir. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, inzibati akt şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır. Göründüyü kimi, iddiaçının hazırki iddiası şəxsin hüquqi maraqlarına toxunma halının mövcudluğu və ya ən azından əsaslı ehtimalının olmasıdır. Hüquqi maraq isə bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur, yəni qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı iddiaçının şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Beləliklə, icraatda tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyini müdafiə edirsə, bu zaman, həmin icraatın nəticəsində qəbul ediləcək qərar onun maraqlarına toxunma halını yaradacaqdır. Hazırki iddiaaya münasibətdə cavabdehin sərəncamının etibarsız hesab edilməsi iddiaçı üçün heç bir hüquqi maraq yaratmayacaqdır. Belə ki, iddiaçının özünün də məhkəmə iclasında bildirdiyi kimi o sadəcə həmin sərəncamın etibarsız hesab edilməsini istəyir ki, ərinə heç nə qalmasın, lakin bunda onun hüquqi marağının nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Belə ki, hazırki vəziyyətdə iddiaçının keçmiş əri ilə vaxtılə yaşadıqları iddia etdiyi Əliyar Əliyev küçəsi 9A ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikili olmuş, sərəncamın etibarsız hesab edildiyi halda belə iddiaçının həmin tikiliyə dair heç bir hüquqları yarana bilməzdi. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1.-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. (180.2.) Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. (180.3.) Qanunvericiliyin tələbindən də göründüyü kimi özbaşına tikintiyə şəxsin mülkiyyət hüququ yalnız müəyyən şərtlərdən asılı olaraq tanına bilər. Lakin şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasına münasibətdə isə yaşayış yerinin özbaşına tikili olması “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin tələbləri baxımından fərqli qiymətləndirmə tələb edir. Qeyd olunan maddənin tələbindən də göründüyü kimi Qanunun məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi iddiaçının həmin evə qeydiyyata alınması icazə xarakteri daşımayıb və qanunvericiliklə müəyyən edilmiş hallar istisna etməklə heç bir hüquqi nəticə də yaratmamışdır. İddiaçının həmin evə dair maragı o halda ola bilərdi ki, əgər o birgə nikah dövründə həmin evə çəkdiyi xərclərin bölünməsini tələb etmiş olsaydı. Lakin iddianın onun hüquqi maraqlarına toxunması nəticəsinə gəlmək üçün bu yetərli əsas sayıla bilməz. Belə ki, istinad olunan əsaslar hüquqi maraqdan deyil, iqtisadi maraqdan irəli gəlir. Lakin bu hal da onunla təkzib edilir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-647/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmiş iddiasından və müəyyən edilmiş işin hallarından da göründüyü kimi iddiaçı evdəki əmlakların bölünməsini tələb etmiş, lakin evin tikintisinə sərf edilmiş xərclərin tələb etməsində belə niyyəti oldugunu bildirməmiş, heç bir iddia qaldırmamışdır. Bundan başqa, özbaşina tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. İddiaçının isə (yaxud keçmiş ərinin) belə bir hüquq sahibinin olması iş üzrə müəyyən edilmir. Əksinə hazırki işin materiallarından müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 9A (hazırki ünvan 7 ünvanında yerləşən torpaq sahəsi və orada yerləşən A və B tikilisindən ibarət fərdi yaşayış evi və torpaq sahəsi ilkin texniki pasport üzrə mərhum X22 məxsus olmuş və sonradan onun vərəsələrinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınmışdır. Daha sonra isə paylı mülkiyyətçilər özlərinə məxsus hissələri iş üzrə 3-cü şəxs X2. Hazırda da həmin əmlak, o cümlədən keçmiş ünvanı ünvan 8), hazırki ünvan 9 ünvanında yerləşən torpaq sahəsi X10 və arvadı Ələsgərova Çiçək Əlixan qızının paylı mülkiyyətindədir. Odur ki, cavabdehin sərəncamı ilə rəsmiləşdirilmiş fərdi yaşayış evinin ilkin olaraq mərhum X19 mülkiyyətində olan torpaq sahəsində tikilməsini fərz etsək belə (eyni ünvan oldugundan) sərəncamı mübahisələndirməyə subyektiv hüququ da vaxtılə mərhum Orucova, hazırki halda isə onun vərəsələrinə və iş üzrə 3-cü şəxslərə məxsusdur. Belə olan halda isə məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbində hüquqi marağı müəyyən olunmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci maddəsini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 11 Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar