Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3360/2024 01.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı 3-cü şəxs qismində X7 işə cəlb edilməklə “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X26 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı 3-cü şəxs X7 işə cəlb edilməklə “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı (X7 3-cü şəxs qismində göstərilməklə) 3-cü şəxs qismində göstərilmiş şəxsin xx.xx.2008-ci il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 384 nömrəli fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 249.7 kv.m olan fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi sahəsi 0.0411 ha olan torpaq sahəsi onun mülkiyyətində olmuşdur. xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən o, qeyd olunan əmlakı qardaşı X4 bağışlamışdır. ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən həmin daşınmaz əmlak X3 mülkiyyətinə keçmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3322/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Atakişiyeva (Babayeva) Əzizə Heybətəli qızı ilə X8 arasında Bakı şəhəri Əzizbəyov (hazırda Xəzər) xx.xx.2008-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 176 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5 nikah pozulduqdan sonra anası X2 yanında saxlanılması, xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq X1 X2 xeyrinə hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən X4 AZ-İ seriyalı 441430 nömrəli xx.xx.2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1438/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən X2 X4 qarşı “birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 384 nömrəli evin 1/2 hissəsinə payının müəyyən edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. X7 qardaşı X8 ilə nikah münasibətləri faktiki pozulan vaxtdan, yəni 2022-ci ilin iyul ayından könüllü şəkildə qızı Zenfira Atakişiyeva ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 384 nömrəli fərdi yaşayış evini tərk etmiş və bir daha həmin evə qayıtmamışdır. Qeyd olunan fərdi yaşayış evində Əzizə və Zenfira Atakişiyevaların hər hansı bir əşyası və əmlakı yoxdur. Müqavilənin ləğvinə dair xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən onunla qardaşı X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ləğv edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 249.7 kv.m olan fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi sahəsi 0.0411 ha olan torpaq sahəsi onun mülkiyyətindədir. Yuxarıda qeyd etdiyi kimi, X8 ilə X2 nikahına xitam verilmişdir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbləri baxımından sonuncu sözügedən fərdi yaşayış evindən istifadə hüququnu itirmişdir. Belə ki, qeyd olunan maddəyə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Digər tərəfdən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən X7 və X10 onun ailə üzvləri deyillər. Həmçinin, üçüncü şəxslər Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən özlərinin saxlanılmalarını tələb etmək hüququ olan şəxslərin sırasına da aid deyillər. Üçüncü şəxslər sözügedən fərdi yaşayış evi üzərində hər hansı əmlak (istifadə) hüquqlarına malik olmadıqları və yaşamadıqları halda, onların qeyd edilən ünvanda qeydiyyatda qalmaları onun mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. O, X2 və X5 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 384 nömrəli fərdi yaşayış evindən (ünvandan) pasport qeydiyyatından çıxarılmaları barədə ərizə ilə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə müraciət etmişdir. Cavabdeh ərizənin təmin edilməsindən imtina etmiş və imtinanı onunla əsaslandırmışdır ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci hissəsinin tələblərinə müvafiq olaraq sözügedən məsələ ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunur». Bu səbəbdən, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir.
3. Məhkəmənin 2-1(112)-15534/2023 saylı 15 noyabr 2023-cü il tarixli qərardadı ilə X9 və iş üzrə zəruri cəlbetmə qaydasında 3-cü şəxs qismində cəlb edilmişdir.
4. Məhkəmənin 2-1(112)-15534/2023 saylı 20 dekabr 2023-cü il tarixli qərardadı ilə X10 iş üzrə zəruri cəlbetmə qaydasında 3-cü şəxs qismində cəlb edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir etiraz (münasibət) təqdim edilməmişdir.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər, cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakları olmadan baxılaraq qərar çıxarılmasına etiraz etmədiklərini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə, işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0411 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
9. ünvan 7nin xüsusi notariusu tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş “Müqavilənin ləğvinə dair müqavilə”yə əsasən Bakı şəhəri 50 sayı notariat ofisində 4Ə- 1496 reyestr nömrəsi ilə qeydiyyata alınmış 12 dekabr 2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlama müqaviləsi”nə əsasən Bakı şəhər ƏMDK-sı yanında DƏDRX-nin Bakı şəhər ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş, reyestr nömrəsi **********77-10301, qeydiyyat nömrəsi ********** olan çıxarış əsasında İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Sahə, ev 384 üvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi sahə 0.0411 ha olan torpaq sahəsi X3 mülkiyyətinə verilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********77-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X3 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Tərəflər hazırki sazişlə qeyd olunan müqaviləyə xitam vermişlər.
10. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli 45/2-R-24049/11/23 nömrəli məktuba əsasən bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci hissəsinin tələblərinə müvafiq olaraq sözügedən məsələ ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunur.
11. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3322/2022 aylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Atakişiyeva (Babayeva) Əzizə Heybətəli qızı ilə cavabdeh X8 arasında Bakı şəhəri Əzizbəyov (hazırda Xəzər) xx.xx.2008-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 176 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5 nikah pozulduqan sonra anası – X2 yanında saxlanılması, xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdeh X1 iddiaçı X2 xeyrinə hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
12. Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı 441430 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnaməyə əsasən X8 ilə X7 arasında olan nikah Xəzər Rayon Məhkəməsinin 2(003)-3322/2022 saylı qətnaməsinə əsasən pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci ildə 356 nömrə ilə qeyd edilmişdir.
13. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1438/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən iddiaçı X2 cavabdeh X13 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakda payların müəyyən edilməsi tələbinə dair iddiası rədd edilmişdir.
14. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş 22 dekabr 2023-cü il tarixli 2(003)-1438/2023 saylı arayışa əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1438/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı X2 cavabdeh X4 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakdan payların müəyyən edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı X7 qətnamənin xx.xx.2023-cü il tarixdə rəsmi qaydada əldə etmiş və qanunvericiliklə müəyyən edilmiş müddətdə qətnamədən apellyasiya şikayəti verməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1438/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir.
15. 5 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli xx.xx.2023-cü il tarixli arayışa əsasən xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.1990-cı il təvəllüdlü X7 yaşayış yeri üzrə ünvan 5 ünvanında qeydiyyatdadırlar.
16. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının X21 ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixli 5-12-5/201/2024 nömrəli məktubla təqdim edilmiş, qonşuların iştirakı ilə tərtib edilmiş akta əsasən X7 və X5 qeydiyyatları Buzovna qəsəbəsi, ev 384 olmasına baxmayaraq, avqust 2022-ci ildən bu ünvanda yaşamırlar. Bunu qonşular X19 və X11 təsdiq etmişlər.
17. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 18/2-37635/23 nömrəli cavab məktubuna əsasən X7 xx.xx.2022-ci il tarixdən ünvan 5 ünvanında qeydiyyatdadır.
18. Məhkəmənin sorğusuna əsasən ünvan 7 tərəfindən 06 dekabr 2023-cü il tarixli 2925 nömrəli məktubla ünvan 7ndə xx.xx.2019-cu il tarixində rəsmiləşdirilmiş 4Ə- 1496 reyestr saylı “Bağışlanma müqaviləsi”nə dair notariat işində saxlanılan sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir.
19. Məhkəmənin sorğusuna əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-3-30/2- 45219/2023 **********19 nömrəli məktubla ünvan 8 ünvanında yerləşən daşınmaz əmlaka dair bütün sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmiş, əlavə olaraq bildirilmişdir ki, ünvan 9 ünvanında 3-cü şəxslərin istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
20. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
21. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
22. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
23. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
24. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
25. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddia ərizəsini araşdıraraq iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
26. Belə ki, işin hallarından müəyyən edilir ki, iş üzrə qeydiyyatdan çıxarılması tələb olunan 3-cü şəxs X7 iddiaçının qardaşı X8 ilə rəsmi nikahda olmuşlar, onlar arasında olan rəsmi nikah xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən pozulmuşdur. Mübahisəli fərdi yaşayış evi əvvələr iddiaçı tərəfindən X13 bağışlansa da, sonradan tərəflərin iradə ifadəsinə əsasən həmin müqaviləyə qarşılıqlı surətdə xitam verilmişdir. 3-cü şəxs X7 həmin fərdi yaşayış evinə dair “birgə nikah dövründə əldə edilmiş əmlakda payların müəyyən edilməsi tələbinə dair” ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinə əsasən X2 iddiası təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən ümumi sahəsi 249.70 kv.m olan 384 nömrəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi, sahəsi 0.0411 ha olan torpaq sahəsi 12 dekabr 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında əvəzsiz olaraq X3 mülkiyyətinə keçmişdir. Mübahisəli daşınmaz əmlak cavabdehin mülkiyyətinə iddiaçı ilə birgə nikahda olduqları dövrdə keçsə də, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən ər-arvadın birgə mülkiyyəti sayılmadığından, yəni cavabdeh tərəfindən əvəzsiz əqd üzrə əldə edildiyindən, X2 həmin fərdi yaşayış evi üzərində payının müəyyən edilməsini tələb etməsinin heç bir hüquqi əsası yoxdur.
27. Göründüyü kimi, artıq qanuni qüvvəsini almış məhkəmə qərarı ilə də, 3-cü şəxs X2 iddiaçıya məxsus mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir payının olmaması, həmin fərdi yaşayış evinin əvvəllər iddiaçının qardaşının mülkiyyətinə əvəzsiz əqd üzrə keçməsi, bununla da, onun həmin fərdi yaşayış evinə tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmiş, bundan əlavə məhkəmə sorğusuna əsasən daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş məlumatlarda onun və qızı X5 istifadə hüquqlarının qeydiyyatdan keçməsi barədə daşınmaz əmlakın dövlət reyestrində hər hansı bir məlumat aşkar edilməmişdir. Həmçinin, hazırda X7 və onun himayəsinə verilmiş qızı X5 iddiaçıya məxsus fərdi yaşayış evində yaşamamaları iş materiallarında olan Xəzər rayon İcra Hakimiyyəti başçısının X21 Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən qonşuların iştirakı ilə tərtib və təsdiq edilmiş aktı ilə təsdiq edilmişdir.
28. Məhkəmə qeyd edir ki, qüvvədə olan mənzil qanunvericiliyinə əsasən 3-cü şəxslərin iddiaçının ailə üzvü, eləcə də, ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq, ondan özünün saxlanılmasını tələb etmək hüquqları olmadığından, mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək səlahiyyətləri olmadığından, iddiaçı ilə fərdi yaşayış evindən istifadəyə dair heç bir notarial razılaşması olmadığından qeyd olunan fərdi yaşayış evində qeydiyyatda olmaları onların həmin fərdi yaşayış evinə hansısa subyektiv hüquqlarını yaratmamışdır.
29. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır. 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır.
30. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə 3-cü şəxslərin mübahisəli fərdi yaşayış evinə dair hər-hansı bir subyektiv hüquqlarının olmaması (mülkiyyət, istifadə və icarə) müəyyən edildiyindən, bununla da, onların mübahisəli fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatda qalmalarının qanuni əsaslarının olması məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
31. Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə ümumiyətlə qeydiyyatsız qalmalarına da, səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası DİN-nin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Penumu qeyd etmişdir ki, bu halda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericiliklə birmənalı qaydada tənzimlənməsə də, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərədə tutulmuş «şəxsin yaşayış yerini dəyişməsi» ifadəsi «şəxsin həmin yaşayış sahəsində yaşamaması» mənasını da ehtiva edir.
32. Göründüyü kimi, cavabdeh inzibati orqan isə iddiaçının müraciəti əsasında apardığı icraat zamanı işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə cavab verən qaydada, lazımi şəkildə araşdırma aparmamış, işin faktiki və hüquqi hallarına düzgün qiymət verməmiş, nəticədə iddiaçıların müraciətinə əsassız olaraq imtina cavabı verməklə, mülkiyyətçi kimi iddiaçıların mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır.
33. Bu səbəbdən də, məhkəmə işin yuxarıda qeyd edilən hallarını, aşağıda sadalanan qanunvericiliyin normalarına tətbiq edərək hesab edir ki, iddiaçının həmin şəxslərin mübahisəli mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
34. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin müddəalarına əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.
35. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən,müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
36. ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən- 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
37. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
38. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X6 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
41. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
42. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
43. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
44. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
46. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X15 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
47. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
48. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
49. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
50. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. xx.xx.1990-cı il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X5 ünvan 5 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva